İmam Əlinin (ə) fəzilətləri
İmam Əlinin (ə) fəzilət (ərəbcə: فضائل الإمام علي (ع)) və xüsusiyyətləri: O, Şiələrin birinci imamıdır, Quran ayələrində, hədislərdə və tarixi hadisələrdə bu məsələyə işarə olunmuşdur. İslam peyğəmbərindən (s) nəql olunmuşdur, həzrət Əlinin (ə) fəzilətlərini saymaqla qurtarmaq olmaz, digər bir rəvayətdə nəql olunur, o həzrət haqqında danışmaq, qulaq asmaq, yazmaq, o həzrətə baxmaq o cümlədən imam Əlinin (ə) fəzilətlərini dinləmək fəzilət və günahların bağışlanmasına səbəb olar.
İmam Əlinin (ə) fəzilətləri iki dəstədən ibarətdir: O həzrətin özünə məxsus fəzilətlər və digər əhli-beytlə (ə) müştərək (ortaq) fəzilətlər. Misal üçün Vilayət ayəsi, Şira ayəsi, İnfaq ayəsi, Qədir hədisi, Teyri məşva hədisi, Mənzilət hədisi və üzüyün sədəqə verilmə hadisəsi, o həzrətə (ə) məxsus olan fəzilətlərdən sayılır. Amma Təthir ayəsi, Əhləz-zikr ayəsi, Məvəddət ayəsi və Səqəleyn hədisi, o həzrətlə (ə) digər əhli-beyt (ə) arasında müştərək fəzilətlərdən sayılır.
Bəni Üməyyə hakimiyyəti dövründə, həzrət Əlinin (ə) fəzilətlərinin nəşr verilməsi qadağan edilmişdi. Bu müddətdə o həzrətin (ə) fəzilətlərindən danışan şəxs ya öldürülür ya da zindana məhkum olurdu. Müaviyənin əmrinə əsasən hər kim imam Əlinin (ə) fəzilətləri qarşısında digər üç xəlifə üçün fəzilətlər söyləsəydi, mükafatlandırılırdı. Bəziləri, o cümlədən İbn Teymiyyə, Sələfilərin rəhbəri və onun şagirdləri İbn Kəsir Dəməşqi, İbn Qəyym Cuzi, həzrət Əlinin (ə) fəzilətləri haqqında olan bir çox ayə və hədisləri saxta və təhrif olunmuş bilirlər.
Baxmayaraq ki, həzrət Əlinin (ə) fəzilətlərinin nəşr və yayılmasının bu qədər qarşısı alınmışdır, lakin Şiə və Əhli sünnə hədis mənbələrində, imam Əli (ə) haqqında bir çox fəzilətlər nəql olunmuşdur. Bu iki məzhəbin böyük alimləri, müstəqil şəkildə o hərətin (ə) fəzilətlərini əks etdiərən əsərlər təlif etmişlər.
“İbn Hənbəl, Fəzailu Əmirəl möminin”, “Nəsai, Xəsaisu Əmirəl möminin” və “İbn Bitriq, Ümdətu uyuni sihahul-əxbar fi mənaqibi imamil- Əbrar” kimi əsərlər təlif etmişlər.
Keyfiyyət, əhəmiyyət və mərhələləri
Fəzilətlərdən məqsəd, o xüsusiyyət və özəlliklərdir ki, bir şəxsin və yaxud bir dəstənin digərlərindən üstün olduğunu bildirir;[1] buna əsasən də, “İmam Əlinin (ə) fəzilətləri” Şiələrin birinci imamı, imam Əlinin (ə) haqqında olan bir çox məqam və fəzilətlərə, Quran ayələrində və hədislərdə o cümlədən tarixi xəbərlərdə işarə olunmuşdur və bu cəhətdən də digərlərindən üstün olmasına səbəb olmuşdur. Şiənin etiqad kitablarında, o həzrətin (ə) imamət və xilafətə daha layiqli olmasına dəlil olaraq, o həzrətin fəzilətlərinə işarə edilmişdir.[2] Peyğəmbərdən (s) nəql olunmuşdur ki, imam Əlinin (ə) fəzilətləri o qədər çoxdur ki, onları saymaqla qurtarmaq olmaz.[3] Sünnü məzhəbində də bu məsələyə diqqət yetirilmişdir; misal üçün Hənbəli məzhəbinin rəhbəri, Əhməd ibn Hənbəldən nəql edilir: “Həzrət Əli ibn Əbi Talib (ə) üçün nəql olunan fəzilət, heç bir səhabə haqqında nəql olunmamışdır.”[4]
İmam Əlinin (ə) fəzilətləri iki dəstədən ibarətdir:
- Məxsus fəzilətlər və ya Əlinin (ə) özəl xüsusiyyətləri: O xüsusiyyətlər ki, yalnız həzrətin özünə məxsusdur, misal üçün “Ləylətul məbit” macərasında, peyğəmbərin (s) yatağında yatması və “Şira” ayəsinin onun haqqında nazil olması kimi.
- Ortaq fəzilətlər: Bir sıra fəzilətlər ki, beş məsum və yaxud digər məsumlara da şamildir, misal üçün Səqəleyn hədisi digər məsumlara da şamil olmuşdur və yaxud Kisa hədisi, yalnız beş məsumun fəzilətini bildirir.
İbn Şazan Quminin, peyğəməbərdən (ə) nəql etdiyi rəvayətə əsasən, hər kəs imam Əli (ə) haqqında olan bir fəzilətləti yazsa, o əsərin qaldığı müddətə kimi, mələklər onun üçün istiğfar edər. O cümlədən, əgər bir şəxs onun haqqında deyilən bir fəzilətə qulaq asarsa, qulaqları ilə eşitdiyi günahları, əgər o həzrət (ə) haqda olan bir fəzilətə baxsa, gözü ilə etdiyi günahı bağışlanar.[5]
İmam Əlinin (ə) Qurani-Kərimdə fəzilətləri
Quran-Kərimdə bir sıra ayələr vardır ki, imam Əli (ə) haqqında nazil olmuş və yaxud imam Əli (ə) o ayənin misdaqıdır. İbn Abbasdan nəql olunur: Qurani-Kərimdə İmam Əli (ə) barəsində nazil olan qədər ayə, heç bir kəsin haqqında nazil olmamışdır.[6] Digər bir yerdə İbn Abbas Allahın rəsulundan (ə) ənəql edir, elə bir ayə yoxdur ki, onda (یا أیها الذین آمنوا) “Ey o şəxslər ki, iman gətirmisiz” xitab olsun və o möminlərin başında və rəhbəri Əli (ə) olmasın.[7] O, 300-dən çox ayənin həzrət Əlinin (ə) barəsində nazil olduğunu bilir.[8] İmam Əlinin (ə) Qurani-Kərimdə olan fəzilətlərindən bəziləri aşağıdakılardan ibarətdir:
- Vilayət ayəsi: Maidə surəsinin 55-ci ayəsində buyurur: Sizin vəliniz Allah, Onun peyğəmbəri (s) və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.[9] Şiə və Sünnü təfsir alimləri, bu ayənin şən nuzulunu, üzüyün (zəkat) verilmə macərasıyla əlaqələndirlər ki, həzrət Əli (ə) barmağındakı üzüyünü fəqirə bağışlamışdır.[10]
- Şira ayəsi: Bəqərə surəsinin 207-ci ayəsi, o şəxsləri tərif və təmcid edir ki, hazırdırlar öz canlarını Allahın razılığı üçün fəda etsinlər.[11] Mötəzilə alimi, İbn Əbil-Hədidin dediklərinə əsasən, bütün təfsir alimlərinin nəzəri budur ki, bu ayə imam Əlinin (ə) fəziləti haqda nazil olmuşdur.[12] Əllamə Təbatəbai yazır: Rəvayətlərə əsasən, bu ayə “Ləylətul məbit” macərası haqda nazil olmuşdur.[13] “Ləylətul məbit” hadisəsində, müşriklər istəyirdilər Məkkədə, peyğəmbərin (s) evinə hücum edib, o həzrəti öldürsünlər. Bu gecədə imam Əli (ə) peyğəmbərin (s) canını qurtarmaq üçün, o həzrətin yatağında yatdı.[14]
- Təbliğ ayəsi: Maidə surəsinin 67-ci ayəsi; Bu ayəyə əsasən, peyğəmbərə (ə) bir xəbər verildi ki, əgər onu camaata elan etməzsə, peyğəmbərlik vəzifəsinə əməl etməmişdir.[15] Şiə və Sünnü təfsirçilərin bildirdiklərinə əsasən, təbliğ ayəsi, peyğəmbərin sonuncu həcc mərasimi zamanı, Qədur-Xum hadisəsində nazil olmuşdur.[16] Rəvayətlərdə, təbliğ ayəsinin nazil olma səbəbi, Qədir-Xum hadisəsində həzrət Əlinin (ə) peyğəmbərin canişini elan olunması bildirilir.[17]
- İkmal ayəsi: Maidə surəsinin 3-cü ayəsidir ki, İslam dininin kamil olmasından söz açır.[18] Şiə təfsir alimi, Məkarim Şirazi yazır; Şiə təfsirlərində, dinin kamil olmasından məqsəd, imam Əlinin (ə) müsəlmanlara vilayət və xilafətinin elan olunmasıdır ki, rəvayətlər də bunu təyid edir.[19] Şiə alimlərinin fikrincə, İkmal ayəsi, Qədir-Xum hadisəsi haqda nazil olmuşdur.[20]
- Sadiqin ayəsi: Tövbə surəsinin 119-cu ayəsidir; Möminlərə əmr edir sadiqlərlə birlikdə olub onlardan itaət etsinlər.[21] Şiə hədislərində, əhli-beyti (ə) sadiqin olaraq təfsir etmişlər.[22] Mühəqqiq Tusi bu ayəni imam əlinin imamətini isbat edən dəlillərdən bilir.[23]
- Xəyrul-bəriyyə ayəsi: Bəyyinə surəsinin 7-ci ayəsidir ki, yaradılışın ən üstün olanını, iman və saleh əməl sahiblərini bilir.[24] Şiə və Sünnü hədislərinə əsasən, işarə olunan bu dəstə, imam Əli (ə) və onun şiələridir.[25]
- Salihul-möminun ayəsi: Təhrim surəsinin 4-cü ayəsi; Bu ayədə, Allah Taala imam Əli (ə), Cəbrail və digər mələkləri, peyğəmbərin (s) köməkçiləri adlandırmışdır. Təfsir kitablarında, Şiə və Sünnü mənbələrindən[26] nəql olunan hədislərə əsaslanaraq, “Salihul möminun” ibarətinin tək misdaqı, yalnız həzrət Əli (ə) hesab olunur.[27]
- İnfaq ayəsi: Bəqərə surəsinin 274-cü ayəsidir. Bu ayə gecə-gündüz, gizlində və aşkar sədəqə verənlərin Allah qatında olan əcrlərini bildirir.[28] Təfsir alimlərinin fikrincə, bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur; həzrətin dörd dirhəmi var idi, birini gecə birini isə gündüz, digər birini gizlində və son dirhəmini isə aşkarda sədəqə verdi.[29]
- Nəcva ayəsi: Mücadilə surəsinin 12-ci ayəsidir ki, sərvəti olan müsəlmanlara əmr olunur, İslam peyğəmbərilə (s) nəcvadan (gizli söhbət) əvvəl sədəqə versinlər.[30] Təbərsinin yazdığına əsasən, Şiə və Sünnü təfsirçilərinin əksəriyyətinin nəzəri budur ki, bu ayəyə həzrət Əlidən (ə) başqa heç bir kəs əməl etməmişdir.[31]
- Vudd ayəsi: Məryəm surəsinin 96-cı ayəsi; bu ayəyə əsasən, Allah möminlərin məhəbbətini digərlərinin qəlbində qərar verir.[32] Bəzi rəvayətlərdə bildirilir, peyğəmbər (s) Əlidən (ə) istədi ki, desin; Allahım mənim məhəbbətimi möminlərin qəlbində qərar ver. Bu istəkdən sonra, “Vudd” ayəsi nazil oldu.[33]
- Mübahilə ayəsi: Ali İmran surəsinin 61-ci ayəsidir; bu ayədə peyğəmbərin (s) Nəcran məsihilərilə etdiyi mübahilə macərası bəyan olmuşdur. Təfsirlərdə qeyd olunduğu kimi, imam Əli (ə) bu ayədə peyğəmbərin (ə) nəfsi və canı olaraq bildirilmişdir.[34]
- Təthir ayəsi: Əhzab surəsinin 33-cü ayəsinin bir hissəsində, Allahın iradəsilə əhli-beytin (ə) bütün çirkinliklərdən uzaq olması bildirilmişdir. Şiə təfsir alimlərinin fikrincə, bu ayə “Kisa əshabı” (peyğəmbərin Yəməndən gətirilmiş xüsusi əbası) barəsində nazil olmuşdur.[35]
- Ulul-əmr (əmr sahibləri) ayəsi: Nisa surəsinin 59-cu ayəsi; bu aydə möminləri Allaha, peyğəmbərə (s) və əmr sahiblərindən itaət etməyə çağırır.[36] Şiə və Sünnü təfsirçilərinin fikrincə, bu ayə Ulul-Əmr sahiblərinin məsum olmasına dəlalət edir.[37] Rəvayətlərdə isə “Ulul-Əmr”-dən məqsəd, Şiə imamlarının olduğu bildirilmişdir.[38]
- Məvəddət (məhəbbət) ayəsi: Şura surəsi ayə 33; bu ayədə, “اَلْقُرْبی”-ya (peyğəmbərin əhli beytinə) sevgi və məhəbbət, peyğəmbər (s) risaləti qarşılığında müsəlmanlara vacib edilmişdir.[39] İbn Abbasdan nəql olunur; Peyğəmbər (s), Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) “اَلْقُرْبی” (əl-qurba) adlandırmışdır.[40]
- İtam ayəsi: İnsan surəsinin 8-ci ayəsi. Bu ayə, xeyirxah o insanları tanıtdırır ki, baxmayaraq özlərinin yeməyə ehtiyacları var idi, amma onu Allah rizası üçün miskinə, yetimə və fəqirə verirlər.[41] Rəvayətlərə əsasən bu ayə, imam Əli (ə) və həzrət Zəhranın (s.ə) öz süfrələrində olan yeməklərini bəxşiş etmələri haqqında nazil olmuşdur.[42] Hədislərə əsasən, imam Əli (ə) ilə həzrət Zəhra (s.ə), imam Həsənlə (ə) imam Hüseynin (ə) şifa tapması üçün nəzir etmişdilər ki, üç gün oruc tutsunlar və hər üç gün iftar vaxtı, baxmayaraq ki, özləri ac idilər, iftar yeməklərini miskinə, yetimə və əsirə bağışladılar.[43]
- Əhləz-zikr (zikr əhli) ayələri: Nəhl surəsinin 43-cü və Ənbiya surəsinin 7-ci ayələridir; bu ayələrdə elm sahiblərindən sual etməyə təkid olunur.[44] Bəzi rəvayətlərdə, zikr əhli məhz peyğəmbərin (s) əhli beytinə şamil olduğu bildirilmişdir.[45]
