İnsan surəsi

wikishia saytından
(Dəhr surəsi səhifəsindən yönləndirilmişdir)
İnsan surəsi

İnsan ya Həl-Əta və ya Dəhr surəsi (Ərəbcə: سورة الإنسان-هل أتى-الدهر) yetmiş altıncı surədirQuranın Mədinədə nazil olan surələrindən biridir. O, 29-cu cüzdə yerləşir. "İnsan" surəsində insanın yaradılışı və hidayəti, "Əbrar"ın (yaxşı insanların) sifətləri və Allahın onlara verdiyi nemətlər, eləcə də Quranın əhəmiyyətindən və Allahın iradəsindən bəhs edilir.

Şiə təfsirçiləri və bəzi sünnilərin fikrincə, bu surənin "İtam" ayəsi kimi tanınan səkkizinci ayəsi Həzrət Əli (ə), Fatimeyi Zəhra (s), İmam Həsən (ə), İmam Hüseyn (ə) və onların xidmətçisi Fizzənin fəziləti barədə nazil olmuşdur. Onlar üç gün dalbadal oruc tutmaqla nəzrlərini yerinə yetirdilər. Həmçinin özləri ac olduqları halda iftarlarını miskin, yetiməsirə verdilər.

Bu surəni oxumaq üçün qeyd olunan savabların arasında axirətdə Peyğəmbərlə (s) yoldaşlıq etmək də var.

Tanıtım

  • Adlandırma

Bu surə İnsan, Həl-ƏtaDəhr adları ilə tanınır.[1] Bu surənin belə adlandırılmasının səbəbi də bu üç kəlmənin birinci ayədə gəlməsi ilə bağlıdır.[2] Adıçəkilən surəyə həm də Əbrar (yaxşı insanlar) deyirlər; Çünki bu söz beşinci ayədə gəlib və bu surənin yarıdan çoxu bu insanların xüsusiyyətlərindən bəhs edir.[3]

  • Nazil olma yeri və sırası

"İnsan" surəsi Peyğəmbərə (s) nazil olan doxsan səkkizinci surədir. Bu surə Müshəfin hazırkı düzülüşündə yetmiş altıncı surədir[4] və 29-cu cüzdədir.[5] Bu surənin Məkkə və ya Mədinədə nazil olmasında ixtilaf var. Şiə təfsirçilərindən Nasir Məkarim Şirazinin dediyinə görə, şiə təfsirçiləri bu surənin hamısının və ya ən azından Əbrarın məqamı və onların saleh əməlləri ilə bağlı ayələrin Mədinədə nazil olması mövzusunda həmfikirdirlər.[6] 7-ci Qəməri əsrinin sünni təfsirçilərindən Qurtubi də məşhur əhli-sünnə alimlərinin bu surənin Mədinədə nazil olduğuna inandıqlarını bildirib.[7] Bununla belə bəzi sünni təfsirçiləri onun Məkkədə[8] nazil olduğunu deyiblər. Bəziləri də surənin ilk ayələrinin Məkkədə, səkkizinci ayədən axıra qədər olan ayələrinin isə Mədinədə nazil olduğunu qəbul ediblər.[9]

  • Ayələrin sayı və digər xüsusiyyətləri

"İnsan" surəsi 31 ayə, 243 söz və 1089 hərfdən ibarətdir. Bu surə həcm baxımından müfəssəlat surələrindən (qısa ayələri olan) və nisbətən kiçik surələrdəndir.[10] Bu surə Həzrət Abbasın (ə) yeni zərihinə tamamilə həkk olunmuş ayə və surələrdəndir.[11]

Surənin məzmunu

Nümunə təfsiri "İnsan" surəsinin məzmununu beş mövzu və əsas mehvərə bölmüşdür:

  • Birincisi: insanın yaradılması, nütfədən yaradılması, hidayət və onun iradəsinin azadlığı;
  • İkincisi: Əbrar və yaxşı insanların mükafatı (Əhli-beyt (ə) haqqındadır);
  • Üçüncüsü: Yaxşı insanları ilahi mükafatı əldə etməyə layiq edən xüsusiyyətləri;
  • Dördüncüsü: Quranın əhəmiyyəti, onun əmrlərinin icrasının yolu və özünü islah etməyin eniş-yoxuşları;
  • Beşinci: İlahi iradə və istəyin hökmranlığı.[12]

