İmam Cəfər Sadiq (ə)

wikishia saytından
(Altıncı imam (ə) səhifəsindən yönləndirilmişdir)
İmam Cəfər Sadiq (ə)
Bəqi qəbiristanlığı
AdıCəfər ibn Məhəmməd
KünyəsiƏbu Əbdillah
Doğulduğu günH.q 83 - 17 Rəbiul-əvvəl
Döğulduğu yerMədinə
İmamət müddəti34 il (H.q 114 - 148)
ŞəhadətH.q 148 - 25 Şəvval
Dəfn olunduğu məkanMədinə - Bəqi
Yaşadığı məkanMədinə
LəqəbləriSadiq - Sabir - Tahir - Fazil
Atasıİmam Baqir (ə)
AnasıÜmmü Fərvə
ZövcələriHümeydə - Fatimə
Övladlarıİsmayıl - Abdullah - Ümmü Fərvə - Musa (ə) - İshaq - Məhəmməd - Abbas - Əli - Əsma və Fatimə


İmamətdən qabaq xəlifələr (H.q 83-114)
H.q 83 - 96 Əbdül-Məlik ibn Mərvan
H.q 96 - 99 Vəlid ibn Əbdül-Məlik
H.q 99 - 101 Süleyman ibn Əbdül-Məlik
H.q 99 - 101 Ömər ibn Əbdül-Əziz
H.q 101 - 105 Yezid ibn Əbdül-Məlik
H.q 105 - 114 Hişam ibn Əbdül-Məlik
İmamət dövründə olan xəlifələr (H.q 114-148)
H.q 114 - 125 Hişam ibn Əbdül-Məlik
H.q 125 - 126 Vəlid ibn Yezid
H.q 126 - 126 Yezid ibn Vəlid
H.q 126 - 127 İbrahim ibn Vəlid
H.q 127 - 132 Səffah
H.q 132 - 136 Mərvan ibn Məhəmməd
H.q 136 - 148 Mənsur Dəvaniqi

İmam Cəfər Sadiq (ə) (ərəbcə: الإمام جعفر الصادق عليه السلام) kimi tanınan Cəfər ibn Məhəmməd (hicri 83-148-ci) atası İmam Baqirdən (ə) sonra on iki imamçı şiənin altıncı imamıdır. O Həzrət 34 il (hicri 114-148) müddətində şiələrə imamlıq etmişdir. Bu, Hişam ibn Əbdülməlikdən başlayaraq son beş əməvi xəlifəsi və abbasilər sülaləsinin ilk iki xəlifəsi SəffahMənsur Dəvaniqinin xilafəti ilə eyni vaxtda olub. Əməvi hökumətinin zəifliyinə görə İmam Sadiq (ə) digər şiə imamlarına nisbətən daha çox elmi fəaliyyətə malik idi. Onun tələbələrinin və rəvayətçilərinin sayı 4000 nəfərdir. Əhli-beyt (ə) rəvayətlərinin çoxu İmam Sadiqdən (ə) nəql olunub və bu səbəbdən də şiəni cəfəri məzhəbi də adlandırılır.

İmam Sadiq (ə) sünni fiqh rəhbərləri arasında yüksək mövqeyə malikdir. Əbu HənifəMalik ibn Ənəs ondan rəvayət etmişlər. Əbu Hənifə onu müsəlmanlar arasında ən elmli şəxs hesab edirdi.

Əməvi hökumətinin zəifliyinə və şiələrin istəyinə baxmayaraq, İmam Sadiq (ə) hökumətə qarşı qiyam etmədi. O, Əbu Müslim Xorasani və Əbu Sələmənin xilafətə keçməsi barədə xahişlərini rədd etdi. İmam Sadiq (ə) əmisi Zeyd ibn Əlinin qiyamında iştirak etməmiş və şiələri də qiyamdan çəkindirmişdir. Lakin o Həzrətin dövrünün hökmdarları ilə yaxşı münasibəti yox idi. Əməvi və abbasi hökumətlərinin siyasi təzyiqlərinə görə təqiyyə üsulundan istifadə etdi və dostlarına da bunu tövsiyə etdi.

İmam Sadiq (ə) şiələrlə daha çox ünsiyyət qurmaq, onların şəriət suallarını cavablandırmaq, şəriət vəsaitlərini almaq və şiələrin problemləri ilə məşğul olmaq üçün vəkillik təşkilatını yaratdı. Bu təşkilatın fəaliyyəti sonrakı imamların dövründə genişləndi və kiçik qeybət dövründə pik həddə çatdı. Onun dövründə qüluvv edənlərin fəaliyyəti genişləndi. O Həzrət qüluvv düşüncəsi ilə mübarizə apardı və qüluvv edənləri kafirmüşrik kimi təqdim etdi.

Bəzi mənbələrdə İmam Sadiqin (ə) hökumətin məcburi dəvəti ilə İraqa səfər etdiyi, Kərbəla, NəcəfKufəyə getdiyi bildirilir. İmam Əlinin (ə) o vaxta qədər gizli qalan qəbrini səhabələrinə göstərdi. Bəzi şiə alimləri İmam Sadiqin (ə) Mənsur Dəvəniqinin əmri ilə və zəhərlənmə nəticəsində şəhid edildiyinə inanırlar. Şiə rəvayət mənbələrinə görə o, İmam Kazimi (ə) öz səhabələrinə özündən sonra imam olaraq tanıtdırdı. Amma onun həyatını xilas etmək üçün Mənsur abbasi də daxil olmaqla 5 nəfəri öz vəsisi kimi təqdim edib. İmam Sadiqin (ə) şəhadətindən sonra müxtəlif şiə məzhəbləri, o cümlədən İsmailiyyə, FətəhiyyəNavusiyyə yarandı.

İmam Sadiq (ə) haqqında səkkiz yüz kitab qeyd olunub və Məhəmməd ibn Vəhban Dəbilinin (hicri 4-cü əsr) “Əxbarus-Sadiq məə Əbi Hənifə və Əxbarus-Sadiq məəl-Mənsur” kitabları onların ən qədimiləridir. İmam Sadiq (ə) haqqında olan bəzi digər kitablar bunlardır: Seyid Cəfər Şəhidinin yazdığı “İmam Sadiq Cəfər ibn Məhəmmədin (ə) həyatı”, Əsəd Heydərin yazdığı “Əl-İmamus-Sadiq vəl məzahibil ərbəə”, Ali Məqamlı Rəhbər Seyid Əli Xamenei tərəfindən yazılmış “Pişvayi Sadiq” və Baqir Şərif Qurəşinin təlif etdiyi “Movsuətu əl-İmamis-Sadiq.

Ad, əcdad və ləqəblər

Əsas məqalə: İmam Sadiqin (ə) ləqəb və künyələrinin siyahısı

Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbi Talib on iki imamçı şiənin altıncı imamıdır.[1] İsmailiyyə məzhəbi o Həzrəti özünün beşinci imamı hesab edir.[2] Onun atası İmam Məhəmməd Baqir (ə), anası isə Məhəmməd ibn Əbi Bəkrin oğlu Qasim ibn Muhəmməd ibn Əbi Bəkrin qızı Ümmü Fərvədir.[3] “Kəşfül-ğümmə” kitabında sünni alimlərindən Əbdüləziz ibn Əxzər Cənabizidən nəql edilmişdir ki, İmam Sadiqin (ə) anasının nəsli həm atası, həm də anası tərəfdən Əbu Bəkrə çatdığı üçün İmam Sadiq (ə) buyurub: «لَقَدْ وَلَدَنِی أَبُوبَکْرٍ مَرَّتَیْن‏»; “Mən Əbu Bəkrdən iki dəfə doğulmuşam”.[4] Lakin Əllamə Məclisi, Şuştrərinin “İhqaqul-həqq” kitabından bu rəvayətin saxta olduğunu nəql etmişdir.[5]

İmam Sadiqin (ə) məşhur ləqəbi (ikinci oğlu Abdullah Əftəh nəzərdə tutulduğu üçün) Əba Əbdullahdır. O, (oğlu İsmayıla görə) Əbu İsmayıl və (digər oğlu İmam Musa Kazımdan (ə) görə) Əbu Musa ləqəbləri ilə də xatırlanmışdır.[6]

Onun ən məşhur ləqəbi “Sadiq”dir.[7] Rəvayətlərə görə, İslam Peyğəmbəri (s) onu Cəfər Kəzzabdan fərqləndirmək üçün ona bu ləqəbi vermişdi.[8] Lakin bəziləri İmam Sadiqin (ə) öz dövrünün qiyamlarında iştirak etməkdən çəkindiyi üçün Sadiq adlandığını söyləmişlər. Çünki o dövrdə insanları öz ətrafına toplayıb hökumətə qarşı üsyana təhrik edən şəxs kəzzab (yalançı) adlanırdı.[9] Bu ləqəb İmamların həmin dövründə İmam Sadiq (ə) üçün işlədilirdi.[10]

İbn Şəhr Aşub Mazandaraninin “Mənaqib” kitabında verdiyi xəbərə əsasən, İmam Əlinin (ə) qəbrinin aşkar olması ilə bağlı İmam Sadiqin (ə) qabaqcadan verdiyi xəbərin gerçəkləşməsinə görə ​​Mənsur abbasi İmam Sadiqə (ə) “Sadiq” ləqəbini verdi. Çünki onda heç bir sürüşmə, əyrilik və yalan görünməmişdir.[11] Böyük İslam ensiklopediyasının nəqlinə əsasən, Malik ibn Ənəs, Əhməd ibn Hənbəl və Cahiz kimi bəzi sünni alimləri də onu bu ləqəblə adlandırıblar.[12]

Həmçinin baxın: Sadiq (ləqəb)

Tərcümeyi-halı

İmam Sadiq (ə) hicri 83-cü ilin rəbiül-əvvəl ayının 17-də Mədinədə doğulmuş və hicri 148-ci ildə 65 yaşında orada vəfat etmişdir.[13] Bəziləri onun mövludunun hicri 80-ci ildə olduğunu yazmışlar.[14] Həmçinin İbn Qüteybə Diynəvəri o Həzrətin hicri 146-cı ildə vəfat etdiyini qeyd etmişdir[15] ki, onu yazıda səhv kiimi qələmə verirlər.[16] İmam Sadiqin (ə) şəhadət günü və ayı ilə bağlı fikir ayrılığı var. Qədim şiə alimlərinin[17] məşhur rəyi onun şəvval ayında şəhid olmasıdır. Amma əvvəlki mənbələrdə şəhadət günü qeyd edilməmişdir.[18]

Təbərsi “Tacul-Məvalid” kitabında və Şeyx Abbas Qummi “Vəqayiul-əyyam” kitabında, Şüştəri isə “Risalətun fi təvarixin-Nəbi vəl-Al” kitabında o Həzrətin şəhadət gününün Şəvval ayının 25-də olduğunu bildirmişlər.[19] Məşhur rəydən fərqli olaraq, Təbərsi “İlamul-vəra” kitabında[20] və Əllamə Məclisi “Biharul-Ənvar”da “Misbah Kəfəmi” kitabından nəql edərək İmam Sadiqin (ə) rəcəb ayının 15-də şəhid olması xəbərini veriblər. Amma “Biharul-Ənvar” kitabının tədqiqatçıları bu məlumatı “Misbah” kitabında tapmayıblar.[21] Şeyx Abbas Qummi mənbə qeyd etmədən İmam Sadiqin (ə) Rəcəb ayının ortasında vəfat etdiyini nəql etmişdir.[22]

Həyat yoldaşları və uşaqları

Şeyx Müfid İmam Sadiqin (ə) on övladı və bir neçə həyat yoldaşını qeyd etmişdir:[23] Bəzi mənbələrdə İmam Kazimə (ə) istinad edərək, İmam Sadiqin (ə) Həkimə və ya Həlimə adlı başqa bir qızının adı çəkilir.[24]

Həyat yoldaşları və övladları
Həyat yoldaşı Nisbət Övladları İzah
Hümeydə Saidin və ya Salehin qızı İmam Kazim (ə) - İshaq - Məhəmməd İmam Kazim (ə) İmamiyyə şiələrinin 7-ci imamıdır.[25]
Fatimə Hüseyn ibn Əli ibn Hüseynin (ə) qızı İsmayıl - Abdullah Əftəh - Ümmi Fərvə Abdullah atasının vəfatından sonra imamlıq iddiasında oldu. Onun arıdıcılları Fətəhiyyə adlandı.[26] İsmayıl İmam Sadiqin (ə) həyat dövründə dünyasını dəyişmişdi. Lakin bir qrup insan onun ölümünü qəbul etməyərək İsmailiyyə firqəsini yaratdılar.[27]
Başqa həyat yoldaşları
-
Abbas - Əli - Əsma və Fatimə Şeyx Mufidin dediyinə görə, bu uşaqların hər biri Ümmi Vələd adlı kənizdən idi.[28]

İmamət dövrü

İmam Sadiqin (ə) həyatı Ömər ibn ƏbdüləzizHişam ibn Əbdülməlik də daxil olmaqla son on Əməvi xəlifəsi və ilk iki abbasi xəlifəsi SəffahMənsur Dəvaniqinin xilafəti ilə eyni vaxtda olmuşdur.[29] İmam Baqirin (ə) Hişam ibn Əbdülməlikin xahişi ilə baş tutan Şam səfəri zamanı o, atasını müşayiət etmişdir.[30] İmam Sadiqin (ə) imaməti dövründə son beş əməvi xəlifəsi yəni Hişam ibn Əbdülməlikdən sonrakı xəlifələr və abbasi xəlifələri Səffah və Mənsur hakimiyyət ediblər.[31] Bu dövrdə Əməvi hakimiyyəti zəif idi və nəhayət devrildi, ardınca da abbasi xəlifələri iş başına gəldilər. Hökumətin zəifliyi və nəzarətsizliyi İmam Sadiqin (ə) elmi fəaliyyətlə məşğul olması üçün münasib fürsət yaratdı.[32] Əlbəttə, bu azadlıq yalnız ikinci qəməri əsrinin otuzuncu ilində mövcud idi. Amma ondan əvvəl Əməvilər dövründə və ondan sonra Nəfs Zəkiyyənin və qardaşı İbrahimin qiyamı səbəbiylə İmam Sadiq (ə) və onun tərəfdarları çoxlu siyasi təzyiqlərə məruz qaldılar.[33]

İmamət dəlilləri

Şiə nöqteyi-nəzərindən İmamı Allah təyin edir və onu tanımaq yollarından biri də nəssdir (Peyğəmbərin (s) və ya əvvəlki imamın özündən sonrakı İmamın imamlığına dair açıq bəyanı).[34] Kuleyni İmam Sadiqin (ə) imamətini sübut etmək üçün “Əl-Kafi” kitabında səkkiz rəvayət nəql etmişdir.[35]

Vəkillik təşkilatı

Şiələrin müxtəlif islam bölgələrində səpələnməsi, siyasi təzyiqlərə, şiələrlə ünsiyyətin çətinləşməsi və şiələrin İmam Sadiqin (ə) yanına gedə bilməməsi kimi səbəblərə görə o Həzrət müxtəlif İslam bölgələrində bir qrup nümayəndə təyin etdi ki, ona vəkillər təşkilatı deyilir.[36] Bu təşkilat şiələrdən xüms, zəkat, nəzir və hədiyyələr kimi dini vəsaitləri alıb imama təhvil vermək, şiələrin problemləri ilə məşğul olmaq, imamlarla şiələr arasında əlaqə yaratmaq və onların dini suallarını cavablandırmaqla məşğul idi.[37] Vəkillik təşkilatı sonrakı imamların dövründə genişləndi və kiçik qeybət dövründə İmam Zamanın (ə.f) dörd naibinin vasitəsi ilə zirvəyə çatdı. Həmçinin İmam Zamanın (ə.f) böyük qeybətinin başlaması və onun dördüncü vəkili Əli bin Məhəmməd Səmərinin vəfatı ilə sona çatdı.[38]

Qüluvv edənlərlə mübarizə

İmam Baqir (ə) və İmam Sadiqin (ə) zamanında qüluvv edənlərin fəaliyyəti artmışdır.[39] Onlar imamların rübubiyyət məqamına sahib olduqlarını düşünür və ya onları peyğəmbər hesab edirdilər. İmam Sadiq (ə) qüluvv edənlərin fikrini qətiyyətlə rədd etdi və insanlara onlarla ünsiyyəti qadağan etdi.[40] Həmçinin onları fasiq, kafir və müşrik hesab edirdi.[41]

O Həzrətdən nəql olunan bir hədisdə qüluvv edənlər haqqında şiələrə belə tövsiyə edilir: “Onlarla ünsiyyətdə olmayın, onlarla yeməyin və içməyin və əl sıxmayın”.[42] İmam Sadiq (ə) gənclər haqqında şiələrə xəbərdarlıq etdi: “Qulatdan (Qüluvv edənlərdən) ehtiyatlı olun ki, gəncliyinizi pozmasınlar. Onlar Allahın ən qatı düşmənləridirlər. Onlar Allahı kiçildib və Allahın bəndələrini rəbb bilirlər”.[43]

Elmi fəaliyyət

İmam Sadiqin (ə) imaməti dövründə əməvi hökumətinin zəifliyi ucbatından öz fikir və əqidəısini ifadə etmək azadlığı daha çox idi və müxtəlif mövzularda çoxlu elmi müzakirələr gedirdi.[44] On iki imamın içərisində daha az imam üçün mövcud olan bu elmi və etiqad azadlığı İmam Sadiqin (ə) tələbələrinin elmi müzakirələrdə sərbəst iştirak etməsinə səbəb olurdu.[45] Elm üçün yaranan bu azad fürsət İmam Sadiqdən (ə) müxtəlif fiqh, kəlam və s. sahələrdə bir çox rəvayətlərin nəql edilməsinə səbəb olmuşdur.[46] Sünni alimlərindən olan İbn Həcər Hitəminin dediynə görə, insanlar ondan çoxlu elmi məsələlər nəql edirdilər. O Həzrətin şöhrəti hər yerə yayılmışdı.[47] Əbu Bəhr Cahiz də onun elmi və fiqhinin dünyanı bürüdüyünü yazırdı.[48] Həsən ibn Əli Vaşşa da Kufə məscidində İmam Sadiqdən (ə) hədis nəql edən doqquz yüz nəfəri gördüyünü söyləyib.[49] Seyid Məhəmmədhüseyn Hüseyni Tehrani belə hesab edir ki, Peyğəmbərin (s) vəfatından sonra İslam həqiqətinin təhrif edilməsi və onun Əhli-beyt məktəbindən uzaqlaşması ilə bağlı baş verən acı hadisələrə görə müsəlman cəmiyyətinin iki sarsıntıya və inqilaba ehtiyacı vardı. Biri əməli sarsıntı idi ki, ümməti oyatmaq məqsədi ilə İmam Hüseyn (ə) və onun hərəkatı vasitəsi ilə həyata keçdi, digəri isə Quran və din maarifini canlandırmaq üçün elmi bir sarsıntı idi ki, İmam Sadiqin (ə) vasitəsi ilə gerçəkləşdi.[50]

Cəfəri məzhəbi

Əsas məqalə: Cəfəri məzhəbi

Şiə imamları arasında ən çox rəvayət İmam Sadiqdən (ə) nəql olunmuşdur.[51] O Həzrət həmçinin ən çox rəvayət edənə də sahib olmuşdur. İrbili ondan rəvayət edənlərin sayının 4000 olduğunu təxmin etmişdir.[52] Əban İbn Təğlibə görə, şiələr nə vaxt Peyğəmbərin (s) sözündə ixtilaf edərdilərsə, Həzrət Əlinin (ə) sözünə istinad edərdilər. Habelə Həzrət Əlinin (ə) sözündə ixtilaf etdikləri zamanda da, İmam Sadiqin (ə) sözlərinə müraciət etdilər.[53] Ən çox İmam Sadiqdən (ə) fiqhi və kəlami rəvayətlər nəql edildiyinə görə şiə məzhəbini Cəfəri məzhəbi də adlandırırlar.[54] Bu gün İmam Sadiq (ə) Cəfəri məzhəbinin başçısı kimi tanınır.[55] Hicri 1378-ci ildə Misirdə Əl-Əzhər Universitetinin rəhbəri Şeyx Şəltut, Ayətullah Burucerdi ilə yazışmalardan sonra Cəfəri məzhəbini rəsmi olaraq tanıdı və şəriət baxımından ona əsasən əməl etməyi caiz hesab etdi.[56]

Elmi müzakirələr

Şiə hədis mətnlərində İmam Sadiq (ə) ilə digər məzhəblərin mütəkəllimləri, eləcə də Allahın varlığını inkar edən bəzi şəxslər arasında mübahisə və müzakirələr aparılmışdır.[57] Bəzi mübahisələrdə İmam Sadiqin (ə) tələbələri ixtisaslaşdıqları bir sahədə o Həzrətin hüzurunda başqaları ilə mübahisə edirdilər. Bu məclislərdə İmam Sadiq (ə) müzakirələrə nəzarət edir və bəzən özü də müzakirəyə girirdi.[58] Məsələn, Şam xalqından olan bir alimlə söhbətində o, özü İmam Sadiqin (ə) tələbələri ilə mübahisə etməyi tələb etdi. İmam Sadiq (ə) da Hişam ibn Salimin onunla kəlam sahəsində müzakirə etməsini istədi.[59] İmam Sadiq (ə) həmçinin onunla müzakirə etmək niyyətində olan şəxsdən istədi ki, istədiyi sahədə ilk olaraq tələbələri ilə müzakirə etsin və onlara qalib gələrsə, onunla mübahisə etsin. O şəxs, Quran sahəsində Humran ibn Əyənlə, ərəb ədəbiyyatı sahəsində Əban ibn Təqliblə, fiqhdə Zürarə ilə, kəlam elmində Mömin Ət-Taq və Hişam ibn Salimlə müzakirə etdi və məğlub oldu.[60]

Əhməd ibn Əli Təbərsi “Əl-İhticac” kitabında İmam Sadiqin (ə) müzakirələr toplusunu tərtib etmişdir ki, onlardan bəziləri bunlardır:

  • Allahı inkar edənlərdən biri ilə Allahın varlığı haqqında mübahisə[61]
  • Əbu Şakir Dəysani ilə Allahın varlığı haqqında mübahisə[62]
  • İbn Əbil-Əvca ilə Allahın varlığı haqqında mübahisə[63]
  • İbn Əbil-Əvca ilə dünyanın meydana gəlməsi haqqında mübahisə[64]
  • Allahın varlığını inkar edənlərdən biri ilə müxtəlif dini məsələlər ətrafında uzun mübahisə[65]
  • Əbu Hənifə ilə fiqhi hökmlərin əldə edilməsi üsulu, xüsusilə qiyas metodu haqqında müzakirə[66]
  • Bəzi mötəzilə alimləri ilə hökmdar seçmək üsulu və bəzi fiqhi hökmlər haqqında müzakirə etmək.[67]

Siyasi həyatı

İmam Sadiqin (ə) həyatı son on əməvi xəlifəsi, o cümlədən Ömər ibn ƏbdüləzizHişam ibn Əbdülməlik və ilk iki abbasi xəlifəsi Səffah və Mənsur Dəvaniqinin xilafət dövrünə təsadüf edir.[68] O Həzrət, İmam Baqirin (ə) Hişam ibn Əbdülməlikin istəyi ilə baş tutan Şam səfərində atasını müşayiət edirdi.[69] İmam Sadiqin (ə) imaməti dövründə son beş əməvi xəlifəsi yəni Hişam ibn Əbdülməlikdən sonrakı xəlifələr və abbasi xəlifələri Səffah və Mənsur hakimiyyət ediblər.[70]

Silahlı qiyamdan çəkinmək

İmam Sadiqin (ə) imaməti əməvilərin zəifliyi və süqutu ərəfəsində olsa da, o, hərbi və siyasi münaqişələrdən çəkinir, hətta xilafət dəvətini belə qəbul etmirdi. Şəhristani “Əl-Miləl vən-nihəl kitabında bildiri ki, İbrahimin vəfatından sonra Əbu Müslim Xorasani İmam Sadiqi (ə) xilafət üçün ən layiqli şəxs adlandırıb və onu xilafətə dəvət edib. Amma İmam Sadiq (ə) onun cavabında buyurur: “Nə sən mənim səhabələrimdənsən, nə də ki, dövr mənim dövrüm deyil”.[71] O, Əbu Sələmənin xilafət çağırışına da onun məktubunu yandırmaqla cavab verdi.[72] Həmçinin əmisi Zeyd ibn Əlinin qiyamı da daxil olmaqla, hökumətə qarşı baş verən qiyamlarda iştirak etmədi.[73] Bir hədisə görə, İmam Sadiq (ə) qiyamdan çəkinməsinin səbəbini həqiqi səhabələrin azlığı hesab etmişdir.[74] O Həzrət bəzi rəvayətlərdə qiyam üçün 17 nəfər, bəzən isə beş nəfəri kifayət hesab etmişdir. Həmçinin bəzi səhabələrin qiyam etmək üçün israrına qarşı onlara dedi: “Biz nə vaxt və hansı vəzifəmiz olduğunu sizdən və başqalarından daha yaxşı bilirik”.[75]

  • Abdullah ibn Həsən Müsənna ilə fikir ayrılığı

Bəni-Üməyyə hakimiyyətinin son illərində Bəni-Haşimdən, o cümlədən, Abdullah ibn Həsən Müsənna və onun oğulları, habelə Səffah və Mənsur da daxil olmaqla bir qrup hökumətə qarşı qalxaraq özlərindən birinə beyət etmək üçün Əbvada toplandı. Bu məclisdə Abdullah oğlu Məhəmmədi Mehdi kimi təqdim etdi və orada olanlardan ona beyət etmələrini istədi.

İmam Sadiq (ə) bu əhvalatdan xəbər tutanda buyurdu: Sənin oğlun Mehdi deyil, indi də Mehdinin zühur etdiyi zaman deyil. Abdullah onun bu sözlərindən qəzəbləndi və onu qısqanclıqda ittiham etdi. İmam Sadiq (ə) paxıllıq üzündən danışmadığına and içdi və buyurdu ki, onun oğulları öldürüləcək və xilafətə Səffah və Mənsur keçəcək.[76] Rəsul Cəfərian bu əhvalatı İmam Həsənin (ə) övladları ilə İmam Hüseynin (ə) övladları arasındakı fərqin kökü hesab etmişdir.[77]

Hökmdarlarla münasibət

İmam Sadiqin (ə) hökumətlərə qarşı silahlı qiyamdan uzaq olmasına baxmayaraq, dövrünün hökmdarları ilə yaxşı münasibəti yox idi. Həcc mərasimində atası İmam Muhəmməd Baqir (ə) ilə Həcc ziyarətinə getdiyi zaman Əhli-beyti (ə) Allahın seçilmişləri kimi tanıtdı və xəlifə Hişam ibn Əbdülməlikin Əhli-beytlə (ə) düşmənçiliyinə işarə etdi.[78] O Həzrət, başqa insanlar kimi onun yanına getməsini istəyən Mənsur Dəvanigiyə belə cavab verdi və yazdı: Bizim səndən qorxacağımız heç bir şey yoxdur və sənin üçün axirətdən ümid etdiyimiz heç bir şey yoxdur, nə də bir nemətin içindəsən ki, biz ona görə sənə təbrik deyək. Nə də bir müsibətin içində olduğuna inanırsan ki, biz ona görə sənə başsağlığı verək. Bəs niyə sənin yanına gəlməliyik?![79]

İmam Sadiqin (ə) evinin yandırılması

Əl-Kafi” kitabında nəql olunan bir rəvayətə görə, Həsən ibn Zeyd Məkkə və Mədinənin valisi idi. O, Mənsur abbasinin göstərişi ilə İmam Sadiqin (ə) evini yandırdı. Bu rəvayətə görə, bu yanğında İmamın (ə) evinin qapısı və dəhlizi yandı və İmam (ə) oddan keçərərək evdən çıxdı və buyurdu:

“Mən “Əraqus-Səra”nın (Həzrət İsmayılın ləqəbi; övladları və nəsli damar və kök kimi yer üzünə səpələnmiş deməkdir) oğluyam. Mən İbrahim Xəlilullahın oğluyam”.[80]

Əlbəttə, Təbəri tarixinin dediyinə görə, Mənsur İmam Sadiqin (ə) şəhadətindən iki il sonra, hicri 150-ci ildə Həsən ibn Zeydi Mədinəyə hakim təyin etdi.[81]

Təqiyyə üsulundan istifadə etmək

Əməvi xilafətinin süqutuna təsadüf edən ikinci qəməri əsrin otuzuncu ili istisna olmaqla, əməvi və abbasi xəlifələri həmişə İmam Sadiq (ə) və onun səhabələrinin fəaliyyətini nəzarət altında saxlayırdılar. İmam Sadiqin (ə) həyatının sonunda siyasi təzyiqlər daha da artdı.[82] Bəzi rəvayətlərə görə, Mənsur Dəvəniqinin agentləri İmam Sadiqin (ə) şiələri ilə əlaqədə olanları müəyyən edib boyunlarını vururdular. Buna görə də İmam Sadiq (ə) və onun səhabələri təqiyyə üsulundan istifadə edirdilər.[83]

“Əl-Kafi” kitabında İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətə görə, insanlar üçün şəkk günü olan və o günü Ramazan ayının birinci günü hesab edən bir gündə dövrün xəlifəsi Səffahın istəyi ilə təqiyyə edərək yemək yedi. Ona etiraz edərək Ramazan günü orucunu açıb yemək yeyirsənmi? Deyən şəxsin cavabında buyurdu: “Bəli, Allaha and olsun, əgər Ramazanda bir gün orucumu yesəm, bu mənim üçün boynumun vurulmasından daha yaxşıdır!”[84] İmam Sadiq (ə) onu ziyarət etməyə gələn Süfyan Suriyə getməyi tövsiyə etdi, çünki onların hər ikisi hökumətin nəzarəti altında idi.[85] Başqa bir hədisdə İmam Sadiq (ə) Əban ibn Təğlibdən insanların fiqhi suallarına cavab olaraq əhli-sünnə alimlərinin fikirlərini deməsini istədi ki, heç bir problem yaranmasın.[86] İmam Sadiqdən (ə) həmçinin təqiyyəyə təkid edən rəvayətlər də nəql olunmuşdur. Onların bəzilərində təqiyyə namazla eyni dərəcədə qərar verilmişdir.[87] Ali Məqamlı Rəhbər Ayətullah Xameneiyə görə, İmam Sadiqin (ə) həyatında etdiyi önəmli işləri bunlardır:

  • Dövrün hökmdarlarını birbaşa və açıq şəkildə inkar etmək üçün imamət məsələsini izah və təbliğ etmək və özünü camaata imam və hökm sahibi kimi tanıtmaq.
  • Şiə fiqhinə əsasən, dinin hökmlərini təbliği və bəyan etmək, həmçinin digər imamlardan daha fərqli və aşkar şəkildə Quranı şiə baxışına uyğun təfsiri etmək.
  • Əli (ə) övladlarının imamətini yaymaq və imamət məsələsini düzgün izah etmək üçün gizli şəkildə geniş təbliğat şəbəkəsi yaratmaq və ona rəhbərlik etmək. Bu şəbəkə bir çox uzaq yerlərdə, xüsusən də İraq və Xorasan ərazilərində imamət məsələsi ilə bağlı əhəmiyyətli və səmərəli fəaliyyətlərə cavabdeh idi.[88]

Əxlaqi xüsusiyyətlər, kəramət və fəzilətlər

Rəvayət mənbələrində İmam Sadiqin (ə) əxlaqi xüsusiyyətlərinə dair zahidlik, infaq etmək, çoxlu elm, çox ibadət və Quran tilavəti haqqında xəbərlər vardır. Muhəmməd bin Təlhə İmam Sadiqi (ə) Əhli-beytin (ə) ən böyük üzvlərindən biri, çox elm sahibi, ibadət və zahidliyi çox sevən və Quran oxuyan biri kimi vəsf etmişdir.[89] Sünni fiqh imamlarından Malik ibn Ənəs demişdir: İmam Sadiqin (ə) yanına getdiyim zaman onu həmişə üç haldan birində görürdüm. Ya namaz qılırdı ya oruc tutmuşdu ya da zikr edirdi.[90]

“Biharul-ənvar” kitabında deyilir ki, İmam Sadiq (ə) bir kasıbın istəyinə cavab olaraq ona dörd yüz dirhəm verdi və onun minnətdarlığını gördükdə on min dirhəm dəyərində olan üzüyünü də ona verdi.[91] İmam Sadiqin (ə) gizli infaq etməsi haqqında da rəvayətlər vardır. “Kafi” kitabında deyilir ki, gecələr bir miqdar çörək, ət və pulu bir torbaya qoyub tanınmaz şəkildə şəhərdəki fəqirlərin evinin qapısına aparır və onların arasında paylayırdı.[92] Əbu Cəfər Xəsəmi rəvayət edir ki, İmam Sadiq (ə) ona bir kisə pul verdi və ondan istədi ki, onu Bəni-Haşimdən olan bir şəxsə versin və kimin göndərdiyini deməsin. Xəsəminin dediyinə görə, həmin şəxs pulu alan zaman göndərən üçün dua etdi və İmam Sadiqdən (ə) giley etdi ki, var-dövləti olmasına baxmayaraq, ona heç bir şey vermir.[93] Əbu Abdullah Bəlxi də nəql edib ki, bir gün İmam Sadiq (ə) çürük bir xurma ağacına dedi: Ey Rəbbinə itaət edən xurma ağacı, Allahın sənə bəxş etdiyindən bizə ver, sonra o ağacdan üstümüzə rəngli xurmalar düşdü.[94]

İraqa səfər

Səhlə məscidində İmam Sadiq (ə) məqamı
Kərbəlada İmam Sadiq (ə) məqamının mehrabından görüntü

İmam Sadiq (ə) SəffahınMənsur Dəvaniqinin hakimiyyətləri dövründə hökumətin məcburi dəvəti ilə İraqa səfərlər edib. Bu səfərlər zamanı o, Kərbəla, Nəcəf, Kufə və Hirəyə də getmişdi.[95] Məhəmməd ibn Məruf Hilali rəvayət edir ki, İmam Sadiqin (ə) Hirəyə səfəri zamanı camaat onu çox hərarətlə qarşıladı. Elə bir şəkildə ki, insanların çoxlu izdihamına görə bir neçə gün İmamla (ə) görüşə bilmədi.[96]

İmam Sadiqin (ə) Kufə məscidində, məscidin şərq hissəsində, Müslim ibn Əqilin qəbrinin yanında yerləşən mehrabı və Səhlə məscidindəki mehrabı onun İraqdakı yadigarlarındandır.[97] İmam Sadiq (ə) Kərbəlada İmam Hüseynin (ə) qəbrini ziyarət etdi.[98]

Kərbəla şəhərində Hüseyniyyə çayının sahilində bir bina var ki, orada İmam Sadiqə (ə) nisbət verilən mehrab var.[99]

