Əhli-beyt (ə)
- Bu məqalə Əhli-Beyt (ə) haqqındadır. On iki imam və on dörd məsum imamları ilə tanış olmaq üçün Şiə imamları və 14 məsum məqalələrinə baxın.
Əhli-beyt (ərəbcə: أهل البيت عليهم السلام) İslam Peyğəmbərinin (s) ailəsidir ki, şiə ədəbiyyatında və kitablarında onlardan məqsəd On dörd məsumdur. Əhli-beyt üçün Əshabi-kəsa (o adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi onların barəsində nazil oldu) və Peyğəmbərin (s) həyat yoldaşları kimi başqa nümunələr də qeyd edilmişdir.
Şiə mənbələrində Əhli-beyt (ə) üçün fəzilətlər, xüsusiyyətlər və haqqlar qeyd edilmişdir. Şiə əqidəsinə görə Əhli-beyt məsumluq məqamına malikdir. Onlar Peyğəmbərin (s) bütün səhabələrindən və həqiqətdə, Allahın bütün yaratdıqlarından üstündürlər. İslam cəmiyyətinin vilayəti və rəhbərliyi onların üzərinə düşür. Həmçinin müsəlmanlar bütün dini təlimlərdə Əhli-beyti özlərinə mərcə bilməli və onlardan itaət etməlidirlər.
Həmçinin şiə mənbələrinə görə, Əhli-beytə (ə) məhəbbət bəsləmək müsəlmanlar üçün vacibdir. Həmçinin hədislərdə İslamın əsası kimi təqdim edilmişdir. "Təthir" ayəsi, Məvəddət ayəsi, "Səqəleyn", "Səfinə" və "Əman" hədisləri Əhli-beytin fəzilətləri haqqında gəlmiş məşhur ayə və hədislərdən sayılırlar.
Sünnilər Əhli-beyt nümunələri ilə bağlı şiə ilə fərqli düşüncədə olsalar da, onların əksəriyyəti Əhli-beyt nümunələri sırasında Əshabi-kəsanı saymış və onlar üçün fəzilətlər nəql ediblər. O cümlədən onlara məhəbbət bəsləməyin vacibliyi və onlara qarşı nifrət və düşmənçiliyin haram olması, Əshabi-kəsanın fəziləti və üstünlüyü, elmi mərcəiyyəti və məsumluğu.
Müsəlmanlar Əhli-beyt haqqında fars, ərəb və ordu kimi müxtəlif dillərdə çoxlu kitablar yazıblar. Onların arasında Baqir Şərif Qureşinin qırx cildlik "Məvsuətu sirəti Əhlil-beyt (ə)" (Əhli-beytin həyat tərzi haqqında ensiklopediya), Seyyid Əli Aşurun iyirmi cildlik Məvsuətu Əhlil-beyt əleyhissəlam kitabı və Cəfər Sübhaninin yazdığı "Əhlul-beyt (ə) Simatuhum və hüququhum fil-Quranil-Kərim" (Əhli-beytin Qurani-Kərimdəki xüsusiyyətləri və haqları) kitabı var. Həmçinin Əhli-beyt haqqında çoxlu şeirlər və bədii əsərlər yaradıblar. Habelə bir çox elm və mədəniyyət ocaqlarına onların adlarını veriblər.
Önəmi və əhəmiyyəti
Deyilib ki, İslamın başlanğıcından bu günə qədər az sayda nasibilərdən başqa, bütün müsəlmanlar, Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləyiblər. Onların elm və əməldə yüksək məqamını qəbul ediblər. Amma İslam məzhəbləri arasında şiələr Əhli-beyt (ə) ardıcılları kimi tanınır və məşhurdurlar.[1] Şiə məktəbi Əhli-beyt (ə) əqidəsinə inandıqlarına və onlara tabe olduqlarına görə Əhli-beyt (ə) məzhəbi adlandırılır.[2] Həmçinin şiə fiqh məktəbinə Əhli-beyt fiqh məktəbi də deyilir.[3]
Peyğəmbərin (s) sünnəsinin (rəftarı, sözləri və təsdiq etməsinin) səhihliyi və mötəbər olması şiələr və sünnilərin həmfikir olduğu məsələdir. Onlar Peyğəmbərin (s) sünnəsini şəriət hökmlərini çıxarmaq üçün mənbələrdən biri hesab edirlər. Lakin şiələr sünnilərdən fərqli olaraq, ayələr və Peyğəmbər (s) hədislərinə əsaslanaraq, Əhli-beytin (ə) (imamlar və həzrət Zəhra (s)) sünnəsini də şəriət hökmləri üçün dəlil, mənbə və sübutlardan biri hesab ediblər.[4]
Şiələr Əhli-beyt məktəbində təqdim olunan İslamın doğru, kamil və əhatəli olduğuna inanırlar.[5]
Şiə və sünni mənbələrində Əhli-beytin (ə) fəzilətləri, xüsusiyyətləri və haqları haqqında çoxlu rəvayətlər nəql olunmuşdur.[6]
İslam Peyğəmbəri (s) dəfələrlə Əhli-beyti (ə) qorumağı və onlara hörmət etməyi əmr etmişdir.[7]
İstər şiə, istərsə də sünni müsəlmanlar tərəfindən Əhli-Beyt (ə) haqqında fars, ərəb, ordu kimi müxtəlif dillərdə çoxlu kitab və məqalələr yazılmışdır.[8]
Müsəlmanlar, xüsusən də şiələr həmişə Əhli-beytə (ə) olan bağlılıq və məhəbbətlərini müxtəlif yollarla, məsələn, onların matəm günlərində əzadarlıq etməklə,[9] şad günlərində sevincli olmaqla[10] göstəriblər. Əhli-beyt (ə) haqqında şeirlər[11] və xəttatlıq[12] kimi çoxsaylı bədii əsərlər də yaradılmışdır.
Əhli-beytə (ə) aid məşhur şerlərdən biri Firdovsinin (Peyğəmbərin Əhli-beytinin quluyam, vəsinin ayağının torpağını mədh edirəm) şeridir.[13] Həmçinin Sədinin (Sədi, əgər aşiqlik və cavanlıq etsən, Muhəmmədin və ali Muhəmmədin məhəbbəti bəsdir) şeridir.[14] Habelə Əhli-sünnənin dörd fəqihindən biri olan Şafiinin şeiri belədir:
Müsəlmanlar, xüsusən də şiələr övladlarına Əhli-beytin (ə) adlarını qoymağa xüsusi diqqət yetiriblər.[16] Bundan əlavə, müsəlmanlar bir çox mərkəzlərə Əhli-beytin (ə) hər birinin adını veriblər; Tehrandakı Əhli-beyt (ə) Universiteti[17] və ya İordaniyadakı Əl-beyt (ə) Universiteti kimi universitetlər,[18] Ümumdünya Əhli-beyt (ə) Assambleyası kimi qurumlar[19] və çoxsaylı məscidlər[20] də Əhli-beytin (ə) adını daşıyır. Əhli-beyt titulu bayraqlarda və dini yazılarda da istifadə olunur.[21]
Tərif
Əli Rəbbani Qolpayeqaninin dediyinə görə, şiə mənbələrində əhli-beyt, əgər qeydsiz istifadə olunursa, Peyğəmbərin (s) xüsusi məqam və ləyaqət sahibi olan qohumlarından ibarət bir qrupdur. Onların danışıq və davranışı isə haqqın meyarı və həqiqətin yolgöstərənidir.[22]
Rağib İsfahani demişdir ki, Əhli-beyt heç bir qeyd və şərt olmadan işlədildikdə Peyğəmbərin (s) ailəsi nəzərdə tutulur. Həmçinin onlar bu terminlə tanınırlar.[23] Təfsirçi və Quran elmləri üzrə tədqidatçı Həsən Mustəfəviyə və hədis alimi Məhəmməd Məhəmmədi Reyşəhriyə görə, "əhl" sözünün həqiqi və hərtərəfli mənası insanların və ya əşyaların Əhli sayılan şəxslə yaxınlığı və əlaqəsidir. Onun şiddət və zəiflik baxımından dərəcələri vardır. Həyat yoldaşı, uşaqlar, nəvələr və kürəkən evin əhli hesab edilir.[24] Həmçinin hər bir peyğəmbərin ümməti onun ailəsidir. Evin və ya şəhərin sakinləri də evin və ya şəhərin əhli sayılırlar.[25]
Əhli-beyt lüğətdə evin sakinləri mənasına gəlmişdir.[26] Əlbəttə ki, Həsən Mustəfəvi "Beyt" sözünün mənasını ev deyil, ailə hesab etmişdir.[27]
Nümunələr
Əhli-beytin kim olması haqqında şiə və sünni alimləri müxtəlif nümunələr zikr ediblər:
Əshabi-Kisa
Fəzl ibn Həsən Təbərsiyə görə, müsəlmanlar həmfikirdirlər ki, "Təthir" ayəsində Əhli-beytdən məqsəd Allah Rəsulunun (s) Əhli-beytidir. Şiə və əhli sünnənin rəvayətlərinə və Şiənin nəzərinə əsasən, ayə, Peyğəmbər, Əli (ə), Fatimə, Həsən və Hüseynə (ə) məxsusdur.[28] Əllamə Təbatəbai "Təthir" ayəsinin təfsirində demişdir ki, Əhli-beyt kəlməsi Quran ürfündə xüsusi isimdir və yalnız beş nəfərə şamil edilir. Baxmayaraq ki, ümumiyyətlə, bütün qohumlar üçün də istifadə olunur.[29]
Həsən Mustəfəvinin fikrincə, "Təthir" ayəsində Əhli-beyt Peyğəmbərin özünə də şamil olur. Çünki bəzi təfsirçilərin rəyinin əksinə olaraq "Allahın Rəsulu" sözünə Əhli-beyt kəlməsi əlavə edilməmişdir.[30]
On dörd Məsum
Rabbani Qolpayeqaninin fikrincə, şiə kitablarında Əhli-beyt heç bir qeyd və şərt olmadan işləndikdə, Peyğəmbərin (s) məsumluq xüsusiyyətinə malik olan qohumlarından ibarət xüsusi qrup nəzərdə tutulur. Ayə və hədislərə əsasən, onların nümunələri on dörd məsumdur.[31] Bəzi rəvayətlərdə də bütün şiə imamları Əhli-beyt nümunəsi kimi təqdim edilmişdir.[32] O cümlədən, bir hədisdə Peyğəmbərdən (s) soruşulur: "Sizin Əhli-beytiniz kimlərdir"? Peyğəmbər (s) belə cavab verdi: "Əli, iki övladım Həsən və Hüseyn və Hüseynin (ə) nəslindən olan digər doqquz imamdır".[33]
Bildirilib ki, İmamiyyə şiələrinin və bir çox sünni alimlərinin əqidəsinə əsasən, bütün şiə imamları Peyğəmbərin Əhli-beyti hesablanırlar.[34] Məhəmməd Məhəmmədi Reyşəhri belə fikirdədir ki, "Təthir" ayəsinin tərkibinə və məzmununa, həmçinin Peyğəmbərin (s) öz Əhli-beytini tanıtdırmaq üçün atdığı addımlara, habelə digər əlamətlərə görə, bu ayədə Əhli-beytdən məqsəd Peyğəmbər (s) ailəsinin xüsusi bir qrupu olmasında heç bir şübhə yoxdur. Elə ki, Peyğəmbərdən (S) sonra ümmətin hidayəti və rəhbərliyi onlara həvalə edilmişdi.[35]
Peyğəmbərin (s) həyat yoldaşları
Bəzi əhli-sünnə təfsirçiləri "Təharət" ayəsindəki Əhli-beytin nümunələrinin yalnız Peyğəmbərin (s) həyat yoldaşları olduğunu hesab ediblər.[36] Bəzi əhli-sünnə alimləri beş kimsənəni və Peyğəmbərin (s) həyat yoldaşlarını Əhli-beytin nümunəsi hesab ediblər.[37] Zeyd ibn Əlidən nəql edilmişdir ki, əgər "Təharət" ayəsindəki Əhli-beytdən məqsəd Peyğəmbərin (s) həyat yoldaşları olsaydı, ayədə kişi əvəzlikləri yerinə qadın əvəzlikləri işlədilməli idi.[38]
Həmçinin kişi əvəzliklərindən istifadə edilməsi, çoxsaylı rəvayətlər, Peyğəmbərin (s) həyat yoldaşları haqqındakı ayələrin ibarəsinin "Təthir" ayəsinin ibarəsi və ifadəsi ilə fərqli olması kimi dəlillərə görə bu ayənin Peyğəmbərin (s) həyat yoldaşlarına şamil olmadığını deyiblər.[39]
Sədəqə haram olan nəsəbi (soy, nəsil) qohumları
Bəzi əhli-sünnə rəvayətlərinə görə, Peyğəmbərin (s) sədəqə verilməsi haram olan Əli ailəsi, Əqil ailəsi, Abbas ailəsi və Cəfər ailəsi kimi bütün nəsəbi (soy, nəsil) qohumları, Əhli-beytin nümunələridir.[40]
Həqiqi möminlər
Bəzi rəvayətlərə əsasən, Əhli-beytə Peyğəmbərə (s) qohum olub-olmamasından asılı olmayaraq, o həzrətə tabe olmaqda dürüst və möhkəm olan bütün müsəlmanlar daxildir.[41] Necə ki, bəzi rəvayətlərə görə Peyğəmbər (s) Salman[42] və Əbuzər Qəffari[43] kimi şəxsləri öz Əhli-beytindən saymışdır. Həmçinin İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, hər kim təqvalı və əməlisaleh olarsa, biz Əhli-beytdəndir.[44]
Əhli-beytin (ə) fəzilətləri
Çoxlu ayə və hədislərdə Əhli-beyt (ə) üçün müxtəlif fəzilətlər qeyd edilmişdir.[45] Məhəmmədi Reyşəhrinin nəzərindən "Camieyi-Kəbirə" ziyarətində Əhli-beytin fəzilətləri və xüsusiyyətləri haqqında ən əhatəli söz və ibarələr zikr olunmuşdur.[46] Əhli-beytin bəzi fəzilətləri bunlardır:
Məsumluq
- Əsas məqalələr: İmamların məsumluğu və Həzrət Zəhranın (s) məsumluğu
Cəfər Sübhaninin dediyinə görə,[47] şiə alimləri[48] "Təharət" ayəsi kimi tanınan Əhzab surəsinin 33-cü ayəsindən Əhli-beytin paklığı və məsumluğunu istifadə ediblər. Bu ayəyə əsasən, Allah Əhli-beyti hər cür günah və çirkin əməllərdən pak etməyi iradə etmişdir. Buna görə də, ayə Əhli-beytin məsumluğuna və onun onlara məxsus olmasına dəlalət edir.[49]
Mütəvatir hədislərdən sayılan[50] "Səqəleyn" hədisi[51] də Peyğəmbərin (s) Əhli-beytinin (ə) məsumluğunun isbat olunmasının dəlillərindən biri hesab olunur. Çünki bu hədisdə Quranla Peyğəmbərin (s) Əhli-beytinin (ə) bir-birindən ayrılmaması dəqiq şəkildə qeyd olunmuşdur. Buna görə də hər hansı bir günah və ya səhv etmək onların Qurandan ayrılmasına səbəb olar.[52] Həmçinin deyilib ki, bu hədisdə Allah Rəsulu (s) buyurmuşdur ki, kim Qurana və Əhli-beytinə bağlı olarsa, yolunu azmaz. Deməli, əgər Əhli-beyt məsum olmasa, qeyd-şərtsiz onlara tabe olmağın özü zəlalətə səbəb olar.[53] "Səfinə" hədisi də Əhli-beytin (ə) məsumluğunu isbat etmək üçün istifadə edilən digər hədislərdəndir.[54]
Başqalarından üstün olmaq
- Əsas məqalə: Əhli-beytin (ə) üstünlüyü
Şeyx Səduq deyib ki, şiələrin əqidəsinə görə, Peyğəmbər (s) və onun Əhli-beyti (ə) Allahın ən yaxşı, ən sevimli və ən əziz məxluqlarıdır. Həmçnin Allah yer və göyü, cənnət və cəhənnəmi və onun digər məxluqlarını onlar üçün yaratmışdır.[55] Əllamə Məclisinin fikrincə, hədisləri araşdıran və tədqiq edən hər kəs Peyğəmbərin (s) və İmamların (ə) üstün olduqlarını mütləq etiraf edər. Yalnız hədis və rəvayətlərdən xəbərsiz olanlar onların üstünlüyünü inkar edirlər.[56]
Onlar Mübahilə ayəsini Əshabi-Kisanın Peyğəmbərin (s) digər səhabələri və ailəsindən üstün olmasının dəlillərindən biri hesab ediblər.[57] Əllamə Hilli və Fəzl İbn Həsən Təbərsi kimi alimlərin fikrincə, təfsirçilər bu ayənin Əshabi-Kisa haqqında nazil olması mövzusunda həmfikirdirlər.[58] Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, əgər yer üzündə Əli, Fatimə, Həsən və Hüseyndən (ə) daha şərəfli insanlar olsaydı, Allah onların vasitəsilə mənə mübahilə etməyi əmr edərdi. Lakin Allah mənə onların köməyi ilə mübahilə etməyi əmr etdi və onlar ən yaxşı insanlardır.[59]
Məhəmmədhüseyn Müzəfərə görə, "Məvəddət" ayəsi də Əhli-beytin (Əshabi-Kisanın) üstünlüyünə və onların Allahın seçilmişləri olduğuna dəlalət edir. Çünki əks halda məhəbbət bəsləməyin vacibliyinin onlara məxsus olmasının və Peyğəmbərin (s) peyğəmbərliyinin mükafatının onlara məhəbbət bəsləmək olmasının heç bir mənası olmazdı.[60]
Müxtəlif rəvayətlər də Əhli-beytin (ə) üstünlüyünə dəlalət edir. O cümlədən, "Səqəleyn" hədisi ki, Peyğəmbər (s) ona əsasən, Əhli-beyti (ə) Quranın kənarında qərar vermişdir. Həmçinin Quranı "siqli-əkbər" (böyük əmanət) və Əhli-beyti "siqli-əsğər" (yəni, çox böyük dəyərə malik olan kiçik əmanət) adlandırmışdır. Qurani-Kərim müsəlmanlardan üstün olduğu kimi, Əhli-beyt də başqalarından üstündür.[61] "Aman vermək" hədisi də Əhli-beytin (ə) üstünlüyünün səbəblərindən biri hesab edilmişdir; Çünki bir şəxsin yer əhlinə aman verən olması onun digər insanlardan üstün olmasına dəlalət edir.[62]
Əhli-beytin elmi səlahiyyəti
Onlar "Səqəleyn" hədisinin Əhli-beytin (ə) elmi səlahiyyətini bəyan etdiyini bildiriblər; Çünki Peyğəmbərin (s) kitaba və Əhli-beytə bağlı olmağa və arxalanmağa dəvət etməsi, elmi səlahiyyətin yalnız Əhli-beytə (ə) aid olduğunu açıqlayır. Həmçinin müsəlmanların dini hadisələrdə onlara müraciət etməli olduqlarını göstərir.[63] Deyirlər ki, Peyğəmbərdən (s) sonra heç kəs Quranın maarif və həqiqətlərini və o həzrətin sünnəsini kamil şəkildə və dərindən bilmir. Odur ki, onlar Peyğəmbərdən (s) sonra dinin maarif və hökmlərini dərk etmək üçün müsəlmanların müraciət etdikləri elmi səlahiyyətə sahib şəxslər sayılırlar. Buna görə də o maarifi əldə etmək üçün onlara müraciət etmək lazımdır.[64]
Vilayət və rəhbərlik
مَثَلُ اَهْلِبَیْتِى فِیکُمْ کَمَثَلِ سَفِینَةِ نُوحٍ فِى قَوْم نُوحٍ مَنْ رَکِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها غرق
Əhli-beytin (ə) vilayəti və rəhbərliyi onların digər fəzilətlərindən sayılır. Həzrət Peyğəmbərin (s) "Səqəleyn" hədisində Kitaba və Əhli-beytə (ə) bağlı olmağa dəvət etməsi rəhbərliyin Əhli-beytə (ə) məxsus olduğunun açıq göstəricisi kimi qiymətləndirilmişdir.[65] "Səqəleyn" hədisinin bəzi nəqllərində "səqəleyn" yerinə Quran və Əhli-beytdən "xəlifəteyn" təbiri ilə ad aparılmışdır.[66] Bu hədisə əsasən, Əhli-beyt (ə) Peyğəmbərin (s) xəlifəsi və canişinləridir. Onların canişinliyi hərtərəflidir. Həmçinin hakimiyyət işləri və rəhbərliyə də şamil olur.[67] Cəfər Sübhaninin dediyinə görə, Peyğəmbər (s) Əlini (ə) və Əhli-beytini Qədir-Xum hadisəsində rəhbərliyə və hökumətə təyin etdi.[68] Bəziləri məsumluq xüsusiyyətinə əsasən, Peyğəmbərdən (s) sonra imamət və rəhbərliyi yalnız Əhli-beytə (ə) aid hesab ediblər.[69] Onlar həmçinin Əhli-beytə (ə) qeyd-şərtsiz itaət etməyin vacib olmasını onların rəhbərliyinin dəlillərindən biri hesab ediblər; Çünki itaət etməyin vacibliyi müsəlmanların həyatına aid olan bütün görülməsi lazım və edilməməsi lazım olan əməlləri, o cümlədən dini, iqtisadi, siyasi və mədəni məsələləri ehtiva edir. Ona görə də cəmiyyət və hakimiyyətlə bağlı məsələlərdə onlara itaət etmək vacibdir.[70]
Təkvini vilayət
- Əsas məqalə: Təkvini vilayət
Livanın şiə yazıçı və alimlərindən Məhəmməd Cəmil Həmudun dediyinə görə, az sayda şəxslər istisna olmaqla, İmamiyyə alimləri İmamların (ə) təkvini vilayətinin olmasında həmfikirdirlər.[71] Təkvini vilayətdən məqsəd odur ki, bir şəxs Allahın izni ilə yaradılış və təkvin aləmində dəxil olub təsərrüf edə bilər. Məsələn, Allahın izni ilə sağalmaz bir xəstəyə şəfa verə bilər və ya ölü bir insanı dirildə bilər.[72] İmamların təkvini vilayəti ilə bağlı hədisləri mütəvatir sayıb[73] və onların bir çoxunu sənəd baxımından səhih və mötəbər hesab ediblər.[74]
Təşrii vilayət
- Əsas məqalə: Təşrii vilayət
Təşrii vilayət iki mənada işlədilib:
- İnsanların mal və canlarına vilayəti (təsərrüfdə üstünlük) olmaq mənasında:[75] Deyilmişdir ki, Peyğəmbər (s) və İmamların (ə) bu mənadakı təşrii vilayətlərində heç bir ixtilaf yoxdur.[76] Ayətullah Safi onların bu növ təşrii vilayətini dinin zərurətlərindən hesab etmişdir.[77]
- Hökmlər üzərində vilayət və təşrii (qanunvericilik) haqqı mənasında:[78]
