Kazim (ləqəb)
- Bu məqalə İmam Kazimin (ə) ləqəbi barəsindədir. İmamın həyatı haqda məlumat üçün, İmam Kazim (ə) məqaləsinə baxa bilərsiniz.
Kazim (ərəbcə: الكاظم) adı İmam Musa ibn Cəfərin (ə) ən məşhur ləqəbidir.[1] Şiələrin 7-ci imamının “Kazim” adlanmasının səbəbi budur ki, qəzəbini cilovlayırdı[2] və zalımların zülmü qarşısında səbr edirdi.[3] Əxlaq kitablarında da qeyd edilir ki, öz qəzəbini çox cilovlayan şəxslərə “kazim” deyilir.[4]
Sibt ibn Cəvzinin (vəf. 654 h.q.) “Təzkirətul-xəvas” adlı əsərində qeyd edilənlərə əsasən, İmam Musa Kazim (ə) ona görə “Kazim” adlanmışdır ki, ona bir kəs pislik edəndə İmam (ə) onun üçün hədiyyə göndərirdi.[5] Seyyid Haşim Məruf əl-Həsəni (1919-1984) “Sirətul-əimmətil-isna əşər” (on iki imamın həyatı) əsərində “Təzkirətul-xəvas” kitabına istinad edərək qeyd edir ki, İmam (ə) bir kəsdən pislik gördükdə ona ehtiyacını ödəyən bir şey göndərirdi.[6] Müxtəlif mənbələrdə qeyd edilir ki, İmam Kazim (ə) ona pislik edənlər və düşmənlər qarşısında öz qəzəbini boğurdu.[7] O cümlədən nəql olunur ki, Ömər ibn Xəttabın nəslindən olan bir şəxs İmam Kazimın yanında İmam Əlini (ə) təhqir etdi. İmamın (ə) yanındakılar onun üstünə cummaq istədikdə İmam (ə) imkan vermədi. Sonra İmam (ə) onun əkin sahəsinə getdi. Həmin şəxs İmamı (ə) görən kimi hay-küy salmağa başladı ki, məhsulu tapdalamasın. İmam (ə) ona yaxınlaşdı və ondan soruşdu:
- Tarlanın əkini üçün nə qədər pul xərcləmisən?
- 100 dinar.
- Nə qədər məhsul götürəcəyinə ümid edirsən?
- Qeybdən xəbər verə bilmərəm.
- Dedim ki, nə qədər məhsul götürəcəyinə ümid edirsən?
- 200 dinar.
İmam (ə) ona 300 dinar verib dedi:
- Bu 300 dinar da sənin, məhsulu da sənin.
İmam (ə) sonra məscidə getdi. Həmin şəxs özünü İmamdan (ə) əvvəl məscidə yetirdi və İmamı (ə) görən kimi ayağa qalxıb bu ayəni oxudu:
Əlaqəli məqalələr
İstinadlar
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1421, c.2, s.743
- ↑ İbn Əsir, Əl-Kamil, h.q 1385, c.6, s.164
- ↑ Təbərsi, Əlamul-vəra, h.q 1417, c.2, s.32
- ↑ Nəraqi, Cameus-səadat, Muəssisətul-ələmi lil-mətbuat, c.1, s.333, Ğəzzali, İlyau ulumid-din, Darul-mərifə, c.3, s.176
- ↑ Sibti ibn Zəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.312
- ↑ Əl-Həsəni, Sirətul-əimmətil-isna əşər, h.q 1382, c.3, s. 305
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s. 233, Qərəşi, Həyatul-imam Musa ibn Cəfər (ə), h.q 1429, c.2, s.160-162
- ↑ Bəğdadi, Tarix Bəğdadi, h.q 1417, c.13, s.30
Ədəbiyyat
- İbn Əsir, Əl-kamilu fit-tarix, Beyrut, Darus-sadir, h.q 1385
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-əimmə, Qum, Rəzi, h.q 1421
- Əl-Həsəni, Seyyid Haşim, Sirətul-əimmətil-isna əşər, Nəcəf, Əl-məktəbul-heydəriyyə, h.q 1382
- Sibti ibn Cəvzi, Təzkirətul-xəvass minəl-umməti fi zikri xəsaisil-əimmə, Qum, Əş-şərifur-rəzi, h.q 1418
- Təbərsi, Fəzl ibn Həsən, Əlamul-vəra bi-ilamil-huda, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1417
- Ğəzzali, Muhəmməd ibn Muhəmməd, İhyau ulumid-din, Beyrut, Darul-mərifə
- Qərəşi, Baqir Şərif, Həyatul-imam Musa ibn Cəfər (ə), h.q 1429
- Nəraqi, Muhəmməd Mehdi, Cameus-səadat, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat