Məzmuna keç

İmam Əlinin (ə) Osman ibn Hünəyfə yazdığı məktub

wikishia saytından

İmam Əlinin (ə) Osman ibn Hünəyfə məktubu (ərəbcə: رسالة الإمام علي إلى عثمان بن حنيف) o Həzrətin Bəsrədəki nümayəndəsi Osman ibn Hünəyfə ünvanladığı məktubudur. Bu məktub "Nəhcül-bəlağə"dəki məktublardan biridir və onun əsas diqqəti Osman ibn Hünəyfin kasıbların iştirakı olmadan keçirilən əzəmətli bir məclisdə iştirak etməsini məzəmmət etməkdir.[1] Bəzi tədqiqatçılar bu məktubu dinin maksimalist nəzəriyyəsinin ən güclü nümunəsi hesab ediblər.[2] Həmçinin bu məktubdan İmam Əlinin (ə) siyasət və idarəetmə sahəsindəki şəxsiyyətini anlamağın mümkün olduğu bildirilmişdir.[3] Bu səbəbdən, İslam siyasi nəzəriyyəsini izah edən kitablarda bu məktuba işarə edilmişdir.[4] Bu məktubda İmam Əlinin (ə) idarəçilik üslubu açıq şəkildə bəyan edildiyi üçün onu İmam Əlinin (ə) valiləri üçün yazdığı ən mühüm məktublardan biri hesab edirlər.[5]

"Nəhcül-Bəlağə"nin əksər nüsxələrində bu məktub 45-ci məktub olaraq qeydə alınmışdır.[6]

Məktubun nömrəsi[7] Nüsxənin adı
45 Əl-Mucəmul-müfəhrəs, Saleh Sübhi, Feyzul-İslam, Xoi, Molla Saleh, İbn Əbil-Hədid, Əbdəh
44 Xoyi, İbn Meysəm, Fi zilal
48 Molla Fəthullah

İmam Əlinin (ə) bu məktubda riayət etməyi tövsiyə etdiyi bəzi məqamlar aşağıdakılardır: İffət, təqva, yoxsullara diqqət yetirmək, nəfsin istəklərinə nəzarət etmək, qənaət, israfdan çəkinmək, xalqın dərdinə şərik olmaq, sadə həyat tərzi sürmək, İmamın həyat tərzinə tabe olmaq və dəvətlərə, ziyafətlərə qarşı həssas olmaq.[8]

Bu məktubda təkcə təmtəraqlı həyat tərzinin fəsadları araşdırılmır, həm də ona qarşı mübarizə yolları göstərilir.[9] Tədqiqatçılara görə, bu məktub təmtəraqlı yaşama qarşı münasib əxlaqi və ictimai bir model təqdim etmişdir.[10]

İmam Əlinin (ə) Osman ibn Hünəyfə yazdığı məktubun bəzi hissələri Şeyx Səduqun[11] "Əmali" kitabında və digər əsərlərdə nəql olunmuşdur.[12] Bəzi tədqiqatçıların fikrincə, bu məktub İmam Əlinin (ə) hakimiyyətinin əvvəlində, hicri 36-cı ildə Osman ibn Hünəyfə yazılmışdır.[13] "Nəhcül-Bəlağə"nin tam tərcümə və şərhlərində bu məktuba geniş yer ayrıldığı kimi, həm fars, həm də ərəb dillərində bu məktuba ayrıca tərcümə və şərhlər də yazılmışdır. Onlardan bəziləri bunlardır:

  • "İmam Əlinin (ə) Bəsrə valisi Osman ibn Hünəyfə yazdığı açıq məktubu", Məhəmməd Məhəmmədi İştihardinin qələmə aldığı əsər;[14]
  • "İdarəçilik və təqva", Mustafa Dilşad Tehraninin əsəri;[15]
  • "İmam Əmirəl-mömininin (ə) Osman ibn Hünəyf Ənsariyə yazdığı məktubun şərhi", Haşim Milani tərəfindən yazılmış əsər;[16]
  • "Əli (ə) və hakimiyyətin məmurları", Əli Əkbər Həmidzadənin əsəri.[17]

