Seyyidətün-nisail-aləmin

wikishia saytından
(Seyyidətu nisail-aləmin səhifəsindən yönləndirilmişdir)
Həzrət Fatimənin (s.ə) mövludunun ildönümündə İmam Əlinin (ə) hərəmində Seyyidətün-nisail-aləmin sözləri yazılmış bayraq ucaldılması, 2021-ci il[1]

Seyyidətün-nisail-aləmin (ərəbcə: سيدة نساء العالمين) Həzrət Fatimənin (s) ləqəb və fəzilətlərindəndir ki, dünya xanımlar xanımı deməkdir.

Şiə[2]sünni[3] hədis mənbələrinə görə, bu ləqəbi Həzrət Fatiməyə (s) Peyğəmbər (s) verib. İbn Əbil-Hədidin dediyinə görə, bu ifadə Peyğəmbərdən (s) söz və ya mənəvi mütəvatir şəklində nəql edilmişdir.[4]

“Əl-Kafi” kitabında da nəql olunmuş İmam Əlinin (ə) Həzrət Fatimənin (s) dəfni zamanı söylədiyi sözlərin arasında da, bu ifadə o Həzrət üçün işlənmişdir.[5] Həmçinin bu ləqəb İmam Əlinin (ə) ziyarəti,[6] Həzrət Zəhranın (s) ziyarəti,[7] Varis ziyarəti,[8] Aşura ziyarəti[9]İmam Rza (ə) ziyarəti[10] kimi bəzi ziyarətnamələrdə də Həzrət Zəhranın (s) ləqəbi olaraq qeyd olunur.

Sünni mənbələrində nəql olunan digər hədislərdə də Peyğəmbər (s) Fatiməni (s) mömin qadınların seyyidəsi, İslam ümməti qadınlarının seyyidəsi və behişt qadınlarının seyyidəsi adlandırmışdır.[11]

Bəzi rəvayətlərdə Həzrət Fatimədən (s) başqa, Həzrət İsanın (ə) anası İmranın qızı Məryəm, Fironun həyat yoldaşı AsiyaXovəylədin qızı Xədicə (s) də Seyyidətün-nisail-aləmin deyilmişdir.[12] Əlbəttə ki, bir rəvayətə görə, Həzrət Məryəm öz dövrünün qadınlarının seyyidəsi, Həzrət Fatimə (s) isə əvvəldən sona kimi dünya qadınlarının səyyidəsi adlandırılmışdır.[13] Həmçinin Həzrət Fatimənin (s) digər qadınlardan üstünlüyünə görə, Peyğəmbərin (s) onu bədəninin bir parçası adlandıran sözünə istinad edilmişdir.[14]

Şiələr, Həzrət Fatimənin (s) mövludu və şəhadətinin ildönümlərində məclisləri bəzəmək üçün bu ifadəni (Seyyidətün-nisail-aləmin) ehtiva edən bayraq və ya pankartlardan istifadə edirlər.[15]

İstinadlar

  1. «پرچم «یا سیدة نساء العالمین» بر فراز گنبد حرم امام علی(ع) + عکس», iqna.ir saytı
  2. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.179 və 420; Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.26, 113 və 298
  3. Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.170; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.14, s.173 və c.42, s.134
  4. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.10, s.265
  5. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.459
  6. Şeyx Tusi, Əl-Mütəhəccid, h.q 1411, c.2, s.741; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.246
  7. Şeyx Tusi, Əl-Mütəhəccid, h.q 1411, c.2, s.711; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.78-81
  8. Şeyx Tusi, Əl-Mütəhəccid, h.q 1411, c.2, s.719-720
  9. Şeyx Tusi, Əl-Mütəhəccid, h.q 1411, c.2, s.772-773; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.481
  10. Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.269
  11. Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.203, c.8, s.64; Müslim, Səhih-Müslim, c.4, s.1904-1905
  12. Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.205; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.70, s.109 və 112
  13. Təbəri Amuli, Dəlailul-İmamə, h.q 1413, s.149
  14. Alusi, Ruhul-məani, h.q 1416-1415, c.2, s.149
  15. «پرچم «یا سیدة نساء العالمین» بر فراز گنبد حرم امام علی(ع) + عکس», iqna.ir saytı

Ədəbiyyat

  • Alusi, Mahmud ibn Abdullah, Ruhul-məani, Təhqiq: Əli Əbdül-Bari Ətiyyə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1416-1415,
  • İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, Düzəliş: Məhəmməd Əbül-fəzl İbrahim, Qum, 1-ci çap, h.q 1404,
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415, m.1995
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Təhqiq: Cavad Qəyyumi, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1419
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Təhqiq: Məhəmməd Züheyr ibn Nasir, Beyrut, h.q 1422
  • «پرچم «یا سیدة نساء العالمین» بر فراز گنبد حرم امام علی(ع) + عکس», iqna.ir saytı, farsca
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1411
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), Təhqiq: Mehdi Lacəvərdi, Cahan nəşri, 1-ci çap, h.q 1378
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, 6-cı çap, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Əli, Əl-Mütəhəccid, Beyrut, 1-ci çap, h.q 1411
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Əl-Məktəbətul-İslamiyyə, h.q 1488
  • Müslim Nişaburi, Səhih-Müslim, Təhqiq: Məhəmməd Fuad Əbdül-Baqi, Beyrut