Məzmuna keç

Taslim:Naziat surəsi

wikishia saytından
Naziat surəsi
Naziat
Cüz30
Ayə46
Məkkə\MədinəMəkkə
Nazil olma sırası81
Surənin nömrəsi79
Söz133
Hərf553


Naziat surəsi (ərəbcə: سورة النازعات) – Qurani-Kərimin 79-cu surəsidirMəkkə dövründə nazil olmuş surələrdəndir. Bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alır. Surə, Allah-Taalanın “Naziat”a and içməsi ilə başladığı üçün bu adla tanınır. “Naziat” – canları alan mələklər deməkdir. Surədə Qiyamət günü, onun dəhşətli mənzərələri, əməlisaleh və günahkar insanların aqibəti təsvir olunur. Həmçinin Həzrət Musanın (ə) hekayəsi və Fironun aqibəti barədə də bəhs edilir. Surənin sonunda Qiyamətin vaxtını heç kimin bilmədiyi vurğulanır. Naziat surəsində həmçinin “dəhvül-ərz” – yəni yerin yayılması, genişlənməsi mövzusuna da işarə edilir. Rəvayətlərə görə, yerin ilk genişlənməyə başladığı məkan Məkkə və ya Kəbə olmuşdur. Surənin tilavətinin fəziləti haqqında Peyğəmbərdən (s) belə nəql olunur: “Hər kəs Naziat surəsini oxusa, Qiyamət günündə onun hesabı və orada saxlanması bir vacib namaz qılmaq qədər qısa çəkər.”

Tanıtımı

  • Adlandırılması

Bu surə “Naziat” adını ona görə almışdır ki, Allah-Taala surənin əvvəlində Naziata and içir.[1] Naziat sözünün mənası “canları alan mələklər” deməkdir.[2] MəclisiBiharül-ənvar” əsərində təfsirçilərdən bu söz barədə üç ehtimal nəql etmişdir: 1. Kafirlərin canlarını alan mələklər; yaxud ümumilikdə bütün insanların canlarını alan mələklərdirİmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, məqsəd canları bədənlərdən alan ölümdür. 2. Doğub-batan ulduzlar. 3. Oxu çəkənlər və atların yüyənini dartaraq döyüşə atılanlar; yəni Quran burada mübariz mücahidlərə and içir.[3]

  • Naziat surəsinin nazil olma yeri və sırası

Naziat surəsi Məkkə surələrindəndirnazil olma ardıcıllığında Peyğəmbərə (s) nazil olan səksən birinci surədir. Bu surə, Qurandakı hazırkı düzülüşdə isə yetmiş doqquzuncu surədir[4] və 30-cu cüzün əvvəlində yerləşir.

  • Ayələrin sayı və digər xüsusiyyətləri

Naziat surəsi 46 ayə, 133 kəlmə və 553 hərfdən ibarətdir. Həcm baxımından bu surə “mufəssəl” (ayələri qısa olan) surələrdəndir. Surə andlarla başlayan surələrdən biridir və beş ardıcıl anda malikdir.[5] Əllamə Təbatəbai qeyd edir ki, müfəssirlər bu surənin ilk beş ayəsinin təfsirində böyük fikir ayrılığı yaşamışlar, baxmayaraq ki, hamısı bu ayələrin and məqamında olduğu barədə həmfikirdirlər. O həmçinin bu ayələri müəyyən mələklərə və onların gördüyü işlərə aid edən rəvayətləri bəzi nümunələrin qeyd edilməsi kimi izah edir.[6]

Məzmunu

Təfsir Nümunəyə əsasən, surənin məzmunu altı hissədə xülasə edilir:

  1. Qiyamət gününün gerçəkləşməsinə çoxsaylı andlarla vurğu;
  2. Qiyamət səhnələrinin dəhşətli və qorxunc mənzərələrinə işarə;
  3. Həzrət Musanın (ə) hekayəsinə və Fironun aqibətinə qısa işarə – bu həm Peyğəmbər (s) və möminlər üçün təsəlli, həm də müşriklər üçün xəbərdarlıqdır. Eyni zamanda bu, axirəti inkar etməyin insanı günahlara qərq etdiyini göstərir;
  4. Allahın qüdrət nişanələri olan göy və yerin yaradılışına işarə – bu da axirətin mümkünlüyünə dəlildir;
  5. Qiyamət hadisələrinin digər bir hissəsinin, azğınların aqibətinin və salehlərin mükafatının bəyanı;
  6. Qiyamətin nə vaxt baş verəcəyini heç kimin bilmədiyi, lakin onun yaxın olduğu barədə vurğu.[7]


Yer üzünün genişləndirilməsi (Dəhvul-Ərz)

Əsas məqalə: Dəhvul-ərz

“Naziat” surəsinin 30-cu ayəsində yerin genişləndirilməsindən (dəhvul-ərz) bəhs olunur.

Yerin genişləndirilməsindən məqsəd — yer üzünün sudan çıxması, yəni quruluqların sular altından üzə çıxmasıdır.[9] Bəzi rəvayətlərə və qədim İslam mənbələrinə görə, əvvəlcə bütün yer üzü su ilə örtülmüşdü, sonra quru sahələr suların altından baş qaldırmışdır.[10] Bəzi hədislərdə və tarixi kitablarda qeyd olunur ki, yer üzündən ilk çıxan məkan Məkkə torpağı və ya Kəbə olmuşdur.[11] Rəvayətlərəfiqhi kitablara əsasən, Dəhvul-Ərzin tarixi Zilqədə ayının 25-dir və bu gün oruc tutmaq müstəhəbdir.[12]

Məşhur ayələri

  • «فَأَمَّا مَن طَغَى وَ ءَاثَرَ الحَْيَوةَ الدُّنْيَا فَإِنَّ الجَْحِيمَ هِىَ الْمَأْوَى‌ وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَ‌بِّهِ وَ نَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ»

Tərcümə: “Amma kim (dünyada) tüğyan etmişsə və dünya həyatını (axirətdən) üstün tutmuşsa, Şübhəsiz, onun yeri Cəhənnəmdir! Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi – həvəsdən saxlamışsa, Şübhəsiz, onun yeri Cənnətdir” (Naziat, 37–41).

Bu ayələrdə cəhənnəm əhlinin və behişt əhlinin xüsusiyyətləri və aqibəti bəyan olunur. Bu ayələrin təfsirində deyilir ki, dünyanı axirətdən üstün tutmaq və nəfsin istəklərinə uymaq Allaha qarşı üsyankarlığın nəticəsidir. Əksinə, nəfsə hakim olmaq və Allaha itaət Onun məqamından qorxmağın bəhrəsidir.[13] Həmçinin qeyd olunur ki, insanın Allahın qarşısında üsyanının və itaətsizliyinin səbəbi təkəbbür və özünü böyük görməkdir; bu özünü böyük görməkdə Allahı və Onun böyüklüyünü tanımamağın nəticəsidir. Bunun əksinə olaraq, Allahı tanımaq və Onun ucalığını dərk etmək Allahla müxalifətçilik etməkdən qorxmağa və nəfsani istəklərə hakim olmağa səbəb olur.[14] İmam Sadiqdən (ə) “Amma kim öz Rəbbinin məqamından qorxsa” ayəsi barəsində rəvayət olunmuşdur: “Kim bilsə ki, Allah onun dediyini və etdiyini görür və eşidir, bu bilik onu pis işlərdən çəkindirər. Belə bir insan Rəbbinin məqamından qorxan şəxsdir”.[15]

  • «فَكَذَّبَ وَعَصَىٰ ثُمَّ أَدْبَرَ يَسْعَىٰ فَحَشَرَ فَنَادَىٰ فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ»

Tərcümə: “O, (isə) təkzib etdi və asi oldu. Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı. O, (öz qövmünü) topladı, və (onlara) xitab edib dedi: “Mən sizin ən uca rəbbinizəm”. (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi)” (Naziat, 21–24).

