Məzmuna keç

İmam Əlinin (ə) Səhl ibn Hünəyfə yazdığı məktub

wikishia saytından
İmam Əlinin (ə) Səhl ibn Hünəyfə yazdığı məktub

İmam Əlinin (ə) Səhl ibn Hünəyfə yazdığı məktub, (ərəbcə: رسالة الإمام علي إلى سهل بن حنيف) o Həzrətin Səhl ibn Hünəyfin tərəfdarlarından bəzilərinin Müaviyəyə qoşulmasından sonra ona təsəlli vermək üçün yazılmış məktublarından biridir.[1] İmam Əli (ə) bu məktubda Mədinədə olan valisi Səhlə yazır ki, Mədinə əhalisinin bir qisminin Müaviyəyə qoşulmasından narahat olmasın. Çünki onlar zülmdən xilas olmaq və ədalətə nail olmaq üçün Müaviyəyə qoşulmayıblar. Buna görə ki, onlar hakimiyyətin ədalətini, xalqla bərabər rəftar etdiyini gördülər. Daha doğrusu, dünya malına yiyələnmək üçün Müaviyənin yanına getdilər və yolunu azdılar.[2]

Səhl ibn Hünəyf Peyğəmbərin (s) səhabələrindən, İmam Əlinin (ə) Mədinədəki valisi[3] və "Şurtətul-Xəmis"[4] (Xəmis milisləri)nin bir üzvü idi.

İmam Əlinin (ə) Səhl ibn Hünəyfə yazdığı məktubu şiəsünnilərin müxtəlif mənbələrində qeyd edilib. Lakin Seyid Rəzinin "Nəhcül-Bəlağə"də nəql etdiyi mətn, 3-cü hicri-qəməri əsrin tarixçisi Bəlazurinin "Ənsabul-Əşraf"[5] kitabında və Yaqubinin "Tarix Yaqubi"də yazdıqları mətnlə bir qədər fərqlidir. Bu məktub, İbn Meysəmin versiyasında 69-cu,[6] İbn Əbil-Hədid,[7] Əllamə Məclisi,[8] Məhəmməd Əbdüh,[9] Sübhi Saleh və Feyzül-İslamın[10] versiyalarında isə 70-ci[11] məktub kimi qeyd edilmişdir.

İstinadlar

  1. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.66; Bəlazuri, Ənsabul-əşraf, h.q 1396, c.2, s.157
  2. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, 70-ci məktub, s.461
  3. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.66; Bəlazuri, Ənsabul-əşraf, h.q 1396, c.2, s.157
  4. Bərqi, Ricalul-Bərqi, h.ş 1342, s.4
  5. Bəlazuri, Ənsabul-əşraf, h.q 1396, c.2, s.157
  6. İbn Meysəm, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.5, s.225
  7. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.18, s.52
  8. Məclisi, Şərhu Nəhcil-bəlağə..., h.q 1408, c.3, s.307
  9. Əbdəh, Nəhcü-bəlağə, c.3. s.144
  10. Feyzul-İslam, Nəhcül-bəlağənin şərhi və tərcüməsi, h.ş 1368, c.5, s.1071
  11. Nəhcül-bəlağə, Saleh Sübhi, 70-ci məktub, s.461

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Qum, 1-ci çap, h.q 1404
  • İbn Meysəm, Meysəm ibn Əli, Nəhcül-bəlağənin şərhi, Tehran, Nəşrul-kitab, h.q 1404
  • Bərqi, Əhməd ibn Məhəmməd, Ricalul-Bərqi, Tehrab, h.ş 1342
  • Bəlazuri, Əhməd ibn Əli, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, 1-ci çap, h.q 1396
  • Seyid Rəzi, Məhəmməd ibn Həsən, Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, Qum, Hicrət, 1-ci çap, h.q 1414
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Düzəliş: Qəyyumi İsfahani, Qum, h.ş 1373
  • Əbdəh, Məhəmməd, Nəhcü-bəlağənin şərhi, Qahirə
  • Feyzul-İslam, Əli Nəqi, Nəhcül-bəlağənin şərhi və tərcüməsi, h.ş 1368
  • Məclisi, Məhəmməd Baqir, Şərhu Nəhcil-bəlağə..., Düzəliş: Əli Ənsariyan və Mürtəza Hazı Əli Fərd, Tehran, h.q 1408