Əli (ə) Vəliyyullah

wikishia saytından
(Əli (ə) Allahın vəlisidir səhifəsindən yönləndirilmişdir)
Miladi ilinin 18-ci əsrinə aid olan "Əli (ə) Vəliyyullahdır" cümləli tablo, Əsər: Mahmud İbrahim[1]

Əli (ə) Vəliyyullahdır (ərəbcə: علي ولي الله), (Əli (ə) Allah tərəfindən rəhbər təyin edilmişdir) İmam Əlinin (ə) imamət və vilayətinə dair etiqad haqqında şiələrin şüarıdır. Şiələr, Həzrət Əlinin (ə) Peyğəmbərin (s) vəfatından sonra xilafətini Allahın əmri hesab edirlər.

Azan və iqamədə şiələr Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən, eləcə də şəhadəteyndən sonra "Həzrət Əlinin (ə), Allahın vəlisi" olmasına şəhadət verirlər. Baxmayaraq ki, bunu azan və iqamənin bir hissəsi hesab etmirlər.

Qəməri təqvimi ilə 13-cü əsrdə yaşamış şiə alimi Mirzayi Qumi "la ilahə illəllah, Muhəmməd Rəsululullah" dedikdən sonra "Əli Vəliyyullah" deməyi müstəhəb bilib. Həmçinin Seyid Məhəmməd Hüseyn Hüseyni Tehraninin fikrincə, bu bir neçə cümlə bir-birindən ayrılmazdır; bu dəlilə əsasən ki, Peyğəmbər (s) öz qövmünü İslama dəvət etdiyi ilk gündə İmam Əliyə (ə) tabe olmağı əmr etmişdir.

Ali-Buyə, İsmaili, Fatimi və Səfəvi kimi şiə hökumətlərində "Əli Vəliyyullah" ifadəsi vurulmuş sikkələr qalmışdır ki, onlardan ən qədimi 4-cü qəməri əsrinin ortalarına aiddir. Bu ifadə Fatimi dövrü memarlıqlarında da işlənir; o cümlədən, hicri 478-ci ildə (miladi 1094-cü ildə) Qahirədə İbn Tulun məscidinin mehrabının üzərinə əlavə edildi.

Məqam və tərifi

İmam Əlinin (ə) hərəmindən asılmış "Əli Vəliyyyahdır" cümləli bayraq[2]

"Əli Vəliyyullah", şiələrin İmam Əlinin (ə) imamətinə və vilayətinə etiqadla bağlı şiələrin bariz şüarlarından biridir ki, "Vilayət ayəsi"ndən, "Vilayət hədisi" və Qədir xütbəsi kimi hədislərdən götürülmüşdür.[3] Şiələr "Əli vəliyullah" dedikdə, Əli (ə) Allah tərəfindən rəhbər təyin edilmişdir[4] nəzərdə tuturlar.[5] Həmçinin Peyğəmbərin (s) vəfatından sonra Həzrət Əlinin (ə) xilafətini Allahın əmri hesab edirlər.[6] Əksinə, sünnilər Həzrət Əlinin (ə) xilafətinin xəlifələrin xilafətindən sonra olduğunu hesab edirlər[7] və başqa xəlifələrin xilafəti kimi onun xilafətinin də Allah tərəfindən olduğunu hesab etmirlər.[8]

"Əli Vəliyyullah" ifadəsi şiənin dörd hədis kitabı arasında "Əl-Kafi"[9] və "Mən la yəhzurhul-Fəqih"[10] kitabında qeyd edilmişdir. Həmçinin bu kitablarda qeyd olunan ziyarətnamələrdə İmam Əliyə (ə) "Vəliyyullah" xitab edilir.[11]

Şiə rəvayət mənbələrindəki bəzi hədislərdə "Əli Vəliyyullah" ifadəsindən sonra "Vəsiyyu Rəsulillah" (Allah Rəsulunun (s) canişini)[12] ifadəsi, bəzilərində isə "xəlifətun bədə Rəsulillah" (Allah Rəsulundan (s) sonra xəlifə) zikr edilmişdir.[13] Bəzi sünni sufiləri də öz əsərlərində "Əli vəliyullah" ifadəsini qeyd etmişlər.[14]

Qədir-Xum bayramında keçirdikləri mərasimdə şiələr üzərində "Əli Vəliyyullah" yazılmış lövhələr və bayraqlar quraşdırırlar.[15] Həmçinin Üzüyün qaşının üzərinə də həkk edirlər.[16] Maşının arxasına bu ifadənin yazılması İrandakı bəzi şiələrin mədəniyyətlərindən biridir.[17]

Üçüncü şəhadət

Şiələr Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra azaniqamədə "Həzrət Əlinin (ə) Allahın Vəlisi" olmasına şəhadət verirlər.[18] Şiə fəqihləri bunu azan və iqamənin bir hissəsi hesab etmirlər;[19] lakin onların çoxu savab əldə etmək niyyəti ilə onu deməyi caiz hesab etmişlər.[20]

Həmçinin şiələr İslama dinini qəbul etmək üçün tövhid və Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra "Həzrət Əlinin (ə) Allahın vəlisi" olmasına da şəhadət verirlər.[21] Baxmayaraq ki, şiə fəqihləri onu İslamı qəbul etmək üçün vacib hesab etməmişlər.[22]

Şiə hədis mənbələrində gələn rəvayətlərdə "la ilahə illəllah, Muhəmməd Rəsulullah" ifadəsindən sonra "Əli Vəliyyullah" cümləsi zikr edilmişdir.[23] Ondan sonra "Əli Vəliyyullah" deməyin günahların bağışlanmasına səbəb olduğu bildirilmişdir.[24] 13-cü əsrdə yaşamış şiə fəqihi Mirzayi Qumi rəvayətlərə əsaslanaraq "Məhəmməd Rəsulullah"dan sonra "Əli vəliyullah" deməyi müstəhəb saymışdır.[25] Şiə alimi Seyid Məhəmmədhüseyn Hüseyni Tehrani (şəmsi təqvimi ilə 1374-cü ildə vəfat edib) "la ilahə illəllah, Məhəmməd rəsululah, Əli vəliyullah" ifadəsini bir-birindən ayrılmaz hesab etmişdir. O, "Yəvmud-Dar" hədisini dəlil olaraq gətirmişdir ki, buna əsasən Peyğəmbərin (s) öz qövmünü İslama və şəhadəteyni deməyə dəvət etdiyi ilk gündə İmam Əliyə (ə) tabe olmağı da əmr etmişdir.[26]

Bəzi rəvayətlərə görə, Qiyamət günü Peyğəmbərin (s)[27] və İmam Əlinin (ə),[28] başlarındakı tacların üzərinə "la ilahə illəllah, Məhəmməd rəsululah, Əli Vəliyyullah" ifadəsi yazılıb. Digər bəzi şiə mənbələrində də bu vəsflərə oxşar rəvayətlər qeyd edilmişdir.[29]

"Bismillahir-Rəhmanir-Rəhim, la ilahə illəllah, Məhəmməd rəsululah, Əli Vəliyyullah" ifadəsi Fatimilər dövrünün parçalarının üzərində yazılan təbirlərdən biri olub.[30]

"Əli vəliyullah" ifadəsi ilə sikkələrin vurulması

Üzərində Əli (ə) Vəliyyahdır cümləsi yazılan sikkə, h.q 450[31]

Şiə hökumətlərində[32] o cümlədən İsmaili[33] və Fatimi[34] kimi bəzi hökumətlərdə hökmdarlar "Əli Vəliyyullah" ifadəsi ilə sikkələr vurublar. Onlardan bəziləri aşağıdakılardır:

  • Dördüncü qəməri əsrin ortalarında Təbəristanda Bavəndian[35]
  • Bəsasirinin (hicri 451-ci ildə vəfat edib) hakimiyyətə gəlməsindən sonra Ali Buyə[37]
  • Səkkizinci İlxani Sultanı Ulcayto məzhəbini şiəliklə dəyişdikdən sonra[38]
  • Sərbədaran (hökmdarlığı 736-788 h.)[39]
  • Ələmut ismaililəri (hökmdarlığı 483-654)[40]

dördüncü İlxani hökmdarı Ərqun (h. 683-690-cı illərdə hökm sürmüş)[42] və Ağqoyunlular (h. 872-908-ci illərdə hökmranlıq etmişdir) kimi şiə olmayan hökmdarların da sikkələrin üzərinə "Əli Vəliyyullah" yazdıqlarını bildiriblər.[43] Bəzi tarix tədqiqatçıları bunun səbəbini hökmdarların şiə məzhəbinə inanması[44] və ya şiələrin dəstəyini qazanmaları[45] hesab ediblər.