- Nəsr ayəsi: Ənfal surəsi ayə 62. Ayətullah Məkarim Şirazinin fikrincə, hər bir mömin Allahın rəsuluna (ə) kömək etmişsə, bu ayə ona şamil olur, amma şübhəsiz bunun kamil misdaqı və tək bir şəxs həzrət Əlidir (ə).[46] O, “Ayat vilayət dər Quran” -Quranda vilayət ayələri- adlı kitabında, təkid edir, Nəsr ayəsi, həzrət Əlinin (ə) fəzilətlərini isbat edən ayələrdən biridir.[47]
- Sirati müstəqim (haqq yol) ayələri: Bir çox rəvayətlərdə, Quranda işarə olan “Sirati müstəqim” həzrət Əli (ə) və o həzrətin vilayəti olaraq bildirilmişdir.[48]
Rəvayətlərdə İmam Əlinin (ə) fəzilətləri
Peyğəmbərdən (ə) bir çox hədislər vardır ki, imam Əlinin fəzilətlərini bəyan etmişdir. Bu hədislərdən bəziləri ibarətdirlər:
- Qədir hədisi: Qədir Xum hadisəsində, peyğəmbər (s), imam Əlini (ə) müsəlmanların mövlası olaraq tanıtdırır. Bu hədis Şiə və Əhli Sünnə mənbələrində nəql olunmuş[49] və Şiə məzhəbinin davamşıları, həzrət Əlinin (ə) imamət və viləyətini isbat edəcək dəlillərdən sayılırlar.[50]
- Mənzilət hədisi: Rəvayət vardır ki, imam Əlinin (ə) peyğəmbərə (s) olan nisbətini, Harunun həzrət Musaya (ə) olan nisbəti kimi bildirilmişdir.[51]
- Mədinətul-elm (elmin şəhəri) hədisi: İslam peyğəmbərindən (s) hədis vardır ki, bu hədisdə peyğəmbər (ə) özünü elmin şəhəri və imam Əlini (ə) onun darvazası adlandırır.[52] “Əl-qədir” kitabının müəllifi, Əhli sünnə mühəddislərindən 21 nəfərin adını qeyd edir ki, bu hədisi “həsən” və ya “səhih” bilmişlər.[53]
- Yəvmud-dar hədisi: Peyğəmbərdən rəvayət vardır ki, o gün öz qohum-əqrəbasından istədi həzrətin dəvətini qəbul etsinlər və bu əsnada həzrət Əlinin (ə) öz vəsisi və xəlifəsi olduğunu elan tetdi.[54] Şiə mütəkəllimləri, həzrət Əlinin (ə) imamətini isbat etmək üçün bu hədisə istinad edirlər.[55]
- Vəsayət hədisi: İslam peyğəmbərindən (ə) hədis vardır ki, o hədisdə imam Əlinin (ə), peyğəmbərdən sonra (ə) vəsisi və canişini olmasına təkid olunmuşdur.[56] Şiələr imam Əlinin (ə) imamətini isbat etmək üçün bu hədisi sübut kimi gətirirlər.[57]
- Vilayət hədisi: İslam peyğəmbərindən (ə) rəvayət vardır, imam Əlini özündən sonra möminlərin vəlisi olaraq tanıtdırır. Bu hədis Şiə və Sünnü mənbələrində müxtəlif ibarətlərlə nəql olunmuşdur.[58] Şiələr “عَلِیٌّ وَلِیُّ کُلِّ مُؤْمِنٍ مِنْ بعدی”[59] (Əliyyun vəliyyu kulli möminin min bədi) ibarətində qeyd olunan “ولیّ” (vəli) kəlməsini, imam və rəhbər manasında bilib, bu vasitəylə həzrət Əlinin (ə) imamət və vilayətini isbat edirlər.[60]
- Təyr hədisi: Həzrət Əlinin (ə) fəziləti haqda olan hədisdir ki, bu hədisdə bildirilir, peyğəmbər (s) kabab edilmiş bir quşu meyl etmək istəyirdi, lakin Allahdan istədi yaradılmışların ən fəzilətlisi ilə birlikdə onu yesin, odur ki, həzrət Əlilə (ə) birlikdə o təamı yeyir.[61] Bu hədis Şiə və Əhli sünnə mənbələrində gəlmişdir.[62]
- Rəyət hədisi: Bu hədis, həzrət Məhəmməddən (s), Xeybər müharibəsində imam Əli (ə) haqqında söylənilən məşhur hədisdir; bu hədisdə oxuyuruq: “Sabah bayrağı elə bir şəxsə verəcəm ki, Allah Taala, Xeybər qalasını onun əlilə fəth edəcək, Allah və peyğəmbərini (s) sevir, Alla və rəsulu (s) da onu sevirlər.”[63]
- Səqəleyn hədisi: İslam peyğəmbərindən (s) Quran və əhli-beytin (ə) məqam və mənziləti haqqında deyilən hədisdir. Bu hədisdə gəlmişdir: “Mən sizin aranızda iki ağır (iki qiymətli və dəyərli) əmanət qoyuram (qoyub gedirəm), əgər onlara üz tutsanız, heç zaman yolunuzu azmazsınız: Allahın kitabı və mənim itrətim (əhli-beytim).”[64] Bu hədis Şiə və Sünnü mənbələrində nəql olunmuşdur.[65]
- Kisa (Yundan hazırlanmış əba və parça) hədisi: Beş kimsə “peyğəmbər (s), imam Əli (ə), həzrət Zəhra (s.ə), Həsən və Hüseyn (ə)” haqqında nəql olunan hədisdir. Şiə[66] və Sünnü[67] mənbələrində nəql olunan bu hədisə əsasən, İslam peyğəmbəri (s) öz əhli-beytinin üzərinə yun parçanı -əbasını- (Kisa) çəkərək bu duanı etdi: “Allahım! Bunlar mənim əhli-beytimdir, çirkinlikləri onlardan uzaq et və onları pak qərar ver!.”[68]
- Səfinə (gəmi) hədisi: İslam peyğəmbərindən (s) nəql olunan məşhur hədisdir; bu hədisdə peğəmbər (s) öz əhli beytini gəmiyə bənzətmiş və buyurur hər kim daxil olarsa hidayət, uzaq olarsa yolunu azar.[69] Bu hədis Şiə və Sünnü mənbələrində nəql olunmuşdur.[70]
- Şəcərə (ağac) hədisi: Allahın rəsulu (s) buyurur: Mən və Əli (ə) bir ağacdan yaradılmışıq, digər insanlar isə başqa ağaclardan,[71] bəzi təfsir alimləri, bu hədisdən, peyğəmbər (s) və imam Əlinin (ə) vücudunun mənşəyinin bir olmasını, itaət və vilayət məsələsində bərabər olduqlarını isbat edirlər.[72]
- Lövh hədisi: İslam peyğəmbərindən (s), oniki imamın vilayətinin isbatı üçün nəql olunan hədisdir; bu hədisdə Allah rəsulunun (s) özündən sonrakı canişinlərinin adları, birinci imamdan onikinci imam, imam Mehdiyə (ə.c) kimi bütün imamların adları zikr olunmuşdur.[73]
- Haqq hədisi: İslam peyğəmbərindən (ə) bir çox məşhur hədislər nəql olunmuşdur ki, bu hədislərdə imam Əlini (ə) haqq üçün meyar qərar vermişdir. O hədislərdən birində buyurur: “Əli (ə) haqq ilə və haqq Əli (ə) ilədir bu ikisi Kövsər çeşməsi kənarında mənə qovuşanadək heç zaman bir birindən ayrılmazlar.”[74]
- Təşbih (oxşarlıq) hədisi: Hədis vardır, İslam peyğəmbəri (s) imam Əlini digər peyğəmbərlərə oxşatmışdır, bu hədis Şiə[75] və əhli sünnə[76] mənbələrində nəql olunmuşdur.
