Məzmuna keç

Seyyid Əli Hüseyni Xamenei

wikishia saytından
(Seyyid Əli Xamenei səhifəsindən istiqamətləndirilmişdir)
Seyyid Əli Hüseyni Xamenei
İran İslam Respublikasının ikinci rəhbəri
İran İslam Respublikasının ikinci rəhbəri
Tam adıSeyyid Əli Hüseyni Xamenei
LəqəbAyətullahul-üzma
Keçmiş vəzifələriİslam şura məclisin nümayəndəsi - Tehranın imam cüməsi - Prezident - İran İslam Pespublikasının rəhbəri
Diniİslam
MəzhəbiŞiə
Doğum günüHicri-şəmsi ili 1318 \ 29 Fərvərdin

Hicri-qəməri ili 1358 \ 28 Səfər

Miladi ili 1939 \ 19 Aprel
Doğulduğu şəhərMəşhəd
Doğulduğu ölkəİran
Həyat yoldaşının adıMənsurə Xocəstə Baqirzadə
ÖvladlarıOğlanları: Mustafa, Müctəba, Məsud və Meysəm Qızları: Hüda, Büşra
ŞəhadətiHicri-şəmsi ili 1404 \ 9 İsfənd

Hicri-qəməri ili 1447 \ 10 Ramazan

Miladi ili 2026 \ 28 Fevral
UstadlarıSeyid Cavad Hüseyni Xamenei

Mirza Məhəmməd Müdərris Yəzdi Haşim Qəzvini Seyid Məhəmməd Hadi Milani Hacı Ağa Hüseyn Burucerdi İmam Xomeyni Mürtəza Hairi Yəzdi Seyid Məhəmməd Mühəqqiq Damad

Əllamə Təbatəbai
ƏsərləriQuranda islami təfəkkür tezisi (kitab)

250 yaşlı insan

Pişvaye Sadiq

Sulhul-Hüseyn
Rəsmi internet saytıƏsərlərinin nəşri
Rəhbərin dəftəri
İmza


Seyyid Əli Hüseyni Xamenei (ərəbcə: السيد علي الحسيني الخامنئي) - (1939-2026) şiə təqlid mərcəyiİran İslam Respublikasının ikinci rəhbəridir. O İran İslam İnqilabından əvvəl Pəhləvi hökümətinə qarşı mübarizə aparan fəallardan idi bu mübarizəsinə görə də bir neçə dəfə həbs və sürgün olunmuşdur. İmam Xamenei 1989-cu ildə rəhbərlik məqamına seçilməmişdən öncə iki dönəm prezident və bir müddət də İslam Şurası Məclisində millət vəkili olmuşdur. Qəmə vurmağın haram edilməsi, əhli-sünnətin müqəddəslərinə hörmətsizlik edilməsinin haram edilməsi, nüvə silahından istifadənin haram edilməsi, müqavimət cəbhəsinə dəstək olmaq, iqtisadi müqavimətin yaradılması və Fələstin məsələsinin hər tərəfli həll olunması Ayətullah Xameneinin fiqhi və siyasi nəzərlərindən bəziləridir. Ədəbiyyat və tarixə də böyük məhəbbəti var və şeirlərini "Əmin" təxəllüsü ilə qələmə alırdı. Quranda İslami düşüncə, 250 yaşlı insan, ĞinaFələstin qələmə aldığı əsərlərdəndir. Dini təhsilini uşaq yaşlarından başlamış, Məşhəd, Nəcəf, Qum elmi hövzələrində təhsil almış, eləcə də tədris etmişdir. İmam XomeyniƏllamə Təbatəbainin tələbəsi olmuşdur.

Ayətullah Xamenei öz rəhbərlik müddətində hər il Həcc zəvvarlarına məktublar göndərmiş, müsəlmanların vəhdətini dəstəkləmiş, müqavimət mehvərinə dəstəyi xüsusi vurğulamış, daxili və xarici siyasətə öz nəzərini bildirmiş, hövzəvi və elmi araşdırma mərkəzlərə öz dəstəyini göstərmişdir.

Ayətullah Xamenei 2026-cı ilin fevral ayının 28-də öz ofisi və evinin yerləşdiyi məkanda Amerika və İsrailin birgə təşkil etdiyi raket hücumu nəticəsində şəhadət məqamına ucalmışdır.

Doğumu və nəsəbi

Seyyid Əli Xamenei 19 aprel 1939 (29 Fərvərdin 1318 / 28 Səfər 1358) tarixində müqəddəs Məşhəd şəhərində dindar və ziyalı bir ailədə dünyaya göz açmışdır.[1]

Ata və anası

Nəcəfdə[2] dünyaya gələn və uşaq yaşlarında ailəsi ilə birlikdə Təbrizdə məskunlaşan İmam Xameneinin atası Seyyid Cavad Xameneyi də (vəfat: 5 iyul 1986) öz dövrünün alim və müctəhidlərindən olmuşdur. 1957-ci ildə Məşhədə hicrət edən Seyyid Cavad Xamenei bir müddət sonra yenə Nəcəfə dönür. Nəcəfdə Ayətullah Naini, Seyyid ƏbulHəsən İsfahani və Ağa Ziyauddin İraqi kimi böyük alimlərin yanında tələbəlik etmiş və ictihad icazəsi aldıqdan sonra yenidən İrana dönərək, Məşhəd şəhərinə yerləşmişdir. İmam Xameneinin atası hövzə dərslərini tədris etməyi ilə yanaşı, Məşhəd bazarındakı Siddiqlər məscidində (Azərbaycanlıların Məscidi) imam camaatı olmuşdur.[3]

İmam Xameneinin anası isə, Məşhədin tanınmış, təqvalı alimlərindən olan Ayətullah Seyyid Haşim Nəcəfabadinin qızı Xədicə Mirdamadi idi.[4]

Siyasi mübarizə və cihad

Əsas məqalə: 250 yaşlı insan nəzəriyyəsi

Ayətullah Xamenei belə hesab edir ki, Şiə imamlarının siyasi həyatı zahirdə fərqli görünsə də, əslində təxminən 250 il davam edən ardıcıl bir hərəkat olmuşdur. Onların hamısı müxtəlif üsullarla öz dövrlərinin düşmənlərinə qarşı mübarizə apararaq insanlığın inkişafı və İslam cəmiyyətinin qurulması istiqamətində fəaliyyət göstərmişlər.[5]

O, cihadı yalnız hərbi sahə ilə məhdudlaşdırmır, əksinə düşmənə qarşı siyasi, mədəni, media və iqtisadi sahələrdə mübarizəni də cihadın bir hissəsi hesab edir.[6] Həmçinin düşmənin nüfuzuna qarşı mübarizə üçün “Cihad-i Təbyin” (haqqın və həqiqətin izahı və aydınlaşdırılması cihadı) terminini təqdim etmişdir.[7]

İslam dünyasında müsəlmanların birliyinin himayəsi

Ayətullah Xamenei İslam birliyini müsəlmanlar arasında düşmənçiliyin aradan qalxması kimi izah edir və bunu əqidə və məzhəblərin eyniləşdirilməsi kimi görmür.[8] O, şiə və sünni arasında ixtilaf yaradan cərəyanları müvafiq olaraq “İngilis şiəliyi” və “Amerika islamı” adlandırmışdır.[9]

1389-cu hicri-şəmsi ilində (2010) Yasir əl-Həbib Peyğəmbərin (s) həyat yoldaşı Aişə haqqında təhqiramiz sözlər söylədikdən sonra Ayətullah Xamenei fətva verərək İslam məzhəblərinin müqəddəslərinə təhqir etməyi haram elan etmişdir. O, Dünya Məzhəblərin Yaxınlaşdırılması MəclisiDünya Əhli-Beyt Məclisi kimi qurumları dəstəkləməklə, dinlər və məzhəblər üzrə beynəlxalq konfranslarda iştirak edərək və İslam alimləri ilə görüşlər keçirərək müsəlmanların birliyinin zəruriliyini vurğulamışdır.[10]

Həmçinin o, xarici qüvvələrin – xüsusilə İngiltərəninİslam dünyasında məzhəbi ixtilafları qızışdırmaqda tarixi rolunun olduğunu qeyd etmiş və bu təfriqənin nəticələri barədə xəbərdarlıq etmişdir.[11]

Seyid Əli Xamenei:

“Bəzi insanlar elə düşünürlər ki, şiəliyi sübut etmək o deməkdir ki, insan Əhli-sünnənin və başqa müsəlmanların hörmət etdiyi böyük şəxsiyyətlərə daim söyüş və təhqir etsin. Xeyr, bu, Əhli‑beyt imamlarının yoluna ziddir.

Siz görürsünüz ki, İslam dünyasında bəzi radio və ya televiziya kanalları yaranır və onların işi guya şiə adı ilə, şiə adına danışaraq digər İslam firqələrinin hörmət etdiyi böyük şəxslər haqqında pis danışmaqdır. Aydındır ki, onların büdcəsi Birləşmiş Krallığın Xəzinədarlığının büdcəsidir; bu, İngiltərənin maliyyəsidir — bu, “ingilis şiəliyi”dir.

Heç kim düşünməsin ki, şiəliyin yayılması, şiə inancının möhkəmlənməsi və şiə imanının güclənməsi bu cür söyüş və bu cür danışıqla mümkündür. Xeyr! Bu, əks təsir göstərir. Siz söyüş söydükdə, qarşı tərəfin ətrafında qəzəb və emosiyadan ibarət bir hasar çəkilir və artıq haqq söz belə onun üçün dözülməz olur.”[12]

Mədəni və regional məsələlər

Ayətullah Xamenei mədəni hücumu millətlər üzərində hakimiyyət qurmaq məqsədilə həyata keçirilən şüurlu hücum kimi qiymətləndirir.[13] Onun fikrincə, bu proses Rza şah dövründən başlamış və İran-İraq müharibəsindən sonra da davam etmişdir.[14]

مِثلی لا یُبایِعُ مِثلَ یَزید

Mənim kimisi, Yezid kimisi ilə beyət etməz.

Ali-rəhbər Şəhid Ayətullah Xamenei:

İran xalqı özünün İslami və şiə dərslərini yaxşı bilir; nə etməli olduğunu anlayır. İmam Hüseyn ibn Əli buyurmuşdur: “Mənim kimisi, Yezid kimisi ilə beyət etməz.” İran xalqı da əslində deyir: Bizim kimi bir millət – bu mədəniyyətə, bu tarixə, bu yüksək maarifə sahib olan bir millət – bu gün Amerikada hakimiyyətdə olan fasiq adamlar kimi rəhbərlərlə beyət etməyəcək.

Şərqi Azərbaycan camaatı ilə axırıncı görüşündən bir hissə \ 17 Fevral 2026

O, həmçinin “Yaxın Şərq” ifadəsinin əvəzinə “Qərbi Asiya” terminindən istifadə etməyi daha doğru hesab edir. 1389-cu (2010) ildə ərəb ölkələrində baş verən inqilabi hərəkatları, mediada “ərəb oyanışı” adlandırılsa da,[15] o “İslam oyanışı” kimi təqdim etmişdir.[16]

Fələstin məsələsi

  • Onun fikrincə, Fələstin probleminin həlli yolu ümumxalq referendumudur və bu referendumda bütün fələstinlilər – müsəlmanlar, xristianlar və yəhudilər iştirak etməlidirlər.[17]

Ayətullah Xamenei hesab edir ki, Fələstinin azad olunmasının yolu müqavimətdir[18] və bu məsələ ilə bağlı danışıqları səhv sayır; çünki belə danışıqlar fələstinlilər üçün yalnız zərər gətirir və azadlığı gecikdirir.[19]

İqtisadi məsələlər

Ayətullah Xamenei “müqavimət iqtisadiyyatı” anlayışını sanksiyalara qarşı mübarizə və İranın daxili imkanlarından istifadə üçün bir strategiya kimi təqdim etmişdir.[20] Onun vurğuları nəticəsində “müqavimət iqtisadiyyatı” ifadəsi İranın siyasi ədəbiyyatına daxil olmuşdur.[21] O, həmçinin 1378-ci (2000) ildən etibarən hər il üçün müəyyən adlar seçərək insanların diqqətini mədəni, dini və iqtisadi məsələlərə yönəltməyə başlamışdır.[22] 1397-ci (2018) ilin Bəhmən ayında, İslam İnqilabının 40 illiyi münasibətilə o, “İnqilabın ikinci addımı” adlı bəyanat yayımlamış və bununla inqilabın ikinci 40 ili üçün yol xəritəsini təqdim etmişdir.[23]

İmam Xameneinin elmi həyatı

Ali-rəhbər Şəhid Ayətullah Xamenei: Qəmə vurmaq nə dinlə bağlıdır, nə də bir matəm mərasimi sayılır; bu, qəti şəkildə səhv və bir bidətdir. Şübhəsiz ki, Allah onun edilməsindən razı deyil və mən də qəmə vurduğunu nümayiş etdirən kimsədən ürəkdən razı deyiləm.[24]

Seyyid Əli Xamenei təhsilini 4 yaşında ikən dini mədrəsəyə gedərək Qurani Kərimi öyrənməklə başlayıb.[25] O orta məktəbdə oxuduğu vaxtlardan "Camiul-muqəddəmat" kitabını, sərf və nəhv (ərəb dilinin qrammatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: "Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir".

O, ərəb dilini atasının nəzarəti altında "Süleyman xan" və "Nəvvab" mədrəsələrinin müəllimləri yanında[26] "Camiul-muqəddəmat", "Siyuti", "Muğni" və s. kitablardan öyrənmişdir. "Kitabu məalim"i də həmin vaxtlarda oxumuşdur. Sonra "Şərayiul-İslam" və "Şərhe Lumə"ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, "Rəsail" və "Məkasib"i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəccüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini "Mənzumeye Səbzevari"dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Manzume-ye Fekri-ye Ayətullah Xamanei kitabının üz qabığının şəkli.

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahul-üzma Milaninin yanında dərsə başlamışdı.

1336-cı (1959 m.) ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyyid Möhsün Həkim, Seyyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyyid Yəhya Yəzdi və Mirzə Həsən Bucnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.[27]

Seyid Əli Xamenei – İran İslam Respublikasının Sədasının xüsusi qrupunun və İslam maarifi qrupunun üzvlərinə müraciətlə:

“Maarif məsələsində… mən bu işin mütəxəssisi sizin özünüzəm; yəni əgər siz cənablar maarif haqqında bir mütəxəssislə danışmaq istəsəniz, mənimlə danışmalısınız. Mən elə bir tələbəyəm ki, ömrüm maarifi təbliğ etməklə – təkcə maarifi bilməklə yox – keçib.

Əgər mübaliğə olmasa, mən uzun illər ərzində vaxtımı bəzən elə mürəkkəb və müxtəlif məclislərdə keçirmişəm ki, orada həm tam sadə insanlar, həm alimlər, professorlar və elmi şəxsiyyətlər iştirak ediblər; mən bütün təbəqələrlə üz-üzə olmuşam.

Mən bilirəm ki, maarif nə deməkdir, maarifi bəyan etmək, onu təbliğ etmək və onu çatdırmaq nə deməkdir və bunun nə qədər böyük əhəmiyyəti var.”[28]

Tədris

Seyyid Əli Xamenei, Məşhəd şəhərində olduğu ilk günlərdən etibarən fiqhüsul dərslərini tədris etmiş və ümumi kütlə üçün təfsir dərsləri məclisləri təşkil etmişdir. Təfsir dərsləri 1968-ci ildən 1977-ci ilə qədər, yəni sürgün olunduğu müddətə qədər davam etmişdir.[29]

Mərcəiyyət

1995-ci ildə Ayətullah Muhəmməd Əli Ərakinin vəfatından sonra, Qum elmi hövzəsinin Ustadları BirliyiMübariz Ruhanilər birliyi tərəfindən Ayətullah Xamenei təqlid mərcəyi kimi elan edildi. O elan etdi ki, İran onun mərcəiyyətinə ehtiyac yoxdur, təkcə xaricdə yaşayan şiələrin istəyini nəzərə alaraq, bu məqamı qəbul edir.[30] Birinci fətva kitabı "Əcvibətul-istiftaat"dır ki, bu kitabda şiələrin şəri suallarına cavablar qeyd olunub.

Əsərləri

İmam Xomeyni adına Hüseyniyyədə İmam Xameneinin dərsi-xarici. 17 Noyabr 2019

Ayətullah Xamenei rical, Quran təfsiri, fiqh, kəlam, İslam tarixi mövzusunda əsərlər yazmış və tərcümələr etmişdir." Rical elmində 4 əsas kitab", "Səbr barəsində deyilənlər", "Tövhid ruhu" onun qələmə aldığı kitablardandır.

Pəhləvi hökümətinə qarşı siyasi mübarizələr

Ayətullah Xamenei Pəhləvi hökumətinə qarşı mübarizə aparanlardan və İran İslam İnqilabının fəal iştirakçılarından olmuşdur. Onun siyasi fəaliyyətinin başlanğıcı Məşhəddə Seyyid Müctəba Nəvvab Səfəvi ilə görüşünə aid edilir. O, tənqidi çıxışlar etdiyinə görə bir neçə dəfə həbs olunmuş[31] və camaat namazı qıldırmaq, çıxış etmək və dərs demək kimi fəaliyyətlərdən məhrum edilmişdir.[32] Buna baxmayaraq, fəaliyyətlərini gizli şəkildə davam etdirirdi.[33] Onun təfsir dərsləri əvvəlcə Mirzə Cəfər mədrəsəsində, İmam Həsən məscidində, Qiblə məscidində və öz evində keçirilirdi. Daha sonra 1362-ci (m.1973) ilin Azər ayından etibarən Kəramət məscidinə köçürüldü.[34]

O, Seyyid Mahmud Taleqani, Mehdi Bazərqan və Yədullah Səhabi ilə əlaqədə idi.[35] Bu şəxslər İmam Xomeynini dəstəklədiklərinə görə həbs olunmuşdular və Xamenei bəzən siyasi məhbusları ziyarət etməyə gedirdi.[36] Xamenei bir sıra ruhani şəxslərlə birlikdə — o cümlədən Əbdürrəhim Rəbbani Şirazi, Seyyid Məhəmməd Hüseyni Beheşti, Əkbər Haşimi Rəfsəncani və Məhəmmədtaqi Misbah Yəzdi[37] — Pəhləvi hökumətinə qarşı mübarizəni gücləndirmək və Qum hövzəsinin möhkəmləndirmək məqsədilə yaradılmış on bir nəfərlik qrupun üzvü idi.[38] Onun digər siyasi fəaliyyətlərindən biri də İmam Xomeyninin mərcəiyyətinin möhkəmləndirilməsi üçün çalışmaq idi.[39]

Ali-rəhbər Şəhid Ayətullah Xamenei:

“Əlbəttə, mən israr edirəm ki, bu bölgəyə “Qərbi Asiya” deyək, Yaxın Şərq yox. “Uzaq Şərq”, “Yaxın Şərq”, “Orta Şərq” kimi ifadələr düzgün deyil. Uzaq haradan? Avropadan. Yaxın haraya? Yenə Avropaya. Yəni guya dünyanın mərkəzi Avropadır; Avropadan daha uzaqda olan yerlərə “Uzaq Şərq”, daha yaxın olanlara “Yaxın Şərq”, ortada olanlara isə “Orta Şərq” deyilir!

Bu, avropalıların özlərinin verdiyi bir tərifdir; yox, biz bunu qəbul etmirik. Asiya bir qitədir; onun şərqi də var, qərbi də var, ortası da var. Biz Asiyanın qərbində yerləşirik; buna görə də bizim bölgəmizin adı Qərbi Asiyadır, “Orta Şərq” yox.”

Universitet müəllimləri ilə görüşdən, 13 Avqust 2018

İranşəhrə sürgün

Seyyid Əli Xamenei 1356-cı (1977) ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən 3 il müddətinə İranşəhrə sürgün edilir.[40] 1357-ci (1978) ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır[41] və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.

İslam inqilabından rəhbərliyə qədər olan fəaliyyətlər

İslam İnqilabının qələbəsindən sonra Ayətullah Xamenei İran İslam Respublikasının müxtəlif qurumlarında fəaliyyət göstərdi. O, 1978-ci ilin dekabrında (1357-ci hicri-şəmsi ilində) İslam İnqilab Şurasının yaradılmasından etibarən onun iclaslarında iştirak etmiş[42] və 1980-ci ilin iyulunda (1359-cu hicri-şəmsi ilində) Şuranın fəaliyyətinə son qoyulana qədər onun üzvü olmuşdur.[43] Bu dövrdə yeni quruluşun möhkəmləndirilməsi ilə bağlı qərarların qəbulunda, o cümlədən Müvəqqəti hökumətin formalaşdırılmasında[44] və inqilabdan sonrakı siyasi məsələlərdə iştirak etmişdir.[45] Həmçinin 1979-cu ilin iyulunda (1358-ci hicri-şəmsi ilində) Müdafiə Nazirliyində İnqilab İşləri üzrə müavin vəzifəsinə təyin edilmiş,[46] bir müddət İslam İnqilabı Keşikçiləri Korpusuna rəhbərlik etmiş və İslam İnqilab Sənədləri Mərkəzinin məsuliyyətini daşımışdır. 1980-ci ilin mayında (1359-cu hicri-şəmsi ilində)[47] İmam Xomeyninin sərəncamı ilə Ali Müdafiə Şurasına onun nümayəndəsi təyin edilmiş və İmam Xomeyninin nümayəndəsi, eləcə də bu Şuranın sözçüsü kimi fəaliyyət göstərmişdir.

Xamenei İslam Respublika Partiyasının təsisçilərindən biri hesab olunurdu.[48] O, 1980-ci ilin fevralında (1358-ci hicri-şəmsi ilində) keçirilən ilk İslam Şurası Məclisi seçkilərində Tehran seçki dairəsindən deputat seçilmiş və Müdafiə Məsələləri Komissiyasına rəhbərlik etmişdir. Həmçinin 1981-ci il 10–25 fevral tarixləri arasında Hindistana təbliğati səfər etmişdir.[49]

İnqilab Şurasına üzvlük

Ayətullah Xamenei 1357-ci (m. 1978) ilin Dey ayında İslam İnqilabı Şurasının yaradılmasından etibarən onun iclaslarında iştirak etmiş[50] və 1359-cu (1980) ilin Tir ayına qədər bu şuranın üzvü olmuşdur.[51] İnqilab Şurası mübarizə ilə bağlı mühüm qərarlar qəbul edən qurum idi. Bu qərarlara Pəhləvi hökumətinin rəsmiləri və xarici ölkələrlə danışıqlar aparılması, İmam Xomeynini qarşılama komitəsinin yaradılması[52]Mehdi Bazərqanın müvəqqəti hökumətin başçısı kimi təqdim edilməsi kimi məsələlər daxil idi.[53]

İslam Respublikası Partiyasının yaradılmasında rolu

Ayətullah Xamenei Seyyid Məhəmməd Hüseyni Beheşti, Məhəmməd Cavad Bahunər, Əkbər Haşimi Rəfsəncani və digərləri ilə birlikdə inqilab dövründə inqilabi təşkilat yaratmaq üçün fəaliyyət göstərmişdir.[54] Bu təşkilat 29 Bəhmən 1357-ci ildə “İslam Respublikası Partiyası” adı ilə təsis edildi.[55] Seyyid Əli Xamenei partiyanın məramnaməsinin hazırlanmasında və təbliğat işlərində iştirak etmişdir.[56] 1360-cı (1981) ilin Şəhrivər ayında o, partiyanın üçüncü baş katibi seçildi.[57] Daha sonra 1362-ci (1983) ildə yenidən partiyanın baş katibi və Mərkəzi Şurasının üzvü seçilmişdir.[58]

İran İslam Respublikasının Prezidentliyi

Məhəmmədəli Rəcainin, o vaxtkı İran İslam Respublikasının prezidentinin, 1360-cı şəmsi ilin şəhrivər ayında sui-qəsd nəticəsində öldürülməsindən sonra növbədənkənar prezident seçkiləri keçirildi. Ayətullah Xamenei 1360-cı şəmsi ilin mehr ayında (1981-ci ilin oktyabrında) səslərin 95,11 faizini əldə edərək İran İslam Respublikasının üçüncü prezidenti seçildi.[59] Bu seçki İran İslam Respublikasının inqilabdan sonrakı daxili problemlər, müxalif qrupların fəaliyyəti və İran-İraq müharibəsi ilə üzləşdiyi bir şəraitdə keçirildi. Həmin vaxta qədər ruhani şəxslərin prezident vəzifəsini tutmasına müsbət yanaşmayan İmam Xomeyni də onun namizədliyinə razılıq verdi.[60] Bu prezidentlik dövrü ölkənin müharibə şəraitində idarə olunması, siyasi və hərbi qurumlar arasında koordinasiyanın təmin edilməsi və müharibənin yaratdığı iqtisadi çətinliklərlə mübarizə ilə səciyyələnirdi.

1364-cü şəmsi ildə (1985-ci ildə) keçirilən seçkilərdə Seyid Əli Xamenei səslərin 85 faizini qazanaraq ikinci müddətə prezident seçildi və 1368-ci şəmsi ilin mordad ayına (1989-cu ilin avqustuna) qədər bu vəzifəni icra etdi. Bu dövr 1367-ci şəmsi ilə (1988-ci il) qədər davam edən İran-İraq müharibəsi, BMT Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsinin qəbul edilməsi və müharibədən sonrakı yenidənqurma mərhələsinin başlanması ilə müşayiət olundu.

Xarici əlaqələr sahəsində Ayətullah Xameneinin hökuməti inqilab və müharibədən sonrakı şəraitdə İran İslam Respublikasının xarici əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərdi. Xamenei prezidentliyi dövründə Suriya, Liviya, Əlcəzair, Pakistan, Tanzaniya, Zimbabve, Anqola, Mozambik, Yuqoslaviya, Rumıniya, Çin və Şimali Koreya kimi ölkələrə səfərlər etdi.[61] Həmçinin 1366-cı şəmsi ildə (1987-ci ildə) Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 42-ci sessiyasında çıxış etdi; bu, İran İslam Respublikası prezidentinin həmin sessiyada ilk iştirakı idi.[62] O, həmçinin Zimbabvedə keçirilən Qoşulmama Hərəkatının VIII Zirvə toplantısında çıxış etdi.[63]

1366-cı şəmsi ildə (1987-ci ildə) İslam Şurası Məclisi ilə Negəhban şurası arasındakı fikir ayrılıqlarını həll etmək məqsədilə Məsləhətin Müəyyənləşdirilməsi Şurası yaradıldı.[64] Ayətullah Xamenei isə bu qurumun ilk sədri təyin edildi.[65]

Tehranın imam cüməsi

Ayətullah Xamenei 1358-ci ilin dey ayında (1979-cu ilin dekabrı – 1980-ci ilin yanvarı), İmam Xomeyninin əmri ilə Tehran şəhərinin cümə imamı təyin edildi.[66] İnqilabdan sonrakı illərdə, xüsusilə prezidentliyi dövründə, o, cümə namazını müntəzəm olaraq qıldırırdı. 1368-ci ildə (1989) rəhbər seçildikdən sonra isə onun cümə namazını qıldırması xüsusi günlər və mühüm hadisələrlə məhdudlaşdı. Digər həftələrdə bu mərasim müvəqqəti cümə imamları tərəfindən həyata keçirilirdi. Ayətullah Xameneinin cümə namazı və Fitr bayramı namazı zamanı söylədiyi xütbələr İran İslam Respublikasında onun daxili məsələlər, xarici siyasət, İslam dünyası və regional hadisələrlə bağlı baxış və mövqelərini ifadə etdiyi ən mühüm rəsmi tribunalarından biri hesab olunur.[67]

Mühüm xütbələr

Ayətullah Xamenei 1398-ci (2019–2020) ilə qədər qırx il ərzində Tehran cümə imamı vəzifəsində təxminən 240 dəfə cümə namazına imamlıq edib.[68] Onun ən diqqətçəkən xütbələri arasında 29 xordad 1360-cı (19 iyun 1981) ildə Bəni-Sədr haqqında söylədiyi xütbə, 16 dey 1366-cı (6 yanvar 1988) ildə vəliyyi-fəqihin səlahiyyətləri barədə söylədiyi xütbə, 23 tir 1368-ci (14 iyul 1989) ildə rəhbər seçildikdən sonra ilk xütbəsi, 18 dey 1377-ci (8 yanvar 1999) ildə zəncirvari qətllərə reaksiyası, 29 xordad 1388-ci (19 iyun 2009) ildə prezident seçkilərindən sonrakı hadisələr haqqında söylədiyi xütbə[69] və 27 dey 1398-ci (17 yanvar 2020) ildə Qasim Süleymaninin terrorundan sonra söylədiyi xütbə[70] qeyd edilə bilər.

Nəsr cümə namazı

13 mehr 1403-cü ildə (4 oktyabr 2024-cü il), Seyid Həsən Nəsrullahın terrorundan və «Əl-Əqsa tufanı» əməliyyatının ildönümündən sonra cümə namazı Ayətullah Xameneinin imamlığı ilə qılındı. Bu namazın ikinci xütbəsi Müqavimət cəbhəsində, xüsusilə LivanQəzzada baş verən hadisələrə həsr edildi və ərəb dilində söylənildi. Bu cümə namazı İsrailin Ayətullah Xameneiyə qarşı təhdidləri və regionda baş verən hadisələr fonunda keçirildiyinə görə beynəlxalq mediada geniş əks-səda doğurdu və «Nəsr cümə namazı» adı ilə məşhurlaşdı.[71]

İran İslam Respublikasının rəhbərliyi

İmam Xomeyninin 14 Xordad 1368-ci ildə (4 iyun 1989) vəfat etməsindən sonra, Rəhbərlik üzrə Ekspertlər Məclisi həmin gün Ayətullah Xameneini İslam Respublikasının rəhbəri seçdi.[72] Konstitusiyaya yenidən baxıldıqdan sonra Ekspertlər Məclisi yeni Konstitusiyaya əsasən onun rəhbərliyini bir daha təsdiqlədi. Ekspertlər Məclisinin müzakirələrindən yayımlanmış audio sənədlərə əsasən, həmin iclasda Əkbər Haşimi Rəfsəncani İmam Xomeyninin Ayətullah Xameneinin rəhbərlik üçün layiqli olduğunu bildirdiyi sözlərini sitat gətirmişdi.[73] Bu seçkidən sonra dövlət rəsmiləri, İmam Xomeyninin ofisi, təqlid mərcələri və cəmiyyətin müxtəlif təbəqələri ona beyət etdilər. Bu beyətlər ölkənin müxtəlif yerlərində keçirilən toplantılar və kütləvi mərasimlər şəklində həyata keçirildi.[74] Ayətullah Xameneinin rəhbərlik dövrü İran İslam Respublikasının ABŞ və bəzi digər ölkələrin tətbiq etdiyi sanksiyalarla üzləşdiyi bir şəraitdə keçdi.

İslam dünyası ilə əlaqələr

Ayətullah Xameneinin rəhbərliyi dövründə o, İslam dünyasının məsələləri ilə müxtəlif yollarla əlaqə saxlayırdı. Buna beynəlxalq konfransların, o cümlədən Vəhdət Konfransının keçirilməsini dəstəkləməsi, İslam ölkələrinin alimləri və dini xadimləri ilə görüşməsi, İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə ÜmumDünya AssembleyasıƏhli-Beyt Ümumdünya Assambleyası kimi beynəlxalq qurumların yaradılması[75] və Həcc münasibətilə hər il zəvvarlara müraciətlər ünvanlaması[76] daxil idi. Həcc müraciətlərində müsəlmanların birliyi, Fələstin məsələsi, İslam dünyasının qarşılaşdığı problemlər və Həccin ictimai-siyasi rolu kimi mövzulara diqqət yetirilirdi.[77] O, həmçinin bəzi çıxış və müraciətlərində mətnin müəyyən hissələrini ərəb dilində ifadə edirdi.

Qərb gənclərini İslamı vasitəçilər olmadan tanımağa dəvət

Ayətullah Xamenei 1393-cü (2014) və 1394-cü (2015) illərdə Avropa və Şimali Amerikanın gənclərinə ünvanlanmış iki məktub yayımladı və onları İslamı birbaşa tanımağa — Quran, İslam Peyğəmbərinin həyatı və əsas İslam mənbələrinə müraciət etməyə çağırdı.[78] O, həmçinin 1403-cü (2024) ildə ABŞ universitetlərində Fələstini dəstəkləyən tələbələrə ünvanladığı məktubda onlarla həmrəy olduğunu bildirdi, fələstinlilərin özlərini müdafiə etmək hüququnu vurğuladı və onları Quranla tanış olmağa dəvət etdi.[79]

Xamenei 1379-cu (2000) ildə Birləşmiş Millətlər Təşkilatında keçirilən Dünya Sülhü üzrə Dini Liderlərin Minillik Sammitinə də müraciət göndərdi. O, həmin müraciətdə bəzi hakimiyyətpərəstlərin dindən sui-istifadə etdiyini qeyd etdi və bildirdi ki, İslam Respublikasının qarşısında duran ən böyük problemlərdən biri dünyanın böyük gücləri tərəfindən ona tətbiq edilən çətinlikləri zərərsizləşdirməkdir.[80]

Müqavimət oxuna dəstək

Ayətullah Xamenei “Müqavimət oxu”nun əsas tərəfdarlarından biri olmuşdur. Livan, Fələstin, Suriya və regionun bəzi ölkələrində İslam müqavimət hərəkatlarına dəstək onun rəhbərliyi dövründə İran İslam Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.[81] Bəzi məlumatlara əsasən, onun dəstəyi müqavimət qruplarının, xüsusilə Fələstində, imkanlarının güclənməsinə və regionda müqavimətin qüvvələr nisbətinin dəyişməsinə səbəb olmuşdur.[82] O, İranın regiondakı mövcudluğunu və İŞİD kimi qruplara ölkə hüdudlarından kənarda qarşı mübarizəni təhlükəsizlik təhdidlərinin İran ərazisinə yayılmasının qarşısını almaq siyasəti çərçivəsində izah edirdi.[83]

Xameneinin prezidentliyi dövründə İran İslam Respublikasının Livan, Fələstin, İraqƏfqanıstandakı bəzi müqavimət qruplarına dəstəyi artmışdı.[84] Bəzi şəxslər Əfqanıstan İslam Birliyi Partiyasınınİraq İslam İnqilabı Ali Məclisinin yaradılmasını bu yanaşmanın nəticələrindən hesab etmişlər.

ABŞ və İsrailin İranla hərbi qarşıdurması

Ayətullah Xameneinin rəhbərliyi dövründə İran İslam Respublikası bir neçə dəfə ABŞ və İsraillə birbaşa hərbi qarşıdurmaya daxil olmuşdur. Raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən “Doğru vəd” əməliyyatları formasında baş verən bu qarşıdurmalar, o cümlədən nüvə proqramı və İslam Respublikasının regional siyasəti ilə bağlı siyasi və təhlükəsizlik məsələləri fonunda meydana gəlmişdir.

Ayətullah Xamenei İranın beynəlxalq hüquq çərçivəsində dinc nüvə proqramının davam etdirilməsini, xarici təzyiqlərə qarşı çıxmağı və Müqavimət oxuna dəstəyi vurğulamışdır. Bu qarşıdurmalara misal olaraq İranın İraqdakı ABŞ-ın Eynul-Əsəd hərbi bazasına raket hücumunu, İsrailə qarşı “Doğru vəd 1”, “Doğru vəd 2” və “Doğru vəd 3” əməliyyatlarını, həmçinin regionun qərb hissəsində ABŞ-ın maraqlarına qarşı “Doğru vəd 4” əməliyyatını göstərmək olar.

Elmi və mədəni qurumların yaradılması

Dini və siyasi mərasimlərin keçirilməsi

Dini və siyasi mərasimlərin keçirilməsi Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni hüseyniyəsində Fatimiyyə günlərində mərasimlərin keçirilməsi Koronavirus pandemiyası dövründə İmam Xomeyni hüseyniyəsində Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə keçirilən rövzə məclisi və ictimaiyyətin iştirak etməməsi (şəhrivər 1399 şəmsi ili). Ayətullah Xamenei rəhbərlik dövründə hər il Həzrət Fatimənin (s.ə.) şəhadəti ilə bağlı İmam Xomeyni hüseyniyəsində beş gecə müddətində matəm mərasimləri keçirirdi. Bu mərasimlərdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri və İran İslam Respublikasının dövlət rəsmiləri iştirak edir, Ayətullah Xamenei özü də mərasimlərdə iştirak edirdi. COVID-19 pandemiyası dövründə isə bu mərasimlər sanitar məhdudiyyətlərə riayət olunmaqla, geniş ictimaiyyətin iştirakı olmadan və yalnız Ayətullah Xameneinin, eləcə də çıxış edən xətib və mərsiyəxanın iştirakı ilə keçirilirdi.

Dini münasibətlərlə əlaqədar, məsələn, Qədir-xum bayramı, Məbəs və Həzrət Fatimənin (s.ə.) mövludu, eləcə də siyasi münasibətlərlə bağlı 19 Dey, 22 Bəhmən və 29 Bəhmən günlərində İmam Xomeyni hüseyniyyəsində görüşlər keçirilirdi. O, həmçinin hər şəmsi ilin əvvəlində İmam Rza (ə) ziyarətgahında, İmam Xomeyninin vəfatının ildönümündə isə İmam Xomeyni məqbərəsində çıxış edirdi. Bu çıxışlarda dini məsələlərlə və İranın daxili problemləri ilə yanaşı, regional və beynəlxalq məsələlərə də toxunurdu və İran İslam Respublikasının bəzi rəsmi mövqeləri bu vasitə ilə elan edilirdi.

Qurani və mədəni fəaliyyətlər

Qurani və mədəni fəaliyyətlər Ayətullah Xameneinin rəhbərliyi dövründə Quran, ədəbiyyat və incəsənət kimi sahələrdə mədəni və dini fəaliyyətlərə diqqət yetirilmişdir. Bu fəaliyyətlərə Quran məclislərinin keçirilməsi, Quran sahəsində fəaliyyət göstərən şəxslərlə görüşlər, Quran radiosunun yaradılması, İİR Radio və Televiziya Təşkilatında Ali Quran Şurasının yaradılması,[90] şairlər, mərsiyəxanlar və digər mədəniyyət və incəsənət nümayəndələri ilə görüşlər, kitab sərgilərində iştirak, habelə mədəni proqramların və məhsulların dəstəklənməsi daxildir.

Kitab oxuma mədəniyyətinin təşviqi

Ayətullah Xamenei müxtəlif çıxışlarında və görüşlərində, xüsusilə uşaqlar və yeniyetmələr arasında kitab oxuma mədəniyyətinin genişləndirilməsinin vacibliyini vurğulamış, mütaliəni cəmiyyətin məlumatlılığının artırılması və mədəni inkişafı üçün bir vasitə kimi təqdim etmişdir.[91] Bəzi məlumatlarda onun kitab sərgilərinə və mədəniyyət mərkəzlərinə etdiyi səfərlərdən, eləcə də nəşriyyat sahəsinə göstərdiyi diqqətdən bəhs olunur.[92] Həmçinin onun tərəfindən 18 mindən çox əlyazma və litoqrafik nüsxə Astane Qodse Rəzəvi kitabxanasına bağışlanmış və o, bu kitabxananın əlyazma nüsxələrinin ən böyük vəqfçisi kimi qeyd edilmişdir.[93]

Həyat tərzi və şəxsi xüsusiyyətləri

Ayətullah Xamenei şəxsi həyatında sadə həyat tərzinə üstünlük verməsi və dəbdəbədən çəkinməsi ilə tanınırdı. Onun sadə və qənaətcil həyat tərzi haqqında müxtəlif məlumatlar dərc edilmişdir. Həmçinin bəzi beynəlxalq siyasi xadimlərin onun siyasi bacarığı və idarəçilik xüsusiyyətləri ilə bağlı fikirləri də nəql edilmişdir. Bunlardan biri, həmin dövrdə BMT-nin baş katibi olmuş Xavyer Peres de Kuelyardır. O, Ayətullah Xameneinin siyasi fəaliyyətindən və uzaqgörənliyindən bəhs etmişdir. Həmçinin Vladimir Putinə, Rusiya Federasiyasının prezidentinə aid edilən bir fikirdə belə deyilir: «Mən Məsihi görməmişəm, lakin İncildə onun haqqında verilən tərifləri eşitmiş və oxumuşam; mən Məsihi İran rəhbərinin simasında gördüm».[94]

Təhdidlər və sui-qəsd cəhdləri

1360-cı ildə (1981) uğursuz sui-qəsd

1360-cı il şəmsi təqviminin 6 Tir ayında Tehrandakı Əbuzər məscidində çıxış edərkən sui-qəsdə məruz qaldı.[95] Nəticədə sağ çiyin nahiyəsi, həmçinin sağ əli və ayağı ağır yaralandı.[96] Bu sui-qəsd nəticəsində sağ əlinin hərəkət qabiliyyəti zədələndi və əl fəaliyyətsiz qaldı.[97] Əvvəlcə bu sui-qəsd Furqan qrupuna aid edilirdi.[98] Buna səbəb bombanın yerləşdirildiyi maqnitofonun üzərində «Furqan qrupunun hədiyyəsi» ifadəsinin yazılması idi.[99] Lakin bildirilir ki, mövcud dəlillər sui-qəsdin məsulunun Xalq Mücahidləri Təşkilatı olduğunu göstərir.[100] Bəzi şəxslərin fikrincə, sui-qəsdin əsas planlaşdırıcısı və dəstəkçisi Xalq Mücahidləri Təşkilatı, onun icraçısı isə Furqan qruplaşması olmuşdur.[101]

Rəhbərlik dövründə təhdidlər

Ayətullah Xamenei rəhbərlik etdiyi dövrdə ABŞİsrail tərəfindən dəfələrlə sui-qəsdlə hədələnmişdir. Bu təhdidlər xüsusilə regional gərginliyin artmasından və İsrail ilə İran arasında on iki günlük müharibə zamanı daha da intensivləşmişdir. Belə ki, ABŞ prezidenti, İsrailin baş naziri və bu rejimin müdafiə naziri onu açıq şəkildə təhdid etmişlər. Bu mövqelər şiə təqlid mərcələri, NəcəfQum hövzələri, eləcə də bir sıra İslam qurumları və şəxsiyyətlərinin reaksiyasına səbəb olmuşdur. Nəcəf Elmi Hövzəsi bəyanat yayaraq İran İslam Respublikasının rəhbərinə qarşı hər hansı hücumu pisləmiş, Ayətullah Məkarim ŞiraziAyətullah Nuri Həmədani də daxil olmaqla bəzi təqlid mərciləri rəhbərliyə və şiə mərcəiyyətinə qarşı təhdid və hücumu "müharibə" hökmündə hesab etmişlər.

Şəhadət

Ayətullah Xamenei 9 Esfənd 1404-cü ildə (2025), Ramazan müharibəsinin ilk günündə ABŞ və İsrailin Tehrandakı Rəhbərlik iqamətgahına endirdiyi raket zərbələri nəticəsində, ailəsinin bəzi üzvləri (qızı, gəlini, kürəkəni və nəvəsi), eləcə də ofisinin əməkdaşları ilə birlikdə şəhid olmuşdur.[102] Bu hadisə İranda və bəzi digər ölkələrdə dini və siyasi şəxslərin reaksiyalarına səbəb olmuş,[103] Qum və Nəcəf hövzələrinin bir sıra mərcəyi-təqlidləri tərəfindən pislənmişdir.[104] Bəzi şiə mərcəyi-təqlidləri, o cümlədən Abdullah Cavad Amuli[105]Hüseyn Nuri Həmədani,[106] habelə bir sıra sünni alimləri[107] ABŞİsrailə qarşı cihad elan etmişlər. Bu hadisədən sonra Ekspertlər Məclisi 17 Esfənd 1404-cü ildə Seyid Müctəba Xameneini İran İslam Respublikasının üçüncü rəhbəri seçmişdir.[108] İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ və İsrailin hücumlarına və Ayətullah Xameneinin şəhid edilməsinə cavab olaraq, İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinin müxtəlif bölgələrinə, eləcə də regiondakı ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməklə “Doğru vəd 4” əməliyyatını həyata keçirmişdir.