Bəzi şiə alimləri bəzi hökmlərdə Peyğəmbərin (s) təşrii vilayətinin olmasını qəti hesab ediblər.[79] Lakin şiə alimləri arasında imamların (ə) təşrii vilayətinin (qanunvericilik üzərində) isbat olunmasında ixtilaf vardır. Bəziləri imamları (ə) müstəfiz və ya mütəvatir sayılan[80] çoxsaylı hədislərə əsasən, vilayət sahibi və təşri (qanunvericilik) haqqına malik hesab ediblər.[81] Bunun əksinə, bir qrup qanunvericilik və təşri haqqını yalnız Allaha məxsus hesab edərək Peyğəmbər (s) və İmamların (ə) təşrii vəlayətə sahib olmalarını inkar ediblər.[82] Seyyid Əli Milani bir çox dəlillərə əsasən, imamların (ə) təşrii vilayətini sübut etməyi qəti hesab etmişdir.[83]
Əhli-beytin haqları
Ayə və hədislərə əsasən, Əhli-beytin (ə) müsəlmanlar qarşısında haqları vardır. Həmçinin bu hüquqlara əsasən, müsəlmanların onlara qarşı yerinə yetirməli olduqları vəzifələri vardır. Bu hüquqlardan bəziləri bunlardır:
Əhli-beytə itaət etməyin vacibliyi
Ulul-Əmr (Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin) ayəsinə əsasən, Allaha və Onun Elçisinə itaət etməklə yanaşı, Ulul-Əmrə itaət etmək qeyd-şərtsiz vacib bilinmişdir.[84] Fəzl ibn Həsən Təbərsiyə görə, İmamiyyə alimlərinin fikrincə, Ulul-Əmrdən məqsəd imamlardırlar.[85]
Əhli-beytə tabe olmağın vacibliyini isbat etmək üçün "Səqəleyn" hədisinə də istinad edilmişdir; Çünki bu hədisdə Əhli-beyt (ə) Quranın kənarında qərar veriliblər: Qurana itaət etmək müsəlmanlara vacib olduğu kimi, Əhli-beytə (ə) itaət etmək də vacibdir.[86]
Qəməri təqvimi ilə 4 və 5-ci əsrlərdə yaşamış imamiyyə fəqihi və mütəkəllimi Əbul-Səlah Hələbiyə görə, Peyğəmbərin (s) "Səqəleyn" hədisindəki sözləri qeyd-şərtsiz olduğu üçün Əhli-beytə (ə) itaət etmək də qeyd-şərtsiz vacibdir. Ona görə də müsəlmanlar Əhli-beytin (ə) bütün davranış və danışıqlarında onlara itaət etməlidirlər.[87]
"Səfinə" hədisi də Əhli-beytə (ə) tabe olmaq və itaət etməyin vacibliyinə dəlalət edir; Çünki bu hədisə əsasən, nicat onlara tabe olmaqda, məhv və həlak olmaq isə onlara itaətsizlik etməkdədir.[88] Bu hədisdə Peyğəmbər (s) Əhli-beytini Nuhun gəmisi ilə müqayisə etmişdir. Bu bənzətmə haqqında deyiblər ki, kim dində Əhli-beytə (ə) üz tutsa, hidayətə qovuşar və nicat tapar. Kim onlara tabe olmasa, yolunu azmış olar.[89] Mir Hamid Hüseynin fikrincə, bu hədisə əsasən, Əhli-beytə (ə) itaət etməyin vacibliyi qeyd-şərtsiz gəlib.[90]
Əhli-beytə (ə) məvəddət və məhəbbət
- Əsas məqalə: Əhli-Beytə (ə) məhəbbət
İmamiyyə şiələrinin inancına görə, "Məvəddət" ayəsinə əsasən, Əhli-beytə (ə) məhəbbət bəsləmək hər bir müsəlmana vacibdir.[91] Onlar Əhli-beyti sevməyi müsəlmanlar (nasiblər istisna olmaqla) tərəfindən qəbul edilən vacib vəzifə və İslam dininin zəruri məsələlərindən biri hesab ediblər.[92]
"Məvəddət" ayəsində deyilir: "(Ya Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm".[93] Bu ayə Əhli-beyti (ə) sevməyin vacibliyinin dəlillərindən sayılır.[94] Şiə müfəssirlərindən və mərcəyi-təqlidlərindən biri olan Nasir Məkarim Şirazinin dediyinə görə, bütün şiə təfsirçiləri ayəni Əhli-beytə (ə) təfsir etmiş və onlara məhəbbət bəsləməyi İmamların (ə) imamətini və rəhbərliyini qəbul etmək üçün bir vasitə hesab ediblər.[95]
Məhəmməd Rza Müzəffər kimi alimlərin fikrinə əsasən, Peyğəmbərdən (s) mütəvatir hədislər vasitəsilə nəql edilmişdir ki, Əhli-beytə (ə) məhəbbət iman əlaməti, onlara nifrət bəsləmək isə nifaq və ikiüzlülük əlamətidir. Onları sevənlər Allahı və Peyğəmbəri (s) sevir. Onların düşmənləri isə Allah və peyğəmbərinin (s) düşmənləridir.[96] Bəzi rəvayətlərə görə, Əhli-beytə (ə) məhəbbət bəsləmək İslam dininin əsasını təşkil edir.[97]
Məhəmməd Rza Müzəffərin fikrinə əsasən, Əhli-Beytə (ə) məhəbbət bəsləməyin vacibliyi, şübhəsiz ki, onların Allaha yaxınlığı və Allah yanında məqam və ləyaqətlərinə xatirdir. Həmçinin şirk və günahdan və Allahdan uzaqlığa səbəb olan hər şeydən pak olduqları üçündir.[98]
Məhəmməd Məhəmmədi Reyşəhri Əhli-beytə (ə) əzadarlıq etməyi onlara məhəbbət göstərməyin yollarından biri və ilahi şüarları böyük saymayın mühüm nümunələrindən biri hesab edibdir.[99]
Həmçinin imamların (ə) qəbirlərini ziyarət etmək,[100] onların şad günlərində şadlıq etmək,[101] Əhli-beytin (ə) fəzilətlərindən bəhs etmək[102] və uşaqlara onların adını vermək o böyük şəxsiyyətlərə məhəbbət bəsləməyin yollarından sayılır.[103]
Əhli-beytə (ə) salavat çevirmək, onların fəzilətlərini və başlarına gələn müsibətləri zikr etmək, xums və ehsan verməyi Əhli-beytin (ə) digər haqlarından sayıblar.[104]
Əhli-sünnə nəzərində Əhli-beyt
Sünnilər Əshabi-Kəsanın Əhli-beytdən olması ilə bağlı şiələrlə həmfikirdirlər. Müxtəlif sünni mənbələrində çoxlu hədislər nəql olunmuşdur ki, Peyğəmbər (s) dəfələrlə Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyni (ə) öz Əhli-beyti kimi tanıtmışdır.[105]
Həmçinin sünni mənbələrində bildirilir ki, Allah Rəsulu (s) Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) haqqında buyurmuşdur: "Hər kim onları sevsə, məni sevmişdir. Kim onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik etmişdir".[106] Başqa bir rəvayətdə Peyğəmbərdən (s) nəql olunur ki, Əhli-beyt aşiqi Qiyamət günü mənimlə və mənim dərəcəmdə olacaqdır.[107] Əhli-sünnə təfsirçilərindən Fəxr Razi Peyğəmbərin (s), Əlini (ə), Fatiməni (s), Həsən (ə) və Hüseyni (ə) sevməsini dəlil olaraq gətirib və Əhli-beytə məhəbbət bəsləməyi vacib hesab etmişdir. Çünki bütün İslam ümmətinə Peyğəmbərdən (s) itaət etmək vacibdir.[108] Qəməri təqviminin 10-cu əsrinin Şafii alimlərindən İbn Həcər Hitəmi də deyib:
"Hədislərdən Əhli-beytə məhəbbət bəsləməyin vacib və onlara qarşı nifrətin haram olması şiddətli şəkildə məlum olur. Onun dediyinə görə, Biyhəqi və Bəğəvi kimi alimlər Əhli-beytə məhəbbət bəsləməyi dini vacib məsələlərindən biri hesab ediblər.[109] Dörd sünni fəqihindən biri olan Şafii də neçə beyt şerlə Əhli-beytə məhəbbət bəsləməyin vacibliyini açıqlamışdır.[110]
Tərcüməsi: "Ey Allah Rəsulunun (s) Əhli-beyti, sizi sevmək Allahın Quranda nazil etdiyi vacib bir əmrdir". O, başqa bir beytində deyib:[111]
Tərcüməsi: "Əgər Məhəmmədin övladlarını sevmək rafizilikdirsə, cinlər və insanlar şəhadət versinlər ki, mən də rafiziyəm".