- La fəta illa Əli (ə) “Əlidən başqa fəth edən yoxdur” hədisi: Hədis, bunu bildirmək istəyir ki, Əli (ə) kimi şücaətlisi yoxdur. Tarixi və rəvayət mənbələrinə əsaəsən bu hədisi, Cəbrail (ə) həzrət Əlinin (ə) Ühüd müharibəsində göstərdiyi qəhramanlığı barədə demiş[77] və bu hədis Şiə və Sünnü mənbələrində nəql olunmuşdur.[78]
- Qəsimun-nar vəl-cənnət (cəhənnəm və cənnət əhlini ayıran) hədisi: İslam peyğəmbərindən rəvayət vardır ki, bu rəvayətdə həzrət Əlini (ə) Cəhənnəm və Cənnət əhlini ayıran şəxs kimi tanıtdırır.[79] Bu hədis Şiə[80] əvə Sünnü[81] mənbələrində bir çox ravilərdən və müxtəlif ibarətlərlə nəql olunmuşdur.
- Xasifun-nəl hədisi: İslam peyğəmbəri (s) həzrət Əlinin (ə) məqam və fəzilətləri haqqında buyurduğu ibarətlərdəndir ki, imam Əli (ə) peyğəmbərin (s) başmaqlarını tikməklə məşqul olduğu zaman söyləmişdir, odur ki, “Xəsufun-nəl” ləqəbilə o həzrəti səsləmişdir.[82]
Əziz peyğəmbərdən (s), imam Əlinin (ə) fəzilətləri haqda digər rəvayətlər də vardır; o cümlədən “Əlinin (ə) Xeybər döyüşündə vurduğu zərbə, ins (insan) və cindən üstündür;”[83] “Hər kim Əliyə (ə) narəva desə, mənə lənət oxumuşdur;”[84] “Əlini (ə) əziyyət edən, mənə əziyyət etmişdir;”[85] “Əliylə (ə) dostluq vasitəsilə, mömin münafiqdən seçilər;”[86] “Əli (ə) məndən və mən də Əlidənəm (ə);”[87] “Əlini (ə) xatırlamaq ibadətdəndir;”[88] “Əliyə (ə) baxmaq ibadət sayılır.”[89]
Rəvayətlərdə, Siddiqi-Əkbər,[90] Faruqe- Əzəm[91] və Əbu-Turab[92] ləqəbləri də həzrət Əlinin (ə) fəzilətlərindən sayılmışdır.
Həzrət Əlinin (ə) digər fəzilət və üstün məqamları
Bəzi hadisələr və üstünlüklər ki, həzrət Əlinin (ə) fəzilətlərindən sayılmışdır, ibarətdirlər:
- Həzrət Zəhra ilə ailə həyatı qurması: Həzrət Əliyə (ə) məxsus olan fəzilətlərdən biri də, peyğəmbər qızı həzrət Zəhra (s.ə) ilə ailə hayatı qurmasıdır ki, Allahın əmri ilə baş tutmuşdur.[93] Yazırlar, əgər Əli (ə) olmasaydı, Zəhranın (ə) bərabəri yox idi.[94]
- Kəbə mövludu: Kəbə mövludu dedikdə, yəni Kəbə evində dünyaya gələn; imam Əlinin (ə) Kəbə evində dünyaya gəlməsinə işarədir və bu yalnız həzrət Əliyə (ə) məxsus olan bir fəzilətdir.[95]
- Əmirəl-möminin ləqəbi: Müsəlmanların əmiri, rəhbəri və hakimi deməkdir, Şiələrin etiqadına görə bu ləqəb məhz imam Əliyə (ə) aiddir. Şiələr inanırlar bu ləqəb ilk dəfə peyğəmbərin (s) zamanında həzrət Əliyə (ə) ixtisas verilmişdir,[96] hicrətin yeddinci əsrinə aid hədis alimi, Seyyid ibn Tavus, “Əl-Yəqin bi-ixtisasi mövlana Əli bi-Əmiril-möminin” kitabında, əhli sünnə mənbələrindən 220 hədisə əsaslanaraq, Əmirəl-möminin ləqəbinin məhz imam Əliyə (ə) aid olduğunu bildirir.[97]
- Səddul Əbvab: Qapıların bağlanması deməkdir, bu o hadisəyə işarədir ki, bu hadisədə peyğəmbər (s) Allahın əmrilə, imam Əlinin (ə) evindən başqa, Məscidun-Nəbiyə doğru açılan bütün evlərin qapılarını bağlatdırdı.[98]
- Peyğəmbərin (s) qardaşı: Peyğəmbər (s) mədinəyə hicrət etmədən öncə, mühacirlər arasında qardaşlıq siğəsi oxudu, Mədinədə də yenə mühacirlər və Ənsar arasında qardaşlıq siğəsi oxudu və hər iki dəfə özü ilə Əli (ə) arasında qardaşlıq siğəsi oxuyub həzrət Əlini (ə) öz qardaşı adlandırdı.[99]
- İlk müsəlman: Şiə və bəzi Əhli sünnə etiqadına əsasən, imam Əli (ə) peyğəmbərə (ə) iman gətirən ilk kişidir.[100]
- Bəraət ayəsinin elan olunması: Nümunə təfsirinin yazdığına əsasən, təxminən bütün tarixçilər və təfsir alimlərinin nəzəri budur ki, Tövbə surəsinin ilk ayələri nazil olduqda və müşrüklərlə peyğəmbər (s) arasında olan əhdi ləğv edildikdə, peyğəmbər (s) onu elan etmək üçün əvvəl Əbu Bəkrin öhdəsinə qoydu ki, Məkkədə Həcc zamanı ümumi olaraq camaata elan etsin, sonra isə onu Əbu Bəkrdən alıb həzrət Əliyə (ə) verdi, və o həzrət camaata elan etdi.[101] Bu hadisə Şiə və Əhli sünnə mənbələrində nəql olunmuşdur.[102]
- Üzük bəxşişi: Üzük hədiyyəsinədən məqsəd, imam Əlinin (ə) namazda rüku halında, öz üzüyünü bağışlaması macərasıdır. Bu dastan Şiə və Sünnü məzhəbinin hədis kitablarında qeyd olunmuşdur.[103]
- Rədduş-şəms (günəşin qaytarılması): Bu hadisədə, peyğəmbərin (s) dua etməsilə, günəş batdığı andan geri qayıdı və həzrət Əli (ə) əsr namazını qıldı.[104] Şeyx Mofidin yazdığına əsasən, həzrət Əlinin (ə) zamanında, döyüşlərin birində, həzrətin qoşunundan bir dəstəsi əsr namazlarını qılmamışdı, odur ki, imam dua etdi və həzrət Əlinin (ə) duası nəticəsində günəş geri qayıtdı.[105]
Həzrət Əlinin (ə) fəzilətlərinin nəşr olunmasının qadağan edilməsi
Tarixi məlumatlara əsasən, Bəni Üməyyə dövründə Müaviyənin göstərişinə əsasən, imam Əlinin (ə) fəzilətlərinin nəql olunub intişar verilməsi qadağan olundu: Üçüncü əsrə aid olan tarixçi Əli ibn Məhəmməd Mədaininin dediklərinə əsasən, Müaviyə öz məmurlarına yazmışdı, hər kəs imam Əlinin (ə) fəzilətindən danışsa, onun canının və malının hörməti yoxdur.[106] O cümlədən, ondan hədis nəql etmək, onun xeyirxahlığından danışmaq və uşağın adını Əli qoymaq qadağan olunmuşdu.[107] Müaviyə, imam Əli (ə) haqda nalayiq danışar və deyərdi: Onun fəzilətlərindən danışılmayana qədər bu işdən əl çəkən deyiləm.[108] Onun göstərişi ilə minbərlərdə həzrət Əliyə (ə) nalayiq sözlər deyilməyə başladıldı[109] və Ömər ibn Əbduləzizin zamanına kimi, yəni 60 il bu iş davam etdi.