Tarixi və dini binalarda

Misirin paytaxtı Qahirədə yerləşən İbn Tulun məscidinin mehrabında "Əli (ə) vəliyyullah" cümləsi[46]

"Əli vəliyullah" ifadəsi şiə memarlığında[47] və Fatimilər dövründə də işlənmişdir.[48] Məsələn, hicri 478-ci ildə (miladi 1094-cü il) Qahirədə İbn Tulun məscidinə əlavə edilən mehrabın üzərində "la ilahə illəllah, Muhəmməd Rəsulullah, Əli Vəliyyullah" ifadəsi yazılıb.[49]

Bu mehrab İsmailiyyənin 18-ci imamı Məaz Müstənsir Fatiminin (hökmdarlığı 427-487-ci illər) xilafəti dövründə tikilib.[50]

Zəncanın yaxınlığındakı Soltaniyyə şəhərində yerləşən Soltaniyyənin günbəzində hicri 710-cu ilə aid olan "Əli Vəliyyullah" kitabəsi həkk olunub. Soltaniyyə günbəzi 8-ci İlxani padşahı Ulcayto şiə olduqdan sonra və onun əmri ilə tikilmişdir.[51] Həmçinin hicri 870-ci ildə Qaraqoyunlu padşahlarından Cahan şahın dövründə tikilmiş Təbriz Göy məscidinin divarlarında "Əli Vəliyyullah" ifadəsi həkk olunmuşdur.[52]

Hicri 770-ci ilə aid Kaşanda İmamzadə Həbib ibn Musanın mehrabında da "la ilahə illəllah, Məhəmməd rəsulluh, Əli Vəliyyullah" sözləri var.[53]

Bəzi imamimamzadələrin hərəmlərində "Əli Vəliyyullah" ifadəsi işlədilir; o cümlədən İmam Əlinin (ə) zərihində[54] İmam Rzanın (ə) zərihində[55]Həzrət Abbasın (ə) hərəminin minarəsində.[56]

İstinadlar

  1. Mirror image of 'Ali wali Allah
  2. گنبد حرم علوی تمیز شد/ نصب پرچم علی ولی‌الله + عکس
  3. Mühəddisi, Fərhənge ğədir, h.ş 1386, s.422 və 423
  4. Nümunə üçün baxın: Hüseyni Milani, Cəvahirul-kəlam, h.ş 1389, c.2, s.294
  5. Təbatəbai və Şahi, Bərresihaye İslami, h.ş 1388, c.1, s.150
  6. Nümunə üçün baxın: Təbəri Səğir, Dəlailul-İmamə, h.q 1413, s.18
  7. Nümunə üçün baxın: Abdullah ibn Əhməd ibn Hənbəl, Əs-Sünnət, h.q 1408, c.2, s.573; Qeyrovani, Əqidətus-Sələf, s.61
  8. İyci, Əl-Məvaqif, Aləmul-kutub, s.395
  9. Kuleyni, Əl-Kafi, h.q 1429, c.8, s.99
  10. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.604
  11. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1429, c.9, s.295-296; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.586, 589, 590, 592; Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.26, 27, 27
  12. Nümunə üçün baxın: Əd-Dəəvat, h.q 1407, s.211
  13. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.208
  14. Nümunə üçün baxın: Tirmizi, Mənaqibu Mürtəzəvi, h.ş 1380, s.140 və 319; Məzhəri, Ət-Təfsirul-Məzhəri, h.q 1412, c.7, s. 256; Qunduzi, Yənabiul-Məvəddət, h.q 1422, c.1, s.250, 288, 249
  15. Nümunə üçün baxın: https://www.tabnak.ir/fa/news
  16. Nümunə üçün baxın: https://javaheratparchami.ir/shop
  17. Nümunə üçün baxın: khedmatgozaran.com
  18. Səravi, Əl-Qutufud-daniyə, m.1997, c.1, s.55
  19. Sübhani, Şie şenaxt, h.ş 1397, s.352; Yəzdi, Məhəmməd Kazim, əl-Urvətul-vüsqa, h.q 1429, c.1, s.532
  20. Ğəzi, Əş-Şəhadətus-salisətul-müqəddəsə, h.q 1423, s.361-384
  21. Nümunə üçün baxın: İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib (ə), h.q 1379, c.2, s.52; İbn Şazan, Ər-Rövzə, h.q 1423, s.196
  22. Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.630; Şəhid Sani, Məsalikul-əfham, c.15, s.36
  23. Nümunə üçün baxın: Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.325; Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.670
  24. İbn Şazan, Ər-Rövzə, h.q 1423, s.23
  25. Mirzaye Qumi, Ğənaimul-əyyam, h.ş 1375, c.2, s.423
  26. Hüseyni Tehrani, İmamşenasi, h.q 1402, c.1, s.95
  27. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.325
  28. Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.670
  29. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1429, c.8, s.99; Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.1, s.324; Təbəri Amuli Səğir, Dəlailul-İmamə, h.q 1413, s.413; İbn Şazan, Miətu mənqəbə min mənaqibu Əmiril-muminin vəl-əimmə, h.q 1407, s.49
  30. Zəki Məhəmməd Həsən, https://shamela.ws
  31. www.numisbids.com
  32. Nümunə üçün baxın: İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.16, s.37; Fəsayi, Farsnameye Nasiri, h.ş 1382, c.1, s.288
  33. Sərafrazi, Şəaire şii bər sikkehaye İslami ta şeklgiriye hokuməte Səfəviyan, s.13
  34. Əvdi, Kavəşiye noin dər tarixe Fatimiyyate Misir, s.35
  35. Məvəddət, Təhlili bər rəvənde zərbe ibarət Əli Vəliyyullah bər sikkehaye Bavəndian, s.219
  36. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.361
  37. İbn Cəvzi, Əl-Müntəzəm, h.q 1412, c.16, s.37
  38. Fəsayi, Farsnameye Nasiri, h.ş 1382, c.1, s.288
  39. Can Masun, Xuruc və əruce Sərbədaran, h.ş 1361, s.83
  40. Sərafrazi, Şəaire şii bər sikkehaye İslami ta şeklgiriye hokuməte Səfəviyan, s.13
  41. Əndami və Süleymani, Bərgi əz sikkeşenasi, s.83 və 84
  42. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.691
  43. Sərafrazi, Şəaire şii bər sikkehaye İslami ta şeklgiriye hokuməte Səfəviyan, s.23
  44. Can Masun, Xuruc və əruce Sərbədaran, h.ş 1361, s.83; Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.361
  45. Sərafrazi, Şəaire şii bər sikkehaye İslami ta şeklgiriye hokuməte Səfəviyan, s.15
  46. thebohras.com
  47. Mühəddisi, Fərhənge ğədir, h.ş 1386, s.423
  48. thebohras.com
  49. Fuad Seyyid, Əl-Qahirə, s.8044
  50. thebohras.com
  51. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.737
  52. Sərafrazi, Şəaire şii bər sikkehaye İslami ta şeklgiriye hokuməte Səfəviyan, s.22
  53. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.850
  54. media.imamali.net
  55. razavi.ir
  56. karbobala.com

