İfk ayələri
Ayənin adı | İfk ayələri |
---|---|
Yerləşdiyi surə | Nur |
Ayənin nömrəsi | 11-26 |
Cüz | 18 |
Nazil olma səbəbi | İfk hadisəsi |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Əxlaqi |
Barəsində | Bir qrup şəxsin müsəlman qadına böhtan atması |
İfk ayələri (ərəbcə: آيات الإفك) (“Nur” surəsinin 11-dən 26-ya qədər olan ayələri) İslamın əvvəlində bir qrup insanın müsəlman qadınlardan birini pis gəzməklə ittiham etməsi hekayəsindən bəhs edir. Allah bu ayələrdə insanlara böhtan atmağı və şayiə yaymağı məzəmmət etmişdir.
Mənbələrdə böhtan atılan şəxslə bağlı iki əsas xəbər var. Sünni mənbələrinə, eləcə də bəzi şiə mənbələrinə görə, “İfk” ayələri münafiqlərin Ayişəyə böhtan atmasından sonra nazil olmuşdur. Amma Qumminin təfsirində zikr edilən ikinci xəbərə görə, Ayişənin Mariyə Qibtiyyəyə böhtan atması bu ayələrin nazil olmasına səbəb olmuşdur.
Hər iki xəbərə iradlar edilib və bu səbəbdən Məhəmmədhüseyn Təbatəbai, Seyid Məhəmməd Hüseyn Fəzlullah, Məkarim Şirazi və Cəfər Sübhani kimi bəziləri onların heç birini qəbul etməyib.
Seyid Əli Xameneinin sözlərinə görə, ittiham olunan şəxsin müəyyən edilməsi üçün müzakirələr aparmaq azğın bir bəhsdir. Həmçinin “ifk” ayələrindəki mehvər məsələ çox mühüm əxlaqi və ictimai bir əmrdir və onu fərdi bir məsələ həddinə endirmək olmaz.
Ayələrin mətni
Tərcüməsi | Ərəbcə mətni |
“Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük (şiddətli) bir əzab gözləyir!”. (11) “Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” -deməli deyildilərmi?”. (12) “(İftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!”. (13) “Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı”. (14) “Çünki o zaman siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu, Allah yanında çox böyük günahdır!”. (15) “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” -deməli deyildinizmi?”. (16) “Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz”. (17) “Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”. (18) “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Allah (onun pis nəticə və aqibətini) bilir, siz bilməzsiniz!”. (19) “Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (halınız necə olardı)! (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi). (20) “Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!”. (21) “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”. (22) “Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları çox böyük bir əzab gözləyir!”. (23) “Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir”. (24) “O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (onlara verdiyi vədin) açıq-aşkar bir nur (haqq) olduğunu biləcəklər!”. (25) “Xəbis qadınlar xəbis kişilərə, xəbis kişilər isə xəbis qadınlara, eləcə də pak qadınlar pak kişilərə, pak kişilər də pak qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları dünya və axirətdə) (günahlardan) bağışlanma və tükənməz (minnətsiz) ruzi gözləyir!”. (26) |
إِنَّ الَّذِینَ جَاءُوا بِالْإِفْک عُصْبَةٌ مِّنکمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَّکم ۖ بَلْ هُوَ خَیرٌ لَّکمْ ۚ لِکلِّ امْرِئٍ مِّنْهُم مَّا اکتَسَبَ مِنَ الْإِثْمِ ۚ وَالَّذِی تَوَلَّىٰ كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِیمٌ ﴿11 لَّوْلَا إِذْ سَمِعْتُمُوهُ ظَنَّ الْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بِأَنفُسِهِمْ خَیرًا وَقَالُوا هَٰذَا إِفْک مُّبِینٌ ﴿12 لَّوْلَا جَاءُوا عَلَیهِ بِأَرْبَعَةِ شُهَدَاءَ ۚ فَإِذْ لَمْ یأْتُوا بِالشُّهَدَاءِ فَأُولَٰئِک عِندَ اللَّهِ هُمُ الْکاذِبُونَ ﴿13 وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَیکمْ وَرَحْمَتُهُ فِی الدُّنْیا وَالْآخِرَةِ لَمَسَّکمْ فِی مَا أَفَضْتُمْ فِیهِ عَذَابٌ عَظِیمٌ ﴿14 إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِکمْ وَتَقُولُونَ بِأَفْوَاهِکم مَّا لَیسَ لَکم بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَینًا وَهُوَ عِندَ اللَّهِ عَظِیمٌ ﴿15 وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا یکونُ لَنَا أَن نَّتَکلَّمَ بِهَٰذَا سُبْحَانَک هَٰذَا بُهْتَانٌ عَظِیمٌ ﴿16 یعِظُکمُ اللَّهُ أَن تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِن کنتُم مُّؤْمِنِینَ ﴿17 وَیبَینُ اللَّهُ لَکمُ الْآیاتِ ۚ وَاللَّهُ عَلِیمٌ حَکیمٌ ﴿18 إِنَّ الَّذِینَ یحِبُّونَ أَن تَشِیعَ الْفَاحِشَةُ فِی الَّذِینَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِیمٌ فِی الدُّنْیا وَالْآخِرَةِ ۚ وَاللَّهُ یعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿19﴾ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَیکمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ رَءُوفٌ رَّحِیمٌ ﴿20 یا أَیهَا الَّذِینَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّیطَانِ ۚ وَمَن یتَّبِعْ خُطُوَاتِ الشَّیطَانِ فَإِنَّهُ یأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنکرِ ۚ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَیکمْ وَرَحْمَتُهُ مَا زَکیٰ مِنکم مِّنْ أَحَدٍ أَبَدًا وَلَٰکنَّ اللَّهَ یزَکی مَن یشَاءُ ۗ وَاللَّهُ سَمِیعٌ عَلِیمٌ ﴿21 وَلَا یأْتَلِ أُولُو الْفَضْلِ مِنکمْ وَالسَّعَةِ أَن یؤْتُوا أُولِی الْقُرْبَیٰ وَالْمَسَاکینَ وَالْمُهَاجِرِینَ فِی سَبِیلِ اللَّهِ ۖ وَلْیعْفُوا وَلْیصْفَحُوا ۗ أَلَا تُحِبُّونَ أَن یغْفِرَ اللَّهُ لَکمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِیمٌ ﴿22 إِنَّ الَّذِینَ یرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِی الدُّنْیا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِیمٌ ﴿23 یوْمَ تَشْهَدُ عَلَیهِمْ أَلْسِنَتُهُمْ وَأَیدِیهِمْ وَأَرْجُلُهُم بِمَا کانُوا یعْمَلُونَ ﴿24 یوْمَئِذٍ یوَفِّیهِمُ اللَّهُ دِینَهُمُ الْحَقَّ وَیعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِینُ ﴿25 الْخَبِیثَاتُ لِلْخَبِیثِینَ وَالْخَبِیثُونَ لِلْخَبِیثَاتِ ۖ وَالطَّیبَاتُ لِلطَّیبِینَ وَالطَّیبُونَ لِلطَّیبَاتِ ۚ أُولَٰئِک مُبَرَّءُونَ مِمَّا یقُولُونَ ۖ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ کرِیمٌ ﴿26 |
Ayələrin məzmunu
“Nur” surəsinin 11-dən 26-ya qədər ilan ayələrində müsəlmanlardan birinə böhtan atmaq əhvalatı nəql edilmiş və Allah atdıqları bu böhtana görə böhtan atanları danlamışdır.[1] “Əl-Mizan” təfsirinin müəllifi Məhəmmədhüseyn Təbatəbainin dediyinə görə, Quran ayələrindən istifadə olunur ki, böhtana məruz qalan şəxs, məşhur və Peyğəmbərin (s) ailə üzvlərindən olan bir şəxs olub. Böhtan atanlar isə bir qrup insan olub.[2] Mütəal Allah bu ayələrdə töhmət vuranları böyük bir əzabla təhdid edib və möminləri danlayır ki, niyə şayiələri dəlil və araşdırma olmadan qəbul edirlər.[3]
Bəzi alimlər “ifk” hadisəsini münafiqlərin Peyğəmbər (s) hökumətinə qarşı ən əsas daxili məkrli planı kimi təqdim etmiş və Allahın “ifk” ayələrini nazil etməklə Peyğəmbərin (s) peyğəmbərliyini müdafiə etdiyini söyləmişlər.[4]