[110] Əllamə Hillinin ( 647-726 h.q) “Kəşful-yəqin” adlı kitabında yazdığına görə, Əlinin (ə) dostları, Müaviyə və onun tərəfdarlarının qorxusundan, həzrət Əlinin (ə) fəzilətlərini nəşr verə bilmirdilər, bir halda ki, şərq və qərb o həzrətin fəzilətləri ilə sirab olmuşdu.[111] Məhəmməd Cavad Muğniyə yazır: Əməvilər, imam Əlidən (ə) hər kim hədis və ya o həzrətin fəzilətlərindən danışsaydı, əzab-əziyyət verərdi. Onlar imam Əlinin (ə) şagird və tərəfdarlarını o cümlədən, Meysəm Təmmar, Ömər ibn Həmiq Xüzai, Hücr ibn Üdəyy və Kümeyl ibn Ziyadı öldürdülər ki, kimsə onların vasitəsilə həzrət Əlidən (ə) məlumat və xəbər əldə edə bilməsin.[112] Həmcinin Əhli Sünnə alimi, Şeyx Məhəmməd Əbu Zöhrənin yazdıqlarına əsasən, Əməvi hakimiyyətinin, həzrət Əlinin (ə) fəzilətlərinin gizli qalmasında çox böyük rolu olmuşdur, odur ki, Sünnü mənbələrində o həzrətdən çox az bir miqdarda hədis nəql olunmuşdur.[113]
Seyyid Əli Şəhristani, “Mənu tədvinil hədis” adlı kitabında yazır: Bir çox Şiə yazıçılarının nəzəri budur, hədisin yazılmasının qadağan edilmə səbəblərindən biri, imam Əlinin (ə) fəzilətlərinin nəşr olunmasının qarşısını almaq olmuşdur;[114] çünki peyğəmbərin (ə) hədislərində, xilafət üçün layiq görülən şəxslər O həzrətin əhli-beytidir və bu da Bəni Üməyyə hakimiyyəti ilə təzadda idi.[115]
Həzrət Əlinin (ə) fəzilətlərinin digərlərinə nisbət verilməsi
İbn Əbil Hədid, hicrəitin üçüncü əsrinə aid Mötəzilə firqəsindən olan mütəkəllim, Əbu Cəfər Əsqafidən belə yazır: Müaviyə səhabə və tabeindən olan bir dəstəni məmur etmişdi, imam Əli (ə) haqda xoşagəlməz hədislər (düzəltsinlər) desinlər.[116] O, məktubların birində, öz məmurlarından istəyir, Osman ibn Əvfanın dostlarını təqib edib özlərinə cəlb etsinlər və onların Osman haqda dedikləri fəzilətləri, onun üçün yazsınlar.[117] Əli ibn Məhəmməd Mədaininin dediklərinə görə, camaat mal-mənal əldə etmək üçün Osmanın fəzilətləri haqda hədislər gətirirdilər odur ki, Osmanın fəzilətləri haqda olan hədislər rövnəq almışdı;[118] bunun üçün də Müaviyə digər bir məktubda öz məmurlarına yazdı, camaat bundan sonra səhabə və üç xəlifənin fəzilətləri haqda hədislər nəql etsinlər, bir həddə ki, həzrət Əlinin (ə) fəziləti haqda heç bir hədis qalmasın, ya o həzrətin (ə) fəzilətləri haqqında deyilən hədislər kimi, ilk üç xəlifə üçün də fəzilətlər söyləsinlər ya da bir mənalı olaraq o fəzilətləri inkar etsinlər. O, bu işi gözünün aydınlığı, “Əbu Turab” imam Əlinin (ə) və Şiələrinin yolunu nabud edəcək vasitə bilirdi.[119]
İmam Əlinin (ə) fəzilətlərinin inkar edilməsi
Sələfilərin rəhbəri olan İbn Teymiyyə (661-728 h.q), imam Əlinin (ə) fəzilətləri haqda olan bir sıra hədislərin şübhəli və ya düzəlmə olduğunu bilir.[120] Şagirdi “İbn Kəsir Dəməşqi” adı ilə tanınan, İsmail ibn Ömər deyir: Məhz Əliyə (ə) aid olacaq heç bir ayə nazil olmamışdır, nazil olan ayələr, Əliylə (ə) birlikdə bir neçə nəfər haqqında nazil olmuşdur.[121] O, İbn Abbas və başqalarından nəql olunan rəvayətlərin səhih olmadığını bildirir[122] və o cümlədən həzrət Əlinin (ə) fəzilətləri haqda olan hədislərin silsilə sənədlərinin zəif olduğunu iddia edir.[123]
İbn Teymiyyənin digər şagirdi, İbn Qəyyim Cuzi (vəfat 751 h.q), imam Əlinin (ə) Qədir Xumda olan imamət məsələsinin uydurma olduğunu bildirir,[124] bir halda ki, Əllamə Əmininin yazdığı kimi, Qədir Xum hədisi Şiə və Sünnü mənbələrində ən etibarlı sənədlərlə nəql olunmuşdur.[125] Əhli Sünnə alimi, İbn Cuzi (vəfat 597 h.q), “Əl-Mövzuat” kitabında, həzrət Əlinin (ə) fəzilətləri haqda olan bəzi rəvayətləri (cəli) düzəlmə hədislər sırasında gətirmişdir.[126]
Biblioqrafiya
İmam Əlinin (ə) fəzilətləri, Əhli sünnə hədis kitablarında, o cümlədən “Sihahi sittə” kitablarının fəsilləri arasında “mənaqib və fəzaili Əli ibn Əbi Talib” ünvanı ilə özünə yer tutmuşdur.[127] Qeyd etmək olar, Əhli beytin (ə) fəzilətləri haqda yazılan kitabların, bir fəsli həzrət Əlinin (ə) fəzilətlərinə ixtisas verilmişdir. Şiə və Sünnü alimləri, həzrət Əlinin (ə) fəzilətləri və mənaqibi barəsində xüsusi kitablar da yazmışlarş Aqabozorg Tehrani, “Əl-Zəriə” adlı təlifində, həzrət Əlinin (ə) fəzilətlərinə aid 15 kitabın adını qeyd etmişdir.[128] O, digər ünvanda kitablara da işarə etmişdir ki, onlarda imam Əlnin (ə) fəzilətləri qeyd olunmuşdur. Misal üçün: “Nəhcül ədalət fi fəzaili Əl-imam Əmiril möminin Əli ibn Əbi Talib” ünvanında kitab, müəllif; Əbd Əli ibn Əl-Hüseyn Əlbani Əl-Nəcəfi[129] və “Misbahul Ənvar fi Fəzail imamul Əbrar” müəllif; Haşim ibn Məhəmməd.[130]
Əhli sünnə kitabları
- “Fəzailu Əmirəl möminin”, müəllif: Əhməd ibn Hənbəl Şeybani (vəfat 241 h.q), dörd sünnü məzhəbin rəhbərlərindən biridir. Bu kitabda, həzrət Əlinin (ə) şəhadət və fəzilətləri ilə bağlı 369 rəvayət nəql olunmuşdur.[131] İbn Hənbəl bu kitabda, ikinci xəlifənin, imam Əlini (ə) Qədir Xum hadisəsində təbrik etmə macərasını nəql etmişidir.[132]
- “Xəsaisu Əmirəl möminin”; müəllif: Əhməd ibn Şüeyb Nəsai (vəfat 303 h.q) mühəddis və Sünnü məzhəbində altı məşhur hədis kitablarından sayılan “Əlsünən” kitabının müəllifidir. Bu kitab Ərəb dilində təlif olunmuş və həzrət Əlinin (ə) islam gətirməsi, peyğəmbər (s) yanında olan məqamı, islam peyğəmbəri (ə) ilə qohumluq əlaqəsi, ailə və övladlarının məqam və mənziləti haqda söz açmışdır.
