Məzmuna keç

İmam Əlinin (ə) Əşəs ibn Qeysə göndərdiyi məktub

wikishia saytından

İmam Əlinin (ə) Əşəs ibn Qeysə göndərdiyi məktub, (ərəbcə: رسالة الإمام علي إلى الأشعث بن قيس) Nəhcül-Bəlağədə yer alan məktublardan biridir. Bu məktubda İmam Əli (ə), Osman ibn Əffanın öldürülməsiniTəlhə ilə Zübeyrin beyətini pozmasını xatırladaraq, Azərbaycan valisi olan Əşəs ibn Qeysə onunla beyət etməsini istəyir.[1] Məktubun sonunda da İmam Əli (ə) Əşəsi beytül-mala qarşı diqqətli olmağa çağırır və ona bu barədə xəbərdarlıq edir.[2] Nəhcül-Bəlağə şərhçisi Ayətullah Məkarim Şirazi bu məktubun əsas məsələsinin İslam hakimiyyətində vəzifələrin Allahın bir əmanəti olması və onların şəxsi mənfəət və insanlara zülm etmək üçün sui-istifadə edilməməsi ilə bağlı olduğunu bildirir.[3] İmam Əli (ə) bu məktubu hicri 36-cı ildə, Cəməl döyüşündən sonra yazmış[4] və onu Əşəsə, Ziyad ibn Mərhəb Həmədani vasitəsilə göndərmişdir.[5]

Tarixçi İbn Əsəm Kufinin (vəfatı: hicri 320-dən sonra) "əl-Futuh" və Nəsr ibn Müzahimin (hicri 2-ci əsr) "Vəqətu Siffeyn" kitablarında bu məktub az fərqlə qeyd olunmuşdur.[6] Seyid Rəzi isə yalnız məktubun son cümlələrini Nəhcül-Bəlağədə gətirmişdir.[7] Bu məktub, Sübhi Saleh, Feyzül-İslam, İbn Meysəm və digər tədqiqatçılar tərəfindən beşinci məktub kimi təsnif edilmişdir.[8]

Əşəs ibn Qeys Kindi (vəfatı: hicri 40-cı il) Azərbaycanın fəthində iştirak etmiş və hicri 25-ci ildə Osman ibn Əffan tərəfindən Azərbaycanın valisi təyin edilmişdi.[9] Tarixçilərin bildirdiyinə görə, Əşəs, Osman ibn Əffanın icazəsi ilə hər il Azərbaycanın xəracından 1000 dirhəmi özünə götürürdü.[10] İmam Əli (ə) hakimiyyətinin əvvəlində onu vəzifəsindən azad etməmişdi.[11]

Tarixi rəvayətlərə əsasən, Əşəs İmam Əlinin (ə) məktubunu öz yoldaşlarına oxuduqdan sonra, onlar onu İmam Əli (ə) ilə beyət etməyə təşviq etdilər. Lakin Əşəs, əgər İmam Əlinin (ə) yanına getsə, Azərbaycanın vəsaitlərini onun əlindən alacağından qorxduğunu, amma Müaviyənin yanına getsə, onun heç nə tələb etməyəcəyini söylədi.[12] Bu nəqlə əsasən, o, dediyi sözlərinə görə yoldaşları tərəfindən məzəmmət edildikdən sonra peşman oldu.[13] Tarixçilərin bildirdiyinə görə, Əşəs, Kufəyə doğru yola düşdü. İmam Əli (ə), Əşəsin yanında olan beytul-mal vəsaitlərini ondan geri aldı və onu vəzifəsindən azad etdi.[14]

Məktubun mətni

İstinadlar

  1. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.503
  2. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.503; İbn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.20
  3. Məkarim Şirazi, Peyame Əmirəl-möminin, h.ş 1386, c.9, s.67
  4. Ağazadə, Hokuməte Əşəs ibn Qeys dər Azərbaycan, s.34
  5. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.503
  6. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.503; İbn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.20
  7. Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, 5-ci məktub, s.366
  8. Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, 5-ci məktub, s.366; Nəhcül-bəlağə, Düzəliş və tərcümə: Feyzül-İslam, 5-ci məktub, c.5, s.389; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.4, s.33; İbn Meysəm, Nəhcül-bəlağənin şərhi, h.q 1404, s.4, s.350; Əbdəh, Nəhcül-bəlağənin şərhi, h.q 1404, Qahirə, c.3, s.7; Muğniyə, Fi Zilali Nəhcil-bəlağə, m.1979, c.3, s.388
  9. Bəlazuri, Futuhul-buldan, m.1957, c.2, s.420
  10. Ağazadə, Hokuməte Əşəs ibn Qeys dər Azərbaycan, s.30
  11. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.200
  12. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.503; İbn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.21
  13. İbn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.21; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.504
  14. Ağazadə, Hokuməte Əşəs ibn Qeys dər Azərbaycan, s.38

Ədəbiyyat

  • Ağazadə, Cəfər, Hokuməte Əşəs ibn Qeys dər Azərbaycan, h.ş 1397
  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, Qum
  • İbn Əsəm Kufi, Məhəmməd ibn Əli, Əl-Futuh, Beyrut, Darul-əzva, h.q 1411
  • İbn Muzahim, Nəsr, Vəqəətu Siffeyn, Qum, h.q 1404
  • İbn Meysəm, Meysəm ibn Əli, Nəhcül-bəlağənin şərhi, Tehran, Dəftəre nəşrul-kitab, h.q 1404
  • Bəlazuri, Yəhya, Futuhul-buldan, Qahirə, m.1957
  • Seyid Rəzi, Məhəmməd ibn Hüseyn, Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, Qum, Hicrət, h.q 1414
  • Əbdəh, Məhəmməd, Nəhcül-bəlağənin şərhi, h.q 1404, Qahirə,
  • Feyzül-İslam İsfahani, Əli Nəqi, Nəhcül-bəlağənin şərhi və tərcüməsi, h.ş 1368
  • Muğniyə, Məhəmməd Cavad, Fi Zilali Nəhcil-bəlağə, Beyrut, Darul-elm, m.1979
  • Məkarim Şirazi, Nasir, Peyame Əmirəl-möminin, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1386
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir