Ulil-Əmr ayəsi

wikishia saytından
(Ulul-Əmr ayəsi səhifəsindən yönləndirilmişdir)
Ulul-Əmr ayəsi
Ayənin adıUlul-Əmr
Yerləşdiyi surəNisa
Ayənin nömrəsi59
Cüz5
Nazil olma məkanıMədinə
MövzuEtiqadi
Barəsindəİsmət və Şiə İmamlarının imaməti


Bu məqalə Ulul-Əmr ayəsi barəsindədir. Ulul-Əmr məfhumu haqda məlumat almaq üçün adı keçən məqaləyə baxın.

Ulul-Əmr ayəsi (ərəbcə: آية أولي الأمر) və ya itaət ayəsi (Nisa, 59) möminləri Allaha, Allahın Rəsuluna (s)Ulil-əmrə itaət etməyi əmr etmişdir. Şiələr və Fəxr Razi kimi bəzi sünnilərin fikrincə, bu ayə Ulil-əmrin məsumluğuna dəlalət edir.

Rəvayətlərə görə, şiələr Ulil-əmrdən məqsədin şiə imamları (ə) olduğunu hesab edirlər. Həmçinin bu inanca sahibdirlər ki, bu ayə onların məsumluğuna və onlara itaət etməyin vacibliyinə dəlalət edir; Amma sünnilərin bu barədə fikir ayrılığı var. Raşidin xəlifələr, hər bir ədalətli hökmdar, din alimləri və bütün İslam ümməti sünni alimlərinin Ulil-əmr üçün bəyan etdikləri nümunələrdəndir.

Ayənin mətni və tərcüməsi

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ۖ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir.[1]



Nisa, 59


Ulil-Əmrin məsumluğuna və onlara itaətin vacibliyinə dəlalət

Şiə təfsirçilərinin fikrincə, "Ulil-əmr" ayəsi əmr sahiblərinin məsumluğuna dəlalət edir.[2] Əllamə Təbatəbainin nəzərinə əsasən, "ətiu" felini təkrar etmədən "Ulil-əmri" Peyğəmbərə (s) ətf etmək Allah Rəsuluna (s) itaətin mütləq surətdə vacib olmasına dəlalət etdiyi kimi "Ulil-əmrə" də itaət etməyin qeyd-şərtsiz vacib olduğuna dəlalət edir.[3] Əgər Allah kiməsə qeyd-şərtsiz itaət etməyi əmr edərsə, o şəxs məsum olacaq; Çünki məsum olmasa, günah bir işə əmr edərsə, iki bir-birinə zidd olan işin birlikdə vacib olması qarşıya gəlir; Yəni (Allahın verdiyi əmrə görə) həm ona itaət etmək lazımdır, həm də ona itaət etməmək (çünki insan günah etməməlidir) lazımdır.[4] Sünni təfsirçilərindən Fəxr Razi də bu ayənin "Ulil-əmr"in məsumluğuna dəlalət etdiyinə inanır. Əlbəttə, şiənin imamlarını onun nümunələri bilmir.[5]

Sələfilərin rəhbəri İbn Teymiyyə[6] və vəhhabilərdən Nasir Əl-Qifari[7] bu fikirdədirlər ki, "əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" cümləsi göstərir ki, Allah Rəsulundan (s) başqa məsumumuz yoxdur; Çünki bu ayədə möminlərə ixtilafda olduqları zaman Allaha və Peyğəmbərə (s) müracət etmək əmr edilmişdir. Onların nəzərinə görə, əgər Peyğəmbərdən (s) başqa bir məsum olsaydı, Allah ona da müraciət etməyi əmr edərdi. Bu insanlara cavab olaraq deyilmişdir ki, ayədəki ixtilaf və münaqişədən məqsəd Allah və Rəsulullah (s) tərəfindən təşri edilmiş İslamın ümumi hökm və qanunlarında ixtilaf etməkdir. İmamlar (ə) həmişə Allahın və Peyğəmbərin (s) hökmlərini həyata keçirmək yolundadırlar.[8] Həmçinin "Nisa" surəsinin 83-cü ayəsinə əsasən, İmamlara (ə) müraciət etmək Allaha və Peyğəmbərə (s) müraciət etmək deməkdir. Çünki imamlar (ə) şəriəti qorumaq və saxlamaqda Peyğəmbər (s) kimidirlər.[9]

Ulil-əmr kimlərdir?

Ulil-əmrin nümunələri haqqında şiələrsünnilər arasında fikir ayrılığı var: Şiələrin inancına əsasən, Ulil-əmrdən məqsəd on iki imamdır. Amma sünnilərn nəzərinə əsasən, raşidin xəlifələri və ya ədalətli hökmdarlar və ya alimlər Ulil-əmrin nümunələridir.

Şiə imamları

Şiə[10] və sünni mənbələrində[11] çoxsaylı rəvayətlər Ulil-əmrdən məqsədin İmamlar (ə) olduğunu bildirir.[12] Şiə alimləri bu rəvayətlərə əsasən, Ulil-əmrdən məqsədin on iki imam olduğunu bildirirlər.[13] Bu rəvayətlərdən bəziləri belədir:

  1. Cabir ibn Abdullah Ənsari "Cabir hədisi" kimi tanınan bir rəvayətdə Peyğəmbərdən (s) "Ulil-əmr" kəlməsi haqqında soruşdu. Peyğəmbər (s) belə cavab verdi ki, onlar mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdırlar. Onlardan birincisi Əli ibn Əbi Talibdir və ondan sonra ardıcıl olaraq on iki imamın adını saydı.[14]
  2. "Ulil-Əmr" ayəsinin təfsirində İmam Baqirdən (ə) nəql olunmuşdur ki, Ulil-Əmr, Qiyamətə qədər Əli (ə)Fatimənin (s) övladlarından olan imamlardır. İmam Baqirdən (ə) başqa bir rəvayətdə deyilir ki, Allah "Ulil-əmr" dedikdə yalnız bizi nəzərdə tutmuş və bütün möminləri qiyamətə qədər bizə tabe olmağı əmr etmişdir.[15]
  3. İmam Sadiq (ə) buyurur: "Onlar (Ulil-əmr) Əli ibn Əbi Talib, Həsən, Hüseyn, Əli ibn Hüseyn, Muhəmməd ibn Əli və Cəfər, yəni mənəm». Allaha şükür edin ki, insanların onları inkar etdiyi bir vaxtda sizə imam və rəhbərlərinizi tanıtdı".[16]

Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində "Ulil-əmr"dən məqsəd o şəxslərdir ki, məsumluq və əmrlərinə tabe olmağın vacibliyi baxımından Peyğəmbər (s) kimidirlər. Bu, "Ulil-əmr"in məfhumunun geniş olması ilə ziddiyyət təşkil etmir. Lakin onun nümunəsi müəyyən və məhduddur. Necə ki, bu ayədə "rəsul" sözünün də məfhumu genişdir. Bir halda ki, ondan yalnız Həzrət Muhəmməd (s) nəzərdə tutulub.[17]

Raşidin xəlifələri və hər bir ədalətli hökmdar

Sünni alimləri "Ulil-əmr"in nümunələri haqqında müxtəlif fikirlərə malikdirlər. Bəziləri "Ulil-əmr"dən məqsədin raşidin xəlifələri olduğunu bildirir. Bəzilərinin nəzərinə əsasən isə ondan məqsəd din alimləridir. Bəziləri də deyiblər ki, "Ulil-əmr"dən məqsəd Səriyyə (Peyğəmbərin (s) iştirak etmədiyi müharibələr) döyüşlərinin sərkərdələridir.[18] Sünni təfsirçisi Zəməxşərinin nəzərinə əsasən, ondan məqsəd dinə əsaslanaraq hakimiyyət edən hər hansı ədalətli hökmdardır. Necə ki, raşidin xəlifələri və onlar kimi əməl edən hökmdarlar var idi.[19] Fəxr Razi bunun nümunəsini ümmətin icması ilə təsdiq edilmiş həll-əqd əhli (cəmiyyətin problemlərini həll edən) olduğunu bildirir.[20]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Tusi, Ət-Tibyan, c.3, s.236; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.391
  3. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.391
  4. Müzəffər, Dəlailus-sidq, c.2, s.17
  5. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.10, s.113-114
  6. İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.q 1406, c.3, s.381
  7. Nasir Əl-Qifari, Usulu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.792
  8. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.3, s.441; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.388-389
  9. Tusi, Ət-Tibyan, c.3, s.236; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100
  10. Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.109-115
  11. İbn Mərdviyyə, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1424, s.236; Hakim Həskəlani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.190-191
  12. Məkarim Şirazi, Ayate vilayət dər Quran, h.ş 1386, s.116
  13. Tusi, Ət-Tibyan, c.3, s.236; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.399
  14. Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, c.54-55; Qunduzi, Yənabiul-məvəddə, h.q 1422, c.1, s.341
  15. Bəhrani, Əl_Burhan, İsmailiyyan, s.383-386
  16. Əyyaşi, Təfsiru Əyyaşi, h.ş 1363, s.252, hədis 174
  17. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.401
  18. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.10, s.113, 114
  19. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.524
  20. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.10, s.113

Ədəbiyyat

  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sunnətin-Nəbəviyyə, 1-ci çap, h.q 1406 \ m. 1986
  • İbn Mərdviyyə İsfəhani, Əbubəkr Əhməd ibn Musa, Mənaqibu Əli ibn Əbi Talib (ə), Təhqiq: Əbdür-Rəzzaq Məhəmməd Hüseyn, h.q 1424
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Qum, İsmailiyyan
  • Bəhrani, Seyyid Haşim, Ğayətul-məram, Təhqiq: Seyyid Əli Aşur, Beyrut, 1-ci çap, h.q 1422
  • Hakim Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, 1-ci çap, h.q 1411
  • Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər, Qum, Bidar, h.q 1401
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Düzəliş: Fəzlullha Yəzdi, Tehran, 3-cü çap, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut, 1-ci çap
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsiru Əyyaşi, Düzəliş və təhqiq: haşim Rəsuli Məhəllati, Tehran, h.ş 1363
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Qəffari, Nasir Abdullah ibn ibn Əli, Usulu məzhəbiş-şiə, Darur-Rza, 4-cü çap, h.q 1431 - m. 2010
  • Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə, Qum, Üsvə, h.q 1422
  • Müzəffər, Məhəmməd Həsən, Dəlailus-sidq, Tehran
  • Məkarim Şirazi, Nasir, Ayate vilayət dər Quran, Qum, Nəsle cəvan nəşriyyatı, h.ş 1386
  • Məkarim Şirazi, Nasir, Numunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371

Xarici keçid