Səhifeyi Səccadiyyənin on birinci duası
| Xəvatimul-xeyr | |
| Mövzu | Allahı yad etməyin həyatdakı təsirləri, dünyada və axirətdə xeyirli aqibət üçün dua |
|---|---|
| Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
| Nəql olunub | İmam Səccad (ə) |
| Ravi | Mütəvəkkil ibn Harun |
| Şiə mənbələri | Səhifeyi Səccadiyyə |
Səhifeyi Səccadiyyənin on birinci duası, (ərəbcə: الدعاء الحادي عشر من الصحيفة السجادية) İmam Səccadın (ə) dünya və axirətdə xoş aqibət diləməsi ilə bağlı o Həzrətdən nəql olunmuş dualardandır. Bu duada İmam Səccad (ə), həmçinin insanın əməllərinin mələklərin halına təsir etməsi, duaların Allah tərəfindən qəbul olunması və boş vaxtlardan yaxşı istifadə edilməsi üçün dua etməyə də toxunur.
On birinci dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə izah olunmuşdur. O cümlədən Hüseyn Ənsarianın fars dilində yazdığı “Aşiqlər Diyarı” və Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət” əsərləri və Seyid Əli Xan Mədəninin ərəb dilində qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin” əsərində izah olunmuşdur.
Duanın təlimləri
Səhifeyi Səccadiyyənin on birinci duasının əsas mövzusu dünya və axirətdə xoş aqibət istəməkdir. İmam Səccad (ə) tərəfindən beş mərhələdə[1] nəql olunan bu duanın təlimləri aşağıdakılardır:
- Allahı yad etmək izzətə, Ona şükür etmək səadətə, itaəti isə qurtuluşa səbəb olar.
- Qəlblə (qəlbi zikr) Allahı xatırlamaq üçün dua etmək.
- Boş vaxtlardan düzgün və faydalı istifadə üçün dua etmək.
- İnsan əməllərinin mələklərin halına təsiri: İnsanın yaxşı əməllərini yazan mələklərin onun yaxşı əməlinə görə sevinmələri.
- Ölüm zamanı xoş aqibət üçün dua etmək.
- Tövbə nəticəsində Allahın məzəmmət və danlağından uzaq olmaq.
- Qiyamət günü günahların örtülməsi üçün dua etmək.
- Duaların Allah tərəfindən qəbul olunması.[2]
Şərhlər
On birinci dua, Səhifeyi Səccadiyyənin şərhlərində izah olunmuşdur. Bu dua, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[3] Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət”[4] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[5] kimi kitablarda və bir neçə başqa kitabda da şərh olunmuşdur.
Bu dua həmçinin Seyid Əli Xan Mədəninin qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin”,[6] Məhəmməd Cavad Müğniyənin “Fi zilalis-Səhifətis-Səccadiyyə”,[7] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-arifin”[8] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-ruh”,[9] adlı əsərlərində ərəb dilində şərh olunmuşdur. Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[10] adlı əsərində lüğəvi baxımdan izah edilmişdir.
Duanın mətni və tərcüməsi
وَ کانَ مِنْ دُعَائِهِ علیهالسلام بِخَوَاتِمِ الْخَیرِ
یا مَنْ ذِکرُهُ شَرَفٌ لِلذَّاکرِینَ، وَ یا مَنْ شُکرُهُ فَوْزٌ لِلشَّاکرِینَ، وَ یا مَنْ طَاعَتُهُ نَجَاةٌ لِلْمُطِیعِینَ، صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اشْغَلْ قُلُوبَنَا بِذِکرِک عَنْ کلِّ ذِکرٍ، وَ أَلْسِنَتَنَا بِشُکرِک عَنْ کلِّ شُکرٍ، وَ جَوَارِحَنَا بِطَاعَتِک عَنْ کلِّ طَاعَةٍ.
