Müctəba (ləqəb)

wikishia saytından
(Müctəba səhifəsindən yönləndirilmişdir)
Bu məqalə İmam Həsənin (ə) ləqəblərindən biri barəsindədir. İmamın şəxsiyyəti və həyatı haqda məlumat almaq üçün İmam Həsən Müctəba (ə) məqaləsinə baxın.

Müctəba (ərəbcə: المجتبى) seçilmiş mənasındadır və İmam Həsənin (ə) ləqəblərindən biridir.[1] Bu ləqəb Peyğəmbər (s)[2] və digər imamlar[3] barəsində də istifadə edilmişdir. İmam Sadiqdən (ə) imamların xüsusiyyətləri barədə nəql edilən xütbədə bu ləqəb imamın xüsusiyyəti kimi qeyd olunur,[4] lakin İmam Həsən (ə) haqqında məşhur olmuşdur.[5] Şiə imamlarından nəql olunan rəvayətlərdə İmam Həsən (ə) müctəba ləqəbi ilə qeyd edilmişdir.[6] “Müctəba” ləqəbi [[Təvəssül duası|təvəssül duasında][7] da o Həzrət barəsində qeyd edilmişdir. İmam Səccadın (ə) hirzində də “Əl-Həsənul-Müctəba” ifadəsi[8] gəlmişdir”.

“Müctəba” seçilmiş mənasınadır.[9] Əllamə Təbatəbai “Nəhl” surəsinin 121-ci ayəsi altında “İctəba” kəlməsini belə təfsir edir ki, Allah məsum İmamı Özü üçün xalis edib, onu pərakəndəlikdən uzaqlaşdırıb və düz yola hidayət edir.[10]

Deyilib ki, bu ləqəb bütün şiə imamları haqqında istifadə olunan xüsusi məfhumdur. Buna baxmayaraq, ancaq şiələrin ikinci imamı bu adla məşhur olub. O, həmçinin bu mətləbi çatdırır ki, “müctəba” ləqəbi İmam Həsənə (ə) o Həzrətin sağlığında aid edilmişdir.[11]

Əlaqəli məqalə

İstinadlar

  1. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.29
  2. Hənəfi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  3. Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.150
  4. Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.150
  5. Nizami Həmədani, Əl-Məarifur-rafiə, h.ş 1389, s.314
  6. Pakniya Təbrizi, Təəmmoli dər müstənədat və məşhurtərin əlqabe məsumin (ə), s.132
  7. Qumi, Məfatihul-cinan, h.q 1415, s.185
  8. Əturadi Quçani, Musnədul-İmamis-Səccad (ə), h.ş 1379, c.2, s.32
  9. Müntəziri, Dərshayi əz Nəhcül-bəlağə, h.ş 1395, s.398
  10. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.12, s.368
  11. Fəttahi, Ənvare İlahi, h.ş 1390, s.274

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib, Qum, Əllamə, h.q 1379
  • Pakniya Təbrizi, Əbdül-Kərim, Təəmmoli dər müstənədat və məşhurtərin əlqabe məsumin (ə) h.ş 1390
  • Hənəfi, Məhəmməd ibn Yusif, Nəzmu durəris-simteyn, Beyrut, h.q 1425
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Əturadi Quçani, Əzizullah, Musnədul-İmamis-Səccad (ə), Tehran, Əturad, h.ş 1379
  • Fəttahi, Həmid, Ənvare İlahi, Qum, Mir Fəttah, h.ş 1390
  • Qumi, Abbas, Məfatihul-cinan, Beyrut, Darul-melak, h.q 1415
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, 2-ci çap, h.q 1403
  • Müntəziri, Hüseynəli, Dərshayi əz Nəhcül-bəlağə, Tehran, Serayi, h.ş 1395
  • Nizami Həmədani, Əli, Əl-Məarifur-rafiə, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1389