İnsan surəsinin məzmunu[13]

İnsanları Allahın dininə tabe olmağa təşviq etmək Birinci söhbət; 1-ci ayədən 3-cü ayəyə qədər İnsanların Allahın dininə doğru fitri hidayəti Birinci mətləb; 1-2-ci ayə İnsanları doğuşdan haqqı tanımaq üçün alətlərlə təchiz etmək İkinci mətləb; 3-cü ayə İnsanların haqqa doğru təkvini (xilqət əsasında) və təşrii (qanunvericilik) hidayəti

İkinci söhbət; 4-cü ayədən 22-ci ayəyə qədər Allahın dininə tabe olmağın mükafatı Birinci mətləb; 4-cü ayə Kafirlərin axirət əzabı İkinci mətləb; 5-ci ayədən 6-cı ayəyə qədər Yaxşı insanlar Cənnət bulaqlarından bəhrələnirlər Üçüncü mətləb; 7-ci ayədən 11-ci ayəyə qədər Allahın bəndələrinin sifətləri Dördüncü mətləb; 12-ci ayədən 22-ci ayəyə qədər Allahın bəndələrinin Cənnət nemətləri

Üçüncü söhbət; 23-cü ayədən 31-ci ayəyə qədər Allahın dininə tabe olmağın zəruriliyi Birinci mətləb; 23-cü ayədən 26-cı ayəyə qədər Peyğəmbərin (s) vəzifəsi kafirlərə tabe olmamaq İkinci mətləb; 27-ci ayədən 28-ci ayəyə qədər Kafirlərin dünyapərəstliyi onların itaət etməməsinin dəlilidir Üçüncü mətləb; 29-cu ayədən 31-ci ayəyə qədər Kafirlər Allahın iradəsinə qalib gələ bilməzlər

Təfsiri nöqtələr

Yaxşı insanların xüsusiyyətləri

"İnsan" surəsində (7-ci ayədən 11-ci ayələrə qədər) yaxşı insanların (Əbrar) vəsfində beş xüsusiyyət bəyan edilir: 1. Onlar öz nəzrlərinə əməl edirlər. 2. Onlar onun əzabının hər yeri bürüyəcəyi gündən qorxurlar. 3. Öz yeməklərinə ehtiyacları olsa da, onu kasıba, yetiməəsirə verirlər. 4. Bunu yalnız Allahı razı salmaq üçün edirlər və heç kimdən mükafat və təşəkkür gözləmirlər. 5. Qaranlıq və dəhşətli gündə (Qiyamət günü) öz Pərvərdigarlarından qorxurlar.[14]

Bu surədə cənnət qadınlarına (Hurul-Əyn) işarə olunmaması

Cənnət nemətləri, sünni təfsirçisi Alusi başqalarından [mənbəyə ehtiyac var] nəql edərək deyib: Bu surə Peyğəmbər ailəsindən beş nəfərin şərəf və fəziləti haqqında nazil olmuşdur. Həzrət Fatimə (s) də onlardan biridir. Buna görə də Cənnət qadınlarından (Hurul-Əyn) onun hörmətinə heç bir ad çəkilməmişdir. رَعايَةً لِحُرْمَةِ البَتُول وَ قُرَّةِ عَينِ الرَّسُول (Bətulun və Peyğəmbərin (s) gözünün nurunun hörmətini riayət etmək üçün).[15]Əllamə Təbatəbai də "Əl-Mizan"da bildirmişdir ki, "İnsan" surəsində Cənnətin ən mühüm nemətlərindən biri olan "Hurul-Əyn" haqqında heç bir söz yoxdur. Bundan belə nəticə çıxarmaq olar: Əbrarın arasında ki, bu surə onların fəziləti barədə nazil olub, qadınlar da var.[16]

Məşhur ayələr

İtam ayəsi

İtam ayəsi

Əsas məqalə: "İtam" ayəsi
  • «وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا»

Tərcüməsi: "(Özlərinin) yeməyini istədikləri halda (və ehtiyac duyduqları halda) "yoxsula", "yetimə" və "əsirə" verərlər".