فَإِنْ قَدَّرْتَ لَنَا فَرَاغاً مِنْ شُغْلٍ فَاجْعَلْهُ فَرَاغَ سَلَامَةٍ لَا تُدْرِکنَا فِیهِ تَبِعَةٌ، وَ لَا تَلْحَقُنَا فِیهِ سَأْمَةٌ، حَتَّی ینْصَرِفَ عَنَّا کتَّابُ السَّیئَاتِ بِصَحِیفَةٍ خَالِیةٍ مِنْ ذِکرِ سَیئَاتِنَا، وَ یتَوَلَّی کتَّابُ الْحَسَنَاتِ عَنَّا مَسْرُورِینَ بِمَا کتَبُوا مِنْ حَسَنَاتِنَا
وَ إِذَا انْقَضَتْ أَیامُ حَیاتِنَا، وَ تَصَرَّمَتْ مُدَدُ أَعْمَارِنَا، وَ اسْتَحْضَرَتْنَا دَعْوَتُک الَّتِی لَا بُدَّ مِنْهَا وَ مِنْ إِجَابَتِهَا، فَصَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْعَلْ خِتَامَ مَا تُحْصِی عَلَینَا کتَبَةُ أَعْمَالِنَا تَوْبَةً مَقْبُولَةً لَا تُوقِفُنَا بَعْدَهَا عَلَی ذَنْبٍ اجْتَرَحْنَاهُ، وَ لَا مَعْصِیةٍ اقْتَرَفْنَاهَا.
وَ لَا تَکشِفْ عَنَّا سِتْراً سَتَرْتَهُ عَلَی رُءُوسِ الْأَشْهَادِ، یوْمَ تَبْلُو أَخْبَارَ عِبَادِک.
إِنَّک رَحِیمٌ بِمَنْ دَعَاک، وَ مُسْتَجِیبٌ لِمَنْ نَادَاک.
O Həzrətin aqibətinin xeyr olması üçün etdiyi duası.
Ey zikrin yad edənlərə şərəf, şükrün şükr edənlərə kam, itaətin itaət edənlərə nicat olan, Muhəmməd və onun soyuna səlavat göndər və öz zikrinlə qəlbimizi bütün zikrlərdən, dilimizi bütün şükrlərdən öz şükrün ilə, əzalarımızı bütün itaətlərdən öz itaətinlə məşğul et,
Əgər işlərdən bizim üçün bir rahatlıq və asudəlik qərar versən o asudəliyi salamatlıqla birgə et ki, onun ardıyca bizə heç bir bəla yetişməsin, o asudəlikdə həyatımıza bir məzəmmət oturmasın ki, əməlləri yazanlar yanımızdan pis əməl dəftərini baş görüb qayıtmasınlar, yaxşı əməllərimizi yazmağa yanımızdan şadlıq və sevinc içində geri qayıtsınlar, və elə ki,
Həyatımızın ruzigarı başa çatdı və yaşayış ipimiz qırıldı və Sənin özündən olan və qəbulu vacib olan o də’vətin (ölüm) bizi çağırsa, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və əməllərimizi yazanlarınmızın son işini qəbul edilən tövbə qərar ver ki, ondan sonra batdığımız günah və etdiyimiz xətaya görə bizi məzəmmət etməyəsən və
Bəndələrinin xəbərlərini aşkar edəcəyin gündə işimizin üzərinə ötürdüyün pərdəni hazır olanların gözləri önündə işimizin üzərindən götürməyəsən,
Çünki Sən səni çağıran hər kəsə qarşı rəhm edənsən, Səni səsləyən hər kəsin istəyini yerinə yetirirsən.
İstinadlar
- ↑ ترجمه و شرح دعای یازدهم صحیفه سجادیه, İrfan saytı
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.101-122; Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.485-500
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.97-122
- ↑ Məmduhi, Ketabe şühud və şenaxt, h.ş 1388, c.1, s.485-500
- ↑ Fəhri, Şərh və təfsire Səhifeyi Səccadiyye, h.ş 1388, c.1, s.529-560
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.2, s.441-463
- ↑ Muğniyə, Fi zilalis-Səhifə, h.q 1428, s.165-169
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.141-143
- ↑ Fəzlullah, Afaqur-Ruh, h.q 1420, c.1, s.285-298
- ↑ Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.35
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Təhqiq: Hüseyn Dərqahi, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyid Məhəmməd Hüseyn, Afaqur-Ruh, Beyrut, Darul-malik, h.q 1420
- Fəhri, Seyid Əhməd, Şərh və təfsire Səhifeyi Səccadiyye, Tehran, Üsvə, h.ş 1388
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
- Mədəni Şirazi, Seyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
- Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-Səhifə, Qum, Darul-kitabil-İslami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Ketabe şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
Xarici keçid
- متن و صوت دعاهای صحیفه سجادیه, Səhifeyi Səccadiyyənin on birinci duasının ərəbcə mətni və səsli formatı