  • Həzrət Əlinin (ə) qəbrini göstərməsi

Bəzi hədislərdə İmam Sadiqin (ə) İmam Əlinin (ə) qəbrini ziyarət etmələrindən bəhs edilmişdir.[100] O Həzrət İmam Əlinin (ə) o vaxta qədər gizli qalan qəbrini səhabələrinə göstərdi. Kuleyninin dediyinə görə, bir gün o Həzrət, Yezid ibn Əmr ibn Təlhəni Hirə ilə Nəcəf arasında bir yerə aparıb babası İmam Əlinin (ə) qəbrini ona göstərdi.[101] Şeyx Tusi də nəql etmişdir ki, İmam Sadiq (ə) İmam Əlinin (ə) qəbrinin yanına gəldi, namaz qıldı və sonra qəbrin yerini Yunis ibn Zəbyana göstərdi.[102]

Şagirdləri və raviləri

Şeyx Tusi “Rical” əsərində İmam Sadiq (ə) üçün 3200-ə yaxın ravidən bəhs edir.[103] Şeyx MüfidƏl-İrşad” əsərində onun rəvayətçilərinin sayını dörd min nəfərə çatdırır.[104] Deyilənə görə, İbn Üqdənin İmam Sadiqin (ə) raviləri haqqında bir kitabı vardır ki, orada 4000 ravinin adı çəkilir.[105]

“Usul Ərbəə miə”nin (“Şiənin dörd yüz əsası”) müəlliflərinin əksəriyyəti İmam Sadiqin (ə) tələbələri idi.[106] Həmçinin digər imamlarla müqayisədə o həzrət icma əhlindən ən çox tələbəsi olmuşdur ki, onlar da imamların ravilərinin ən etibarlı şəxslərdir.[107]

İmam Sadiqin (ə) ən məşhur tələbələrindən bəziləri icma əhlindəndir:

Kəşşinin İmam Sadiqin (ə) tələbələrinin müzakirəsi haqqında nəql etdiyi rəvayətdən istifadə olunur ki, onun tələbələrindən bəziləri müəyyən sahələrdə mütəxcəssis idilər.[109] Bu rəvayətə görə, Humran ibn Əyən Quran elmləri, Əban ibn Təğlib ərəb ədəbiyyatı, Zürarə fiqh, Mömin Ət-Taq və Hişam ibn Səlim kəlam elmləri üzrə ixtisasa sahib idilər.[110] İmam Sadiqin (ə) kəlam elmi sahəsində təxəssüsü olan bəzi digər tələbələri Humran bin Əyən, Qeys Masir və Hişam ibn Həkəmdir.[111]

Əhli-sünnə

Bəzi sünni fiqh alimləri və imamları İmam Sadiqin (ə) tələbələri idilər. Şeyx Tusi öz Rical kitabında İmamın (ə) tələbələri və səhabələri arasında Əbu Hənifənin adını çəkmişdir.[112] İbn Əbil-Hədid Mötəzili də onu İmam Sadiqin (ə) tələbələrindən hesab etmişdir.[113] Şeyx Səduq Malik ibn Ənəsdən nəql edir ki, o, bir müddət İmam Sadiqin (ə) yanına gedir və ondan hədis eşidirdi.[114] Malik ibn Ənəs “Muvəttə” kitabında İmam Sadiqdən (ə) hədis nəql etmişdir.[115]

İbn Həcər Hitəmi yazmışdır ki, Əbu Hənifə, Yəhya ibn Səid, İbn Cərih, Malik ibn Ənəs, Süfyan ibn Uyeynə, Süfyan Suri, Şubə ibn Əl-Həccac və Əyyub Səxtyani kimi böyük sünni alimləri İmam Sadiqdən (ə) rəvayət nəql etmişlər.[116] “Əl-əimmətul-ərbəə” kitabında da Malik ibn Ənəsin Mədinədə olması və İmam Sadiq (ə) kimi insanların dərslərindən istifadə etməsi onun elmi yüksəlişinin amillərindən hesab edilmişdir.[117]

Məşhur hədislər

İmam Sadiq (ə) buyurur : أَرْبَعَةٌ الْقَلِیلُ مِنْهَا کَثِیرٌ النَّارُ الْقَلِیلُ مِنْهَا کَثِیرٌ وَ النَّوْمُ الْقَلِیلُ مِنْهُ کَثِیرٌ وَ الْمَرَضُ الْقَلِیلُ مِنْهُ کَثِیرٌ وَ الْعَدَاوَةُ الْقَلِیلُ مِنْهَا کَثِیرٌ

Dörd şey var ki, onun azı da çoxdur: "Od, yuxu, xəstəlik və düşmənçilik". Şeyx Səduq, Xisal, səh. 238

İmam Sadiqin (ə) məşhur hədislərindən bəziləri aşağıdakılardır:

  • Əql və cəhalətin qoşunu hədisi: Bu hədis Səmaət ibn Mehranın ağılın yaradılması və Allahın ağılın məqamı və onun Allah qarşısında itaət etməsi və təslim olması üçün qərar verdiyi qoşunlar, eləcə də ağlın əksi olaraq cəhalət üçün qoşunlar qərar verməsi barəsində İmam Sadiqdən (ə) nəql etdiyi bir rəvayətdir.[118]
  • Həcc hədisi: İmam Sadiq (ə) Peyğəmbərin (s) həccinin keyfiyyətini atasından nəql etmişdir. Bu hədis şiə[119] və sünni[120] mənbələrində nəql edilmişdir.[121]
  • Tövhid Müfəzzəl hədisi: İmam Sadiqin (ə) dörd məclisdə dünyanın yaradılması, insanın yaradılışı və onların qəribəlikləri və hikmətləri haqqında Müfəzzəl ibn Ömərə buyurduğu və onun yazdığı hədisdir.[122]
  • İnvan Bəsrinin hədisi: Bu hədisdə İmam Sadiq (ə) bəndəliyi tərif etdikdən sonra İnvan Bəsri adlı şəxsə nəfsi tərbiyə etmək, səbir və elm sahələrində göstərişlər vermişdir.[123]
  • Fərdin həyatının və ictimai qarşılıqlı əlaqənin yaxşılığı dolğun bir ölçüdür ki, bunun üçdə ikisi fərasət, üçdə biri isə göz yummaqdır.[127]
  • Başqalarının eyiblərinə ağa kimi baxma, təvazökar bir bəndə kimi öz eyiblərini yoxla.[128]
  • Qardaşlarınızı iki sifətlə sınayın, əgər onlarda bu iki sifət varsa, onlarla dostluq və yoldaşlığınızı davam etdirin və əks halda onlardan uzaq olun, uzaq olun, uzaq olun: 1- Əvvəl vaxtında namaz qılmağa diqqət yetirmək. 2- İstər çətinlikdə və yoxsulluqda, istərsə də rahatlıq və rifah halında qardaşlara yaxşılıq etmək.[130]

Əhli-sünnənin baxışı

İmam Sadiq (ə) sünni böyükləri arasında yüksək məqama malik idi. Sünni böyüklərindən olan Əbu Hənifə İmam Sadiqi (ə) müsəlmanlar arasında ən fəqih və ən alim şəxs hesab edirdi.[131] İbn Şəhr Aşubun dediyinə görə, Malik ibn Ənəs demişdir: Fəzilət, elm, ibadət və vərə baxımından heç bir göz və qulaq Cəfər ibn Muhəmməddən üstününü görməmiş və eşitməmişdir.[132] Şəhristaninin “Əl-miləl vən-nihəl kitabında yazdığına görə, İmam Sadiq (ə) din məsələlərində çox böyük elmə malikdir. Hikmətdə kamil elm və dərrakəyə və dünyada yüksək dərəcəli zahidliyə sahibdir. Həmçinin şəhvətdən tam şəkildə uzaqdır və təqva sahibidir. O, Mədinədə bir müddət qaldı və şiələri və tərəfdarlarını öz elmindən bəhrələndirdi. Özünə yaxın xüsusi şəxslərə elmin sirlərini aşkar etdi. O, sonsuz elm dəryasında qərq olmuş bir kəsdir və su gölməçəsində tamahı yoxdur. Həqiqətin ən yüksək zirvəsinə yüksəlmiş və dünya rütbələrində yıxılıb süqut etməkdən qorxmayan şəxsdir.[133]

İbn Əbil-Hədidə görə, Əbu Hənifə, Əhməd ibn Hənbəl və Şafii kimi fiqh imamları da daxil olmaqla, sünni alimləri İmam Sadiqin (ə) birbaşa və ya vasitə ilə tələbələri olmuşlar. Buna görə də sünni fiqhinin kökü şiə fiqhindədir.[134] Bununla belə, sünni fiqhində Əvzai və Süfyan Suri kimi müasir fəqihlərinə çox diqqət yetirmələrinə baxmayaraq, İmam Sadiqin (ə) fikirlərinə diqqət yetirilməmişdir.[135] Seyid Mürtəza kimi bəzi şiə alimləri bu səbəbdən sünni alimlərini tənqid etmişlər.[136]

Şəhadəti

Bəqi qəbiristanlığında İmam Sadiqin (ə) pak məzarı

Şeyx Səduq İmam Sadiqin (ə) Mənsur Dəvaniqinin əmri ilə və zəhərlənmə nəticəsində şəhid olduğunu bildirmişdir.[137] İbn Şəhr Aşub da “Mənaqib” kitabında və üçüncü Məhəmməd ibn Cərir Təbəri “Dəlailul-imamət” kitabında eyni fikri bildirmişdir.[138] O Həzrətin şəhadəti üçün “and olsun Allaha bizdən ölən hər bir şəxs şəhid olmuşdur” rəvayətinə istinad edilir.[139]

Bunun müqabilində, Şeyx Müfid hesab edir ki, onun şəhadətinə dair qəti dəlil yoxdur.[140] Tarix aradırmaçısı Seyid Cəfər Mürtəza Amuli Şeyx Müfidin sözlərinin təqiyyə olduğunu bildirmişdir.[141] O Həzrətin dəfn yeri Bəqi qəbiristanlığında atası İmam Baqir (ə), İmam Səccad (ə)İmam Həsənin (ə) qəbirlərinin yanında yerləşir.[142]

İmam Sadiqin (ə) vəsiyyəti

Hədislərə görə, İmam Sadiq (ə) dəfələrlə İmam Kazimi (ə) özündən sonra öz xüsusi səhabələrinə imam kimi tanıtdırmışdır.[143] Lakin abbasilərin təzyiqlərinə görə və İmam Kazimin (ə) həyatını qoruyub saxlamaq üçün abbasi xəlifəsi də daxil olmaqla beş nəfəri öz canişini təyin etdi.[144] Bu səbəbdən İmam Sadiqin (ə) bəzi görkəmli səhabələri, məsələn, Mömin Taq və Hişam ibn Salim də İmam Sadiqin (ə) canişini barəsində tərəddüd edirdilər. Onlar əvvəlcə Abdullah Əftəhin yanına gedib bir neçə sual verdilər. Amma Abdullanın cavabları onları qane etmədi. Sonra Musa ibn Cəfər (ə) ilə görüşdülər və onun cavablarından razı qaldılar və imamətini qəbul etdilər.[145]

Şiələrdə bölünmək

İmam Sadiqin (ə) şəhadətindən sonra şiələrdə müxtəlif firqələr meydana çıxdı və hər dəstə onun oğullarından birini imam hesab edirdi. Şiələrin əksəriyyəti İmam Musa Kazimin (ə) imamətini yeddinci imam kimi qəbul etdilər.[146] Bir qrup şiə İmam Sadiqin (ə) böyük oğlu İsmayılın vəfatını inkar edərək onu imamətə layiq bildilər. İsmayılın yaşamasından ümidini kəsən bu dəstənin bəziləri İsmayılın oğlu Məhəmmədi imam hesab etdilər. Bu qrup İsmailiyyə adı ilə tanındı. Digərləri İmam Sadiqin (ə) ikinci oğlu Abdullah Əftəhi imam hesab edərək Fətəhiyyə adı ilə tanındılar. Amma İmam Sadiqin (ə) şəhadətindən təxminən 70 gün sonra onun vəfat etməsindən sonra Musa ibn Cəfərin (ə) imamətinə iman gətirdilər. Onların bir qismi Nəvus adlı bir şəxsə tabe olaraq Həzrət Sadiqin (ə) imamətində qaldılar və “Navusiyyə” firqəsini yaratdılar. Bəzi insanlar da İmam Sadiqin (ə) digər oğlu Məhəmməd Dibacın imamətinə inandılar.[147]

İranda şəhadətin ildönümü rəsmi tətildir

İranda Şəvval ayının 25-i İmam Sadiqin (ə) şəhadətinin ildönümü kimi rəsmi tətildir. Bu tətil Ayətullah Kaşaninin təklifi və Məhəmməd Müsəddiqin göstərişi ilə həyata keçirilib.[148] İranın Qumdakı mərcəyi-təqlidlərindən bəzisi bu gün əzadarlıq heyətlərində iştirak edir və Həzrət Məsumənin (s) hərəminə piyada gedirlər.[149]

İmam Sadiqin (ə) əsərləri

Bəzi şiə hədis kitablarında, İmam Sadiqdən (ə) risalələr və ya məktublar rəvayət edilmişdir. Bəzilərinin səhihliyi şübhə doğurmuş, bəziləri isə “Əl-Kafi” kimi bir kitabda gəlmiş və etibarlıdır.[150] Bu risalələrə aşağıdakılar daxildir:

  • İmam Sadiqin (ə) səhabələrinə müraciəti: Bu risalə müxtəlif sahələrdə şiələrə tövsiyələri ehtiva edir və “Əl-Kafi” kitabında gəlmişdir.[151]
  • Əməşin rəvayətinə əsasən Şərayiuddin risaləsi: Bu risalə usuliddin və furuiddin haqqındadır. Bunu Şeyx Səduq rəvayət etmişdir.
  • Təfsirlə bağlı məktubdan bir hissə
  • Qiyas əhlinin tənqid edilməsi barədə olan məktubdan bir hissə
  • Əl-Risalətul Əhvaziyyə: Bu məktub Əhvaz valisi Nəcaşi üçün yazılmışdır. Onun mətni Şəhid Saninin tərəfindən yazılmış “Kəşfur-ribə” kitabında gəlib.
  • Tövhidul-Müfəzzəl və ya fəkkir kitabı. Bu risalədə İmam Sadiqin (ə) Müfəzzəl ibn Ömərə Allahşünaslıq haqqında dediyi sözlər var. “Fəkkir ya Müfəzzəl” (fikirləş ey Müfəzzəl) təbiri onda təkrar olunmasına görə, keçmişdə “Fəkkir” kitabı kimi tanınmışdır. “Əz-Zəriə” kitabının müəllifi Müfəzzəli “Fəkkir” kitabının sahibi kimi təqdim etmişdir.[152]
  • Əhliləcə risaləsi: Bu risalədə İmam Sadiq (ə) hindistanlı bir doktorla Allahın varlığının dəlili haqqında müzakirələr aparır. Seyid Möhsün Əminin dediyinə görə, Seyid İbn Tavus bu kitabı mötəbər hesab etmişdir. Həmçinin o, “İbn Nədimin fehresti” kitabının müəllifi İbn Nədimdən nəql edir ki, bu kitabın İmam Sadiq (ə) tərəfindən yazılması qeyri-mümkündür.[153]
  • İmam Sadiqin (ə) təfsiri kimi məşhur olan mətn.
  • Ən-Nömani təfsiri.[154]

İmam Sadiqin (ə) tələbələrinin o Həzrətin sözlərindən istifadə edərək yazdığı kitablar da vardır. Onlardan bəziləri çap edilmişdir Onlar aşağıdakılardır:

  • "Əl-Cəfəriyyat" və ya "Əl-Əşəsiyyat" Məhəmməd ibn Məhəmməd ibn Əşəs tərəfindən yazılmışdır.
  • Nəsrud-Durər: Bu kitabın mətnini İbn Şöbə Hərrani yazdığı “Tuhəful-uqul” kitabında gətirmişdir.
  • Əl-Hikəmul-Cəfəriyyə
  • Səlman ibn Əyyubun rəvayətinə əsasən Qisar sözlər toplusu (qısa cümlələr) kitabının mətni Fəraidus-Səmətəyn Cəvini kitabında gəlib.[155]

Biblioqrafiya

İmam Sadiq (ə) haqqında çoxlu kitablar yazılmışdır. “İmam Cəfər Sadiqin (ə) biblioqrafiyası” kitabında 800-ə yaxın çap olunmuş kitab adı qeyd edilmişdir.[156] Məhəmməd ibn Vəhban Dəbilinin (4-cü əsr) yazdığı “Əxbarus-Sadiq məə Əbi Hənifə” və “Əxbarus-Sadiq məəl-Mənsur” kitabları və Əbdüləziz Yəhya Cəludinin (4-cü əsr) “Əxbaru Cəfər ibn Məhəmməd” kitabı bu sahədə yazılmış ən qədim kitablardır.[157] İmam Sadiq (ə) haqqında yazılmış bəzi kitablar bunlardır:

  • “Əl-İmamus-Sadiq vəl-məzahibul-ərbəə” Əsəd Heydər tərəfindən yazılmış kitabdır. Bu kitab fars dilinə İmam Sadiq (ə) və dörd məzhəb adı ilə tərcümə edilmişdir.[158]
  • Rza Ustadinin yazdığı İmam Sadiqin (ə) biblioqrafiyası kitabı.
  • Məhəmməd Hüseyn Müzəffər tərəfindən yazılmış“Əl-İmamus-Sadiq” kitabıdır. Bu kitab İmam Cəfər Sadiqin (ə) həyatından səhifələr adı ilə Seyid İbrahim Seyid Ələvi tərəfindən fars dilinə tərcümə edilmişdir.[159]
  • Əbdül-Həlim Əl-Cundi tərəfindən yazılmış  “Əl-İmam Cəfərus-Sadiq kitabıdır.
  • İmam Sadiq Cəfər ibn Məhəmmədin (ə) həyatı, Seyid Cəfər Şəhidi tərəfindən yazılmışdır.
  • İmam Sadiqin (ə) həyatından bir nur, Nurullah Əlidust Xorasani tərəfindən yazılmışdır.
  • Pişvai Sadiq, Ali Məqamlı Rəhbər Seyid Əli Xamenei tərəfindən yazılıb.
  • “Mövsuətul-İmamis-Sadiq” kitabının müəllifi Baqir Şərif Qureşidir.
  • Seyid Məhəmməd Kazim Qəzvini tərəfindən yazılmış “Mövsuətul-İmamis-Sadiq” kitabıdır. Bu kitabın indiyədək on beş cildi çap olunub. Bu toplunun 60 cild olması nəzərdə tutulur.[160]
  • “Mövsuətul-İmamis-Sadiq” kitabı Hişam Ali Qutəyt tərəfindən yazılmışdır.
  • “Şiə dünyasının düşünən beyni” kitabı Zəbihullah Mənsuri tərəfindən yazılmışdır. Müəllif kitabın yazılmasını Strasburq İslam Araşdırmaları Mərkəzinə nisbət verib və özünü onun tərcüməçisi kimi təqdim edib. Amma bəziləri bu sözü yanlış hesab etmiş və zahirdə belə bir kitabın olmadığını bildirmişlər.[161]

İstinadlar

  1. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.391
  2. Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.2, s.110, 119
  3. Mufid, Əl-İrşad, h.ş 1372, c.2, s.180
  4. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.161
  5. Məclisi, Biharul-ənvar, c.29, s.651, 652
  6. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.181
  7. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.181
  8. Səduq, Kəmaluddin, h.ş 1359, s.319; Əlqabur-Rəsul və itrətuhu, s.60, 61; Bəhrani, Hiylətul-əbrar, h.q 1411, c.4, s.11
  9. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.181
  10. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.181
  11. İbn Şəhr Aşub Mazandarani, Mənaqib, h.q 1379, c.4, s.273
  12. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.181
  13. Mufid, Əl-İrşad, h.ş 1372, c.2, s.180
  14. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.691
  15. İbn Qüteybə, Əl-Məarif, m.1992, s.215
  16. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.187
  17. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.187
  18. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.472; Mufid, Əl-İrşad, h.ş 1372, c.2, s.180; Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.514
  19. Şeyx Tusi, Tacul-məvalid, h.q 1422, s.44; Qumi, Vəqayiul-əyyam, s.310; Şüştəri, Risalətun fi təvarixin-Nəbi vəl-Al, h.q 1423, s.68
  20. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.514
  21. Məclisi, Biharul-ənvar, c.47, s.2
  22. Qumi, Muntəhəl-amal, c.2, s.243
  23. Mufid, Əl-İrşad, h.ş 1372, c.2, s.209
  24. İbn Həmzə Tusi, Əs-saqibu fil-mənaqib, h.q 1411, s.443 və Məclisi, Biharul-ənvar, h.q 1403, c.74, s.487
  25. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.307-311
  26. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.q 1415, c.1, s.148
  27. Əşəri, Əl-Məqalat vəl-firəq, h.ş 1360, s.213, 214
  28. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.209
  29. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.4
  30. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.6
  31. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.4
  32. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.47
  33. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.435
  34. Fazil Miqdad, İrşadut-talibin, h.q 1405, s.337
  35. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.306-307
  36. Cabbari, Sazmane vəkaləte əime, h.ş 1382, c.1, s.47-50
  37. Cabbari, Sazmane vəkaləte əime, h.ş 1382, c.1, s.280, 320, 332
  38. بررسی تطبیقی سازمان دعوت عباسیان و سازمان وکالت امامیه, tarikh.nashriyat.ir saytı
  39. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.407
  40. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.407-408
  41. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.300
  42. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.297
  43. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.650
  44. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.47-60
  45. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.436
  46. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.61
  47. İbn Həcər, Əs-Səvaiqul-muhriqə, h.q 1429\m.2008, s.551
  48. Cahiz, Rəsailul-Cahiz, m.2002, s.106
  49. Nəcaşi, Ricalu Nəcaşi, h.q 1416, s.39
  50. Tehrani, İmamşenasi, c.8, s.266
  51. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.205
  52. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.701
  53. Nəcaşi, Ricalu Nəcaşi, h.q 1416, s.12
  54. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.61
  55. «چرا به امام صادق علیه السلام، رئیس مذهب جعفری گفته می‌شود؟, emamat.org saytı
  56. «شیخ محمود شلتوت»، سایت مجمع جهانی تقریب مذاهب اسلامی., taghrib.org saytı
  57. Kuleyni, Üsuli-Kafi, c.1, h.q 1407, s.79, 80, 171-173; Şeyx Mufid, İxtisas, h.q 1413, s.189, 190
  58. Kuleyni, Üsuli-Kafi, c.1, h.q 1407, s.171-173
  59. Kuleyni, Üsuli-Kafi, c.1, h.q 1407, s.171-173
  60. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.275-277
  61. Təbərsi, İhticac, h.q 1403, c.2, s.331-333
  62. Təbərsi, İhticac, h.q 1403, c.2, s.333
  63. Təbərsi, İhticac, h.q 1403, c.2, s.335-336
  64. Təbərsi, İhticac, h.q 1403, c.2, s.336
  65. Təbərsi, İhticac, h.q 1403, c.2, s.336, 352
  66. Təbərsi, İhticac, h.q 1403, c.2, s.360-362
  67. Təbərsi, İhticac, h.q 1403, c.2, s.362-364
  68. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.4
  69. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.6
  70. Şəhidi, Zendeqaniye İmam Sadiq (ə), h.ş 1378, s.4
  71. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.q 1415, c.1, s.179
  72. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.254
  73. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.183-184
  74. İbn Şəhr Aşub Mazandarani, Mənaqib, h.q 1379, c.4, s.237
  75. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.243, İbn Şəhr Aşub Mazandarani, Mənaqib, h.q 1379, c.3, s.363
  76. Əbül-Fərəc İsfahani, Məqatilut-talibin, m.1987\h.q1408, s.185, 186
  77. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.371
  78. Məclisi, Biharul-ənvar, c.46, s.306
  79. Məclisi, Biharul-ənvar, c.47, s.184
  80. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.473
  81. Təbəri, Tarix-Təbəri, c.8, s.32
  82. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.435
  83. Cəfəriyan, Həyate fikriye siyasiye İmamane şie, h.ş 1393, s.435
  84. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.83
  85. İbn Şəhr Aşub Mazandarani, Mənaqib, h.q 1379, c.4, s.248
  86. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.330
  87. Fəttal Nişaburi, Rövzətul-vaizin, h.ş 1375, c.2, s.293
  88. امام صادق(ع) مرد علم و دانش، مرد مبارزه، مرد تشکیلات, farsi.khamenei.ir saytı
  89. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.691
  90. Məclisi, Biharul-ənvar, c.47, s.16
  91. Məclisi, Biharul-ənvar, c.47, s.61
  92. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.8
  93. İbn Şəhr Aşub Mazandarani, Mənaqib, h.q 1379, c.4, s.273
  94. Məclisi, Biharul-ənvar, c.47, s.76
  95. Müzəffər, Əl-İmamus-Sadiq, c.1, s.126 və 130
  96. Məclisi, Biharul-ənvar, c.47, s.93-94
  97. Müzəffər, Əl-İmamus-Sadiq, c.1, s.129
  98. Müzəffər, Əl-İmamus-Sadiq, c.1, s.130
  99. Müzəffər, Əl-İmamus-Sadiq, c.1, s.130
  100. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.35-36
  101. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.571
  102. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.35
  103. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.155-328
  104. Mufid, Əl-İrşad, h.ş 1372, c.2, s.254
  105. Mühəddis Qumi, Əl-Küna vəl-əlqab, h.q 1409, c.1, s.358
  106. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.187
  107. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.187
  108. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.183; Əmin, Siyreye Məsuman, h.ş 1376, c.5, s.66
  109. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.199
  110. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.275-2777
  111. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.199
  112. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.315
  113. İbn Əbil-Hədid, Nəhcül-bəlağənn şərhi, h.q 1385, c.1, s.18 və c.15, s.274
  114. Səduq, Xisal, h.ş 1362, s.168; Səduq, Əl-Əmali, h.q 1417, s.169; Səduq, İləluş-şəraye, h.ş 1385, s.234
  115. Malik ibn Ənəs, Muvəttə, h.q 1425, s.10
  116. İbn Həcər, Əs-Səvaiqul-muhriqə, h.q 1417, c.2, s.586
  117. Şəkiə, Əl-Əimmətul-ərbəə, h.q 1417, c.2, s.8
  118. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.20-21
  119. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.245
  120. Müslim Nişaburi, Səhih-Muslim, c.8, s.170
  121. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.245; Müslim Nişaburi, Səhih-Muslim, c.8, s.170
  122. Müfəzzəl ibn Ömər, Tövhid Müfəzzəl, h.ş 1379, s.41
  123. Məclisi, Biharul-ənvar, c.1, s.214-226
  124. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.67
  125. Şeyx Ənsari, Fəraidul-islam, h.q 1419, c.4, s.59-61
  126. İmam Xomeyni, Əl-Hökumətul-İslamiyyə, h.q 1429\m.2008, s.115-121; Misbah Yəzdi, Neqahi qozəra be nəzəriyyey vilayəti fəqih, h.ş 1391, s.100
  127. İbn Şöbe Hərrani, Tuhəful-uqul, h.q 1404, c.1, s.259
  128. İbn Şöbe Hərrani, Tuhəful-uqul, h.q 1404, c.1, s.305
  129. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.8
  130. Hürr Amili, Vəsailuş-şiə, c.8, s.503
  131. Zəhəbi, Təzkirətul-Huffaz, h.q 1419, c.1, s.126
  132. İbn Şəhr Aşub Mazandarani, Mənaqib, h.q 1379, c.4, s.248
  133. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.q 1415, c.1, s.194
  134. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1385, c.1, s.18
  135. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.206
  136. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.206
  137. Səduq, Əl-Etiqadat, h.q 1413, s.98
  138. İbn Şəhr Aşub Mazandarani, Mənaqib, h.q 1379, c.4, s.280; Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-imamət, h.q 1413, s.246; Seyyid ibn Tavus, İqbalul-əmal, h.q 1414, c.1, s.214
  139. Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.132
  140. Mufid, Təshihu etiqadatil-İmamiyyə, h.q 1413, c.131 və 132
  141. Amili, Əs-Səhihu min siyrətin-Nəbi, h.q 1426, c.33, s.185-191
  142. Mufid, Əl-İrşad, h.ş 1372, c.2, s.180
  143. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.282 və 283
  144. Pişvayi, Siyreye pişvayan, h.ş 1383, s.414
  145. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.282-283
  146. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.1888
  147. Nobəxti, Firəquş-şiə, h.ş 1353, s.66-79
  148. رازی، «رسمی شدن شهادت امام صادق(ع) از آثار جاودانه آیت الله کاشانی است»، پایگاه اطلاع‌رسانی مرکز بررسی‌های اسلامی
  149. پیاده‌روی مراجع عظام تقلید در عزای صادق آل محمد(ع), Mehr xəbər agentliyi
  150. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.218
  151. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.2
  152. Tehrani, İmamşenasi, c.19, s.15
  153. Əmin, Əyanuş-şiə, c.1, s.663
  154. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.218-219
  155. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.218-219
  156. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.219
  157. Paketçi, Cəfər Sadiq (ə), İmam, s.219
  158. Əsəd, İmam Sadiq (ə) və məzahibe əhli-sünnət, Tərcümə: Məhəmməd Hüseyn Sərəncam və başqaları, h.ş 1390
  159. Müzəffər, Səfəhati əz zendeqaniye İmam Cəfər Sadiq, Tərcümə: Seyyid Ələvi, h.ş 1372
  160. گزارشی از موسوعه الامام الصادق علیه السلام, hawzah.net saytı
  161. نگاه کنید به معمای همایش اسلام‌شناسی استراسبورگ