"İnsan" surəsinin səkkizinci ayəsi (ondan əvvəlki və sonrakı ayələrlə birlikdə) "İtam" ayəsi kimi tanınır.[17] Ayətullah Məkarim Şirazinin fikrincə, şiə alimləri bu ayənin digər ayələrlə (bu surənin on səkkiz ayəsi və ya hamısı) birlikdə İmam Əli (ə), Fatimə (s), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Fizzənin üç gün oruc tutmaları haqqında nazil olduğu barədə yekdil nəzərə sahibdirlər.[18] Rəvayət edilmişdir ki, bu insanlar ac olduqları halda, öz iftarlarını kasıb, yetim və əsirin istəyi ilə onlara verdilər.[19] Ayənin bu nazil olma səbəbini nəql edən çoxlu rəvayətlər vardır.[20] Ayətullah Məkarim Şirazi, Əllamə Əmininin "Əl-Qədir" kitabında 34 sünni ravisindən nəql etdiyi[21] İbn Abbasın Əhli-beytin (ə) məqamı və fəziləti haqqında rəvayətinə işarə edir. O, bu rəvayəti sünnilər arasında məşhur, daha doğrusu mütəvatir hesab etmişdir.[22]

Pak şərab ayəsi

  • «وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا»

Tərcüməsi: "Rəbbləri onlara pak olan və pak edici bir şərab içirəcəkdir" (İnsan, 21).

"Əl-Mizan" təfsirinin müəllifi paklıq şərabını hər cür çirkinliyi və murdarlığı, o cümlədən qəflət, məhrumiyyət və Allah-Təalaya diqqət etməkdən uzaq olmaq çirkinliyini aradan aparan şərab hesab etmişdir. Bu xüsusi şərabı içməklə onlarla (Əbrar) Rəbbləri arasında heç bir maneə qalmaz. Onlar Rəbblərinə həmd-səna etmək ləyaqətini taparlar. Necə ki, onlar haqqında "Yunis" surəsinin 10-cu ayəsində buyurur: وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِله رَبِّ الْعَالَمِينَ "Bütün dualarının sonu həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur (deməkdir)!". Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində inanır ki, Allah وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا cümləsində vasitələri aradan götürmüş və bu Cənnət əhlini sirab etməyi birbaşa Özünə aid etmişdir. Həmçinin bu, Cənnət əhlinə verilən ən fəzilətli nemətdir. O, ehtimal verib ki, bu Cənnət neməti "Qaf" surəsinin 35-ci ayəsində "məzid" (Allah yanında olan daha çox nemətlər) sözünün nümunəsidir ki, buyurur: لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ "Orada onlar üçün istədikləri hər bir şey vardır. Bizim yanımızda "onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) vardır".[23]

Əhkam ayələri

"İnsan" surəsinin yeddinci ayəsi "Əhkam" ayələri arasında qeyd edilmişdir.[24] Nəzrinə əməl etməyin yaxşı insanların sifətlərindən olduğunu bildirən[25] bu ayə ilə bağlı deyilir ki, nəzirinə əməl etməyin caizliyi və daha doğrusu, vacibliyi anlaşılır.[26]

Fəzilətlər və faydalar

Həmçinin "Surələrin fəzilətləri" məqaləsinə baxın.

Hədislərdə "İnsan" surəsini qiraət etməyin savabı "Cənnət" və "Cənnət huriləri",[27] axirətdə Peyğəmbərlə (s) yoldaşlıq olduğu bildirilmişdir.[28] Həmçinin qeyd olunub ki, İmam Rza (ə) bazar ertəsi və cümə axşamı günlərinin səhər namazlarında birinci rükətdə "Həmd" və "İnsan" surələrini, ikinci rükətdə isə "Həmd"dən sonra "Ğaşiyə" surəsini qiraət edir və buyururdu: "Hər kim belə etsə, Allah bu iki gündə onu pis insanlardan qoruyar.[29]

Bu surəni qiraət etmək barədə bəzi faydalar da qeyd edilmişdir. O cümlədən, əgər ruhu zəif olan kimsə "İnsan" surəsini qiraət etməyə davam edərsə, ruhi cəhətdən qüdrətli olar.[30] Bu surəni qiraət etmək əsəbləri gücləndirmək və narahatçılıqdan uzaqlaşmaq üçün faydalıdır.[31]

