Məzmuna keç

Taslim:Mən matə hədisi

wikishia saytından
Mən matə hədisi
Mövzuİmamı tanımaq
Nəql olunubPeyğəmbəri-Əkrəm (s)
Sənədin mötəbərliyiŞiə və Əhli-sünnə mənbələrində mütəvatir iddiası olunub
Şiə mənbələriƏl-Kafi - Kəmaluddin və təmamun-nimə - Kifayətul-əsər fin-nəssi ələl-əimmətil isna əşər
Sünni mənbələriSəhih-Müslim - Musnədu Əhməd ibn Hənbəl - Musnədu Əbi Davud - Musnəduş-Şamiyyin
Silsilətuz-zəhəb hədis • Səqəleyn hədisi, Kisa hədisi • Ömər ibn Hənzələnin məqbuləsi • Vilayət hədisi • Vəsilik hədis • Əql və cəhl ordusu hədisi • Şəcərə hədisi


Mən matə (ərəbcə: حديث من مات) hədisi Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan və məzmunu belə olan bir hədisdir: “Kim ölər və öz dövrünün imamını tanımazsa, cahiliyyət ölümü ilə ölmüşdür.” Bu hədis müxtəlif ifadələrlə həm şiə, həm də sünni mənbələrində nəql edilmiş və hər iki məzhəb tərəfindən qəbul edilmişdir. Bununla belə, şiə və sünnilər arasında bu hədisin mənasının izahında müəyyən fərqlər vardır. Şiələr bu hədisi imamət məsələsi ilə əlaqəli hesab edir və ondan məsum imamı tanımağın və ona itaət etməyin zəruriliyini çıxarırlar. Əhli-sünnə isə bu rəvayəti insanların İslam hakimiyyəti ilə münasibəti ilə əlaqələndirir və onu qanuni hökmdara beyət etməyin vacibliyinə dəlil hesab edir.

Mən matə hədisinin mənbələrdəki yeri

İslam mənbələrində “مَنْ ماتَ” ifadəsi ilə başlayan müxtəlif rəvayətlər nəql edilmişdir.[1] Lakin “Mən matə...” hədisi dedikdə adətən Peyğəmbərin (s) bu məşhur kəlamı nəzərdə tutulur:

«مَنْ ماتَ وَ لَمْ یعْرِفْ إمامَ زَمانِهِ مَاتَ مِیتَةً جَاهِلِیة»

Yəni: “Kim ölər və öz dövrünün imamını tanımazsa, cahiliyyət ölümü ilə ölmüşdür.”

Bu hədis şiə və sünni hədis mənbələrində müxtəlif ifadələrlə nəql edilmişdir.[2] “Əl-Kafi” kitabında İmam Sadiqdən (ə) Peyğəmbərin (s) belə buyurduğu nəql edilir:

«مَنْ مَاتَ وَ لَیسَ لَهُ إِمَامٌ فَمِیتَتُهُ مِیتَةٌ جَاهِلِیةٌ»

Yəni: “Kim ölər və imamı olmazsa, onun ölümü cahiliyyət ölümüdür.”[3]

Əhli-sünnənin bəzi mənbələrində də belə nəql edilmişdir:

«مَنْ مَاتَ بِغَیرِ إِمَامٍ مَاتَ مِیتَةً جَاهِلِیةً»

Yəni: “İmamsız ölən şəxs cahiliyyət ölümü ilə ölmüşdür.”[4]

Əllamə Məclisi bu rəvayəti şiə və sünnilər arasında mütəvatir hesab etmişdir.[5] Şeyx Bəhai də onu iki məzhəb tərəfindən qəbul edilmiş və müttəfəqün-əleyh bir hədis kimi təqdim etmişdir.[6]

Cahiliyyət ölümü nə deməkdir?

Peyğəmbəri-Əkrəm (s)
مَنْ ماتَ وَ لَمْ يَعْرِفْ إمامَ زَمانِهِ فَقَدْ مَاتَ مِيتَةً جَاهِلِيَّة

“Kim ölər və öz dövrünün imamını tanımazsa, şübhəsiz cahiliyyət ölümü ilə ölmüşdür.”