Məktubun mətni

İstinadlar

  1. Müntəziri, Dərshayi əz Nəhcül-bəlağə, h.ş 1395, c.13, s.120
  2. Mənsuri Laricani, İrfane siyasi, h.ş 1385, s.57
  3. İtrəd Dust və Mehdiyə Əhmədi, Rahkarhaye müqabilə ba əşrafgəri bə məbnaye təhlile möhtəvaye nameye İmam Əli (ə) be Osman ibn Hüneyf, s.89-90
  4. Nümunə üçün baxın: Mənsuri Laricani, İrfane siyasi, h.ş 1385, s.56-57; Əxlaqi, Rabiteye qüdrət və ədalət dər fiqhe siyasi, h.ş 1390, s.275; İrəvani, Məbaniye fiqhi iqdisade İslami, h.ş 1393, s.362; Mürtəzəvi, Daneşnameye İmam Xomeyni, h.ş 1400, c.2, s.6743
  5. İtrəd Dust və Mehdiyə Əhmədi, Rahkarhaye müqabilə ba əşrafgəri bə məbnaye təhlile möhtəvaye nameye İmam Əli (ə) be Osman ibn Hüneyf, s.70-71
  6. Baxın: Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs, h.ş 1375, s.515
  7. Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs li-əlfazi Nəhcül-bəlağə, h.ş 1375, s.515
  8. Baxın: Nəhcül-bəlağə, 45-ci məktub, h.q 1414, s.416-420
  9. İtrəd Dust və Mehdiyə Əhmədi, Rahkarhaye müqabilə ba əşrafgəri bə məbnaye təhlile möhtəvaye nameye İmam Əli (ə) be Osman ibn Hüneyf, s.90
  10. İtrəd Dust və Mehdiyə Əhmədi, Rahkarhaye müqabilə ba əşrafgəri bə məbnaye təhlile möhtəvaye nameye İmam Əli (ə) be Osman ibn Hüneyf, s.70
  11. Şeyx Səduq, əl-Əmali, h.ş 1376, s.620-623
  12. Başqa mənbələrə baxmaq üçün bu məktuba baxın: Əl-Hüseyni Əl-Xətib, Məsadiru Nəhcil-bəlağə, h.q 1409, c.3, s.362
  13. Nəhcül-bəlağə, 45-ci məktubu, farsca tərcümə: Məhəmməd Dəşti, h.ş 1379, s.553
  14. Məhəmməd Məhəmmədi İştihardi, Nameye sərqoşade İmam Əli (ə) be Osman ibn Hüneyf, h.ş 1383
  15. Dilşad Tehrani, Zəmamdari və parsayi, h.ş 1397
  16. Haşim Milani, Şərhu kitabi Əmiril-möminin ila Osman ibn Hüneyf Əl-Ənsari, h.q 1433
  17. Həmidzadə, Əli və karqozaraen hokumət, h.ş 1389

Ədəbiyyat

  • Nəhcül-bəlağə
  • Əxlaqi, Ğulam Sərvər, Rabiteye qüdrət və ədalət dər fiqhe siyasi, Qum, Əl-Mustafa nəşri, h.ş 1390
  • Əl-Hüseyni Əl-Xətib, Seyyid Əbdüz-Zəhra, Məsadiru Nəhcil-bəlağə, Beyrut, Daruz-Zəhra, h.q 1409
  • İrəvani, Cavad, Məbaniye fiqhi iqdisade İslami, Məşhəd, h.ş 1393
  • Həmidzadə, Əli Əkbər, Əli və karqozaraen hokumət, İsfahan, Oqyanuse mərifət, h.ş 1389
  • Dəşti Məhəmmədi və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs li-əlfazi Nəhcül-bəlağə, Qum, h.ş 1375
  • Dilşad Tehrani, Mustafa, Zəmamdari və parsayi, Tehran, Dərya, h.ş 1397
  • İtrəd Dust və Mehdiyə Əhmədi, Rahkarhaye müqabilə ba əşrafgəri bə məbnaye təhlile möhtəvaye nameye İmam Əli (ə) be Osman ibn Hüneyf
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
  • Məhəmməd Məhəmmədi İştihardi, Nameye sərqoşade İmam Əli (ə) be Osman ibn Hüneyf, Qum, Əxlaq, h.ş 1383
  • Mürtəzəvi, Seyyid Ziya, Daneşnameye İmam Xomeyni, Tehran, h.ş 1400
  • Müntəziri, Hüseynəli, Dərshayi əz Nəhcül-bəlağə, Tehran, Sərayi nəşriyyatı, h.ş 1395
  • Mənsuri Laricani, İsmail, İrfane siyasi, Tehran, Mehdiyyul-Quran, h.ş 1385
  • Haşim Milani, Şərhu kitabi Əmiril-möminin ila Osman ibn Hüneyf Əl-Ənsari, h.q 1433

Xarici keçidlər