Əbur-Reyhanəteyn
Əbur-Reyhanəteyn (Ərəbcə: أبو الريحانتين) iki reyhan atası deməkdir, Peyğəmbərin (s)[1] və İmam Əlinin (ə)[2] ləqəblərindən biridir.
Reyhan, hər cür ətirli bitki deməkdir.[3] Həzrət Peyğəmbər (s) bəzi məqamlarda buyurmuşdur ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) mənim reyhanlarımdır.[4] Bəzi hallarda bu təfsiri Peyğəmbər (s) tək İmam Həsən (ə) haqqında işlətmişdir. Məsələn, “Mənaqib” kitabında rivayət olunur ki, Peyğəmbər (s) hətta namaz qılarkən belə onunla çox mehriban və mərhəmətli davranırdı. Həmçinin səhabələrinin sualına və onların bu rəftarla bağlı təəccüblərinə cavab olaraq belə buyurmuşdur: "Bu, mənim reyhanımdır".[5]
Həzrət Əliyə (ə) də "Əbur-Reyhanəteyn" deyirlər.[6] Nümunə olaraq, Xarəzmi "Məqtəlul-Hüseyn" kitabında Peyğəmbərdən (s) bir rivayət nəql edir ki, o həzrət vəfatından üç gün əvvəl Əmirəl-mömininə (ə) belə salam verib:
Əlaqəli məqalələr
İstinadlar
- ↑ İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib (ə), h.q 1379, c.1, s. 154
- ↑ Təbərsi, İlamul-vəra, hq. 1390, s.154, İbn Şəhr Aşub, Mənaqib, c.1, s.154
- ↑ Ənuri, Fərhənge bozorqe soxən, "Reyhan" kəlməsi, h.ş 1390, c.4, s.3771
- ↑ Mofid, Əl-İrşad, h.q 1413, c.2, s.28
- ↑ İbn Şəhr Aşub Mazandarani, Mənaqib, c.3, s. 188
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.68
- ↑ Xəvarəzmi, Məqtəlul-Huseyn, c.1, s.103
Ədəbiyyat
- İbn Şəhr Aşub, Muhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib (ə), Qum, Əllamə, 1-ci çap, h.q 1379
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-əimmə, Təbriz, Məktəbətu Bəni Haşim, h.q 1371
- Ənuri, Həsən, Fərhənge bozorqe soxən, Tehran, Enteşarate soxən, h.ş 1390
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra bi-əlamil-huda, Tehran, İslamiyyə, 3-cü çap, h.q 1390
- Mofid, Muhəmməd ibn Muhəmməd, Əl-irşad fi mərifəti hucəcillah ələl-ibad, Qum, Muəssisətu Alil-Beyt (ə) liehyait-teras, 1-ci çap, h.q 1413