Fironun xalqı bütpərəst olduqları üçün müxtəlif tanrılara sitayiş edir və onların aləmin işlərini idarə etdiklərinə inanırdılar. Buna görə də “أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ” (“Mən sizin ən böyük Rəbbinizəm”) cümləsi Fironun rübubiyyət iddiasıdır. Onun məqsədi bu idi ki, guya o, xalqının ibadət etdiyi bütün “rəbblərdən” üstündür; çünki o, onların ruzisini təmin edən və həyat işlərini qaydaya salandır.[16] Əminül-İslam TəbərsiMəcməül-bəyan” təfsirində bu ehtimalı irəli sürür ki, Fironun “Mən sizin ən böyük Rəbbinizəm” sözündən məqsədi bu idi: “Mən istədiyimə zərər yetirirəm və heç kim mənə zərər yetirə bilməz”.[17]

Fəzilət və faydaları

Əsas məqalə: Surələrin fəzilətləri

Rəvayətlərdə “Naziat” surəsini oxumağın bir çox fəzilətləri qeyd olunmuşdur. Onlardan biri budur ki, Qiyamət günü bu surəni oxuyan şəxsin hesabı, bir vacib namazın vaxtı qədər çəkər və dərhal cənnətə daxil olar (yəni hesabatı çox qısa olar).[18] Qəbirdə və Qiyamətdə tənha qalmaz, cənnətə daxil olana qədər bu surə onun dostu və sirdaşı olar.[19] O, dünyadan sirab (doymuş halda) gedər, sirab şəkildə dirildilər və sirab halda cənnətə daxil olar.[20]

Həmçinin bəzi hədislərdə bu surəni oxumaq barədə bir sıra faydalar da qeyd olunur: Düşmənlə qarşılaşdıqda onun gözündən gizli qalmaq, pis insanların şərindən amanda olmaq[21] və bədəndən zəhərin təsirini uzaqlaşdırmaq.[22]

Naziat surəsinin mətni və tərcüməsi

Sonrakı surə:
<<
Naziat surəsi
Məkkə surələriMədinə surələri
Əvvəlki surə:
>>

1.Fatihə 2.Bəqərə 3.Ali-İmran 4.Nisa 5.Maidə 6.Ənam 7.Əraf 8.Ənfal 9.Tövbə 10.Yunus 11.Hud 12.Yusuf 13.Rəd 14.İbrahim 15.Hicr 16.Nəhl 17.İsra 18.Kəhf 19.Məryəm 20.Taha 21.Ənbiya 22.Həcc 23.Muminun 24.Nur 25.Furqan 26.Şüəra 27.Nəml 28.Qəsəs 29.Ənkəbut 30.Rum 31.Loğman 32.Səcdə 33.Əhzab 34.Səba 35.Fatir 36.Yasin 37.Saffat 38.Sad 39.Zumər 40.Ğafir 41.Fussilət 42.Şura 43.Zuxruf 44.Duxan 45.Casiyə 46.Əhqaf 47.Muhəmməd 48.Fəth 49.Hucurat 50.Qaf 51.Zariyat 52.Tur 53.Nəcm 54.Qəmər 55.Rəhman 56.Vaqiə 57.Hədid 58.Mücadələ 59.Həşr 60.Mümtəhənə 61.Səff 62.Cümə 63.Münafiqin 64.Təğabun 65.Talaq 66.Təhrim 67.Mülk 68.Qələm 69.Haqqə 70.Məaric 71.Nuh 72.Cin 73.Müzzəmmil 74.Müddəssir 75.Qiyamət 76.İnsan 77.Mürsəlat 78.Nəbə 79.Naziat 80.Əbəsə 81.Təkvir 82.İnfitar 83.Mütəffifin 84.İnşiqaq 85.Buruc 86.Tariq 87.Əla 88.Ğaşiyə 89.Fəcr 90.Bələd 91.Şəms 92.Ləyl 93.Zuha 94.Şərh 95.Tin 96.Ələq 97.Qədr 98.Bəyyinə 99.Zəlzələ 100.Adiyat 101.Qariə 102.Təkasür 103.Əsr 104.Hüməzə 105.Fil 106.Qüreyş 107.Maun 108.Kövsər 109.Kafirun 110.Nəsr 111.Məsəd 112.İxlas 113.Fələq 114.Nas


Əlaqəli məqalələr

İstinadlar

  1. Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1261
  2. Rağib İsfahani, Müfrədatu əlfazil-Quran, نزع sözünün şərhində
  3. Məclisi, Biharul-ənvar, h.q 1403, c.56, s.160
  4. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
  5. Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1261
  6. Təbatəbai, Əl-Mizan, c.20, s.179 və 194
  7. Nasir Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.26, s.71
  8. Xamegər, Məhəmməd, Saxtare surehaye Qurani-Kərim, Təhiye müəssiseye fərhəngi Quran və itrəte nurus-səqəleyn, Qum, Nəşra nəşri, h.ş 1392
  9. Nasir Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.26, s.100-101
  10. Mərzuqi İsfahani, Kitabul-əzminəti vəl-əmkinə, h.q 1417, s.35
  11. Müraciət edin: İbn Həyyun, Şərhul-əxbar, h.q 1409, c.3, s.477; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.241; Furat Kufi, Təfsiru Furat, h.q 1410, s.185; Fakihi, Əxbaru Məkkə fi qədimid-dəhr və hədisuhu, h.q 1424, c.2, s.295; Qəzvini, Asarul-bilad və əxbarul-ibad, m.1998, s.114
  12. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.669; Şeyx Tusi, Ən-Nəhayə, Beyrut, s.169
  13. Təbatəbai, Əl-Mizan, c.20, s.192
  14. Nasir Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.26, s.126
  15. Bəhrani, Əl-Burhan, h.q 1415, c.5, s.578
  16. Təbatəbai, Əl-Mizan, İsmailiyan Nəşriyyatı, c.20, s.188
  17. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.10, s.257
  18. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.10, s.250
  19. Mühəddis Nuri, Müstədrəkul-vəsail, h.q 1408, c.4, s.35
  20. Şeyx Səduq, Səvabul-əmal, h.ş 1382, s.121
  21. Müraciət edin: Təbərsi, Məkarimul-əxlaq, h.ş 1370, s.365
  22. Təbərsi, Məkarimul-əxlaq, h.ş 1370, s.365

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  • İbn Həyyun, Numan ibn Məhəmməd, Şərhul-əxbar fi fəzailil-əimmətil-əthar (ə), Təhqiq və düzəliş: Məhəmməd Hüseyn Hüseyni Cəlali, Qum, Came müdərrisin, 1-ci çap, h.q 1409
  • Bəhrani, Haşim ibn Süleyman, Əl-Burhanu fi təfsiril-Quran, Təhqiq: Bunyade besət, Qum, Besət müəssisəsi nəşri, 1-ci çap, h.q 1415
  • Daneşnameye Quran və Quranpejuhi, c.2, Bəhauddin Xürrəmşahinin səyi ilə, Tehran, Dustan-Nahid, h.ş 1377
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Təhqiq: Sadiq Həsənzadə, Tehran, Ərməğane tuba, h.ş 1382
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Təhqiq və Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, Fiqhuş-şiə müəssisəsi, h.q 1411
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayətu fi mücərrədil-fiqh vəl-fətava, Beyrut, Darul-əndəlos, Tarixsiz
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, İsmailiyan Nəşriyyatı, 2-ci çap, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, farsca tərcümə: Bistuni, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1390
  • Təbərsi, Həsən ibn Fəzl, Məkarimul-əxlaq, Qum, Şərif Rza, 4-cü çap, h.ş 1370
  • Fakihi, Məhəmməd ibn İshaq, Əxbaru Məkkə fi qədimid-dəhr və hədisuhu, Təhqiq və düzəliş: İbn Dəhiş, Əbdül-Məlik, Məktəbətul-Əsədi, Məkkə, h.q 1424
  • Qəzvini, Asarul-bilad və əxbarul-ibad, Daru sadir, Beyrut, m.1998
  • Kufi, Furat ibn İbrahim, Təfsiru Furatil-Kufi, Təhqiq: Məhəmməd Kazim, Tehran, Vezarəte fərhəng və İrşade İslami, 1-ci çap, h.q 1410
  • Mərzuqi İsfahani, Əhməd ibn Məhəmməd, Kitabul-əzminəti vəl-əmkinə, Təhqiq və düzəliş: Mənsur, Xəlil İmran, Darul-kutubil-elmiyyə, Beyrut, Livan, h.q 1417
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Qurani, Farsca tərcümə: Əbu Məhəmməd Vəkili, Mərkəze çap və nəşr sazmane təbliğate İslami, h.ş 1371
  • Nasir Məkarim Şirazi, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Mühəddis Nuri, Mirza Hüseyn, Müstədrəkul-vəsail, Beyrut, Muəssisətu Ali Beyt li-ihyait-turas, h.q 1408

Xarici keçid