Mətn və tərcümə

İnsan surəsi

Tərcümə Ərəbcə mətn
1. İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! 2. Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. 3. Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor. 4. Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq. 5. Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər. 6. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar. 7. Onlar elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşəti (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar. 8. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. 9. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. 10. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin bir gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq! 11. Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). 12. Və onları etdikləri səbir müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. 13. Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. 14. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər. 15. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. 16. Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə büllur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər. 17. Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir. 18. (Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır. 19. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar7 olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. 20. (Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən. 21. (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. 22. (Onlara belə deyiləcəkdir:) Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir(. 23. (Ya Peyğəmbər!) Həqiqətən, Biz Quranı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik. 24. Elə isə Rəbbinin hökmünə səbir et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə! 25. Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!) 26. Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!) 27. Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər. 28. Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik. 29. Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşaq). 30. (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! 31. (Allah) istədiyi kimsəni Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا «۱» إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا «۲» إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا «۳» إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَ وَأَغْلَالًا وَسَعِيرًا «۴» إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا «۵» عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا «۶» يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا «۷» وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا «۸» إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا «۹» إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا «۱۰» فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَٰلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا «۱۱» وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا «۱۲» مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا «۱۳» وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا «۱۴» وَيُطَافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا «۱۵» قَوَارِيرَ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا «۱۶» وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا «۱۷» عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا «۱۸» وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَنْثُورًا «۱۹» وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا «۲۰» عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا «۲۱» إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا «۲۲» إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا «۲۳» فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا «۲۴» وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا «۲۵» وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا «۲۶» إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا «۲۷» نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا «۲۸» إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا «۲۹» وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا «۳۰» يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا «۳۱»


Monoqrafiyalar

"İnsan" surəsinin təfsirinin təfsir kitablarında gəlməsindən əlavə, bu surəni müstəqil təfsir edən kitablar da vardır:

  • Seyyid Cəfər Mürtəza Amuli, "Həl Əta" surəsinin təfsiri, Beyrut, Əl-Mərkəzul-İslami, 1424-cü h.q.
  • Seyyid Abbas Kərimi Hüseyni, İnsanlığın zirvəsi: İnsan surəsinin təfsiri, Qum, Darul-Huda, 1383-cü il h.ş.

İstinadlar

  1. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.327
  2. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.327
  3. Xürrəmşahi, Daneşname Quran və Quran Pejuhi, h.ş 1377, c.2, s.1260
  4. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.1, s.168
  5. Xürrəmşahi, Daneşname Quran və Quran Pejuhi, h.ş 1377, c.2, s.1260
  6. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.328
  7. Qurtubi, Əl-cameu li-əhkamil-Quran, h.ş 1364, c.19, s.117
  8. Sələbi, Əl-kəşfu vəl-bəyan, h.q 1422, c.10, s.92; Fəxr Razi, Ət-təfsirul-kəbir, h.q 1420, c.30, s.739
  9. Təbrani, Ət-təfsirul-kəbir, Təfsirul-Quranil-Əzim, m.2008, c.6, s.398
  10. Xürrəmşahi, Daneşname Quran və Quran Pejuhi, h.ş 1377, c.2, s.1260
  11. «امشب قرص قمر در کربلا طعنه به خورشید می‌زند»، سایت خبری فردا، تاریخ بازدید ۲۱ شهریور ۱۳۹۵ش., Fardanews sayt, Farsca
  12. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.327
  13. Xamegər, Muhəmməd, Saxtare surehaye Qurane Kərim, Təhiyye Muəssiseye fərhəngi Quran və itrəte Nurus-səqəleyn, Qum, Nəşre nəşra, c.1, h.ş 1392
  14. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.351-355
  15. Alusi, Təfsiru Ruhil-məani, c.15, s.170-174
  16. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.131
  17. Ruhani Niya, Furuğe Ğədir, h.ş 1386, s.146; Ənsari, Əhli-Beyt (ə), Məcməul-fikr, s.173; Məzahiri, Zendeqani çəhardəh məsum (ə), h.ş 1378, s.56; Deyləmi, İrşadul-qulub, Tehran, c.2, s.136; Muhəmməd Yaqub, Cayeqahe Əhli-Beyt (ə) dər sureye Dəhr əz mənzəre firəqeyn, s.68; İmam Əli (ə) dər porseşhaye Qurani, s.108
  18. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.24, s.345
  19. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1415, c.4,s.670; Fəxr Razi, Ət-təfsirul-kəbir, h.q 1420, c.30, s.746; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.612; Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.343
  20. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.61-612
  21. Əmini, Əl-ğədir, h.q 1416, c.3, s.155-161
  22. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.345
  23. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.130, 131
  24. İrəvani, Drusu Təmhidiyyə, h.q 1423, c.1, s.451
  25. Məkarim Şirazi, Təfsiri Nümunə, h.ş 1371, c.25, s.351
  26. İrəvani, Drusu Təmhidiyyə, h.q 1423, c.1, s.451
  27. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.206
  28. Şeyx Səduq, Səvabul-əmal və iqabul-əmal, h.q 1406, s.121
  29. Şeyx Səduq, Mən la yəhzurul-fəqih, c.1, s.307-308
  30. Bəhrani, Əl-burhan, h.q 1416, c.5, s.543
  31. Bəhrani, Əl-burhan, h.q 1416, c.5, s.543

