Əhli-beytin Kərimi (ləqəb)

wikishia saytından
(Əhli-beytin Kərimi səhifəsindən yönləndirilmişdir)
Əhli-beytin Kəriməsi ilə səhv salınmasın.
Bu məqalə İmam Həsənin (ə) ləqəb və künyələri barəsindədir. İmamın şəxsiyyəti və həyatı haqda məlumat almaq üçün İmam Həsən Müctəba (ə) məqaləsinə baxın.
İmam Həsənin (ə) həyat tarixindən bəhs edən “Kərime Əhli-beyt” adı ilə kitab nəşr olunub. Müəllif: Seyid Məhəmməd Təqi Müdərrisi.

Əhli-beytin Kərimi (ərəbcə: كريم أهل البيت), Əhli-beytin səxavətlisi deməkdir. O, İmam Həsən Müctəbanın (ə) ləqəblərindəndir[1] ki, səxavətinə və əta etməsinə görə, bu ləqəb o Həzrətə verilmişdir.[2] “Kərim” kəlməsi baxmayaraq ki, Həsən ibn Əlinin (ə) vəsfi kimi ilkin mənbələrdə işlədilir.[3] Lakin İmam Həsənin (ə) həyatında və sonrakı mənbələr istisna olmaqla künyə və ləqəblərlə bağlı heç bir tarixi və rəvayət əsərində Əhli-beyt Kərimi o Həzrət üçün ləqəb kimi qeyd olunmamışdır.[4]

İmam Həsənin (ə) Əhli-beytin Kərimi kimi şöhrət tapmasının dəlilinin tarixçilərin o Həzrətin səxavəti haqqında nəql etdikləri rəvayətlər olduğunu bildirirlər.[5] Deyirlər ki, İmam Həsən (ə) yoxsullara və kasıblara o qədər infaq edirdi ki, böyüklərdən heç birinin həyatında belə bir şey görülməyib[6] İmam Həsən Müctəba (ə) zəmanəsinin ən səxavətli şəxsi idi. O, səxavətli olmaqda zərbül-məsəl olmuşdu. Baxmayaraq ki, Əhli-beytin (ə) hamısı səxavətli və ləyaqətli idilər, amma yalnız ona “kərim” ləqəbi verilmişdir.[7]

Sünni alimlərindən İbn Cozi (vəfatı: h.q 654-cü il) “Təzkirətül-xəvas” kitabında şiələrin ikinci imamını səxavət və Kərəmin böyüklərindən adlandırmışdır. Həmçinin onun fəzilətlərini qeyd edərkən yazır ki, Həsən İbn Əli (ə) öz həyatında malını və sərvətini iki dəfə Allah yolunda imkansızlara əta etdi. Habelə üç dəfə də, malını kasıblarla bərabər şəkildə bölüşdürüb.[8] Hətta bir kasıb o Həzrətdən kömək istədikdə ona iyirmi min dirhəmlə yardım etdiyi bildirilir.[9]

Şiə alimlərindən olan Baqir Şərif Qərşi (vəfatı: h.q 1433-cü il) Əhli-beytin Kərimi ləqəbi ilə bağlı bir əhvalat nəql edir: İmam Həsən Müctəbadan (ə) soruşdular ki, niyə səndən bir şey istəyəni heç vaxt məyus etmirsən? İmam (ə) belə cavab verdi: Mən də Allah qarşısında fəqir bir şəxsəm və Ondan istəyirəm ki, məni məhrum etməsin. Belə bir ümidlə yoxsulları məyus etməkdən utanıram. Həmçinin mənə lütfkarlıq edən Allah mənim də insanlara yardım etməyimi istəyir.[10] Təlxisuş-Şafi kitabının tədqiqatçısı Seyid Hüseyn Bəhrul-Ulumun (vəfatı: h.ş 1380) dediyinə görə, İmam Həsənin (ə) kərim olması mövzusu müzakirə oluna biləcəyindən daha genişdir.[11]

