Əli (ə) Vəliyyullah

wikishia saytından
Miladi ilinin 18-ci əsrinə aid olan "Əli (ə) Vəliyyullahdır" cümləli tablo, Əsər: Mahmud İbrahim[1]

Əli (ə) Vəliyyullahdır (ərəbcə: علي ولي الله), (Əli (ə) Allah tərəfindən rəhbər təyin edilmişdir) İmam Əlinin (ə) imamət və vilayətinə dair etiqad haqqında şiələrin şüarıdır. Şiələr, Həzrət Əlinin (ə) Peyğəmbərin (s) vəfatından sonra xilafətini Allahın əmri hesab edirlər.

Azan və iqamədə şiələr Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən, eləcə də şəhadəteyndən sonra "Həzrət Əlinin (ə), Allahın vəlisi" olmasına şəhadət verirlər. Baxmayaraq ki, bunu azan və iqamənin bir hissəsi hesab etmirlər.

Qəməri təqvimi ilə 13-cü əsrdə yaşamış şiə alimi Mirzayi Qumi "la ilahə illəllah, Muhəmməd Rəsululullah" dedikdən sonra "Əli Vəliyyullah" deməyi müstəhəb bilib. Həmçinin Seyid Məhəmməd Hüseyn Hüseyni Tehraninin fikrincə, bu bir neçə cümlə bir-birindən ayrılmazdır; bu dəlilə əsasən ki, Peyğəmbər (s) öz qövmünü İslama dəvət etdiyi ilk gündə İmam Əliyə (ə) tabe olmağı əmr etmişdir.

Ali-Buyə, İsmaili, Fatimi və Səfəvi kimi şiə hökumətlərində "Əli Vəliyyullah" ifadəsi vurulmuş sikkələr qalmışdır ki, onlardan ən qədimi 4-cü qəməri əsrinin ortalarına aiddir. Bu ifadə Fatimi dövrü memarlıqlarında da işlənir; o cümlədən, hicri 478-ci ildə (miladi 1094-cü ildə) Qahirədə İbn Tulun məscidinin mehrabının üzərinə əlavə edildi.

Məqam və tərifi

İmam Əlinin (ə) hərəmindən asılmış "Əli Vəliyyyahdır" cümləli bayraq[2]

"Əli Vəliyyullah", şiələrin İmam Əlinin (ə) imamətinə və vilayətinə etiqadla bağlı şiələrin bariz şüarlarından biridir ki, "Vilayət ayəsi"ndən, "Vilayət hədisi" və Qədir xütbəsi kimi hədislərdən götürülmüşdür.[3] Şiələr "Əli vəliyullah" dedikdə, Əli (ə) Allah tərəfindən rəhbər təyin edilmişdir[4] nəzərdə tuturlar.[5] Həmçinin Peyğəmbərin (s) vəfatından sonra Həzrət Əlinin (ə) xilafətini Allahın əmri hesab edirlər.(6] Əksinə, sünnilər Həzrət Əlinin (ə) xilafətinin xəlifələrin xilafətindən sonra olduğunu hesab edirlər[7] və başqa xəlifələrin xilafəti kimi onun xilafətinin də Allah tərəfindən olduğunu hesab etmirlər.[8]

"Əli Vəliyyullah" ifadəsi şiənin dörd hədis kitabı arasında "Əl-Kafi"[9] və "Mən la yəhzurhul-Fəqih"[10] kitabında qeyd edilmişdir. Həmçinin bu kitablarda qeyd olunan ziyarətnamələrdə İmam Əliyə (ə) "Vəliyyullah" xitab edilir.[11]

Şiə rəvayət mənbələrindəki bəzi hədislərdə "Əli Vəliyyullah" ifadəsindən sonra "Vəsiyyu Rəsulillah" (Allah Rəsulunun (s) canişini)[12] ifadəsi, bəzilərində isə "xəlifətun bədə Rəsulillah" (Allah Rəsulundan (s) sonra xəlifə) zikr edilmişdir.[13] Bəzi sünni sufiləri də öz əsərlərində "Əli vəliyullah" ifadəsini qeyd etmişlər.[14]

Qədir-Xum bayramında keçirdikləri mərasimdə şiələr üzərində "Əli Vəliyyullah" yazılmış lövhələr və bayraqlar quraşdırırlar.[15] Həmçinin Üzüyün qaşının üzərinə də həkk edirlər.[16][daha yaxşı mənbə lazımdır]. Maşının arxasına bu ifadənin yazılması İrandakı bəzi şiələrin mədəniyyətlərindən biridir.[17][daha yaxşı mənbə lazımdır.]