- “Mənaqibu Əl imam Əli ibn Əbi Talib”, müəllif: İbn məazili (vəfat 483 h.q). Kitab Ərəb dilində təlif edilmiş və imam Əlinin (ə) bir sıra fəzilətlərinə işarə olunmuşdur, o cümlədən Kəbədə dünyaya gəlməsi, ilk islama iman gətirən şəxs olması, peyğəmbərin çiyinləri üstə çıxması və bir çox digər hədislər.
“Mənaqibu Əli ibn Əbi Talib (ə)” müəllif: Əhməd ibn Musa ibn Mərdəviyyə (vəfat 410 h.q); “Əl Meyar vəl muvazinə fi fəzaili əl imam Əmiril möminin Əli ibn Əbi Talib (ə)”, müəllif: Mötəzilə alimi; Məhəmməd ibn Abdullah İskafi (vəfat 240 h.q); “Əl- Cövhərə fi nəsəb Əl- imam Əli və alih”, müəllif: Məhəmməd ibn Əbi Bəkr Telmisani (h.q, yeddinci əsr); “Cəvahirul mətalib fi mənaqibi əl-imam Əli ibn Əbi Talib”, müəllif: Şəmsuddin Bauni (vəfat 871 h.q); “Kifayətul Talib fi mənaqibi Əli ibn Əbi Talib”, müəllif: Məhəmməd ibn Yusif Gənci (vəfat 658 h.q); “Mənaqibu əl-imam Əmirul möminin”, müəllif: Muvəffəq ibn Əhməd Xarəzmi (vəfat 568 h.q) və “Mənaqibi Murtəzəvi”, müəllif: Mir Məhəmməd Saleh Termizi (vəfat 1060 h.q) digər əhli sünnə alimlərinin həzrət Əlinin fəzilətləri haqda təlif etdikləri əsərlərdir.
Şiə kitabları
- “Əl-Məratib fi Fəzaili Əmirəl möminin”. Bu kitab hicrətin ondördüncü əsrində yaşamış, Zeydiyyə məzhəbindən olan alim, Əbulqasim Bustinin əsəridir. Bu əsərdə, həzrət Əlinin (ə) 450 fəziləti zikr olunmuşdur.
- “Təfzilu Əmirul möminin”; müəllif: Şeyx Mofid (vəfat 413 h.q), müəllif bu kitabda, Şiə və Sünnü hədislərinə əsaslanaraq, həzrət Əlini (ə) islam peyğəmbərindən (ə) başqa bütün peyğəmbərdən fəzilətli olduğunu bilir.
- “Əl-risalətul Ələviyyə fi fəzli Əmiril-möminin Əli (ə) əla sairil bəriyyə siva seyyidina rəsulullah (s)”. Bu kitabın müəllifi, Əbul Futuh Kəracəkidir (vəfat 449 h.q) Ərəb dilində təlif edilmişdir. Bu kitabda həzrət Əlinin (ə) fəzilət və özəllikləri Quran ayələrinə əsasən açıqlanış və o həzrət haqqında olan şübhələrə cavab verilmişdir.
- “Əl-Yəqin bi ixtisasi mövlana Əli (ə) bi imrətil möminin”. Seyyid ibn Tavus (vəfat 664) bu kitabın müəllifidir. O, bu kitabda Əhli Sünnə mənbələrindən 220 hədislə isbat edir “Əmirəl möminin” ləqəbi həzrət Əliyə (ə) məxsusdur və bu ləqəbi peyğəmbər (s) o həzrətə vermişdir.
Həzrət Əlinin (ə) fəzilətləri haqda yazılan digər kitablardan bəziləri ibarətdirlər: “Ümdətu uyuni sihahil əxbar fi mənaqibi imamil əbrar” və “Əl ümdə” ünvanıyla məşhur olmuşdur; müəllif: ibn Bitriq (vəfat 600h.q); “Miətu mənqəbə fi mənaqibi əmiril möminin vəl əimmə min vuldih (ə) min təriqil ammə”, müəllif: İbn Şazan; “Tərfu minəl ənba vəl mənaqib”, müəllif: Seyyid ibn Tavus; “Əl-Rövzə fi fəzaili Əmiril möminin”, müəllif: Şazan ibn Cəbrail Qumi; “Kəşful yəqin fi fəzaili Əmiril möminin”, müəllif: Əllamə Hilli; “Qəzau Əmiril möminin”, müəllif: Məhəmməd Təqi Şuştəri və “Fəzailul xəmsə minəs-sihahil-sittə”, müəllif: Firuzabadi
Əlaqədar məqalələr
İstinadlar
- ↑ Əsğərpur, Dər amədi bər mənaqib neqariye Əhli-Beyt (ə), s.267
- ↑ Bəyazi, Əs-Siratul-müstəqim, h.q 1384, c.1, s.151 298-ə kimi
- ↑ İbn Şazan, Miətu mənqəbə, h.q 1407, s.177
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.116
- ↑ İbn Şazan, Miətu mənqəbə, h.q 1407, s.177
- ↑ İbn Mənzur, Muxtəsəru tarixi Dəməşq, h.q 1402, c.18, s.11
- ↑ Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.1, s.63-71; Mömin ibn Həsən, Nurul-əbsar, c.1, s.159
- ↑ Gənci Şafei, Kifayətut-Talib, h.q 1404, s.231; Qunduzi, Yənabiul-məvəddə, h.q 1422, c.1, s.337
- ↑ Maidə surəsi, ayə 55
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.6, s.25; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.2, s.293; Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.1, s.209-239
- ↑ Bəqərə surəsi, 207-ci ayə,
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.13, s.262
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.100
- ↑ Tusi, Əl-Əmali, h.q 1414, s.466-467
- ↑ Maidə surəsi, 67-ci ayə
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.332; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.2, s.297; Alusi, Ruhul-məani, h.q 1405, c.6, s.194
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.290; Təbərsi, Əl-İhticac, h.q 1401, c.1, s.57
- ↑ Maidə surəsi, 3-cü ayə
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.4, s.264-265
- ↑ Əmini, Əl-Ğədir, h.ş 1368, c.2, s.115
- ↑ Tövbə surəsi, 119-cu ayə
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.290; Amidi, Ğayətul-məram, h.q 1391, c.3, s.52
- ↑ Hilli, Kəşful-murad, h.q 1413, s.371
- ↑ Bəyyinə surəsi, 7-ci ayə
- ↑ Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.2, s.459; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.6, s.379
- ↑ Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.2, s341-352; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.6, s.244; Səduq, Əl-Əmali, h.ş 1376, s.31; Cəvizi, Təfsiru nuris-səqəleyn, h.q 1415, c.5, s.370
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.19, s.322
- ↑ Bəqərə surəsi, 274-cü ayə
- ↑ İbn Məsakir, Tarixu Mədinəti Dəməşq, c.42, 358
- ↑ Mücadilə surəsi, 12-ci ayə
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.380
- ↑ Məryəm surəsi, 96-cı ayə
- ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.56
- ↑ Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.2, s.39; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.764; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.3, s.30
- ↑ İbn Həkəm, Təfsirul-Hibəri, h.q 1408, s.297-311; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.560; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.311
- ↑ Nisa surəsi, 59-cu ayə
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.389; Fəxri Razi, Məfatihul-ğəyb, h.q 1420, c.10, s.113
- ↑ Qunduzi, Yənabiul-məvəddə, h.q 1422, c.1, s.341; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.251-252
- ↑ ura surəsi ayə 33
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.23, s.232
- ↑ İnsan surəsi, 8-ci ayə
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.132
- ↑ Kufi, Təfsiru Furatil-Kufi, h.q 1410, s.527-529; Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.4, s.670
- ↑ Nəhl surəsi, 43-cü ayə və Ənbiya surəsi, 7-ci ayə
- ↑ Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.1, s.432
- ↑ Məkarim Şirazi, Ayate vilayət dər Quran, h.ş 1386, s.312
- ↑ Məkarim Şirazi, Ayate vilayət dər Quran, h.ş 1386, s.307