Şiə alimlərindən Şeyx Hadi Ali Kaşiful-Ğita (vəfatı: h.q 1361) İmam Həsəni (ə) vəsf edərək yazdığı qəsidədə Əhli-beytin Kərimi ləqəbini qeyd etmişdir:

ان الامام الحسن مُهذّبا      ***     خَیرُ الوَری جَدّاً و اُمّاً و اَبا
[12]کریمُ اهل البیت اهلُ الکَرَم         ***     علیهم بَعد الصَّلاة سلم
“Həqiqətən də İmam Həsən pak və ədəblidir. Onun babası, atası və anası ən yaxşı insanlardır. O, kərəm nəslinin Əhli-beytinin kərimidir. Bu ailəyə namazdan sonra salam olsun”.

İranda bəzi xeyriyyə qurumları “Əhli-beytin Kərimi” adını daşıyır.[13]

Əlaqədar məqalə

İstinadlar

  1. Əqil, Min ərvəə ma qaləhi Əl-İmam Həsən (ə), h.q 1430, s.7; Ali Seyf, Seyyidul-cənnət Əl-İmam Həsən (ə), h.q 1443, s.164
  2. Həkim, Pişvayane Hidayət, h.ş 1385, c.4, s.46
  3. Yaqubi, Tarixu Yaqubi, Daru sadir, c.2, s.226
  4. https://www.isna.ir/news/1402011707412/farsca
  5. Rəzəvu, Kərime əhli-beyt (ə), s.46
  6. Mühəqqiq Ərzəqani, Fəzaile Əimmeye Əthar (ə) əz didqahe əhli-sünnət, h.ş 1395, s.103
  7. Qərşi, Daneşnameye İmam Əmiril-muminin (ə), h.ş 1394, c.1, s.32
  8. İbn Cəvzi, Təzkirətül-xəvas, h.ş 1376, s.176-178
  9. Nəzəri Münfərid, Əs-Sülhüd-dami, h.q 1429, s.349
  10. Qərşi, Ən-Nizamut-tərbivi fil-İslam, Darul-kutubil-İslami, s.248; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.11, s.238
  11. Tusi, Təlxisuş-Şafi, h.ş 1382, c.4, s.179
  12. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.1, s.497
  13. https://khairieh.com/index.php/%D8%AE%DB%8D9/khairieh.com, farsca

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Beyrut, Darul-əzva, h.q 1403
  • Ali Seyf, Fəvzi, Seyyidul-cənnət Əl-İmam Həsən (ə), Beyrut, h.q 1443
  • İbn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətül-xəvas, Qum, h.ş 1376
  • Həkim, Seyyid Munzir, Pişvayane Hidayət, Qum, Məcməe cəhaniye İslami, h.ş 1385
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, 1-ci çap, h.q 1409
  • Tusi, Məhəmməd ibn Həsən, Təlxisuş-Şafi, Qum, Muhibbin, h.ş 1382
  • Əqil, Möhsin, Min ərvəə ma qaləhi Əl-İmam Həsən (ə), Beyrut, h.q 1430
  • Qərşi, Baqir Şərif, Daneşnameye İmam Əmiril-muminin (ə), Darul-kutubil-İslami, h.ş 1394
  • Qərşi, Baqir Şərif, Ən-Nizamut-tərbivi fil-İslam, Qum, Darul-kutubil-İslami, h.ş 1394
  • Mühəqqiq Ərzəqani, Qurbanəli, Fəzaile Əimmeye Əthar (ə) əz didqahe əhli-sünnət, Qum, Məcməe cəhaniye Əhli-Beyt (ə), h.ş 1395
  • Nəzəri Münfərid, Əli, Əs-Sülhüd-dami, Beyrut, Darur-rəsulil-Əkrəm (s), h.q 1429
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixu Yaqubi, Beyrut, Daru sadir