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib (ə), Qum, Əllamə, h.q 1379
  • İbn Cəvzi, Əl-Müntəzəm, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
  • İbn Şazan, Şazan ibn Cəbrayıl, Miətu mənqəbə min mənaqibu Əmiril-muminin vəl-əimmə, Qum, bh.q 1407
  • İbn Şazan, Şazan ibn Cəbrayıl, Ər-Rövzə, Qum, h.q 1423
  • İyci, Əl-Məvaqif, Beyrut, Aləmul-kutub
  • Əndami və Süleymani, Bərgi əz sikkeşenasi
  • Can Masun, Xuruc və əruce Sərbədaran, Tehran, Tehran universiteti, h.ş 1361
  • Cəfəriyan, Rəsul, Tarixe təşəyyö dər İran, Tehran, Elm nəşri, h.ş 1387
  • Hüseyni Tehrani, Seyyid Məhəmməd Hüseyn, İmamşenasi, Məşhəd, h.q 1402
  • Hüseyni Milani, Əli, Cəvahirul-kəlam, Qum, h.ş 1389
  • Sübhani, Cəfər, Şie şenaxt, Qum, h.ş 1397
  • Sərafrazi, Şəaire şii bər sikkehaye İslami ta şeklgiriye hokuməte Səfəviyan, h.ş 1394
  • Səravi, Əbdül-Möhsin, Əl-Qutufud-daniyə, Darul-məvəddət, m.1997
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1413
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, h.ş 1362
  • Təbəri Amuli Səğir, Məhəmməd ibn Cərir, Dəlailul-İmamə, Qum, h.q 1413
  • Ğəzi, Əbdül-Həlim, Əş-Şəhadətus-salisətul-müqəddəsə, Beyrut, h.q 1423
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, h.q 1404
  • Tirmizi, Məhəmməd Saleh ibn Abdullah, Mənaqibu Mürtəzəvi, h.ş 1380
  • Qeyrovani, İbn Əbi Zeyd, Əqidətus-Sələf
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-hədis, h.q 1429
  • Mühəddisi, Cavad, Fərhənge ğədir, Qum, Nəşre məruf, h.ş 1386,
  • Mirzaye Qumi, Əbül-Qasim ibn Məhəmməd Həsən, Ğənaimul-əyyam, Qum, h.ş 1375
  • Nəcəfi, Cəvahirul-kəlam, Məhəmməd Həsən, Beyrut, h.ş 1362
  • Qunduzi, Yənabiul-Məvəddət, h.q 1422
  • Yəzdi, Məhəmməd Kazim, əl-Urvətul-vüsqa, Qum, Darul-ənsar, h.q 1429