Cinsi əlaqə

wikishia saytından
(Cima səhifəsindən yönləndirilmişdir)


Cinsi əlaqə (ərəbcə: الجماع) - insanın insanla və yaxud heyvanla cinsi yaxınlığı. İslam fiqhində cima, muvaqiə, vəty və duxul cinsi əlaqə mənasını daşıyır. Cima vaxtı cinsi orqan ən azı sünnət yerinədək içəri daxil olanda, cinsi əlaqə baş verir və bu zaman müəyyən şəriət qaydalarına riayət edilməlidir. Fəqihlər cinsi əlaqəni üç yerə- halal (məsələn, evililik kimi), haram (məsələn, zina kimi) və şübhəli (səhv etmək kimi)- bölmüş və onların hər biri üçün xüsusi hökümlər nəzərdə tutmuşlar. Onların fətvasına görə, vaginal və anal cinsi əlaqə cünub halına səbəb olur və bu haldan pak olmaq üçün cənabət qüslu almaq lazımdır. Kişinin öz həmcinsi (ləvat), qadının öz həmcinsi (musahiqə) və eləcədə insanın heyvanla (zoofiliya ) cinsi əlaqəsi haramdır. Həmçinin, həyat yoldaşı ilə anal cinsi əlaqə məkruhdur.

Tərifi və fiqhdə yeri

İslam fiqhində cinsi əlaqə cima, muvaqiə, vəty və duxul adlanır. Cinsi əlaqə insanla insan və ya insanla heyvan arasında baş verə bilər.[1] Fiqhin əksər bölmələrində, məsələn, təharət, oruc, etikaf, həcc, izdivac, talaq, zihar, ilaahudud bölmələrində cinsi əlaqəyə dair hökümlərdən söz açılır.[2] Əlbəttə, cinsi orqan ən azı sünnət yerinədək içəri daxil olanda, cinsi əlaqə baş verir və bu zaman müəyyən şəriət qaydalarına riayət edilməlidir.[3]

Cinsi əlaqənin növləri

İslam şəriətinə görə, cinsi əlaqə üç növə bölünür: halal cinsi əlaqə, şübhəli cinsi əlaqə və haram cinsi əlaqə. Bunların hər birinin xüsusi hökümləri var.[4]

Halal cinsi əlaqə

Şəriət qaydalarına söykənən cinsi əlaqə halal cinsi əlaqə sayılır. Şəriət qaydalarına əsaslanan cinsi əlaqələr: daimi nikah, müvəqqəti nikah, milkiyyət (kəniz sahibi olmaq) və təhlil (öz kənizini başqa birinin cinsi ləzzət alması məqsədi ilə halal etmək).[5]

Şübhəli cinsi əlaqə

Cinsi əlaqənin şəriət qaydalarına uyğun olduğunu güman edən kişi ilə qadının cinsi əlaqəsi, şübhəli cinsi əlaqə sayılır. Məsələn, bir kişi həyat yoldaşı olduğunu güman edərək səhvən yad qadınla cinsi əlaqəyə girir.[6]

Fəqihlərə görə, şübhəli cinsi əlaqəyə hədd (dini cəza) tətbiq edilmir.[7] Habelə, şübhəli cinsi əlaqədən sonra qadın iddə saxlamalıdır[8] və ona mehrül-misll şamil olur.[9] Sahibül-Cəvahirə görə, əgər təkcə kişi səhv edər, lakin qadın kişinin naməhrəm olduğunun bilərsə, ona mehrül-misl şamil olmaz.[10]

Haram cinsi əlaqə

Şəriət qaydalarına müvafiq olmayan, eləcədə bilərəkdən və ixtiyarla baş tutan cinsi əlaqə haram cinsi əlaqə sayılır.[11] Şəriətə müvafiq olmayan bəzi cinsi əlaqələri qeyd edirik: zina, ləvat, musahiqə, heyvanla cinsi əlaqə.[12] Habelə, heyz (aybaşı), nifas, orucihram halında cinsi əlaqə haramdır.[13]

Cinsi əlaqə və cənabət

Fəqihlərin fətvasına görə, vaginal və anal cinsi əlaqə cünub halına səbəb olur.[14] Eləcədə kişinin öz həmcinsi ilə cinsi əlaqəsi və ya heyvanla cinsi əlaqə cünub olmağa səbəb olur.[15] Cinsi əlaqədən sonra cünub olan şəxs müəyyən şəriət qaydalarına riayət etməlidir: ona Quranın mətninə, Allahın adına, vacib ehtiyata əsasən, Məhəmməd peyğəmbərin (s)imamların adlarına toxunmaq və eləcədə məscidin içində dayanamq, vacib səcdələri olan surələri oxumaq haramdır.[16] Cinsi əlaqədə olub, cinsi orqanı sünnət yerinə qədərə içəri daxil olan[17] adam namaz qılmaqoruc tutmaq üçün cənabət qüslü almalıdır.[18]

Cinsi əlaqənin bəzi hökümləri

Mərcəyi-təqlidlərin fətvalarına əsasən, cinsi əlaqə, kişi cinsi orqanı ən azı sünnət yerinədək içəri daxil olanda, baş verir.[19]

Fiqhi kitablara əsasən, cinsi əlaqəyə dair bəzi hökümləri qeyd edirik:

  • Heyvanla cinsi əlaqəyə girmək haramdır və bu işi görənə qarşı təzir cəzası tətbiq edilir;[21]
  • Kişinin öz həmcinsi (ləvat) və qadının öz həmcinsi (musahiqə) ilə cinsi münasibəti haramdır və onlara qarşı hədd tətbiq edilir;[23]
  • Öz həmcinsi ilə cinsi əlaqəyə girən kişinin qarşı tərəfin anası, bacısı və qızı ilə ailə qurması haramdır.[24]
  • Qadınla anal cinsi əlaqəyə girmək olar, lakin bu iş kəskin məkruhdur;[25]
  • Qəməri aylarının əvvəlində, ortasında və axırında cinsi əlaqə məkruhdur. Bu hökm ramazan ayının ilk gecəsinə aid deyil;[26]
  • Həftənin birinci, ikinci, dördüncü və beşinci günləri gecələr və eləcədə dördüncü gün günorta çağı cinsi əlaqə müstəhəbdir;[27]
  • Ay və Günəş tutulan gecə və gündüz və eləcədə günəş qürub edəndə, fəcri-sadiqdən günəş doğana qədərki vaxtda, habelə yuxuda ihtilam olandan sonra cinsi əlaqə məkruhdur;[28]
  • Gecə evə qayıdan müsafirin cinsi əlaqədə olması məkruhdur;[29]
  • Üzü və yaxud arxası qibləyə tərəf və eləcədə dolu qarınla cinsi əlaqədə olmaq məkruhdur;[30]
  • Həyat yoldaşı ilə cinsi əlaqə, atalığın həmin qadının əvvəlki və sonrakı ərindən dünyaya gələn (yəni, əgər qadın indiki ərindən boşanıb, təzdən ərə gedib, dünyaya gətirəcəyi) qızlarına (rəbibə) və onun qız nəvələrinə əbədi haram olmasına səbəb olur.[31]

İstinadlar

  1. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.161
  2. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.161
  3. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.267
  4. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.161
  5. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.161
  6. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.161
  7. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1407, c.3, s.35
  8. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1407, c.3, s.35
  9. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.2, s.808
  10. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.32, s.378-379
  11. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.162
  12. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.1, s.175
  13. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.162
  14. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.267
  15. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.267-268
  16. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.269
  17. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.267
  18. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.273
  19. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.267
  20. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1407, c.2, s.214; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.ü 1410, c.5, s.104
  21. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.1, s.175
  22. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1407, c.2, s.214
  23. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.9, s.189; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1407, c.4, s.146
  24. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.2, s.611
  25. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1407, c.2, s.214
  26. Hürr Amili, Vəsailuş-şiə, c.20, s.129, hədis 3
  27. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.2, s.801
  28. Yəzdi, Məhəmməd Kazim, Ürvətul-vüsqa, h.q 1417, c.5, s.482
  29. Yəzdi, Məhəmməd Kazim, Ürvətul-vüsqa, h.q 1417, c.5, s.482; Hürr Amili, Vəsailuş-şiə, c.20, s.131
  30. Yəzdi, Məhəmməd Kazim, Ürvətul-vüsqa, h.q 1417, c.5, s.483
  31. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.32, s.378-37

Ədəbiyyat

  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Hüseyn, Tozihul-məsaile mərace, Qum, 8-ci çap, h.q 1424
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl_Qəvaidu vəl-fəvaid, Qum, Ketabfuruşiye Mufid, 1-ci çap, h.q 1400
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Qum, 1-ci çap, h.q 1410
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Həkim, Əl_Ürvətul-vüsqa, Beyrut, 2-ci çap, h.q 1409
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, 2-ci çap, h.q 1413
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
  • Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, Qum, 3-cü çap, h.ş 1390,
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404