Həzrət Fatimənin (ə) ləqəb və künyələrinin siyahısı

wikishia saytından
(Həzrət Zəhranın (ə) künyələri səhifəsindən yönləndirilmişdir)
Tuffahətul-firdovs (tərcümə: Cənnət alması; Həzrət Fatimənin (ə) ləqəblərindən biri. Divani xətti ilə)
Bu məqalə Həzrət Fatimənin (ə) ləqəb və künyələri haqdadır. Şəxsiyyəti barədə məlumat almaq üçün Həzrət Fatimə (ə) məqaləsinə daxil olun.

Həzrət Fatimənin (ə) ləqəb və künyələrinin siyahısı məqaləsi ziyarətnamərəvayətlərdə Həzrət Fatiməyə (ə) müraciət etmək üçün istifadə edilən ləqəb və künyələrinin toplusudur. Zəhra, Bətul, Seyyidətu Nisail-AləminKəvsər ləqəblər arasında ən məşhuru, Ümmü Əbiha isə onun ən məşhur künyələsidir.

Adları

Fatimə (Fətəmə kökündən) bir şeyi başqa bir şeydən ayırıb kəsmək mənasındadır və hədislərdə Həzrət Fatiməni (s) bu adla çağırmağ üçün bir neçə vəch zikr olunmuşdur. İmam Sadiqdən (ə) nəql olunur: “Fatimənin (s) Allah yanında 9 adı vardır: Fatimə Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Muhəddəsə və Zəhra.[1] Görünür, bu rəvayətdə adın mənası həm ad, həm də ləqəbdir.

Künyələri

İbn Şəhraşubun Mənaqib kitabında Həzrət Fatimə (ə) üçün bir neçə künyə qeyd edilmişdir:[2]

Ümmül-Həsən - ام الحسن Ümmül-Hüseyn - ام الحسین Ümmül-Möhsin - ام المحسن Ümmül-Əimmə - ام الائمه Ümmi Əbiha - ام ابیها

Ləqəbləri

Hədis və ziyarət mənbələrində Həzrət Fatimə (ə) üçün bir neçə ləqəb qeyd edilmişdir:[3]

Say Ləqəb Məna
1. Zəhra - زَهراء Parıldayan və nurani
2. Əzra - عَذراء İffətli, Həyalı
3. Məsumə - معصومَه Günahdan məsum
4. Həvrau İnsiyyə - حَوراء إنسیّه İnsan cildindiə huri
5. Hürrə - حُرَّه Azad
6. Mübarəkə - مُبارَکه Bərəkətli
7. Bətül - بَتُول Bir sıra hədislərə əsasən, həzrət Fatimə (ə) heyz olmadığı üçün ona “Bətul” deyilmişdir.[4]
8. Tahirə - طاهِرَه Pak
9. Həsan - حَصَان İffətli xanım
10. Zəkiyyə - زََکیَّه Pakizə
11. Məryəm Kübra - مَریم کُبری Böyük Məryəm
12. Raziyə - راضیَه Razı (İlahi təqdirə)
13. Siddiqə - صِدّیقَه Çox düz danışan
14 Mərziyyə - مَرضیَّه Allahın razı olduğu kəs
15. Nuriyyə - نوریَّه Nurani
16. Rəziyyə - رَضیَّه
17. Səmaviyyə - سَماویَّه Asimani xanım
18. Seyyidətu Nisail-Aləmin - سَیدة نِساء العالَمین Dünya xanımlar xanımı
19. Haniyə - حانیَه Çox mehriban
20. Mənsurə - مَنصورَه Kömək olunmuş
21. Mühəddəsə - مُحَدَّثَه Mələklərin danışdığı kəs
22. Zahidə - زاهِدَه Zahid
23. Təyyibə - طَیّبَه Pak, zülal
24. Ümmi-Əbiha - اُمّ اَبیها Atasının anası
25. Təqiyyə - تَقیَّه Pərhizkar
26. Bərrə - بَرَّه Xeyirxah
27. Mütəhhərə - مُطَهَّرَه Pak
28. Şəhidə - شَهیدَه Şəhid xanım
29. Sadiqə - صادِقَه Düz danışan
30. Rəşidə - رَشیدَه Dərrakəli, müdrik
31. Fazilə - فاضِلَه Fəzilətli
32. Nəqiyyə - نَقیَّه Xalis, nadir
33. Əlimə - عَلیمَه Bilikli, alim
34. Məhdiyyə - مَهدیَّه Hidayət olmuş
35. Səfiyyə - صَفیَّه Xalis
36. Abidə - عابدَه Abid (ibadət edən)
37. Mütəhəccidə - Gecə oyaq qalan
38. Qanitə - قانِتَه Daim Allaha itaət edən

Bəzi qədimi mənbələrdə Həzrət Fatimə (ə) üçün başqa ləqəblər də qeyd edilmişdir, məsələn: Seyyidə, Qaimə, Şahidə, Saimə, Vəliyyə, Zakiyə, Səlimə, Həlimə, Həbibə, Cəmilə, Həfifə, Salihə, Nəsibə, Şərifə, Mukərrəmə, Alimə, Fatihə, Munimə, Daiyə, Muəllimə, Şafiə, Cahidə, Nasihə, Müctəhidə, Raqiyə, Nasiyə, Hazirə, Vafiyə.[5] Kövsər Həzrət Zəhranın (ə) başqa bir ləqəbidir ki, Kövsər surəsindən götürülmüşdür.[6] Əhməd Rəhmani Həmədani özünün "Fatimətuz-Zəhra behcətu qəlbil-Mustafa (s)" kitabında Nəqdinin "Zeynəbul-kübra", Cəzairinin "Xəsasisuz-Zeynəbiyyə", Məhəmməd Hüseyn Ğərəvinin "Əl-Ənvarul-qudsiyyə" divanı və Seyyid Əbdül-Hüseyn Şərufiddinin "Əqiylətul-vəhy" kitabından Həzrət Fatimə (ə) üçün 49 ləqəb nəql etmişdir.[7]

Əlaqəli məqalə

İstinadlar

  1. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.43, s.10
  2. İbn Şəhraşub, Mənaqib, h.ş 1379, c.3, s.357
  3. İbn Şəhraşub, Mənaqib, h.ş 1379, c.3, s.357; Seyyid ibn Tavus, İqbalul-Əmal, fi ziyarətis-seyyidətiz-Zəhra (ə), h.q 1417, s.112
  4. Şeyx Səduq, Məamil-əxbar, h.q 1403, s.64; Təbəri Amili, Dəlailul-İmamə, h.q 1413, s.54
  5. Ənsari Zəncani, Əl-Musuətul-kübra, h.q 1428, c.18, s.346
  6. Ənsari Zəncani, Əl-Musuətul-kübra, h.q 1428, c.22, s.25
  7. Əhməd Rəhmani Həmədani, Fatimətuz-Zəhra behcətu qəlbil-Mustafa (s), h.ş 1378, s.636-637

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib, Qum, Əllamə nəşri, h.q 1379
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Qum, h.q 1421
  • Ənsari Zəncani, İsmail, Əl-Musuətul-kübra, Qum, h.q 1428
  • Rəhmani Həmədani, Əhməd, Fatimətuz-Zəhra (ə) behcətu qəlbil-Mustafa (s), Tehran, h.ş 1378
  • Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, h.q 1417
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Tehran, İslamiyyə, 2-ci çap, h.ş 1363
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Məanil-əxbar, Qum, Camiə Mudərrisin, h.q 1403
  • Təbəri Amili Səğir, Muhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum