Təvaf namazı

wikishia saytından
(Nisa təvafı namazı səhifəsindən yönləndirilmişdir)

Təvaf namazı (ərəbcə: صلاة الطواف) həcc və ümrənin vacib əməllərindəndir. Bu iki rükətli namaz, səhər namazı kimidir ki, təvafdan sonra İbrahim məqamının arxasında qılınır. Nisa təvafı və onun namazı bu namazdan yalnız niyyətlə fərqlənir.

Tarixi

Bu namazı İbrahim məqamının arxasında qılmağın İbrahim (ə)İsmayılın (ə) zamanından Peyğəmbərin (s) dövrünə qədər bir tarixi keçmişi var.[1] Həmçinin Quran da müsəlmanları burada namaz qılmağa dəvət edir.[2]

Namazın keyfiyyəti

Hər vacib təvafdan sonra sübh namazı kimi iki rükət təvaf namazı qılınmalıdır. Bu namazda kişilərin Həmd və surəni ucadan oxuması lazım deyil.

Bu namazın niyyəti təvafla bağlıdır: Ziyarət təvafından sonra Ziyarət təvafı niyyəti ilə və Nisa təvafından sonra Nisa təvafı niyyəti ilə qılınır. Təvafla namazı arasında heç bir fasilə olmamalıdır.[3]

Namazın yeri

Vacib təvaf namazı başqalarının təvaf etməsinə narahatlıq yaratmadan İbrahim məqamının arxasında və onun yaxınlığında qılınmalıdır.[4] Üzrlü səbəbə görə ikinci mərtəbədə təvaf edən, lakin Məscidül-Həramın həyətində və İbrahim məqamının arxasında namaz qıla bilənlər barəsində fətva fərqi vardır.[5]

Müstəhəb təvaf namazı Məscidül-Həramın istənilən yerində qılına bilər.[6]

İstinadlar

  1. Təbərsi, Məcməul-bəyan, h.q 1379, c.1, s.203
  2. Bəqərə surəsi, ayə 125
  3. Mənasike Həcc, Məsələ 790
  4. Mənasike Həcc, Məsələ 796
  5. Mənasike Həcc, Məsələ 2\800
  6. Əl-Vazihu fi şərhil-ürvətil-vüsqa, c.4, s.286

Ədəbiyyat

  • Qurani-Kərim
  • Mahmudi, Məhəmməd Rza, Mənasike Həcc mutabiq fətəvaye İmam Xomeyni və mərace muzzəme təqlid, Tehran, 4-cü çap, h.ş 1387
  • Təbərsi, Əl-Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, h.q 1379
  • Cəvahiri, Məhəmməd, Əl-Vazihu fi şərhil-ürvətil-vüsqa, Qum, h.q 1436