Ədəbiyyat

  • Qurani Kərim, Tərcümə: Muhəmməd Mehdi, Tehran, Darul-Quranil-Kərim, h.q 1418-h.ş 1376
  • Qurani Kərim, Tərcümə, Açıqlama, Sözlər: Bəahud-din Xürrəmşahi, Tehran, Cami, Nilufər, h.ş 1376
  • İmam Əli (ə) dər porseşhaye Qurani, Məcəlle fərhənge Kövsər, Nömrə: 48, İsfənd h.ş1379
  • İrəvani, Baqir, Drusu təmhidiyyə fi təfsiri ayatil-əhkam, Qum, Darul-fiqh, h.q 1423
  • Ənsari, Muhəmməd Əli, Əhlul-Beyt (ə): İməmətuhum həyatuhum, Qum, Məcməul-fikril-İslami
  • Bəhrani, Seyyid Haşim, Əl-burhanu fi təfsiril-Quran, Tehran, Bunyade besət, 1-ci çap, h.q 1416
  • Səlibi, Əhməd ibn Muhəmməd, Əl-kəşfu vəl-bəyan, Beyrut, Daru ehyait-terasil-ərəbi, 1-ci çap, h.q 1422
  • Xamegər, Muhəmməd, Saxtare surehaye Quran Kərim, Qum, Nəşre nəşra, c.1, h.ş 1392
  • Xurrəmşahi, Bəhaud-din, Daneşname Quran və Quran Pejuhi, Tehran, Dustan-Nahid, h.ş 1377
  • Deyləmi, Hüseyn ibn Muhəmməd, İrşadul-qulub, Müqəddimə: Şəhabuddin Mərəşi, Tehran
  • Ruhani Niya, Əbdür-Rəhim, Fruğe Ğədir, h.ş 1386
  • Zəməxşəri, Carullah, Əl-kəşşafu ən həqaiqi ğəvamizit-tənzil, Qum, Nəşrul-bəlağə, h.q 1415
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Qum, Daruş-şərifir-Riza, 2-ci çap, h.q 1406
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Mən la yəhzuurul-fəqih, Qum, enteşarate came mudərrisin, 2-ci çap
  • Təbrani, Süleyman ibn Əhməd, Ət-təfsirul-kəbir, Təfsirul-Quranil-Əzim, Ordon, 1-ci çap, M.2008
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Təhqiq və Müqəddimə: Muhəmməd Cavad Bəlaği, Tehran, Enteşarate Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Fəxr Razi, Muhəmməd ibn Ömər, Ət-təfsirul-kəbir, Beyrut, Daru ehyait-terasil-ərəbi, 3-cü çap, h.q 1420
  • Qurtubi, Muhəmməd ibn Muhəmməd, Əl-cameu li-əhkamil-Quran, Tehran, Nasir Xosrov, 1-ci çap, h.ş 1364
  • Məzahiri, Hüseyn, Zendeqani 14 məsum (ə), Tehran, Payme azadi, h.ş 1378
  • Mərifət, Muhəmməd Hadi, Amuzeşe ulume Quran, Qum, Mərkəze çap və nəşre sazmane təbliğate İslami, 1-ci çap, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Təfsiri Nümunə, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371

Xarici keçid