Ayənin nazil olma səbəbi
“İfk” ayələri üçün iki nazil olma səbəbi qeyd olunur:
- Mədinəli münafiqlərin Ayişəyə böhtan atması: Bu xəbərə görə, “ifk” hadisəsi müsəlmanların Bəni Müstəliq qəzvəsindən (5-ci[5] yaxud altıncı qəməri ili)[6] qayıtdıqdan sonra baş vermişdir.[7] 14-cü əsrdə şiə təfsirçilərindən olan Məhəmməd Cavad Muğniyənin dediyinə görə, əksər təfsirçilər və tarixçilər bu xəbəri “ifk” ayələrinin nazil olma səbəbbi kimi qəbul etmişlər.[8]
- Ayişənin Mariyə Qibtiyyəyə böhtan atması: Əli İbn İbrahim Qumminin İmam Baqirdən (ə) nəql etdiyi rəvayətə görə, Ayişə, Mariyə Qibtiyyəyə böhtan ataraq, Cərih Qibti adlı bir şəxslə qeyri-qanuni əlaqədə olduğunu söylədi.[9] Deyilənə görə, Şiə alimlərindən yalnız son dövrlərin alimləri “ifk” ayəsini Mariyənin hekayəsi ilə əlaqəli hesab etmişlər.[10] Bu alimlərdən Seyid Əbul-Qasim Xoi[11], Seyid Cəfər Mürtəza Amuli[12] və Seyid Mürtəzanı Əskərini qeyd etmək olar.[13]
Əlbəttə, Əmali Seyid Mürtəza[14], Əl-Hidayətul-Kübra,[15] Səhih Müslim[16] və Əl-Müstədrək ələs-səhihəyn[17] kimi bir çox şiə və sünni mənbələrində Mariyənin əhvalatı nəql edilmişdir. Lakin bunların heç birində “ifk” ayələrinin nazil olması qeyd olunmamışdır.[18]
Bu iki nazil olma səbəbinə edilən iradlar
Ayə üçün qeyd olunan iki nazil olma səbəbinin hər biri üçün bəzi iradlar edilmişdir. Məsələn, Ayişənin əhvalatı ilə bağlı deyiblər ki, Peyğəmbər (s) həyat yoldaşlarını döyüşlərdə özü ilə götürmürdü.[19] Həmçinin sünnilərin verdikləri xəbərə görə, Peyğəmbər (s) Aişəyə sui-zənn etdi. Amma belə bir mətləb Peyğəmbərin (s) məsumluq məqamı ilə bir araya sığmır.[20] Seyid Cəfər Mürtəza bu əhvalatı saxta hesab edir və onu yaradanların məqsədinin Aişə üçün fəzilət düzəltmək olduğunu bildirmişdi.[21]
Mariyə haqqında danışılan hekayəyə də irad bildiriblər. “İfk” ayələrindən istifadə olunur ki, töhmət vuranlar bir dəstə insan idi, bir halda ki, bu rəvayətdə yalnız Ayişə böhtan atan şəxs kimi təqdim edilir.[22]
Həmçinin bu rəvayətdə Peyğəmbərin (s) Cərihin öldürülməsini əmr etdiyini nəzərə alaraq, məsələnin düzgünlüyünü araşdırmadan Peyğəmbərin (s) müttəhimin öldürülməsinə göstəriş verməsinin mümkün olmadığını söyləmişlər. Bundan əlavə, belə bir günahın cəzası adam öldürmək deyil.[23]
Bu iradlara görə, Məhəmmədhüseyn Təbatəbai,[24] Seyid Məhəmməd Hüseyn Fəzlullah,[25] Məkarim Şirazi[26] və Cəfər Sübhani[27] kimi bəzi təfsirçilər hər iki nazil olma səbəbini rədd etmişlər. Bəziləri də ayənin üçüncü şəxs haqqında nazil olması ehtimalının olduğunu demişlər.[28]
Seyid Əli Xameneinin sözlərinə görə, ittiham olunan şəxsin müəyyən edilməsi üçün müzakirələr aparmaq azğın bir bəhsdir. Həmçinin “ifk” ayələrindəki mehvər məsələ çox mühüm əxlaqi və ictimai bir əmrdir və onu fərdi bir məsələ həddinə endirmək olmaz.[29]
İstinadlar
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.15, s.89
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.15, s.89
- ↑ Məkarim Şirazi, Əl-Əmsəl, h.q 1421, c.11, s.46
- ↑ Hüseyniyan Müqəddəm, Bərresiye tarixi-təfsiri hadiseye ifk, s.160
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.2, s.48-50; Məsudi, Ət-Tənbih, s.215
