Məzmuna keç

Taslim:Ziyarət qüslü

wikishia saytından


Ziyarət qüslü (ərəbcə: غسل الزيارة) — məsumların qəbrini ziyarət edərkən yerinə yetirilən bir qüsl növüdür. Bəzi fəqihlər bu qüslu müstəhəb hesab etmiş, digərləri isə yalnız rəca (ümid) və ya savab niyyəti ilə edilməsini düzgün biliblər.

Tərif

Ziyarət qüslü — məsumların (ə) qəbrini ziyarət zamanı yerinə yetirilən qüsl kimi tərif olunmuşdur.[1] Kaşiful-Ğitaanın qeyd etdiyinə görə, bəzi alimlər ziyarət qüslünü peyğəmbərlərin qəbirlərinin ziyarətinə də aid ediblər.[2] Həmçinin İmam Sadiqdən (ə) nəql olunan rəvayətlərdə Kəbəni ziyarət etmək üçün də qüsl almaq tövsiyə edilmişdir.[3]

Fiqhi baxış

Bir sıra fəqihlər ziyarət qüslünü müstəhəb bilirlər.[4] İbn Zöhrə onun müstəhəb olmasında icma iddiası etmiş,[5] Şiə fəqihlərindən Məhəmməd Həsən NəcəfiCəvahirdə bu məsələnin məşhur olduğunu bildirmişdir.[6] Rəvayətlərdə Peyğəmbərin (s), İmam Hüseynin (ə)İmam Rzanın (ə) qəbirlərini ziyarət etmək üçün xüsusi olaraq qüsl tövsiyə olunub. Mərcəyi təqlidlərdən Vəhid Behbehani isə imamların nur baxımından bir olduqlarını əsas gətirərək bu hökmü bütün məsumlara da aid etmişdir.[7] Bəzi alimlər uzaqdan ziyarət etmək üçün də qüsl almağın mümkün olduğunu bildirirlər.[8]

Bəzi fəqihlər, o cümlədən Seyid Əbulqasim Xoi, Seyid Əli SistaniNasir Məkarim Şirazi, ziyarət qüslünün müstəhəbliyini qəbul etməmiş, onun yalnız rəcasavaba ümid niyyəti ilə icra edilməsinin düzgün olduğunu bildiriblər; yəni insan ümid edir ki, bu əməl Allah tərəfindən bəyənilmiş olsun.[9] Şiə fəqihlərinin bir qismilə görə isə ziyarət niyyəti olmadan belə məsumların hərəminə daxil olmaq üçün qüsl almaq müstəhəbdir.[10]

Ziyarət qüslü ilə namaz qılmaq olarmı?

Bir sıra fəqihlərə görə, orta dərəcəli istihazə qüslündən başqa bütün vacib və müstəhəb qüslərlə namaz qılmaq olar. Lakin ehtiyat-müstəhəb olaraq, cənabət qüslündən başqa digər qüsllardan sonra dəstəmaz almaq daha yaxşı sayılır.[11]

Əlaqəli məqalələr

İstinadlar

  1. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.2, s.309; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.5, s.45; Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.3, s.64-67
  2. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.2, s.309
  3. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.3, s.40; Tusi, Təhzibul-əhkam, h.ş 1364, c.1, s.104 və 114; Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, s.304
  4. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.2, s.309; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.5, s.45; Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.3, s.64-67
  5. İbn Zöhrə, Ğunyətun-nuzu ila ilməyil-üsul vəl-füru, h.q 1417, s.62
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.5, s.46
  7. Behbəhani, Məsabihuz-zəlam, h.q 1424, c.4, s.88-90
  8. Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1414, c.2, s.154
  9. Raşidi, Risaleye tözihul-məsail 9 mərcə, h.ş 1385, s.367-368
  10. Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1414, c.1, s.462; Təbatəbai Həkim, Mustəmsəkul-ürvətil-vüsqa, h.ş 1374, c.4, s.281; Həmdani, Misbahul-fəqih, h.ş 1376, c.6
  11. Ayat Təbrizi, Nuri və Vəhid; Raşidi, Risaleye tözihul-məsail 9 mərcə, h.ş 1385, 391 və 646-cı məsələlər

Ədəbiyyat

  • Behbəhani, Məhəmməd Baqir, Məsabihuz-zəlam, Qum, Əllamə Mücəddəd Vəhid Behbəhani müəssisəsi, h.q 1424 – h.ş 1382
  • Həmdani, Rza, Misbahul-fəqih, Muəssisətul-Cəfəriyyə li-ihyait-turas, h.ş 1376
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt, h.q 1414
  • İbn Zöhrə, Həmzə ibn Əli, Ğunyətun-nuzu ila ilməyil-üsul vəl-füru, Qum, İmam Sadiq (ə), h.q 1417
  • Kaşiful-ğita, Cəfər, Kəşful-ğita ən mubhəmatiş-şəriətil-ğərra, Qum, Enteşarate dəftəre təbliğate İslami Hozeye elmiyyeye Qom, h.q 1422
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1363
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiiil-İslam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, Daru ihyait-turasil-ərəbi, 7-ci çap, h.q 1404
  • Raşidi, Lətif və Səid Raşidi, Risaleye tözihul-məsail 9 mərcə, Qum, Enteşarate peyame ədalət, 1-ci çap, h.ş 1385
  • Şeyx Ənsari, Mürtəza, Kitabut-təharət, Qum, Konqreye cəhani bozorqdaşte Şeyx Əzəm Ənsari, h.q 1415
  • Təbatəbai Həkim, Seyid Möhsin, Mustəmsəkul-ürvətil-vüsqa, Qum, Darut-təfsir, h.ş 1374
  • Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Təhqiq: Seyid Həsən Xorasan, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1364
  • Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Davəri nəşri, h.q 1414

Xarici keçid