Əhli-sünnə təfsirçilərindən və "Əl-Kəşşaf" təfsirinin müəllifi Zəməxşəri "Mübəhilə" ayəsini Əhli-beytinin fəzilət və üstünlüyünə ən güclü dəlil hesab etmişdir.[112] Cəfər Sübhaninin fikrincə, bir çox əhli-sünnə alimləri Əhli-beytin elmi üstünlüyünə və dini hamıdan yüksək səviyyədə bildiklərinə etiraf ediblər.[113] Məsələn, Hənəfi məzhəbinin banisi və dörd sünni fəqihdən biri olan Əbu Hənifədən rəvayət edilib ki, mən heç vaxt Cəfər ibn Muhəmməddən (ə) daha üstün bir fəqih görməmişəm.[114] Bu cümlə həm də birinci və ikinci qəməri əsrlərində tabeindən və əhli-sünnənin fəqih və mühəddislərindən olan Məhəmməd ibn Müslim ibn Şəhab Zühridən İmam Səccad (ə) haqqında nəql edilmişdir.[115] Şafii məzhəbinin banisi Şafii də İmam Səccadı Mədinə əhlinin ən üstün fəqihi hesab etmişdir.[116]
İbn Həcər Hitəmi deyib: "Peyğəmbər (s) Quranı və onun Əhli-beytini "siql" adlandırıb. Çünki "siql" qiymətli və əhəmiyyətli bir şeyə deyilir. Quran və Əhli-beyt də belədir. Çünki onların hər ikisi dini elmlərin, sirlərin və uca hikmətlərin və şəriət hökmlərinin mədənləridir. Bu səbəbdən də onlardan yapışmağa və onlardan elm almağa təşviq etmişdir.[117] İbn Həcərə görə, Əhli-beytə tabe olmağa dəlalət edən hədislərdə qiyamətə qədər onlara tabe olmaq vurğulanır. Necə ki, Qurandan yapışmaq da belədir.[118]
Əli Rəbbani Qolpayeqaninin nəzərindən, bəzi əhli-sünnə alimlərinin əqidəsinə görə, Əhli-beytin əxlaqi və əməli məsumluğunda heç bir şübhə yoxdur. Mübahisəli olan onların elmi məsumluğudur.[119]
Biblioqrafiya
Əhli-beyt haqqında və ya Əhli-beyt adı ilə çoxlu kitablar çap edilmişdir ki, onlardan bəziləri aşağıdakılardan ibarətdir :
- İmam Əlinin (ə) fəzilətləri, həzrət Fatimənin (s), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) fəzilətlərindən bəhs edən sünni mühəddislərindən İbn Məğazili kimi tanınan Əbul-Həsən Əli ibn Məhəmməd Cülabi tərəfindən yazılmış "Mənaqibu Əhli-beyt" kitabıdır. Seyyid Möhsün Əminin yazdığı Əhli-Beyt kitabıdır ki, bu kitab, Əhli-Beyt Dünya Assambleyası tərəfindən Qum şəhərində çap edilmişdir.
- Baqir Şərif Qureyşinin yazdığı Əhli-Beytin həyat tərzi ensiklopediyasıdır. Qırx cilddə yazılmış bu ensiklopediya Peyğəmbərin (s) və onun Əhli-beytinin əxlaqi, ictimai, ibadət və həyat tarixçəsindən bəhs edir.[120]
- Əhli-beyt (ə) ensiklopediyası, Seyyid Əli Aşur, Beyrut, Dar Nəzir Əbud, Hicri 1427-ci il. (Bu, on dörd məsumun həyatından bəhs edən 20 cildlik kitabdır).
- Əhli-Beyt (ə), onların xüsusiyyətləri və haqları Qurani-Kərimdə, Cəfər Sübhani, İmam Sadiq İnstitutu, birinci çap, 1420-ci hicri.
- Məhəmməd Məhəmmədi Reyşəhri və Seyyid Rəsul Musəvi tərəfindən yazılmış Əhli Beyt fil-Kitabi vəl-Sünnə kitabıdır. Bu kitab ərəb dilində yazılmış və "Quran və hədisdə Əhli-beyt" adı ilə tərcümə edilmişdir. Kitabın orijinalı və tərcüməsi Darul-Hədis İnstitutu tərəfindən çap edilmişdir.
- Quran və hədislərdə Əhli-beytin haqları, İbrahim Şafii Sərvistani, Mövud Əsr, birinci çap, 1400 şəmsi təqvimi. Bu kitabda Əhli-beytin haqlarından iyirmi haqq araşdırılıb.
- Əhli-sünnə təfsirlərində Əhli-beytin (ə) haqları, Məhəmməd Yaqub Bəşvi, Qum, Əl-Mustafa Beynəlxalq Tərcümə və Nəşriyyat Mərkəzi, birinci çap, şəmsi təqvimi 1390-cı il;
- Əhli-sünnə təfsirlərində Əhli Beyt (ə), Əhməd Abidi və Hüseyn Xakpur, Qum, Zaer nəşriyyatı, 1392-ci il şəçsi təqvimi.