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.29
- ↑ İbn Hişam, Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.297-302; Vaqidi, Əl-Məğazi, h.q 1409, c.2, s.426-435
- ↑ Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.5, s.403
- ↑ Qumi, Təfsirul_Qumi, h.ş 1363, c.2, s.99
- ↑ Əl-Xəşn, Əbhasun həvlə Əs-Seyyidətu Aişə, h.q 1438, s.258
- ↑ Xoi, Siratun-nicat, h.q 1416, c.1, s.463
- ↑ Seyid Cəfər Mürtəza Amuli, Hədisul-ifk, h.q 1439, s.381-382
- ↑ Əskəri, Əhadisu ummil-muminin Aişə, h.q 1425, c.2, s.186-187
- ↑ Seyyid Mürtəza, Əmali Mürtəza, m. 1998, c.1, s.77
- ↑ Xəsibi, Əl-Hidayətul-Kübra, h.q 1419, s.297-298
- ↑ Müslim, Səhih-Müslim, c.4, s.2139
- ↑ Hakim Nişaburi, Əl-Müstədrək ələs-səhihəyn, h.q 1411, c.4, s.41
- ↑ Əl-Xəşn, Əbhasun həvlə Əs-Seyyidətu Aişə, h.q 1438, s.254
- ↑ Tayi, Siyrətu seyyidətil-Aişə, h.q 1427, c.1, s.205-206
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.15, s.101; Məkarim Şirazi, Əl-Əmsəl, h.q 1421, c.11, s.40
- ↑ Amili, Əs_Səhihu min siyrətin-Nəbi, h.q 1426, c.12, s.78-77, 81, 97
- ↑ Məkarim Şirazi, Əl-Əmsəl, h.q 1421, c.11, s.41
- ↑ Fəzlullah, Min vəhyil-Quran, h.q 1419, c.16, s.256
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.15, s.89
- ↑ Fəzlullah, Min vəhyil-Quran, h.q 1419, c.16, s.252-257
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.14, s.391-393
- ↑ Sübhani, Mənşure cavid, h.ş 1390, c.9, s.118
- ↑ Cəfəriniya, Bərresi və nəqd qozareşhaye hadiseye ifk, s.47
- ↑ https://farsi.khamenei.ir/speech-خطبههای نماز جمعهی تهران (farsca)
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
- İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Taif, h.q 1414
- İbn Hişam, Əbdül-Məlik, Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifə
- Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Müstədrək ələs-səhihəyn, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411
- Əl-Xəşn, Hüseyn Əhməd, Əbhasun həvlə Əs-Seyyidətu Aişə, Beyrut, h.q 1438
- Xəsibi, Hüseyn ibn Həmədan, Əl-Hidayətul-Kübra, Beyrut, h.q 1419
- Xoi, Əbül-Qasim, Siratun-nicat, Qum, Dəftəre nəşre bərqozide, h.q 1416
- Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1390
- Seyid Cəfər Mürtəza Amuli, Əli ibn Hüseyn, Hədisul-ifk, Qahirə, h.q 1439
- Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əmali Mürtəza, Qahirə, Darul-fikril-ərəbi, m. 1998
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
- Tayi, Nicah, Siyrətu seyyidətil-Aişə, Qum, Darul-huda, h.q 1427
- Amili, Seyyid Cəfər Mürtəza, Əs_Səhihu min siyrətin-Nəbi, Qum, Darul-hədis, h.q 1426
- Əskəri, Seyyid Mürtəza, Əhadisu ummil-muminin Aişə, Tehran, h.q 1425
- Fəzlullah, Məhəmməd Hüseyn, Min vəhyil-Quran, Beyrut, Darul-melak, h.q 1419
- Qumi, Əli ibn İbrahim, Təfsirul_Qumi, Qum, Darul-kitab, h.ş 1363
- Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbih, Qahirə, Darus-savi, Qum
- Müslim, Səhih-Müslim, Təhqiq: Məhəmməd Fuad Əbdül-Baqi, Beyrut
- Muğniyə, Məhəmməd Cavad, Təfsirul-kaşif, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1424
- Məkarim Şirazi, Nasir, Əl-Əmsəl, Qum, İmam Əli ibn Əbi Talib mədrəsəsi, h.q 1421
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
- Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Beyrut, 3-cü çap, h.q 1409