Fuztu və Rabbil-Kəbə

Fuztu və Rabbil-Kəbə, (ərəbcə: فزت ورب الكعبة) İmam Əli (ə) tərəfindən deyilmiş bir ifadə olub, mənası "Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım" deməkdir.[1] Bu sözləri o Həzrət, hicri 40-cı il ramazan ayının 19-u sübh vaxtı zərbə aldıqdan sonra söyləmişdir.
Hicri qəməri təqvimi ilə üçüncü əsrin tarixçisi İbn Qütəybə Dinəvərinin nəqlinə görə, İbn Mülcəm Müradi İmam Əlinin (ə) yanına gələrək dedi: "Hökm ancaq Allaha məxsusdur, sənə yox." Sonra isə qılıncla onun alnına vurdu. İmam Əli (ə) isə belə buyurdu: "Fuztu və Rabbil-Kəbə". "Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım."[2]
Mürtəza Mütəhhəri (1980-ci ildə şəhid olub) bu ifadəni belə şərh edir ki, İslam məntiqində fərdi əxlaq baxımından şəhadət şəhid üçün uğursuzluq deyil, əksinə, uğurdur.[3] Buna görə də şəhadət sevinc və bayramla qarşılanmalıdır.[4] Ayətullah Məkarim Şirazinin "Nəhcül-Bəlağə"yə yazdığı şərhində də bu ifadə qeyd edilmiş və bu məsələyə şahid olaraq gətirilmişdir ki, İmam Əlinin (ə) ruhu maddi dünya ilə bağlı deyil, əksinə, Allah, mələklər və uca aləmlə bağlıdır. Buna görə də İmam Əli (ə) İbn Mülcəmin vurduğu zərbəni Rəbbi ilə görüşə aparan bir vasitə kimi qəbul etmişdir.[5] Seyid Rəzi,[6] İbn Şəhr Aşub,[7] İbn Əsir[8] və Bəlazuri[9] bu ifadəni nəql etmişlər. Lakin bəzi sonrakı mənbələrdə bu ifadə bir qədər fərqli şəkildə "Fuztu bi Rabbil-Kəbə" kimi qeyd edilmişdir.[10]
Hicri qəməri təqvimi ilə 5-ci əsrin tarixçsi İbn Əbdül-Birr bildirir ki, İmam Əlidən (ə) əvvəl, hicrətin 4-cü ilində "Biri Məunə səriyyəsində" şəhid edilən Həram ibn Milhan da "Fuztu və Rabbil-Kəbə" sözlərini söyləmişdir.[11]
Mürtəza Mütəhhəri qeyd edir ki, Hafiz Şirazi aşağıdakı beytində İmam Əlinin (ə) zərbə aldığı zaman və ondan sonra söylədiyi sözlərə işarə etmişdir:[12]
Hafiz:
"Fuztu və Rabbil-Kəbə" ifadəsinin izahına dair "Kəlamul-Əmir, Əmirul-Kəlam" adlı bir kitab, Abdullah Əsədi tərəfindən fars dilində yazılmışdır. Bu kitab 2016-cı ildə 156 səhifədə nəşr olunmuşdur.[14]
İstinadlar
- ↑ Mühəddisi, FƏrhənge ğədir, h.ş 1392, s.465
- ↑ İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.180
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1376, c.17, s.566-567
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1376, c.17, s.571
- ↑ Məkarim Şirazi, Peyame əmirəl-möminin, h.ş 1386, c.5, s.717
- ↑ Seyid Rəzi, Xəsaisul-əimmə, h.q 1406, s.63
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.119
- ↑ İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.3, s.618
- ↑ Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.2, s.488
- ↑ Nümunə üçün baxın: Mazandarani, Şərhul-Kafi, h.ş 1382, c.11, s.225
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s. 337
- ↑ Mütəhhəri, Məcmue asar, c.24, s.471
- ↑ Hafiz, Divane Hafiz, Ğəzəliyyat, s.183
- ↑ Əsədi, Kəlamul-əmir Əmirul-kəlam, h.ş 1395
Ədəbiyyat
- İbn Əsir, Əli ibn Məhəmməd, Usdul-ğabə fi mərifətis-səhabə, Beyrut, Darul-fikr, h.q 1409
- İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, 1-ci çap, h.q 1379
- İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, 1-ci çap, h.q 1412
- İbn Qüteybə, Abdullah ibn Muslim, Əl-İmamə vəs-siyasə, Beyrut, Darul-əzva, Təhqiq: Əli Şiri, 1-ci çap, h.q 1410
- Əsədi, Abdullah, Kəlamul-əmir Əmirul-kəlam, Ərdəbil, 1-ci çap, h.ş 1395
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1417
- Hafiz, Şəmsuddin Məhəmməd, Divane Hafiz, Ğəzəliyyat,
- Seyid Rəzi, Məhəmməd ibn Hüseyn, Xəsaisul-əimmə, Məşhəd, Astane qodse rəzəvi, 1-ci çap, h.q 1406
- Mazandarani, Məhəmməd Saleh ibn Əhməd, Şərhul-Kafi, Tehran, Əl-Məktəbətul-İslamiyyə, h.ş 1382
- Mühəddisi, Cavad, FƏrhənge ğədir, Qum, Məruf nəşri, h.ş 1392
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Sədra, h.ş 1376
- Məkarim Şirazi, Nasir, Peyame əmirəl-möminin, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1386