Əsgər Tahirzadənin yazdığı "Əhli-beytin nurlu həqiqəti", Əbdül-Lətif ibn Əli Bircəndi Vaez tərəfindən yazılmış "Fəzail və mənaqibi Əhli-beyt (ə), Əli Zöhrabın yazdığı "Əhli-beytin fəzilətləri Sihahi sittədə", Məhəmməd Rza Əminzadənin yazdığı "Əhli-Beytin fəzilətləri Əhli-sünnə mənbələrindən", Seyyid Məhəmməd Ticaninin yazdığı "Əhli-beyt problemlərin açarı", və Məhəmməd Cavad Sədinin yazdığı "Əhli-beyt Quranda və hədislərdə" kitabları Əhli-beyt haqqında yazılmış digər kitablardır.
Əlaqəli məqalələr
İstinadlar
- ↑ بیانات در دیدار میهمانان شرکت کننده در چهارمین مجمع جهانی اهل بیت(ع), farsi.khamenei.ir saytı; بیانات در دیدار شرکتکنندگان در اجلاس «محبان اهلبیت(ع) و مسئله تکفیریها, farsi.khamenei.ir saytı
- ↑ Sübhani, Mənşure əqaide İmamiyye, h.ş 1376, s.7-9-643; Haşimi Şahrudi, مکتب فقهی اهل بیت(ع), ensani.ir saytı
- ↑ مکتب فقهی اهل بیت(ع), ensani.ir saytı
- ↑ Mərkəze ettelaat və məanebeye İslami, Fərhəngnameye usule fiqh, h.ş 1389, s.398-400
- ↑ Sübhani, Mənşure əqaide İmamiyye, h.ş 1376, s.8; بیانات در دیدار میهمانان شرکت کننده در چهارمین مجمع جهانی اهل بیت(ع), farsi.khamenei.ir saytı
- ↑ Məhəmmədi Reyşəhri, Əhli-Beyt (ə) dər Quran və hədis, h.ş 1391, s.181-1020
- ↑ Məhəmmədi Reyşəhri, Əhli-Beyt (ə) dər Quran və hədis, h.ş 1391, s.761-765
- ↑ Şiə hədis məlumat bazasına baxın, http://hadith.net/post/53245/%da%a9%d8%aa%d8%a7%d8%a8-%d8%b4%d9%86%d8%a7%d8%b3%db%8c-%d8%a7%d9%87%d9%84-%d8%a8%db%8c%d8%aa-%d8%b9/
- ↑ Məzahiri, Əzadari, s.345
- ↑ «برگزاری جشن میلاد امام رضا (ع) در کشورهای مختلف جهان», mehrnews.com saytı; «جشن میلاد حضرت ولی عصر (عج) در کشورهای مختلف جهان برگزار شد», taghribnews.com saytı
- ↑ در رثای اهل بیت علیهم السلام, emam8.com saytı
- ↑ https://moallaa.ir/tag/خوشنویسی السلام علیکم یا اهل بیت النبوة], moallaa.ir saytı
- ↑ شاهنامه، آغاز کتاب بخش ۷، اندر ستایش پیامبر, ganjoor.net saytı
- ↑ قصیده شماره ۱۶، در ستایش حضرت رسول(ص), ganjoor.net saytı
- ↑ Şafei, Divanul-imamiş-Şafei, Qahirə, s.121
- ↑ اسمهایی که مردم ایران از صدسال پیش تا به حال دوست دارند, khabaronline.ir saytı
- ↑ دانشگاه بینالمللی اهلبیت(ع), abu.ac.ir saytı
- ↑ آشنایی با مراکز علمی اردن: دانشگاه آلالبیت, taghribnews.com saytı
- ↑ آشنایی با مراکز اسلامی اردن؛ مؤسسه اندیشه اسلامی آل البیت اردن, taghribnews.com saytı; نگاهی به فعالیتهای جهانی مؤسسه فرهنگی آلالبیت, hawzah.net saytı
- ↑ ماجرای ساخت مسجد اهلبیت در ورودی شهر قم, rasanews.ir saytı; مناجات شعبانیه در مسجد اهلبیت(ع) سمنان طنینانداز میشود, shabestan.news saytı
- ↑ پرچم مخمل السلام علیکم یا اهل بیت النبوة, mashhoour.ir saytı
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.555
- ↑ Rağib İsfahani, Mufrədatu əlfazil-Quran, h.q 1412, s.96
- ↑ Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quran, h.ş 1368, c.1, s.169 və 170; Məhəmmədi Reyşəhri, Əhli-beyt (ə) dər Quran və hədis, h.ş 1391, s.11
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.553
- ↑ Fərahidi, Kitabul-eyn, h.q 1409, c.4, s.89; İbn Fars, Mucəmul-məqayisil-luğət, h.q 1404, c.1, s.150; İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.11, s.28
- ↑ Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quran, h.ş 1368, c.1, s.170
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.293; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.559-560
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.312
- ↑ Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quran, h.ş 1368, c.1, s.169 və 170
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.555
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.423; Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.156 və 171; Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), c.1, s.229
- ↑ Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.171
- ↑ Zeynəli, Məfhumşenasi və misdaqyabiye Əhli-beyt (ə), h.ş 1387, s.24
- ↑ Məhəmmədi Reyşəhri, Əhli-beyt (ə) dər Quran və hədis, h.ş 1391, s.13
- ↑ Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.5, s.193; Sələbi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.8, s.35-36
- ↑ Bəşəvi, Huquqe Əhli-beyt (ə) dər təfasire Əhli-sünnət, h.ş 1390, s.35
- ↑ Qumi, Təfsirul-Qumi, h.ş 1363, c.2, s.193
- ↑ Bəşəvi, Huquqe Əhli-beyt (ə) dər təfasire Əhli-sünnət, h.ş 1390, s.35-36
- ↑ Nişaburi, Səhih-Muslim, c.4, s.1873-1874
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.554
- ↑ Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.17-25; Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), c.2, s.64
- ↑ Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.525; Təbərsi, Məkarimul-əxlaq, h.q 1392, s.459
- ↑ Əbu Hənifə, Dəaimul-İslam, c.1, s.62
- ↑ Məhəmmədi Reyşəhri, Əhli-beyt (ə) dər Quran və hədis, h.ş 1391, s.246-521
- ↑ Məhəmmədi Reyşəhri, Əhli-beyt (ə) dər Quran və hədis, h.ş 1391, s.405
- ↑ Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.357
- ↑ Seyyid Mürtəza, Əş-Şafi fil-imamə, h.q 1410, c.3, s.134; Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.293-294; Bəhrani, Minarul-hüda, h.q 1405, s.646; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.125
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.312-313; Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.125-129; Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.357-364
- ↑ İbn Ətiyyə, Əbhəyul-mədad, h.q 1423, c.1, s.130; Bəhrani, Minarul-hüda, h.q 1405, s.670; Sübhani, Mənşure cavid, h.ş 1383, c.1, s.407
- ↑ Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.412-414; Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.1, s.229 və c.2, s.30-31, 62
- ↑ Şeyx Mufid, Əl-Məsailul-carudiyyə, h.q 1413, s.42; İbn Ətiyyə, Əbhəyul-mədad, h.q 1423, c.1, s.131; Bəhrani, Minarul-hüda, h.q 1405, s.671
- ↑ İbn Ətiyyə, Əbhəyul-mədad, h.q 1423, c.1, s.131; Bəhrani, Minarul-hüda, h.q 1405, s.671; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.94-95
- ↑ Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.23, s.975-978, 981
- ↑ Şeyx Səduq, Əl-Etiqadat, h.q 1414, s.93
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.26, s.297 və 298
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.763-764; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.403-404
- ↑ Hilli, Nəhcül-həqq, m. 1982, s.177; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.763; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.2, s.46
- ↑ Qunduzi, Yənabiul-məvəddə, h.q 1422, c.2, s.266; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.9, s.208; c.14, s.145; c.34, s.310
- ↑ Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.389-390
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.556
- ↑ İbn Ətiyyə, Əbhəyul-mədad, h.q 1423, c.1, s.819; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.6, s.259
- ↑ Sübhani, Simaye əqaide şie, h.ş 1386, s.231-232
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.558
- ↑ Sübhani, Simaye əqaide şie, h.ş 1386, s.231-232
- ↑ Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.240; İbn Hənbəl, h.q 1416, c.35, s.456 və 512; Heysəmi, Məcməuz-zəvaid, c.9, s.163; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.9, s.375 və c.18, s.279-281
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.562
- ↑ Sübhani, Simaye əqaide şie, h.ş 1386, s.231
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.561
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.561
- ↑ Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.117
- ↑ Məkarim Şirazi, Peyame Quran, h.ş 1386, c.9, s.154; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.118; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.166
- ↑ Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.137; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.168
- ↑ Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.137; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.233
- ↑ Xoyi, Misbahul-fəqahə, h.q 1417, c.5, s.38; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.133; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.111; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.112
- ↑ Xoyi, Misbahul-fəqahə, h.q 1417, c.5, s.38; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.133, 135, 141
- ↑ Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.141
- ↑ Sübhani, Mənşure cavid, h.ş 1383, c.10, s.180; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.267-268; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.126; Cavadi Amuli, Şəmime vilayət, h.ş 1383, s.92
- ↑ Mumin, Vilayəte vəliyye məsum (ə), s.115; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.272-273
- ↑ Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.343; Amili, Əl-vilayətut-təkviniyyə vət-təşriiyyə, s.60, 61, 63
- ↑ Mumin, Vilayəte vəliyye məsum (ə), s.100, 118; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.356; Amili, Əl-vilayətut-təkviniyyə vət-təşriiyyə, s.60
- ↑ Muğniyə, Əl-Cəvamiu vəl-fəvariq, h.q 1414, s.127-128; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.130-132; Fəhri, Əl-Vilayətut-təşriiyyə vət-təkviniyyə, s.384-388
- ↑ Hüseyni Milani, Ba pişvayane hidayətgər, h.ş 1388, s.383
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.391
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100
- ↑ Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.97
- ↑ Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.97
- ↑ Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.6, s.262, 263
- ↑ Müzəffər, Əl-İlahiyyat, h.q 1412, c.4, s.108
- ↑ Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.23, s.975
- ↑ Müzəffər, Əqaidul-İmamiyyə, h.ş 1387, s.72; Musəvi Zəncani, Əqaidul-İmamiyyə İsna Əşəriyyə, h.q 1413, c.3, s.181
- ↑ Müzəffər, Əqaidul-İmamiyyə, h.ş 1387, s.72; Musəvi Zəncani, Əqaidul-İmamiyyə İsna Əşəriyyə, h.q 1413, c.3, s.181
- ↑ Şura surəsi, ayə 23
- ↑ Fazil Miqdad, Əl-Ləvamiul_ilahiyyə, h.q 1422, s.400; Müzəffər, Əqaidul-İmamiyyə, h.ş 1387, s.72; Musəvi Zəncani, Əqaidul-İmamiyyə İsna Əşəriyyə, h.q 1413, c.3, s.181; Fəxr Razi Ət-Təfsirul-kəbir, h.q 1420, c.27, s.595
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1372, c.20, s.407
- ↑ Müzəffər, Əqaidul-İmamiyyə, h.ş 1387, s.72; Musəvi Zəncani, Əqaidul-İmamiyyə İsna Əşəriyyə, h.q 1413, c.3, s.181
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.46; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.364
- ↑ Müzəffər, Əqaidul-İmamiyyə, h.ş 1387, s.73
- ↑ Məhəmmədi Reyşəhri, Fərhəngnameye mərsiyesərayi və əzadariye Seyyidüş-şühəda, h.ş 1387, s.11-12
- ↑ Əkbəriyan, Məhəbbəte Əhli-beyt (ə) dər Quran, s.42
- ↑ Əkbəriyan, Məhəbbəte Əhli-beyt (ə) dər Quran, s.44
- ↑ Xadimi, Məhəbbət be peyambər və Əhli-beyt (ə) əz didqahe Quran və rəvayat, s.25
- ↑ Xadimi, Məhəbbət be peyambər və Əhli-beyt (ə) əz didqahe Quran və rəvayat, s.25
- ↑ Məhəmmədi Reyşəhri, Əhli-beyt (ə) dər Quran və hədis, h.ş 1391, s.811-833
- ↑ Nişaburi, Səhih-Muslim, c.4, s.1871; Tirmizi, Sunənut-tirmizi, m. 1998, c.5, s.75, 204; c.6, s.83, 132, 182; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.14, s.138, 140, 148; c.41, s.25; c.42, s.112; c.67, s.25; Zəhəbi, Tarixul-İslam, m. 2003, c.2, s.627
- ↑ İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.14, s.154; Zəhəbi, Tarixul-İslam, m. 2003, c.2, s.627
- ↑ Tirmizi, Sunənut-tirmizi, m. 1998, c.6, s.90; Zəhəbi, Tarixul-İslam, m. 2003, c.2, s.627
- ↑ Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.27, s.595
- ↑ İbn Həcər, Əs-Səvaiqul-muhərrəqə, h.q 1417, c.2, s.506
- ↑ Şafei, Divanul-İmamiş-Şafei, Qahirə, s.121
- ↑ Şafei, Divanul-İmamiş-Şafei, Qahirə, s.89
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.370
- ↑ Sübhani, Simaye əqaide şie, h.ş 1386, s.234
- ↑ Zəhəbi, Seyru Əlqamin-nubəla, h.q 1405, c.6,s s.257
- ↑ Əbu Zərə Dəməşqi, Tarixu Əbi Zərə Əd-Dəməşqi, Məcməul-luğətil-ərəbiyyə, s.536
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.15, s.276
- ↑ İbn Həcər, Əs-Səvaiqul-muhərrəqə, h.q 1417, c.2, s.442
- ↑ İbn Həcər, Əs-Səvaiqul-muhərrəqə, h.q 1417, c.2, s.442
- ↑ Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.556
- ↑ موسوعة سیرة اهل البیت(ع)
Ədəbiyyat
- Quran
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi
- İbn Həcər, Əs-Səvaiqul-Muhərrəqə, Təhqiq: Əbdürrəhman ibn Abdullah və Kamil Məhəmməd, Beyrut, Ər-Risalə müəssisəsi