Dəfn

Ayətullah Xameneinin dəfn mərasimi 1405-ci il Tir ayının 15-dən 18-dək (6–9 iyul 2026-cı il) Tehran, Qum, Nəcəf, KərbəlaMəşhəd şəhərlərində keçirildi.[109] Onun cənazəsi vida mərasimindən sonra 1405-ci il Tir ayının 19-da (10 iyul 2026-cı il) sübh çağı ailə üzvlərinin müşayiəti ilə İmam Rza (ə) ziyarətgahının Daruz-Zikr rivaqında dəfn edildi.[110] Məlumatlara əsasən, vida mərasimlərində iştirak edənlərin ümumi sayı 41–43 milyon nəfər arasında olub və bu mərasim dünyanın ən böyük dəfn mərasimi kimi təqdim edilib.[111] İranda və İraqda Ayətullah Xameneinin vida mərasimləri ilə eyni vaxtda Pakistanın,[112] Hindistanın,[113] Tunisin,[114] NigeriyanınKəşmirin bəzi şəhərlərində, həmçinin Braziliyanın San-Paulu şəhərində[115] simvolik dəfn mərasimləri də təşkil olunub. Müharibə şəraiti və təhlükəsizlik mülahizələri səbəbindən vida və dəfn mərasimləri dörd aydan çox müddətə təxirə salınıb.[116]

