Rəbiənin qızı Ümmü Həbib
Ləqəbi | Səhbai Təğlibi |
---|---|
Doğum günü | Hicrətdən üç il qabaq |
Nəsəb / Qəbilə | Təğlib qəbiləsi |
Səhabəsi | İmam Əli (ə) |
Qohum əqrəba arasında tanınmış şəxslər | İmam Əli (ə) - Müslim ibn Əqil |
Ölüm günü və məkanı | H.q 61, Mədinə |
Rəbiənin qızı Ümmü Həbib, İmam Əlinin (ə) kənizi idi və Səhbai Təğlibi adı ilə tanınırdı.[1] Bəzi tədqiqatçılar onun Kərbəlada İmam Hüseynin (ə) yoldaşları sırasında olduğunu hesab ediblər.[2] Bir qrup tarixçinin yazdığına görə, atası Rəbiə idi.[3] Lakin bəzi digər tarixi mənbələr onun atasının adını İbad ibn Rəbiə kimi qeyd ediblər.[4] Şiə tədqiqatçısı Məhəmmədsadiq Kərbasi, Səhbanı Ümmü Həbibin ləqəbi hesab edir.[5] O, Xalid ibn Vəlidin Əl-Ənbar məntəqəsinin yaxınlığındakı Əynut-Təmr bölgəsinə[6] hücumu zamanı və ya başqa bir döyüşdə əsir düşmüşdür.[7] Bəzi tədqiqatçılar hesab edirlər ki, İmam Əli (ə) Səhbanı hicri 12-ci ilin rəcəb ayında 40 dinara satın almışdır.[8] Rəvayət edilir ki, İmam Əli (ə) Ümmü Həbibi vəsf edərkən onu öz canı adlandırmışdır.[9]
Kərbasi bəzi tarixi dəlillərə, məsələn, Səhbanın Peyğəmbər (s) dövründə anadan olması faktına əsaslanaraq,[10] onun təxmini doğum tarixini Peyğəmbərin (s) Mədinəyə hicrətindən üç il əvvəl göstərmişdir.[11] O, həmçinin hicri 61-ci ildən sonra Səhba haqqında tarixi məlumatların olmamasına əsaslanaraq, onun hicri 61-ci ildə Mədinə şəhərində vəfat etdiyini yazmışdır.[12]
Səhba ümmü-vələd (övladlar anası) olmuş və İmam Əlidən (ə) bir neçə övladı olmuşdur. Onların adları aşağıdakı kimidir:
- Ömər: Ona Ömər Əkbər[13] və ya Ömər Ətrəf deyilir.[14] Bəzi rəvayətlərə görə, bu adı Ömər ibn Xəttab ona qoymuşdur.[15] O, İmam Əlinin (ə) övladlarından sağ qalan sonuncu şəxs hesab olunur.[16] Ömər Ətrəf Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə[17] 85 yaşında[18] və ya bundan daha az yaşda[19] Yənbu şəhərində vəfat etmişdir.[20] Bəzi məqtəllərdə onun Kərbəla hadisəsində şəhid olduğu qeyd olunmuşdur.[21] Şiə tədqiqatçısı Cəfər Mürtəza İmam Əlinin (ə) Kərbəlada şəhid olmuş digər bir Ömər adlı övladının ola biləcəyini ehtimal etmişdir.[22]
- Rüqəyyə: Ona Rüqəyyə Kübra[23] da deyilmiş və onun Müslim ibn Əqilin həyat yoldaşı olduğu bildirilmişdir.[24] Onun Müslimdən Abdullah, Əli və Məhəmməd adlı üç övladı olduğu qeyd edilir ki, Abdullah Kərbəlada şəhid olmuşdur.[25] Bildirilir ki, Rüqəyyə, anası Səhba ilə birlikdə İmam Hüseynin (ə) karvanında iştirak etmişdir.[26] Seyid Əli Şəhristani isə Səhbanın Kərbəlada iştirakını qəbul etmir.[27] Zeynəb Fəvaz Amuli Rüqəyyənin məzarının Misirin Qahirə şəhərində olduğunu söyləmişdir.[28]Tarixçilərin dediyinə görə, Ömər və Rüqəyyə əkiz idilər.[29]
- Abbas: Bəzi rəvayətlərə görə, Rüqəyyənin Abbas Əsğər adlı bir övladı olub. Məhəmmədsadiq Kərbasi isə belə övladın Səhbaya aid edilməsini tarixi səhv hesab edir.[30]
İstinadlar
- ↑ Əbu Nəim İsfahani, Mərifətus-səhabə, h.q 1419, c.1, s.88; İbn Əsir, əl-Kamilu fit-tarix, h.q 1417, c.2, s.747
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.138
- ↑ İbn Əsir, əl-Kamilu fit-tarix, h.q 1417, c.2, s.747; Mizzi, Təhzibul-kəmal, hq. 1400-1413, c.21, s.468; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.8, s.219
- ↑ Bəyzun, Musuətu Kərbəla. h.q 1427, c.2, s.122
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.134
- ↑ Təbəri, Tarixu Təbəri, h.q 1387, c.5, s.154; İbn Kəsir, Əl-Bidayə, h.q 1408, c.7, s.367; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1421, c.3, s.18
- ↑ Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.345
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.132-133
- ↑ Qütbi Ravəndi, Məkarimu əxlaqin-Nəbi vəl-Əimmə, h.q 1430, s.195
- ↑ İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.8, s.219; Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.138
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.138
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.138-139
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1421, c.7, s.117
- ↑ İbn İnəbə, Ümdətut-talib, h.q 1417, s.331
- ↑ Mizzi, Təhzibul-kəmal, hq. 1400-1413, c.21, s.469
- ↑ İbn Əsakir, Təhzibut-təhzib, h.q 1327-1325, c.7, s.485
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.133
- ↑ İbn Əsir, əl-Kamilu fit-tarix, h.q 1417, c.2, s.747
- ↑ Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.346
- ↑ Bərzənci, Səhih və zəife tarix-Təbəri, h.q 1428, c.3, s.422
- ↑ Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.349; Əmini, Əshabu əmiril-muminin, h.q 1412, c.2, s.437
- ↑ Amili, Əs-Səhihu min siyərtil-İmam Əli, h.q 1430, c.1, s.284
- ↑ İbn Əbid-Dünya, Məqtəlu Əli ibn Əbi Talib, h.q 1411, s.119
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.138
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.397
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.138
- ↑ Şəhristani, Ət-Təsmiyat, h.q 1431, s.366
- ↑ Amili, Əd-Durrul-mənsur, h.q 1312, s.206
- ↑ İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.45, s.305
- ↑ Kərbasi, Mucəmu ənsaril-Hüseyn, h.q 1429, c.1, s.139
Ədəbiyyat
- İbn Əbid-Dünya, Abdullah ibn Məhəmməd, Məqtəlu Əli ibn Əbi Talib, Qum, 1-ci çap, h.q 1411
- İbn Əsir, Əli ibn Məhəmməd, əl-Kamilu fit-tarix, Beyrut, Darul-kitabil-ərəbi, 1-ci çap, h.q 1417
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
- İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Qahirə, 1-ci çap, h.q 1421
- İbn Əsakir, Əli ibn Əl-Həsən, Tarixu Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
- İbn İnəbə, Əhməd ibn Əli, Ümdətut-talib, Qum, Ənsariyan müəssisəsi, h.q 1417
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə, Beyrut, 1-ci çap, h.q 1408
- Əbu Nəim İsfahani, Əhməd ibn Abdullah, Mərifətus-səhabə, 1-ci çap, h.q 1419
- Bərzənci, Məhəmməd ibn Tahir, Səhih və zəife tarix-Təbəri, Beyrut, 1-ci çap, h.q 1428
- Əmini, Məhəmməd Hadi, Əshabu əmiril-muminin, Beyrut, Darul-kutubil-İslami, h.q 1412
- Bəyzun, Ləbib, Musuətu Kərbəla, Beyrut, Əl-Ələmi müəssisəsi, 1-ci çap, h.q 1427
- Şəhristani, Seyyid Əli, Ət-Təsmiyat, Qum, 1-ci çap, h.q 1431
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alul-beyt, 1-ci çap, h.q 1417
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixu Təbəri, Misir, Darul-məarif, 2-ci çap, h.q 1387
- Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyərtil-İmam Əli, Beyrut, 2-ci çap, h.q 1430
- Amili, Zeynəb, Əd-Durrul-mənsur, Misir, 1-ci çap, h.q 1312
- Kərbasi, Məhəmməd Sadiq, Mucəmu ənsaril-Hüseyn, London, 1-ci çap, h.q 1429
- Qütbi Ravəndi, Məkarimu əxlaqin-Nəbi vəl-Əimmə, Kərbəla, 1-ci çap, h.q 1430
- Mizzi, Yusif, Təhzibul-kəmal, hq. 1400-1413, Beyrut, 1-ci çap