Bəni-Haşimin Əqiləsi (ləqəb)
Bəni-Haşimin Əqiləsi, İmam Əlinin (ə) qızı Həzrət Zeynəbin (s) ləqəbidir. "Lisanul-Ərəb" kitabına görə, "əqilə" bir qövm ilə əlaqəli işlədikdə, həmin qövmün böyüyü, ağsaqqalı mənasını ifadə edir.[1] Bəzi alimlər, o cümlədən Ayətullah Cavadi Amuli, bu sözü siğeyi-mübaliğə hesab edərək "çox ağıllı" mənasında da olduğunu bildirmişdir.[2]
Bu ləqəb "Kutub-Ərbəə" və "Biharul-Ənvar"da qeyd olunmamışdır; lakin ona on dördüncü əsrə aid "Məqtəli Muqərrəm",[3] "Minhacül-bəraət fi şərhi Nəhcül-bəlağə"[4], "Tənqihül-məqal"[5] və sonrakı dövrə[6] aid kitab və mənbələrdə rast gəlinir. Həzrət Zeynəbə (s) aid olan "əqilə" ləqəbi müxtəlif kitablarda bu şəkildə işlədilmişdir: "Bəni-Haşimin Əqiləsi Həzrət Zeynəb (s)", "Seyidə Zeynəb (s) Əqilətu Bəni-Haşim", "Həzrət Zeynəb (s) Əqilətu Bəni-Haşim", "Zeynəb Kübra (s) Əqilətu Bəni-Haşim".[7] Məhz buna görə də bəzi çıxışlarda "Bəni-Haşimin Əqiləsi" ifadəsi Həzrət Zeynəbin (s) adı yerinə işlədilir.[8]
Əbul-Fərəc İsfahani "Məqatilut-Talibiyyin" əsərində Abdullah ibn Cəfərin oğlu Əvnun anasını "Əli ibn Əbu Talibin qızı, Əqilə Zeynəb" kimi təqdim etmiş və İbn Abbasdan belə bir ifadə nəql etmişdir: "Həddəsətni əqilətuna Zeynəb bintu Əli ibn Əbi Talib əleyhis-salam" Bizim Əqiləmiz, Əli ibn Əbu Talibin (ə) qızı Zeynəb (s) mənə rəvayət etdi".[9]
Qeyd olunmuşdur ki, Həzrət Zeynəb (s) öz üstün ağlı sayəsində Kərbəlada əsir düşmüş Peyğəmbərin (s) Əhli-beyt (ə) karvanını əsir düşdükdən sonra Kərbəladan Kufəyə, Kufədən Şama, Şamdan Mədinəyə qədər idarə edə bilmiş və Mədinədə İmam Səccadın (ə) kənarında İmam Hüseynin (ə) şəhidliyini anma məclislərində və Bəni-Üməyyənin zülmünü ifşa etməkdə mühüm rol oynamışdır.[10]
Seyid Məhəmmədəli Qazi Təbatəbai (h.q. 1399-cu ildə vəfat edib) "Seyyidüş-Şühədanın (ə) ilk ərbəini barədə araşdırma"[11] adlı kitabında və Zəbihullah Məhəllati (h.q. 1406-cı ildə)[12] (Əqilətul-Ərəb) ləqəbini də Həzrət Zeynəb (s) üçün qeyd ediblər.
İstinadlar
- ↑ Dər Lisanul-ərəb, Ə - q - l sözünün şərhində; Əqiylətul-qəvm; Səyyiduhum
- ↑ ضرورت بازشناسی شخصیت حضرت زینب کبری(س), esra.ir saytı
- ↑ Muqərrəm, Məqtəlul-Hüseyn (ə), h.q 1426, s.272, 290
- ↑ Xoyi, Minhacul-bəraə fi şərhil-Nəhcil-bəlağə, 4-cü çap, c.15, s.39
- ↑ Mamaqani, Tənqihul-məqal fi elmir-rical, 1-ci çap, c.3, s.79
- ↑ Nümunə üçün baxın: Zeynəbul-kübra, h.ş 1362, s.17; Qərəşi, Əs-Seyyidətu Zeynəb (ə), h.q 1422, s.40
- ↑ Ənsari Qumi, Ketabşenasiye Həzrət Zeynəb (s), s.169
- ↑ مناقب عقیله بنیهاشم در کلام اهل بیت(ع)»Təsnim xəbər agentliyi; «ولادت عقیله بنی هاشم مبارکباد
- ↑ İsfahani, Məqatilut-talibin, h.q 1385, s.60
- ↑ Qəzvini, Zeynəbul-Kübra minəl-məhdi iləl-ləhd, h.q 1424, s.40
- ↑ Qazi Təbatəbai, Təhqiq dərbareye əvvəle Ərbəin Həzrət Seyyidüş-şühəda (ə), h.ş 1383, s.51
- ↑ Məhəllati, Rəyahinuş-şəriə, 1-ci çap, c.3, s.88
Ədəbiyyat
- İsfahani, Əbul-Fərəc, Məqatilut-talibin, Təhqiq: Kazim Müzəffər, Əl-Məktəbətul-Heydəriyyə, 2-ci çap, h.q 1385
- Ənsari Qumi, Nasiruddin, Ketabşenasiye Həzrət Zeynəb (s), dər məcəlleye mirase şəhab, Nömrə: 72 və 73, h.ş 1392
- Xoyi, Həbibullah, Minhacul-bəraə fi şərhil-Nəhcil-bəlağə, Təhqiq: Seyyid İbrahim Miyanəci, 4-cü çap
- Qazi Təbatəbai, Seyyid Məhəmməd Əli, Təhqiq dərbareye əvvəle Ərbəin Həzrət Seyyidüş-şühəda (ə), Tehran, Vezarate İrşad, h.ş 1383
- Qərəşi, Baqir Şərif, Əs-Seyyidətu Zeynəb (ə), Beyrut, 1-ci çap, h.q 1422
- Qəzvini, Seyyid Məhəmməd Kazim, Zeynəbul-Kübra minəl-məhdi iləl-ləhd, Qum, Darul-ğədir, 2-ci çap, h.q 1424
- Mamaqani, Abdullah, Tənqihul-məqal fi elmir-rical, 1-ci çap
- Məhəllati, Zəbiyhullah, Rəyahinuş-şəriə, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap
- Muqərrəm, Əbdür-Rəzzaq, Məqtəlul-Hüseyn (ə), Beyrut, Əl-Xorasan müəssisəsi, h.q 1426