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.416, 417, 433; Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.92, 279, 280, 286; Kufi, Təfsiru Furatil-Kufi, h.q 1410, s.177, 178, 400, 417, 433
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, h.q 1433, s.197; Əmini, Əl-Ğədir, c.1, s.14-15
- ↑ Hilli, Kəşful-murad, h.q 1413, s.369
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.5, s.19, Babu mənaqibi Cəfər ibn Əbi-Talib, hədis 3706; Muslim, Səhih-Muslim, c.4, s.1870 və 1871, hədis 2404; Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.106-107, hədis 80; İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, h.q 1433, s.156
- ↑ Qumi, Təfsirul-Qumi, c.1, s.68; Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.137, hədis 4637
- ↑ Əmini, Əl-Ğədir, h.q 1370, c.6, s.78-79
- ↑ Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.1, s.543; Bəhrani, Əl-Burhan, h.q 1416, c.4, s.186-189-a kimi; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.5, s.97
- ↑ Şeyx Müfid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.96
- ↑ İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1415, c.42, s.392; Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.154-339-a kimi
- ↑ Əstərəabadi, Əl-Bərahinul-Qatiə, h.ş 1382, c.3, s.244
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.143; İbn Hənbəl, Musnədul-İmam Əhməd, h.q 1421, c.5, s.180; Səduq, Əl-Əmali, h.ş 1376, s.2
- ↑ Səduq, Əl-Əmali, h.ş 1376, s.2
- ↑ Rəhimi İsfəhani, Vilayət və rəhbəri, h.ş 1374, c.3, s.119-121
- ↑ Nəsai, Xəsaisu Əmiril-Muminin, h.q 1406, c.1, s.29, hədis 10
- ↑ Nəsai, Xəsaisu Əmiril-Muminin, h.q 1406, c.1, s.29, hədis 10; Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.355
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.5, s.18, hədis 3801 və 3802; Muslim, Səhih-Muslim, c.4, s.1872 hədis 2406
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.294
- ↑ Nəsai, Əs-sunənul-kübra, h.q 1421, c.7, s.310, hədis 8092; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.294; Muslim, Səhih-Muslim, c.4, s.1873 hədis 2408; İbn Hənbəl, Fəzailu Əmiril-Muminin Əli ibn Əbi Talib, h.q 1433, s.180
- ↑ Tusi, Əl-Əmali, h.q 1414, s.368; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.287
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Muminin Əli ibn Əbi Talib, h.q 1433, s.184; Muslim, Səhih-Muslim, c.4, s.1883 hədis 2424; Təbəri, Əl-Mustərşəd, h.q 1415, s.598
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Muminin Əli ibn Əbi Talib, h.q 1433, s.184; Muslim, Səhih-Muslim, c.4, s.1883 hədis 2424; Təbəri, Əl-Mustərşəd, h.q 1415, s.598
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.2, s.373, hədis 3312
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.2, s.373, hədis 3312; Numani, Əl-Ğeybə, h.q 1397, s.44
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.2, s.363, s.263, hədis 2949; Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.1, s.376-377
- ↑ İbn Bitriq, Xəsaisul-vəhyil-mubin, h.q 1417, s.246
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.527
- ↑ Xətib Bağdadi, Tarix Bağdadi, h.q 1422, sc.16, s.480; Səduq, Əl-Əmali, h.ş 1376, s.89
- ↑ Həsən ibn Əli, Ət-Təfsirul-mənsubu iləl-İmamil-Əskəri (ə), h.q 1409, s.497-498; Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.25; Təbəri, Əl-Mustərşəd, h.q 1415, s.287; Müfid, Əl-Əmali, h.q 1413, s.14; Tusi, Əl-Əmali, h.q 1414, s.417; Təbəri Amili, Bəşarətul-Mustafa, h.q 1383, s.83
- ↑ Asimi, Əl-Əsəlul-Müsəffa, h.q 1418, c.1, s.124-126; İbn Əsakir, Tərcumətul-İmam Əli ibn Əbi Talib, h.q 1400, c.2, s.280; İbn Məğazəli, Mənaqibu Əmiril-Möminin Əli ibn Əbi Talib, h.q 1424, s.281; Xarəzmi, Əl-Mənaqib, h.q 1411, s.84 və 312; Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.1, s.103; Təbəri, Zəxairul-üqba, h.q 1354, s.93-94; İbrahim ibn Məhəmməd, Fəraidus-simtəyn, h.q 1398, c.1, s.170
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8 s.110
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.514
- ↑ Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.27 və 86; Səffar, Bəsairud-dəracat, h.q 1404, s.414-418-ə kimi
- ↑ Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.27 və 86; Səffar, Bəsairud-dəracat, h.q 1404, s.414-418-ə kimi; Məclisi, Biharul-ənvar, h.q 1403, c.39, s.193-211-ə kimi
- ↑ İbn Məğazəli, Mənaqibul-İmam Əli ibn Əbi Talib (ə), h.q 1424, s.107; Xarəzmi, Mənaqib, h.q 1411, s.295
- ↑ İbn Mərdəvəyh, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1424, s.162; İbn Hənbəl, Musnədul-İmam Əhməd, h.q 1421, c.3, s.480
- ↑ Həskani, Şəbahidut-tənzil, h.q 1411, c.2, s.14
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, h.q 1433, s.194
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, s.174
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, s.172
- ↑ İbn Hənbəl, Musnədul-İmam Əhməd, h.q 1421, c.5, s.179
- ↑ İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1415, c.42, s.356
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.152, hədis 4681
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, h.q 1433, s.183
- ↑ Tusi, Əl-Əmali, h.q 1414, s.552
- ↑ Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.2, s.89
- ↑ Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.ş 1375, s.147
- ↑ Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.ş 1375, s.146
- ↑ Əmini, Əl-Ğədir, h.q 1397, c.6, s.21-23-ə qədər
- ↑ Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.48
- ↑ Təqəddumi Məsumi, Nurul-əmir fi təsbiti xutbətil-ğədir, h.ş 1379, s.97
- ↑ Məclisi, h.q 1403, c.39, s.35; İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, h.q 1433, s.177
- ↑ İbn Əbdül-Berr, Əl-İstiab, h.q 1411, c.3, s.1097 və 1098
- ↑ Nəsai, Əs-Sunənul-kübra, c.5, s.107; İbn Hənbəl, Fəzailu Əmiril-Möminin, h.q 1433, s.186-187
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.275
- ↑ İbn Hənbəl, Musnədul-İmam Əhməd, h.q 1421, c.5, s.179; Nəsai, Xəsais, h.q 1406, s.93
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.6, s.25; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.2, s.293; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.209-239-a kimi
- ↑ Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.346
- ↑ Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.347
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.11, s.44
- ↑ Məhəmmədi Reyşəhri, Daneşnameye Əmirəl-Möminin, h.q 1428, s.475-483-ə kimi