Ədəbiyyat

  • Əlqabur-Rəsul və itrətuhu, Qum, h.q 1406
  • Əbül-Fərəc İsfahani, Məqatilut-talibin, Beyrut, m.1987\h.q1408
  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1385
  • İbn Həcər, Əhməd ibn Məhəmməd, Əs-Səvaiqul-muhriqə, Təhqiq: Əbdür-Rəhman ibn Abdullah, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1429\m.2008
  • İbn Şəhr Aşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə, 1-ci çap, h.q 1379
  • İbn Qüteybə, Əbdullah ibn Müslim, Əl-Məarif, Qahirə, m.1992
  • İrbili, Əli ibn Musa, Kəşful-ğummə, Qum, h.q 1379
  • İmam Xomeyni, Seyyid Ruhullah, Əl-Hökumətul-İslamiyyə, Tehran, 9-cu çap, h.q 1429\m.2008
  • Əmin, Seyyid Möhsin, Siyreye məsuman, Tərcümə: Hüseyn Vicdani və Əli Höccəti Kermani, Tehran, Suruş nəşriyyatı, h.ş 1376
  • بررسی تطبیقی سازمان دعوت عباسیان و سازمان وکالت امامیه, nashriyat.ir saytı
  • پیاده‌روی مراجع عظام تقلید در عزای صادق آل محمد(ع), Mehr saytı
  • Paketçi, Əhməd, Cəfər Sadiq (ə), İmam, cild 18, h.ş 1389
  • Pişvayi, Mehdi, Siyreye pişvayan, Qum, İmam Sadiq (ə) müəssisəsi, 16-cı çap, h.ş 1383
  • Cahiz, Əmir ibn Bəhr, Rəsailul-Cahiz, Beyrut Məktəbətul-hilal, m.2002
  • Cabbari, Məhəmməd Rza, Sazmane vəkaləte əime, Qum, İmam Xomeyni müəssisəsi, h.ş 1382
  • Cəfəriyan, Rəsul, Həyate fikriye siyasiye İmamane şie, Tehran, Elm, 3-cü çap, h.ş 1393
  • Heydər, Əsəd, İmam Sadiq və məzahibe əhli-sünnət, Tərcümə: Məhəmməd Hüseyn Sərəncam və başqaları, Qum, h.ş 1390
  • «چرا به امام صادق علیه السلام، رئیس مذهب جعفری گفته می شود؟», emamat.org saytı
  • Razi, Məhəmməd Şərif, «رسمی شدن شهادت امام صادق(ع) از آثار جاودانه آیت الله کاشانی است»
  • Şakiri Mehdi, «معمای همایش اسلام‌شناسی استراسبورگ»
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Təzkirətul-Huffaz, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1419
  • Şəkiə, Mustafa, Əl-Əimmətul-ərbəə, Qahirə, Darul-kitab, 4-cü çap, h.q 1417
  • Şüştəri, Məhəmməd Təqi, Risalətun fi təvarixin-Nəbi vəl-Al, Qum, Cameə müdərrisin h.q 1423
  • Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Təhqiq: Əmir Əli Mehna və Əli Həsən Faur, Beyrut, Darul-mərifə, h.q 1415
  • Şəhidi, Seyyid Cəfər, Zendeqaniye İmam Sadiq (ə), Tehran, Dəftəre nəşr fərhənge İslami, h.ş 1378
  • Şeyx Ənsari, Mürtəza ibn Məhəmməd Əmin, Fəraidul-usul, Qum, Məcməul-fikril-İslami, h.q 1419
  • Sabiri, Hüseyn, Tarixe firəqe İslami, Tehran, Səmt, h.ş 1388
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Etiqadat, Qum, h.q 1413
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Qum, Əl-Besət müəssisəsi, h.q 1417
  • Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, 1-ci çap, h.ş 1385
  • Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1359
  • Səduq, Məhəmməd ibn Əli, Xisal, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, 1-ci çap, h.ş 1362
  • Təbərsi, Əhməd ibn Əli, İhticac, Təhqiq və düzəliş: Məhəmməd Baqir Xorasan, Məşhəd, Mürtəza nəşri, 1-ci çap, h.q 1403
  • Təbərsi, Əhməd ibn Əli, İlamul-vəra, Qum, h.q 1417
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarix-Təbəri, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut
  • Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Təhqiq: Həsən Əl-Müsəvi Xorasan, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Düzəliş: Cavad Qəyyumi İSfahani, Qum, Dəftəre nəşre İslami, 3-cü çap, h.ş 1373
  • Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-nəbi, Qum, Darul-hədis, h.q 1426
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, İrşadut-talibin, Qum, h.q 1405
  • Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rövzətul-vaizin, Qum, 1-ci çap, h.ş 1375
  • Kəşşi, Ricalul-Kəşşi, Düzəliş: Şeyx Tusi və Həsən Müstəfəvi, Məşhəd, 1-ci çap, h.q 1409
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Malik ibn Ənəs, Muvəttə, Təhqiq: Məhəmməd Mustafa Əzəmi, h.q 1425
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Neqahi qozəra be nəzəriyyeye vilayət-fəqih, Qum, İmam Xomeyni müəssisəsi, 26-cı çap, h.ş 1391
  • Müzəffər, Məhəmməd Hüseyn, Səfəhati əz zendeqaniye İmam Cəfər Sadiq, Tərcümə: Seyyid Ələvi, h.ş 1372
  • Müzəffər, Məhəmməd Hüseyn, Əl-İmamus-Sadiq, Qum, İslami nəşr müəssisəsi
  • Müfəzzəl ibn Ömər, Tövhid Müfəzzəl, Tərcümə: Əllamə Məclisi, Tehran, 1-ci çap, h.ş 1379
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Təhqiq: Əli Əkbər Ğəffari və Mahmdu Mühərrəmi, Qum, 1-ci çap, h.q 1413
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.ş 1372
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Təshihul-etiqad, Qum, h.q 1413
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Qum, Came müdərrisin, h.q 1416
  • Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Tərcümə: Məhəmməd Cavad Məşkur, Tehran, h.ş 1353

Xarici keçid