Dəkkətul-qəza
Dəkkətul-qəza (ərəbcə: دكة القضاء) Kufə məscidində İmam Əlinin (ə) hakimlik etdiyi (qəzavət etdiyi) yerdir. Bu yerdə İmam Əlinin (ə) mühakimələri nəql edilb. Bəzi fəqihlər onlara istinad edərək, məsciddə mühakimə etməyi məkruh hesab etməyiblər. Baxmayaraq ki, onun məkruh olması alimlər arasında məşhurdur. Həmçinin, iki rükət namazın qılınması, həzrət Zəhranın (ə) zikri və xüsusi dua bu məkanın əməllərindəndir ki, Kufə məscidinin əməlləri ilə yanaşı yerinə yetirilir.
Mövqeyi
Dəkkətul-qəza Kufə məscidində kiçik bir dükan[1] və ya oturacaq şəklində olan,[2] İmam Əlinin (ə) qəzavət etdiyi yerdir.[3] Bəzilərinin fikrincə, onun üzərində çardaq olmayıb.[4] Onun yanındakı sütunda belə yazılıbmış:[5] “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara (haqqını) verməyi əmr edir...”.[6]
Əməllər
Kufə məscidində məqam olaraq yerləşən Dəkkətul-qəzanın iki rükət namaz və həzrət Zəhranın (ə) zikri[7] və xüsusi dua kimi əməlləri qeyd edilib.[8]
Şeyx Abbas Qumiyə görə, məşhur baxışa əsasən, bu məqamın əməlləri Kufə məscidinin əməllərinin sonunda və İmam Sadiq (ə) məqamının əməllərindən sonra yerinə yetirilir.[9] Buna baxmayaraq, “Məfatihul-cinan” “Misbahuz-zair”in tərtibatını əsas götürərək bu əməlləri İbrahim məqamının əməllərindən sonra qeyd edib.[10]
Bəzi mənbələrdə bu yer və Beytut-təşt vahid məkan kimi qeyd edilib və onun üçün müştərək əməllər nəql olunub.[11] Bəziləri isə bu iki yeri bir-birinə bağlı iki ayrı yer hesab edib,[12] hər biri üçün xüsusi əməllər qeyd ediblər.[13]
Tarixi hadisələr
Dakkətül-qəza ilə bağlı hadisələr İmam Əlinin (ə) fəzilətlərindən bəhs edən kitablarda yer alıb, o cümlədən:
- Həzrət Əlinin (ə) nikahsız hamilə qaldığı görünən qızın probleminin həlli ilə bağlı kəramətləri.[14]
- İmam Əlinin (ə) günahkar tərəfdarlarından birini alovun yandırmaması.[15]
- İmam Əlinin (ə) buludlarla danışması və onların onun vilayətinə şahidlik etməsi, həmçinin buludlara minməsi və başqa bölgələrə səfəri.[16] Rəvayətə görə, İmam Əli (ə) “Şiqşiqiyyə” xütbəsini həmin hadisədə söyləyib.[17]
Bəzi rəvayətlərdə isə bəzi insanların Dəkkətul-qəza yaxınlığında İmam Mehdi (ə) ilə görüşməsindən söhbət açılır.[18]
Fiqhi istifadələr
Məsciddə hakimlik etməyin məkruhluğu məşhur olduğu iddia edilən hökmlərdəndir.[19] Lakin bəzi fəqihlər İmam Əlinin (ə) Dəkkətul-qəzada verdiyi hökmlərə (etdiyi qəzavətlərə) istinad edərək, məsciddə qəzavət etməyi məkruh hesab etməyiblər[20] və ya onun məkruh olmasını məsuma aid etməyiblər.[21] Yaxud da məkruhluğu namaz vaxtına xas hesab ediblər.[22] Əlbəttə, belə bir rəvayət də var ki, Peyğəmbər (s) məsciddə qəzavət edərdi.[23]
İmamiyyə alimlərindən Mirzə Mahmud Təbatəbai (vəfatı: hicri-qəməri 1272) “Dəkkətul-qəza fi məsailil-qəza vəş-şəhadə”[24] və ya “Dəkkətul-qəza fil-əhkami vəş-şəhadə” adlı kitab yazmışdır.[25]
İstinadlar
- ↑ Qumi, Məfatihul-cinan, Qum, s.388
- ↑ Ağabozorq Tehrani, Əz-Zəriə, Qum, c.8, s.23; Mühəddisi, Musuətu Aşura, h.q 1418, s.381
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.80, s.363
- ↑ İbn İdris, Əs-Sərair, h.q 1410, c.2,s .157
- ↑ Qumi, Məfatihul-cinan, Qum, s.388
- ↑ Nəhl surəsi, ayə 90
- ↑ Ənsari Zəncani, Əl-Musuətul-kübra ən Fatimətiz-Zəhra (ə), h.q 1428, c.22, s.175