İstinadlar

  1. «متولد مشهد؛ به روایت آیت‌الله سید علی خامنه‌ای», İrdc.ir saytı; «نگاهی گذرا به زندگینامه‌ی حضرت آیت‌الله‌العظمی سید علی حسینی خامنه‌ای», Khamenei saytı; «تاریخ تولد دقیق رهبر انقلاب به روایت خودشان», Khabaronline saytı
  2. Şərif Razi, Qoncineye danişməndan, c.7, s.128
  3. Şərif Razi, Qoncineye danişməndan, c.7, s.128
  4. «نگاهی گذرا به زندگینامه‌ی حضرت آیت‌الله‌العظمی سید علی حسینی خامنه‌ای», Khamenei saytı
  5. Xamenei, Həmrəzmane Hüseyn, s.6
  6. «بیانات آیت‌الله خامنه‌ای در دیدار تولیدکنندگان و فعالان اقتصادی», Khamenei saytı
  7. بیانات آیت‌الله خامنه‌ای در دیدار مداحان اهل‌بیت(ع), Khamenei saytı
  8. Möizə, 11\oktyabr\1989
  9. «بیانات آیت‌الله خامنه‌ای در دیدار اقشار مختلف مردم به مناسبت عید غدیر, Khamenei saytı
  10. «آیت‌الله خامنه‌ای: توهین به عایشه و هر یک از نمادهای اهل سنت حرام است», Khabaronline saytı
  11. «بیانات در دیدار مسئولان نظام و میهمانان کنفرانس وحدت اسلامی», Khamenei saytı
  12. «بیانات آیت‌الله خامنه‌ای در دیدار اقشار مختلف مردم به مناسبت عید غدیر», Khamenei saytı
  13. Baxın: Dəğdəğehaye fərhəngi
  14. «بیانات آیت‌الله خامنه‌ای در دیدار اعضای مجلس خبرگان رهبری», Khamenei saytı
  15. Baxın: Təqəvi, Rişehaye bəhare ərəbi və duminuye frupaşi rejimhaye ərəb, s.4
  16. خطبه‌های ۱۵ بهمن ۱۳۸۹, Khamenei saytı
  17. Sülhmirzayi, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Seyid Əli Xamenei, s.599
  18. Sülhmirzayi, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Seyid Əli Xamenei, h.ş 1397, s.487-490
  19. Sülhmirzayi, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Seyid Əli Xamenei, s.499-500
  20. Yusifi, Nizame iqtisadi müqaviməti, s.32
  21. Nümunə üçün baxın: «اقتصاد-مقاومتی-چیست», Cavan xəbər agentliyi
  22. بررسی علت نامگذاری سال‌ها در گفت‌وگو با مشاور عالی رهبر انقلاب, Khamenei saytı; «مروری بر نامگذاری سال‌ها توسط رهبر انقلاب از ۱۳۷۸ تا امروز», İMNA saytı
  23. بیانیه «گام دوم انقلاب» خطاب به ملت ایران, Khamenei saytı
  24. «بیانات آیت‌الله خامنه‌ای در دیدار اعضای مجلس خبرگان رهبری», Khamenei saytı
  25. Behbudi, Şərhe ism, s.49
  26. "Mərkəze isnadın" arxivi, nömrə 1226
  27. "Mərkəze isnadın" arxivi, nömrə 1226
  28. بیانات در دیدار اعضای گروه ویژه و گروه معارف اسلامی صدای جمهوری اسلامی ایران‌, Khamenei saytı
  29. نگاهی گذرا به زندگینامه‌ی حضرت آیت‌الله‌العظمی شهید سیدعلی حسینی خامنه‌ای, Khamenei saytı
  30. بیانات در دیدار اقشار مختلف مردم, Khamenei saytı, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  31. Nümunə üçün baxın: "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 1234; "Mərkəze isnadın" arxivi, nömrə 614, 1231-1232
  32. "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 304, 389, 575
  33. "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 572 və 576
  34. "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 614
  35. Yarane imam be rəvayəte isnade Savak, c.1, s.468
  36. Bazərqan, Yaddaşthaye ruzane, s.422-423
  37. Haşimi Rəfsəncani, Durane mübarize, c.2, s.1566
  38. «نگاهی گذرا به زندگینامه‌ی حضرت آیت‌الله‌العظمی سید علی حسینی خامنه‌ای», Khamenei saytı
  39. «نگاهی گذرا به زندگینامه‌ی حضرت آیت‌الله‌العظمی سید علی حسینی خامنه‌ای», Khamenei saytı;
  40. «یک رابطه پیوسته؛...», Khamenei saytı
  41. «اسناد می‌گویند چرا آیت‌الله خامنه‌ای به ایرانشهر تبعید شد؟», İrdc.ir saytı
  42. Setude, Pa be paye Aftab, c.2, s.192
  43. Saili, Şuraye inqilabe İslami İran, s.49-62
  44. Haşimi Rəfsəncani, İnqilab və piruzi, s.169
  45. Qasimpur, Dəhe sər neveştsaz, s.92-94
  46. Saili, Şuraye inqilabe İslami İran, s.117-118
  47. İmam Xomeyni, Səhifeye İmam, c.12, s.281
  48. Casibi, Təşəkkole fəragir, c.4, s.149
  49. Vilayəti
  50. Setude, Pa be paye Aftab, c.2, s.192
  51. Saili, Şuraye inqilabe İslami İran, s.49-62
  52. Qasimpur, Dəhe sər neveştsaz, s.92-94
  53. Haşimi, İnqilab və piruzi, s.169
  54. Haşimi, İnqilab və piruzi, s.169
  55. Casibi, Təşəkkole fəragir, c.4, s.149
  56. Casibi, Təşəkkole fəragir, c.4, s.146
  57. Haşimi Rəfsəncani, Ubur əz bohran, s.263
  58. Xatirate Seyid Mürtəza, s.168
  59. Cümhuri, nömrə 678, s.11
  60. Farsi, Zəvayaye tarik, s.543-544
  61. Cümhuri, nömrə 2886, s.12, nömrə 2889, s.2-12
  62. Cümhuri, nömrə 2413, s.10
  63. Cümhuri, nömrə 1921, s.12
  64. İmam Xomeyni, Səhifeye İmam, c.20 s.463-465
  65. Haşimi Rəfsəncani ilə söhbət, Pişine və karname məcmə təşxis məsləhəte nizam, s.52
  66. İmam Xomeyni, Səhifeye İmam, c.12, s.116
  67. «خطبه‌های نماز جمعه "آقا" که ماندگار شدند», Mashreghnews saytı
  68. «مروری بر شش خطبه تاریخی آیت‌الله خامنه‌ای», Khamenei saytı
  69. «خطبه‌های نماز جمعه "آقا" که ماندگار شدند», Mashreghnews saytı
  70. «مروری بر شش خطبه تاریخی آیت‌الله خامنه‌ای», Khamenei saytı
  71. «جمعه نصر», Khamenei saytı
  72. Çequnegi intixabe rəhbər dər iclas fövqəlade Xübrəqan, Kiyhan, s.18; Haşimi Rəfsəncani, Bazsazi və sazendegi, s.149-151
  73. Bir qrup Qum elmi-hövzəsinin ruhaniləri və fazilləri, Mərcəiyyəte Ayətullah Xamenei əz didqahe füqəha və bozorqan, s.70; Cərenuş, Zendeginame Rəhbəre müəzzəme inqilabe İslami, s.265
  74. Kiyhan, nömrə 13631; Cümhuri, nömrə 2929; Cümhuri, nömrə 2972; Cümhuri, nömrə 2979
  75. «آشنایی با مجمع جهانی اهل‌بیت(ع)», Ahlulbaytworldassembly saytı
  76. «پیام حج، ابتکار امام بود», Khamenei saytı
  77. «مهمترین وظایف امت اسلام درباره مسائل جهان اسلام», Khamenei saytı
  78. «نامه‌ای برای تو», Khamenei saytı
  79. «نامه حضرت آیت‌الله خامنه‌ای به دانشجویان حامی مردم فلسطین در دانشگاه‌های ایالات متحده آمریکا», Khamenei saytı
  80. «پیام آیت‌الله خامنه‌ای به اجلاس هزاره رهبران روحانی ادیان», Leader saytı
  81. Nümunə üçün baxın: «بیانات در دیدار اعضای مجمع جهانی اهل‌بیت علیهم‌السلام و اتحادیه‌ی رادیو و تلویزیون‌های اسلامی», Khamenei saytı
  82. Əhmədi Müqəddəm və başqaları, Təbyine nəqşe İmam Xamenei dər hidayət və rəhbəri Cebheye müqavimət, s.38
  83. «بیانات آیت‌الله خامنه‌ای در دیدار جمعی از خانواده‌های شهدای مدافع حرم», Khamenei saytı
  84. Baxın: «مقاومت اسلامی فلسطین, مقاومت اسلامی», Khamenei saytı
  85. «آشنایی با مجمع جهانی اهل‌بیت(ع)», Ahlulbaytworldassembly saytı
  86. «اساسنامه نهاد علمی و آموزشی جامعة المصطفی العالمیة», Majlis saytı
  87. «معرفی مرکز خدمات حوزه‌های علمیه», Csis.ir saytı
  88. Əl-Ğərifi, Xəlifətul-İmamir-Rahil, s.175-204
  89. «دیباچه دانشنامه», Rch.ac.ir saytı
  90. «یک رابطه پیوسته...», Khamenei saytı
  91. «مروری بر توصیه‌های رهبر انقلاب درباره‌ی کتاب و کتابخوانی», Khamenei saytı
  92. «رهبر کتاب‌خوان», Rəsa saytı
  93. «اهدای بیش از ۱۸هزار نسخه خطی و سنگی از سوی امام خامنه‌ای به یک کتابخانه», Hawzah saytı
  94. «سیاستمداران جهان درباره رهبر انقلاب چه می‌گویند؟», Snn.ir saytı
  95. Haşimi Rəfsəncani, İnqilab və piruzi, s.176
  96. مروری بر ترور آیت‌الله خامنه‌ای در مسجد ابوذر, İrdc.ir saytı
  97. مروری بر ترور آیت‌الله خامنه‌ای در مسجد ابوذر, İrdc.ir saytı
  98. «بازخوانی 24 ترور پس از پیروزی انقلاب اسلامی», İrdc.ir saytı
  99. مروری بر ترور آیت‌الله خامنه‌ای در مسجد ابوذر, İrdc.ir saytı
  100. «ترور نافرجام آیت الله خامنه‌ای», Tebyan saytı; مروری بر ترور آیت‌الله خامنه‌ای در مسجد ابوذر, İrdc.ir saytı
  101. مروری بر ترور آیت‌الله خامنه‌ای در مسجد ابوذر, İrdc.ir saytı
  102. «اطلاعیه شهادت حضرت آیت‌الله العظمی سیدعلی حسینی خامنه‌ای رهبر انقلاب اسلامی», Khamenei saytı; کشته‌شدن علی خامنه‌ای، رهبر ایران در حملات آمریکا و اسرائیل, TRT farsi
  103. Nümunə üçün baxın: «پیام‌های تسلیت شخصیت‌های سیاسی و مذهبی در پی شهادت رهبر معظم انقلاب», Nournews saytı; «پیام تسلیت مقامات کشورهای مختلف در پی شهادت رهبر معظم انقلاب اسلامی ایران», İranpress saytı
  104. «پیام مراجع تقلید، علما و شخصیت ها در پی شهادت رهبر انقلاب اسلامی», Shafaqna saytı
  105. ویدیو | فتوای جهاد آیت‌الله العظمی جوادی آملی؛ امروز ریختن خون ترامپ و صهیونیست‌ها واجب است, Abna24 saytı
  106. بر همه مسلمانان فرض است که منتقم خون رهبر شهید خود باشند, Rasanews saytı
  107. Baxın: رئیس سازمان‌های اسلامی شورای مشورتی مالزی: جهاد اکنون بر همه مسلمانان واجب است, Abna24 saytı
  108. «رهبر جدید انقلاب اسلامی توسط مجلس خبرگان رهبری تعیین و معرفی شد», Majlesekhobregan saytı
  109. «جزئیات مراسم تشییع «قائد شهید امت» در مشهد», Alalam saytı
  110. «پیکر مطهر رهبر شهید انقلاب اسلامی در دارالذکر حرم امام رضا(ع) به خاک سپرده شد», Khamenei saytı
  111. «کیهان: منابع رسمی جمعیت حدود ۴۱ تا ۴۳ میلیون نفر را برای مجموع شرکت‌کنندگان مراسم تشییع رهبر شهید تأیید می‌کنند», Sharghdaily saytı
  112. Baxın: بالصور: مراسم تشییع رمزیة للقائد الشهید فی مدینة باراتشینار الباکستانیة, Alahednews saytı
  113. بالفیدیو: مراسم تشییع رمزیة للقائد الشهید فی مدینة کرغیل الهندیة, Alahednews saytı
  114. تونس | تشييع رمزي للشهيد السيّد الخامنئي نظّمته جمعيات مناهضة للتطبيع, Almanartv saytı
  115. گزارشی از مراسم تشییع نمادین رهبر شهید در سائوپائولو, Abna24 saytı
  116. «مراسم تشییع رهبر شهید انقلاب ۱۷ تیر در نجف و کربلا برگزار می‌شود», İrna saytı

Ədəbiyyat

Xarici keçidlər