Üçüncü şəhadət

Şiələr Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra azaniqamədə "Həzrət Əlinin (ə) Allahın Vəlisi" olmasına şəhadət verirlər.[18] Şiə fəqihləri bunu azan və iqamənin bir hissəsi hesab etmirlər;[19] lakin onların çoxu savab əldə etmək niyyəti ilə onu deməyi caiz hesab etmişlər.[20]

Həmçinin şiələr İslama dinini qəbul etmək üçün tövhid və Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra "Həzrət Əlinin (ə) Allahın vəlisi" olmasına da şəhadət verirlər.[21] Baxmayaraq ki, şiə fəqihləri onu İslamı qəbul etmək üçün vacib hesab etməmişlər.[22]

Şiə hədis mənbələrində gələn rəvayətlərdə "la ilahə illəllah, Muhəmməd Rəsulullah" ifadəsindən sonra "Əli Vəliyyullah" cümləsi zikr edilmişdir.[23] Ondan sonra "Əli Vəliyyullah" deməyin günahların bağışlanmasına səbəb olduğu bildirilmişdir.[24] 13-cü əsrdə yaşamış şiə fəqihi Mirzayi Qumi rəvayətlərə əsaslanaraq "Məhəmməd Rəsulullah"dan sonra "Əli vəliyullah" deməyi müstəhəb saymışdır.[25] Şiə alimi Seyid Məhəmmədhüseyn Hüseyni Tehrani (şəmsi təqvimi ilə 1374-cü ildə vəfat edib) "la ilahə illəllah, Məhəmməd rəsululah, Əli vəliyullah" ifadəsini bir-birindən ayrılmaz hesab etmişdir. O, "Yəvmud-Dar" hədisini dəlil olaraq gətirmişdir ki, buna əsasən Peyğəmbərin (s) öz qövmünü İslama və şəhadəteyni deməyə dəvət etdiyi ilk gündə İmam Əliyə (ə) tabe olmağı da əmr etmişdir.[26]

Bəzi rəvayətlərə görə, Qiyamət günü Peyğəmbərin (s)[27] və İmam Əlinin (ə),[28] başlarındakı tacların üzərinə "la ilahə illəllah, Məhəmməd rəsululah, Əli Vəliyyullah" ifadəsi yazılıb. Digər bəzi şiə mənbələrində də bu vəsflərə oxşar rəvayətlər qeyd edilmişdir.[29]

"Bismillahir-Rəhmanir-Rəhim, la ilahə illəllah, Məhəmməd rəsululah, Əli Vəliyyullah" ifadəsi Fatimilər dövrünün parçalarının üzərində yazılan təbirlərdən biri olub.[30]

"Əli vəliyullah" ifadəsi ilə sikkələrin vurulması

Şiə hökumətlərində[32] o cümlədən İsmaili[33] və Fatimi[34] kimi bəzi hökumətlərdə hökmdarlar "Əli Vəliyyullah" ifadəsi ilə sikkələr vurublar. Onlardan bəziləri aşağıdakılardır:

  • Dördüncü qəməri əsrin ortalarında Təbəristanda Bavəndian[35]
  • Gilanda Dilmian[36]
  • Bəsasirinin (hicri 451-ci ildə vəfat edib) hakimiyyətə gəlməsindən sonra Ali Buyə [37]
  • Səkkizinci İlxani Sultanı Ulcayto məzhəbini şiəliklə dəyişdikdən sonra[38]
  • Sərbədaran (hökmdarlığı 736-788 h.)[39]
  • Ələmut ismaililəri (hökmdarlığı 483-654)[40]
  • Səfəvilər (h. 907-1135-ci illərdə hökmranlıq etmişlər)[41]

dördüncü İlxani hökmdarı Ərqun (h. 683-690-cı illərdə hökm sürmüş)[42] və Ağqoyunlular (h. 872-908-ci illərdə hökmranlıq etmişdir) kimi şiə olmayan hökmdarların da sikkələrin üzərinə "Əli Vəliyyullah" yazdıqlarını bildiriblər.[43] Bəzi tarix tədqiqatçıları bunun səbəbini hökmdarların şiə məzhəbinə inanması[44] və ya şiələrin dəstəyini qazanmaları[45] hesab ediblər.

Tarixi və dini binalarda

"Əli vəliyullah" ifadəsi şiə memarlığında[47] və Fatimilər dövründə də işlənmişdir.[48] Məsələn, hicri 478-ci ildə (miladi 1094-cü il) Qahirədə İbn Tulun məscidinə əlavə edilən mehrabın üzərində "la ilahə illəllah, Muhəmməd Rəsulullah, Əli Vəliyyullah" ifadəsi yazılıb.[49]

Bu mehrab İsmailiyyənin 18-ci imamı Məaz Müstənsir Fatiminin (hökmdarlığı 427-487-ci illər) xilafəti dövründə tikilib.[50] [daha yaxşı mənbəyə ehtiyac var].

Zəncanın yaxınlığındakı Soltaniyyə şəhərində yerləşən Soltaniyyənin günbəzində hicri 710-cu ilə aid olan "Əli Vəliyyullah" kitabəsi həkk olunub. Soltaniyyə günbəzi 8-ci İlxani padşahı Ulcayto şiə olduqdan sonra və onun əmri ilə tikilmişdir.[51] Həmçinin hicri 870-ci ildə Qaraqoyunlu padşahlarından Cahan şahın dövründə tikilmiş Təbriz Göy məscidinin divarlarında "Əli Vəliyyullah" ifadəsi həkk olunmuşdur.[52]

Hicri 770-ci ilə aid Kaşanda İmamzadə Həbib ibn Musanın mehrabında da "la ilahə illəllah, Məhəmməd rəsulluh, Əli Vəliyyullah" sözləri var.[53]

Bəzi imamimamzadələrin hərəmlərində "Əli Vəliyyullah" ifadəsi işlədilir; o cümlədən İmam Əlinin (ə) zərihində[54] İmam Rzanın (ə) zərihində [55] və Həzrət Abbasın (ə) hərəminin minarəsində.[56]

İstinadlar

Ədəbiyyat