Mənaqibu ibn Şəhraşub, c.1, s.246

Kuleyninin “Mən matə...” hədisini nəql etdiyi rəvayətdə İmam Sadiq (ə) “cahiliyyət ölümü” ifadəsinin mənasını da izah etmişdir. Rəvayətin tam mətni belədir:

Abdullah ibn Əbi-Yəfur nəql edir: İmam Sadiqdən (ə) Peyğəmbər-Əkrəmin (s) “Kim ölər və imamı olmazsa, onun ölümü cahiliyyət ölümüdür” buyuruğu haqqında soruşdum: “Məqsəd insanın küfr halında ölməsidir?” İmam Sadiq (ə) cavab verdi: “Zəlalət halında ölməsidir.” Dedim: “Bəs əgər bu zamanda da kimsə ölsə və rəhbəri olmasa, onun ölümü cahiliyyət ölümü sayılırmı?” Buyurdu: “Bəli.”[7]



Peyğəmbəri-Əkrəm (s)
مَنْ مَاتَ بِغَیرِ إِمَامٍ مَاتَ مِیتَةً جَاهِلِیةً

“Kim imamsız ölərsə, cahiliyyət ölümü ilə ölmüşdür.”

Əhməd ibn Hənbəl, Musnədu Əhməd, c.28, s.88

Hədisin mənbələri

“Mən matə” rəvayətini nəql edən şiə və Əhli-sünnə mənbələrindən bəziləri bunlardır:

Şiə mənbələri

Əhli-sünnə mənbələri

Şiə və sünni alimlərinin nəzərində hədisin mənası

Şiə və sünni alimləri hər biri öz kəlam əsaslarına uyğun olaraq «مَنْ ماتَ» - "Mən Matə" hədisinə fərqli yanaşmışlar:

Şiə baxışı

Şiələr bu hədisi imamət məsələsi çərçivəsində şərh etmiş və onu bütün dövrlərdə imamın mövcudluğunun zəruriliyinə dəlil hesab etmişlər.[14] Bu baxışa görə, imamı tanımaq və ona itaət etmək «cahiliyyət ölümü»ndən qurtuluş üçün şərtdir.[15] Bu rəvayətdə «imam» dedikdə şiə imamları və Əhli-beyt nəzərdə tutulur. Qeybət dövründə isə İmam Mehdiyə (ə.f) öz dövrünün imamı kimi iman etmək və onun yolunda sabit qalmaq lazımdır.[16]

Əhli-sünnə baxışı

Əhli-sünnə alimləri bu rəvayəti müsəlmanların İslam cəmiyyətinin rəhbəri ilə münasibəti kontekstində izah etmişlər. Onların fikrincə, bu hədisdə «imam» sözü «hakim» mənasını daşıyır və İslam ümmətinin nizamını və birliyini qorumaq üçün ona itaət etmək və onun beyətində qalmaq lazımdır.[17] Hətta rəhbər zalım və ya fasiq olsa belə, İslam hökmdarına itaətin vacibliyinin davam etdiyi bildirilmişdir. İbn Teymiyyə bu hədisi şərh edərkən səhabə və tabeinlərin Yezid ibn Müaviyəyə tabe olmalarını bu prinsipə nümunə kimi göstərmişdir.[18]

Bununla belə, bəzi sünni mənbələrində bu rəvayətdəki «imam» sözü Peyğəmbər (s) kimi izah edilmişdir. Onların fikrincə, yer üzünün imamı olaraq Peyğəmbərə iman etmək «cahiliyyət ölümü»ndən qurtuluş üçün şərtdir.[19]