- ↑ İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.176-177; Şəhid Əvvəl, Əl-Məzar, h.q 1410, s.252-253; Məclisi, Zadul-məad, h.q 1423, s.495-496
- ↑ Qumi, Məfatihul-cinan, Qum, s.388
- ↑ Qumi, Məfatihul-cinan, Qum, s.388
- ↑ İbn İdris, Əs-Sərair, h.q 1410, c.2, s.157
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.97, s.412
- ↑ Şəhid Əvvəl, Əl-Məzar, h.q 1410, s.252-253; Məclisi, Zadul-məad, h.q 1423, s.495-496
- ↑ İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.21-24; Təbəri, Nəvadirul-mucizat, h.q 1427, s.102-109; İbn Şazan Qumi, Ər-Rövzə, h.q 1423, s.182-186; Bəhrani, Mədinətu Məaciz, h.q 1413, c.2, s.53-56
- ↑ İbn Şazan, Əl-Fəzail, h.q 1363, s.74-75
- ↑ İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.35-38; Təbəri, Nəvadirul-mucizat, h.q 1427, s.132-137; Bəhrani, Mədinətu Məaciz, h.q 1413, c.1, s.546-549
- ↑ İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.36; Məclisi, Biharul-ənvar, h.q 1403, Beyrut, c.53, s.345; Xoyi, Minhacul-bəraə, h.q 1400, c.3, s.34
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.263-265; Mühəddis Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.677-679, c.2, s.751-752
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.80, s.362
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.80, s.362; İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.279, c.2, s.156-157
- ↑ Məclisi, Rövzətul-müttəqin, h.q 1406, c.2, s.106; Mazandarani, Şərhu furuul-kafi, h.q 1429, c.3, s.289
- ↑ Feyz Kaşani, Əl-vafi, h.q 1406, c.7, s.507; Məclisi, Biharul-ənvar, h.q 1403, c.80, s.363
- ↑ İbn Əbi Cümhur, Əvaliul-ləali, h.q 1405, c.2, s.344
- ↑ Tehrani, Əz-Zəriə, Qum, c.8, s.235
- ↑ Zirkili, əl-Əlam, m. 1989, c.7, s.178
Ədəbiyyat
- Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Qum, İsmailiyyan
- İbn Əbi Cümhur, Məhəmməd ibn Zeynuddin, Əvaliul-ləali, Qum, h.q 1405
- İbn İdris, Məhəmməd ibn Əhməd, Əs-Sərair, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1410
- İbn Şazan Qumi, Şazan ibn Cəbrayıl, Əl-Fəzail, Qum, 2-ci çap, h.q 1363
- İbn Əbdül-Vəhhab, Hüseyn ibn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum
- İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Qum, Dəftəre enteşarate İslami, h.q 1419
- Ənsari Zəncani, İsmail, Əl-Musuətul-kübra ən Fatimətiz-Zəhra (ə), Qum, h.q 1428
- Bəhrani, Seyyid Haşim ibn Süleyman, Mədinətu Məaciz, Qum, h.q 1413
- Xoyi, Mirza Həbibullah, Minhacul-bəraə, Tehran, Məktəbətul-İslamiyyə, 4-cü çap, h.q 1400
- Zirkili, Xeyruddin, əl-Əlam, Beyrut, Darul-ilm, 8-ci çap, m. 1989
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Məzar, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, h.q 1410
- Təbəri, Məhəmməd ibn Cərir, Nəvadirul-mucizat, Qum, h.q 1427
- Feyz Kaşani, Məhəmməd Həsən, Əl-vafi, İsfahan, h.q 1406
- Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Qum, Üsvə nəşriyyatı
- Mazandarani, Məhəmməd Hadi, Şərhu furuul-kafi, Qum, Darul-hədis, h.q 1429
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Məclisi, Məhəmməd Baqir, Rövzətul-müttəqin, Qum, 2-ci çap, h.q 1406
- Məclisi, Məhəmməd Baqir, Zadul-məad, Beyrut, h.q 1423
- Mühəddisi, Cavad, Musuətu Aşura, Beyrut, Darur-Rəsul, h.q 1418
- Mühəddis Nuri, Mirza Hüseyn, Nəcmus-saqib, Qum, Cəmkəran məscidi, 10-cu çap, h.q 1384