- İbn Hənbəl, Əhməd ibn Məhəmməd, Musnədul-İmam Əhməd ibn Hənbəl, Təhqiq: Adil Murşid və başqaları, Beyrut, Ər-Risalə müəssisəsi
- İbn Əsakir, Əbül-Qasim Əli ibn Həsən, Tarixu Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415 / m. 1995
- İbn Ətiyyə, Məqatil, Beyrut, 1-ci çap, h.q 1423
- İbn Fars, Əhməd, Mucəmu məqayisil-lüğət, Beyrut, Darul-fikr, h.q 1418
- İbn Kəsir Dəməşqi, İsmail İbn Ömər, Təfsiru İbn Kəsir, Beyrut, Darul-Əndəlos, h.q 1416
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru Sadir, m. 2000
- Əbu Hənifə Məğribi, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qahirə, Darul-məarif
- Əbu Zərə Dəməşqi, Əbdürrəhman ibn Əmir, Tarixu Əbi Zərə Dəməşqi, Dəməşq, Məcməul-luğətil-ərəbiyyə
- Bəhrani, Seyyid Haşim, Ğayətul-məram, Təhqiq: Seyyid Əli Aşur, Beyrut, 1-ci çap, h.q 1422
- Bəşəvi, Məhəmməd Yaqub, Huquqe Əhli-beyt (ə) dər təfasire Əhli-sünnə, Qum, h.ş 1390
- Tirmizi, Məhəmməd ibn İsa, Sunənut-Tirmizi, Beyrut, Darul-ğərbil-İslami, m. 1998
- Səbəbi, Əhməd ibn Məhəmməd, Əl-Kəşfu vəl-bəyan, Beyrut, 1-ci çap, h.q 1422
- Cavadi Amuli, Abdullah, Şəmime Vilayət, Qum, İsra müəssisəsi, 2-ci cild, h.ş 1383
- Hakim Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Tehran, Vezarate fərhəng və İrşade İslami, 1-ci çap, h.q 1411
- Hüseyni Milani, Seyyid Əli, İsbatul-vilayət, Qum, Nəşrul-həqayiq, 1-ci çap, h.q 1438
- Hüseyni Milani, Seyyid Əli, Ba pişvayane hidayətgər, Qum, Mərkəze həqayiqe İslami, h.ş 1388
- Hələbi, Əbüs-Səlah, Əl-Kafi fil-fiqh, Təhqiq: Rza Ustadi, İsfahan, 1-ci çap, h.q 1403
- Hilli, Həsən ibni Yusif, Nəhcül-həqq , Beyrut, Darul-kitabil-Lubnani, 1-ci çap, m. 1982
- Həmud, Məhəmməd Cəmil, Əl-Fəvaidul-bəhiyyə, Beyrut, 2-ci çap, h.q 1421
- Xoyi, Seyyid Əbül-Qasim, Misbahul-fəqahət, Qum, Ənsariyan, h.q 1417
- Zəhəbi, Şəmsəddin Məhəmməd ibn Əhməd, Seyru əlamin-nübəla, Ər-Risalə müəssisəsi, 3-cü çap, h.q 1405
- Zəhəbi, Şəmsəddin Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-ğərbil-İslami, m. 2003
- Rağib İsfahani, Hüseyn, Müfrədat, Beyrut, Dəməşq, Darul-Qələm, 1-ci çap, h.q 1412
- Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşafu ən həqaiq, Düzəliş: Mustafa Hüseyn Əhməd, Beyrut, Darul-kutubil-ərəbi, 1-ci çap, h.q 1407
- Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, 3-cü çap, h.q 1412
- Sübhani, Cəfər, Simaye əqaid, Tərcümə: Cavad Mühəddisi, Tehran, Məşər nəşri, h.ş 1386
- Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, 1-ci çap, h.ş 1383
- Sübhani, Cəfər, Mənşure əqaide İmamiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi, 1-ci çap, h.ş 1376
- Şafei, Məhəmməd ibn İdris, Divanul-İmamiş-Şafei, Qahirə
- Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Əl-etiqadat, Qum, 2-ci çap, h.q 1414
- Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Uyunu əxbarir-Rza (ə), Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
- Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Kəamluddin, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
- Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Mən la Yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, 2-ci çap, h.q 1413
- Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, 1-ci çap, h.q 1409
- Safi Qolpayqani, Lütfullah, Vilayəte təkvini və vilayəte təşrii, Qum, 1-ci çap, h.ş 1392
- Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Təhqiq və düzəliş: Möhsin Kuçe Baği, Qum, 2-ci çap, h.q 1404
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
- Təbərani, Süleyman ibn Əhməd, Ət-Təfsirul-Kəbir, Urdun, 1-ci çap, m. 2008
- Təbərsi, Həsən ibn Fəzl, Məkaarimul-əxlaq, Beyrut, h.q 1392
- Təbərsi, Həsən ibn Fəzl, İlamul-vəra, Qum, 1-ci çap, h.q 1427
- Təbərsi, Həsən ibn Fəzl, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 2-ci çap, h.ş 1372
- Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, Qum, Dəftəre təbliğate İslami, 2-ci çap, h.q 1422
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsiru-Kəbir, Beyrut, 3-cü çap, h.q 1420
- Qunduzi Hənəfi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə, Qum, Darul-üsvə, h.q 1422
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Məhəmmədi Reyşəhri, Məhəmməd, Əhli-Beyt (ə) dər Quran və hədis, Qum, 7-ci çap, h.ş 1391
- Məhəmmədi Reyşəhri, Məhəmməd, Fərhəngnameye mərsiye sərayi və əzadariye Seyyidüş-Şühəda, Tehran, h.ş 1387
- Mərkəze ettelaat və mənabeye İslami, Fərhəngnameye Usule fiqh, Qum, 1-ci çap, h.ş 1389
- Müstəfəvi, Həsən, Ət-Təhqiqu Fi kəlimatil-Quran, Tehran, 1-ci çap, h.ş 1368
- Müzəffər, Məhəmməd Həsən, Dəlailus-sidq, Qum, Alul-Beyt müəssisəsi, 1-ci çap, h.q 1422
- Müzəffər, Məhəmməd Həsən, Əqaidul-İmamiyyə, Təhqiq: Hamid Hənəfi, Qum, Ənsariyan nəşri, 12-ci çap, h.ş 1387
- Muğniyə, Məhəmməd cavad, Əl-Cameu, Beyrut, İzəddin müəssisəsi, 1-ci çap, h.q 1414
- Məkarim Şirazi, Nasir, Peyame Quran, Tehran, darul-kutubil-İslamiyyə, 9-cu çap, h.ş 1386
- Əkbəriyan, Seyyid Məhəmməd, محبت اهلبیت(ع) در قرآن
- «برگزاری جشن میلاد امام رضا (ع) در کشورهای مختلف جهان», mehrnews.com saytı
- بیانات در دیدار میهمانان شرکت کننده در چهارمین مجمع جهانی اهل بیت(ع), farsi.khamenei.ir saytı
- پرچم مخمل السلام علیکم یا اهل بیت النبوة, mashhoour.ir saytı
- «جشن میلاد حضرت ولی عصر (عج) در کشورهای مختلف جهان برگزار شد», taghribnews.com saytı
- قصیده شماره ۱۶، در ستایش حضرت رسول(ص), ganjoor.net saytı
- کتاب موسوعة سیرة اهل البیت(ع), gisoom.com saytı
- کتابشناسی اهلبیت(ع), hadith.net saytı
- کشورهای عربی میلاد پیامبر(ص) را چگونه جشن میگیرند؟, iqna.ir saytı
- ماجرای ساخت مسجد اهلبیت در ورودی شهر قم, rasanews.ir saytı
- Musəvi Zəncani, Seyyid İbrahim, Əqaidul-İmamiyyə, Beyrut, 3-cü çap, h.q 1413
- Mir Hamid Hüseyn, Seyyid Mehdi, Əbəqatul-ənvar, İsfahan, 2-ci çap, h.ş 1366
- نگاهی به فعالیتهای جهانی مؤسسه فرهنگی آلالبیت, hawzah.net saytı
- مکتب فقهی اهل بیت(ع), ensani.ir saytı
- Nəhcül-bəlağə, Tərcümə: Məhəmməd Dəşti, Qum, h.ş 1379
- Nişaburi, Səhih Muslim, Təhqiq: Məhəmməd Fuad Əbdül-Baqi, Beyrut
- Haşimi Şəhrudi, Seyyid Mahmud, مکتب فقهی اهل بیت(ع)
- Heysəmi, Əli ibn Əbi Bəkr, Məcməuz-zəvaid, Beyrut, Darul-kitabil-ərəbi