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.4, s.57
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.11, s.44
- ↑ İbn Xəldun, Tarixu İbn Xəldun, h.q 1408, c.3, s.94
- ↑ Əllamə Hilli, Kəşful-yəqin, h.q 1411, c.1, s.4
- ↑ Muğniyə, Əl-Hüseyn və Bətələtu Kərbəla, h.q 1426, s.187
- ↑ Əbu Zöhrə, Əl-İmamus-Sadiq. s.162
- ↑ Şəhrestani, Mənu Tədvinil-hədis, h.q 1418, s.57
- ↑ Əsğərpur, Dər amədi bər mənaqib neqariye Əhli-Beyt (ə), s.270
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.4, s.63
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.11, s.44
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.11, s.44
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.11, s.45
- ↑ İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.q 1406, c.8, s.50-86 və 122-126 və 164-168
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.357-358
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.357-358
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.357-358
- ↑ İbn Qəyyim, Əl-Mənarul-munif, h.q 1390, s.57
- ↑ Əmini, Əl-Ğədir, h.q 1416, c.1, s.19
- ↑ İbn Cəvzi, Əl-Movzuat, c.1, s.338
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.5, s.18; Muslim, Səhih-Muslim, c.4, s.1870 və 1871, hədis 2404 hədis 2406
- ↑ Aqabozorg Tehrani, “Əl-Zəriə”, c.16, s.253-256
- ↑ Aqabozorg Tehrani, “Əl-Zəriə”, c.24, s.421
- ↑ Aqabozorg Tehrani, “Əl-Zəriə”, c.21, s.421
- ↑ «یادی از محقق طباطبائی به بهانه چاپ فضائل امیرالمؤمنین علیهالسلام.», mtif.org saytı
- ↑ İbn Hənbəl, Fəzailu Əmiril-Muminin Əli ibn Əbi Talib, h.q 1433, s.197
Ədəbiyyat
- İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
- İbn Bitriq, Yəhya ibn Həsən, Xəsaisul-vəhyil-mubin, Qum, Darul-Quranil-Əzim, h.q 1417
- İbn Teymiyyə, Minhacus-sunnətin-nəbəviyyə, Təhqiq: Məhəmməd Rəşad, 1-ci çap, h.q 1406
- İbn Hənbəl, Əhməd ibn Məhəmməd, Musnədul-İmam Əhməd ibn Hənbəl, h.q 1421\m.2001
- İbn Hənbəl, Əhməd ibn Məhəmməd, Fəzailu Əmiril-Muminin Əli ibn Əbi Talib, h.q 1433
- İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Movzuat, Mədinə, h.q 1386\m.1966
- İbn Şazan, Məhəmməd ibn Əhməd, Miətu mənqəbə, Qum, Mədrəsətul-İmamil-Mehdi (ə.f), h.q 1407
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, h.q 1379
- İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Beyrut, h.q 1412\m.1992
- İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, Təhqiq: Əli Şiri, Darul-fikr, Beyrut, h.q 1415
- İbn Əsakir, Əli ibn Həsən, Tərcumətul-imam Əli ibn Əbi Talib, Beyrut, 2-ci çap, h.q 1400
- İbn Qəyyim, Məhəmməd ibn Əbi Bəkr, Əl-Mənarul-munif, h.q 1390\m.1970
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407\m.1986
- İbn Mərdəvəyh, Əhməd ibn Musa, Mənaqibu Əli ibn Əbi Talib, Qum, h.q 1424
- İbn Məğazəli, Əli ibn Məhəmməd, Mənaqibul-İmam Əli-ibn Əbi Talib (ə), 3-cü çap, h.q 1424
- Əstər Abadi, Məhəmməd Cəfər, Əl-Bərahinul-Qatiə, Qum, h.ş 1382
- Əsğərpur, Həsən, درآمدی بر مناقبنگاری اهل بیت, ensani.ir saytı
- Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Təhqiq: Məhəmməd Züheyr, h.q 1422
- Bəyazi, Əli ibn Məhəmməd, Əs-Siratul-Müstəqim, Nəcəf, Əl-Məktəbətul-Heydəriyyə, h.q 1384
- Təqəddumi Məsumi, Əmir, Nurul-əmir (ə), Qum, h.ş 1379
- Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411\m.1990
- Hibəri, Hüseyn ibn Həkəm, Təfsirul-Hibəri, Beyrut, h.q 1408
- Həskani, Übeydullah ibn Əhməd, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Tehran, h.q 1411
- Həsən ibn Əli, Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə), Qum, İmam Mehdi (ə.f) müəssisəsi, 1-ci çap, h.q 1409
- Hilli, Həsən ibn Yusif, Kəşful-murad, Düzəliş: Həsən Həsənzadə Amuli, Qum, h.q 1413
- Hilli, Həsən ibn Yusif, Kəşful-yəqin, Tehran, 1-ci çap, h.q 1411
- Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Beyrut, Darul-ğərbil-İslami, h.q 1422\m.2002
- Xarəzmi, Mənaqib, Təhqiq: Şeyx Malik Əl-Mahmudi, 2-ci çap, h.q 1411
- Rəhimi İsfəhani, Vilayət və rəhbəri, Əskəriyyə nəşri, h.ş 1374
- Zəməxşəri, Mahmud, Əl-Kəşşaf, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1407
- Siyuti, Cəlalud-din, Əd-Durrul-mənsur, Qum, h.q 1404
- Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
- Səduq, Məhəmməd ibn Əli, Uyunu Əxbarir-Rza (ə), Tehran, Cəhan nəşri, 1-ci çap, h.q 1387
- Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Kəmalud-din, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
- Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dəracat, Qum, 2-ci çap, h.q 1404
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
- Təbəri, Muhibiddin, Zəxairul-üqba, Qahirə, h.q 1354
- Təbəri, Amuli, Məhəmməd ibn Cərir, Əl-Mustərşəd, Düzəliş: Əhməd Mahmudi, Qum, h.q 1415
- Təbəri, Məhəmməd ibn Cərir, tarixul-uməmi, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387\m.1967
- Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
- Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-əyyaşi, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, h.q 1380
- Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rövzətul-vaizin, Qum, Rza nəşriyyatı, h.ş 1375
- Fəxri Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-Kəbir, Beyrut, h.q 1420
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.q 1404
- Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə, Qum, Üsvə nəşriyyatı, h.q 1422
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: əli Əkbər Ğəffari və Məhəmməd Axundi, darul-kutubil-İslamiyyə, h.q 1407
- Gənci Şafei, Məhəmməd ibn Yusif, Kifayətut-talib, Düzəliş: Məhəmməd Hadi Əmini, Tehran, h.q 1404\h.ş 1362
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Muğniyyə, Məhəmməd Cavad, Əl-Hüseyn və bətələtə Kərbəla, Düzəliş: Sami Üzeyri, Qum, Darul-kitabil-İslami, h.q 1426\m.2005
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Əmali, Düzəliş: Hüseyn Ustad Vəli və Əli Əkbər Ğəffari, Qum, 1-ci çap, h.q 1413
- Məkarim Şirazi, Nasir, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1374
- Nəsai, Əhməd ibn Şüeyb, Əs-Sunənul-kübra, Təhqiq: Həsən ibn Əbdül-Munim Əli Xorasani, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1421\m.2001
- Nəsai, Əhməd ibn Şüeyb, Xəsaisu Əmiril-muminin, Küveyt, h.q 1406
- Numani, Məhəmməd ibn İbrahim, Əl-Qeybətu lin-Numani, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Səduq nəşri, h.q 1397
- Nişaburi, Səhih Muslim, Təhqiq: Məhəmməd Fuad Əbdül-Baqi