Səqəleyn

wikishia saytından
(Səqələyn səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Səqəleyn barəsindədir. Səqəleyn hədisi ilə bağlı məlumat almaq üçün bu məqaləyə daxil olun: Səqəleyn hədisi

Səqəleyn (ərəbcə: الثقلين) və ya Siqleyn kəlməsi QuranƏhli beytə (ə) işarə edir. Peyğəmbər (s) Səqəleyn hədisində öz ümmətinə onlara itaət etməyi əmr edir. Bu kəlmə qeyd olunan hədisdən götürülmüşdür.

“Siql” kəlməsi lüğətdə yük,[1] “siqəl” kəlməsi ağırlıq,[2] “səqəl” kəlməsi isə qiymətli bir şey mənasındadır.[3] Buna görə də “səqəleyn” kəlməsini iki qiymətli və dəyərli şey olaraq mənalandırırlar. “Səqəlan” kəlməsi Ər-Rəhman surəsinin 31-ci ayəsində gəlmişdir və təfsirçilər bu kəlmədən məqsədin insan və cin olmaqla iki qrup olduğunu bildirirlər.[4] Eyni halda da, bir qrup alim “səqəlan” kəlməsindən məqsədin Quran və Əhli-beyt (ə) olduğunu düşünür.[5]

Peyğəmbər (s) Səqəleyn hədisində, öz ümmətinə heç vaxt azğınlığa düşməmək üçün onların arasında qoyub getdiyi iki qiymətli şeydən (Quran və Əhli beytdən (ə)) (möhkəm) tutmağı tapşırır.[6] Bu hədisin bəzi nəqllərində, Peyğəmbər (s) Quranıböyük siql”, Əhli beyti (ə) isə “kiçik siql” olaraq tanıtdırır.[7]

İstinadlar

  1. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.11, s.85
  2. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.11, s.85
  3. Qərəşi, Qamuse Quran, h.q 1412, c.1, s.307-310
  4. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1415, c.4, s.447; Əbul-Futuh Razi, Təfsiru rəvzil-cinan, h.ş 1387, c.10, s.396
  5. Qumi, Təfsirul-Qumi, h.q 1405, c.2, s.345; Bəhrani, Əl-Burhan, h.q 1334, c.4, s.267
  6. Nəsai, Əs-Sunənul-kübra, h.q 1411, c.5, s.45; Kuleyni, Əl-Kafi, c.1, s.294
  7. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.5

Ədəbiyyat

  • Quran
  • İbn Kəsir, Təfsirul-Quranil-Əzim, Beyrut, h.q 1415
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Düzəliş: Əhməd Fars, Beyrut, h.q 1414
  • Əbul-futuh Razi, Təfsiru rəvzil-cinan, Tehran, h.ş 1387
  • Bəhrani, Haşim ibn Süleyman, Əl-Burhan, Düzəliş: Mahmud ibn Cəfər Musəvi, Tehran, h.ş 1334
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, h.q 1380
  • Qərəşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1412
  • Qumi, əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə
  • Nəsai, Əhməd ibn Şüeyb, Əs-sunənul-kübra, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411