İstinadlar

  1. ↑ Nümunə üçün baxın: Bərqi, Əl-Məhasin, c.1, s.88
  2. ↑ İbn Tavus, İqbalul-əmal, c.2, s.252; Şeyx Səduq, Kəmaluddin, c.2, s.410; Təftazani, Şərhu Məqasid, c.5, s.239; Qunduzi, Yənabiul-məvəddə, c.3, s.456
  3. ↑ Kuleyni, Əl-Kafi, c.1, s.376
  4. ↑ İbn Hənbəl, Musnədu Əhməd, c.28, s.88; Əbu Davud, Musnədu Əbu Davud, c.3, s.425; Təbərani, Musnəduş-Şamiyiin, c.2, s.437
  5. ↑ Məclisi, Biharul-ənvar, c.8, s.368
  6. ↑ Şeyx Bəhayi, Əl-Ərbəunə hədisə, c.1, s.431
  7. ↑ Kuleyni, Əl-Kafi, c.1, s.376
  8. ↑ Kuleyni, Əl-Kafi, c.1, s.376
  9. ↑ Şeyx Səduq, Kəmaluddin, c.2, s.409
  10. ↑ Xəzzaz Razi, Kifayətul-əsər, s.296
  11. ↑ İbn Hənbəl, Musnədu Əhməd, c.28, s.88
  12. ↑ Əbu Davud, Musnədu Əbu Davud, c.3, s.425
  13. ↑ Təbərani, Musnəduş-Şamiyiin, c.2, s.437
  14. ↑ Əbul-Futuh Razi, Rəvzul-cinan, c.4, s.173
  15. ↑ Molla Sədra, Şərhu usulil-Kafi, c.2, s.474
  16. ↑ Əllamə Məclisi, Miratul-uqul, c.4, s.27; Şeyx Bəhayi, Əl-Ərbəunə hədisə, c.1, s.431
  17. ↑ Suheyb Əbdül-Cabbar, Əl-Cameus-Səhih, c.4, s.234
  18. ↑ İbn Teymiyyə, Muxtəsəru Minhacis-sünnət, c.1, s.49
  19. ↑ İbn Hibban, Səhihu İbn Hibban, c.10, s.434

Ədəbiyyat

  • Bərqi, Əbu Cəfər Əhməd ibn Məhəmməd ibn Xalid, Əl-Məhasin, Təhqiq və düzəliş: Cəlaluddin Mühəddis, Qum, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1371
  • Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan və Ruhul-cinan fi təfsiril-Quran, Təhqiq: Doktor Məhəmməd Cəfər Yahiqi və Doktor Məhəmməd Mehdi Nasih, Məşhəd, Astane Qodse Rəzəvinin İslami araşdırmalar mərkəzi, h.q 1408
  • Əhməd İbn Hənbəl, Musnədu Əhməd, Təhqiq: Şüeyb, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1421
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ihyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul, Təhqiq və düzəliş: Seyid Haşim Rəsuli, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1403
  • İbn Teymiyyə, Təqiyuddin, Muxtəsəru Minhacis-sünnət, Müxtəsər edən: Abdullah ibn Məhəmməd, Səna, Darus-Sədiq, 2-ci çap, h.q 1426
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məhəmməd İbn Hibban ibn Əhməd, Səhihu İbn Hibban, Təhqiq: Şüeyb, Beyrut, Ər-Risalə müəssisəsi, 2-ci çap, h.q 1414
  • Molla Sədra, Sədruddin Şirazi Məhəmməd ibn İbrahim, Şərhu usulil-Kafi, Təhqiq və düzəliş: Məhəmməd Xacəvi, Tehran, Mədəni təhqiqat və mütaliələr müəssisəsi, 1-ci çap, h.ş 1383 (2004)
  • Qunduzi, Yənabiul-məvəddə li-zəvil-Qurba, Üsvə nəşri, h.q 1413
  • Seyid İbn Tavus, Rəziyuddin Əli, Əl-İqbalu bil-əmalil-Həsənə, Təhqiq və düzəliş: Cavad Qəyyumi İsfahani, Qum, İslam təbliğatı adına ofisin nəşriyyatı, 1-ci çap, h.q 1415
  • Şeyx Bəhayi, Əl-Ərbəunə hədisə, Qum, Ustadlar cəmiyyətinin nəşriyyatı, 3-cü çap, h.q 1431
  • Şeyx Səduq, Kəmaluddin və təmamun-nimə, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1395
  • Təbərani, Süleyman ibn Əhməd, Musnəduş-Şamiyiin, Beyrut, Ər-Risalə müəssisəsi, 1-ci çap, h.q 1405
  • Təftazani, Səduddin, Şərhu Məqasid, Təhqiq: Əbdür-Rəhman Ümeyrə, Şərifur-Rza nəşri, 1-ci çap, h.q 1409
  • Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər fin-Nəssi ələl-əimmətil-isna əşər, Qum, Bidar nəşri, h.q 1401