Əsədullah (ləqəb)
Əsədullah (ərəbcə: أسد الله) İmam Əli (ə)[1] və Həmzə ibn Əbdülmüttəlibin[2] ləqəbidir. Əsədullah "Allahın şiri" mənasını verir və şücaətə işarə edir.
Peyğəmbər (s), İmam Əlini (ə) Əsədullah və Əsədur-Rəsul (Rəsulullahın şiri) ləqəbləri ilə adlandırmışdır.[3] Bəzi mənbələrdə İmam Əli (ə) Əsədullahil-Ğalib (qalib olan Allahın şiri) kimi də yad edilir.[4]
Şiələr Əsədullahil-Ğalib ləqəbinin İmam Əlinn (ə) ləqəbi olduğunu bildirirlər. "Əsədullah" və onun mənası olan "Allahın şiri" fars ədəbiyyatında da əksini tapmış və fars dilli şairlərin, o cümlədən Kəsai Mərvəzi,[5] Sədi,[6] Əttar Nişaburi[7] və Übəyd Zakani[8] tərəfindən istifadə edilmişdir.
Seyid Məhəmmədhüseyn Şəhriyar isə belə yazır:
"Əli, o, Allahın şirri, ərəb şahıdır, Onun bu qaranlıq gecə ilə ünsiyyəti var. Gecə Əlinin sirlərindən agahdır, qaranlıq gecə Sirrullahın məhrəmidir".[9]
Həmzə ibn Əbdülmüttəlib döyüşlərdə göstərdiyi igidliyə görə Əsədullah[10] və Leysullah (Allahın aslanı) adlandırılmışdır.[11] Peyğəmbər (s) onu Əsədullah və Əsədur-Rəsul (Rəsulullahın şiri) kimi tanıtmışdır.[12]
Şiələrin "kutub-ərbəə" (dörd kitab) kitablarından biri olan "Kafi"də nəql edilən bir rəvayətə əsasən, ərşin sütununda yazılmışdır ki, Həmzə Əsədullah və Əsədur-Rəsuldur.[13]
Həmzə Bədr döyüşündə söylədiyi rəcəz şeirində özünü Əsədullah və Əsədur-Rəsul adlandırmışdır.[14] İmamlar (ə) tərəfindən nəql edilən bir ziyarətnamədə ona bu ləqəblə salam verilmişdir.[15]
İstinadlar
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.259
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.369
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.259
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.34, s.268
- ↑ Kəsai, Divane əşar, مدح حضرت علی(ع).
- ↑ مواعظ، قصاید، قصیده ش۱.
- ↑ فی فضیلة امیرالمؤمنین علی بن ابیطالب رضیالله عنه.
- ↑ ترکیبات، در توحید و منقبت.
- ↑ Şəhriyar, Divane Şəhriyar, h.ş 1385, c.2, s.938
- ↑ İbn Həyyun Məğribi, Şərhul-əxbar, h.q 1409, c.3, s.228
- ↑ İbn Həcər, Əl-İsabə, h.q 1415, c.5, s.512
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.8, s.5
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.1, s.224
- ↑ Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.68; Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.74
- ↑ İbn Qulaveyh Qumi, Kamiluz-ziyarat, h.ş 1356, s.22
Ədəbiyyat
- İbn Həcər, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Muəvvəz, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- İbn Həyyun Məğribi, Numan ibn Məhəmməd, Şərhul-əxbar, Qum, Came müdərrisin, h.q 1409
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
- İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
- İbn Qulaveyh Qumi, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-Mürtəzəviyyə, h.ş 1356
- Şəhriyar, Seyyid Məhəmməd Hüseyn, Divane Şəhriyar, Tehran, h.ş 1385
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407