Xatircəm nəfs ayəsi

wikishia saytından
Xatircəm nəfs ayəsi
İmam Hüseynin (ə) qətligahında fulad pəncərəsinə nəqş olunmuş xatircəm nəfs ayəsi
İmam Hüseynin (ə) qətligahında fulad pəncərəsinə nəqş olunmuş xatircəm nəfs ayəsi
Yerləşdiyi surəFəcr
Ayənin nömrəsi27-30
Cüz30
Nazil olma məkanıMəkkə
Başqa ayələr ilə bağlılığıMütməinnə nəfs (Xətircəm nəfs)


Mütməinnə nəfs məqaləsi ilə səhv salınmasın.

Xatircəm nəfs ayəsi (ərəbcə: آية النَفْس المُطمئِنّة) və ya xatircəm nəfs ayələri (ərəbcə: آيات النفس المطمئنّة), "Fəcr" surəsinin son dörd ayəsidir ki, burada xatircəm nəfsin xüsusiyyətləri ifadə olunur və o nəfsin sahibinə cənnətə daxil olmaq müjdəsi verilir.

Müsəlman alimləri xatircəm nəfsi Allaha imanda yəqin və rahatlığa çatmış, günaha meyli olmayan şəxs hesab edirlər. Raziyyə və Mərziyyə bu nəfsin iki xüsusiyyətidir: "Raziyyə" onun ilahi mükafatlardan razı qalması və ya Allahın qəza və qədərinə razı olması, "mərziyyə" isə xatircəm nəfsdən Allahın razılığı deməkdir.

Müxtəlif rəvayətlərə əsasən, İmam Əli (ə), İmam Hüseyn (ə)şiələr xatircəm nəfsin nümunəsi hesab edilir.

Ayənin mətni və tərcüməsi

"Fəcr" surəsinin 27-dən 30-a qədər olan ayələri xatircəm nəfs ayəsi və ya ayələri kimi tanınır:

«يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ﴿27﴾ ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً ﴿28﴾ فَادْخُلِي فِي عِبَادِي ﴿29﴾ وَادْخُلِي جَنَّتِي» ﴿30
Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), * Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! * Mənim bəndələrimin zümrəsinə daxil ol![1]



(Fəcr surəsi, ayə 27, 28, 29, 30)


Xatircəm nəfsin tərifi

Xatircəm nəfs, insanın rahatlıq içində olduğu və günaha tərəf getmədiyi bir ruh halı olaraq tərif edilmişdir.[2] Müsəlman alimləri nəfs üçün dərəcələr və hallar nəzərdə tutublar ki, onların ən aşağı dərəcəsi əmmarə nəfsdir və insan onda günaha meyl edər. Onun ən yuxarı mərtəbəsi ləvvamə nəfsdir ki, əgər pis bir iş görsə, peşman olar və özünü danlayar. Nəfsin ən yüksək dərəcəsi də mütməinnə (xatircəm) nəfsdir.[3]

Ayənin təfsiri

Təfsirçilər "Fəcr" surəsinin 27-ci ayəsindəki "xatircəm nəfs"dən məqsədin yəqin və aramlığa çatmış və imanlarında heç bir şübhə olmayan möminlər hesab etmişlər.[4] Əllamə Təbatəbai xatircəm nəfsi Allaha arxalanmaqla aramlığa çatmış şəxs hesab edir ki, Allahın razılığına razıdır və həyatın eniş-yoxuşları ona təsir etmir. Belə bir şəxs tam bəndəlikdədir və düz yoldan dönmür.[5] "Məcməul-Bəyan" təfsiri xatircəm nəfsi iman nəticəsində aramlığa çatmış nəfs bilir ki, iman və yəqinlik dərəcəsinə yetişib. O, həmçinin Qiyamət günü məhşərə gətiriləcəyini təsdiq edir və onu imanın həqiqət bilir.[6] Təbərsi "Məcməul-bəyan" təfsirində "raziyyə" və "mərziyyə" kəlmələrini sıra ilə belə məna edir: Xatircəm nəfs Allahın mükafatından razı olar, Allah da onun əməlindən razı olar.[7] Əllamə Təbatəbai də deyib ki, xatircəm nəfs ona görə "raziyyə" və "mərziyyə" sifətləri ilə vəsf olunub ki, Allaha olan xatircəmlik, nəfsin qəza və qədərdən razı qalmasına səbəb olur. Buna görə də heç bir pis hadisə onu qəzəbləndirmir və günaha bulaşmır. Bu səbəbdən də "mərziyyə", yəni o şəxs ki, Allah ondan razıdır; Çünki Allah bir şəxsə o zaman qəzəblənir ki, o, bəndəlikdən çıxsın.[8]

"Nümunə" təfsirinə görə, "raziyyə" ifadəsi onların Allahın bütün vədlərini yerinə yetdiyini gördüklərini və onlardan razı qaldıqlarını göstərir. Bu, kamil razı olma və təslim olma məqamını göstərir; Bu elə məqamdır ki, onda Allah yolunda hər şeydən keçirlər. "Mərziyyə" də bu mənadadır ki, Allah da onlardan razıdır.[9]

Bəziləri demişlər ki, Allahın xatircəm nəfsə «اِرْجِعی اِلیٰ رَبِّک» "Rəbbinə qayıt", müraciət etməsi Qiyamət günündədir ki, möminlər Cənnətə daxil olmaq istəyirlər. Bəziləri də bu xitabın ölüm anında baş verdiyinə inanırlar.[10] Əllamə Təbatəbai ikinci rəyi qəbul etmişdir.[11] Həmçinin onun nəzərindən «فَادْخُلِي فِي عِبادِي» "Bəndələrimin zümrəsinə daxil ol!" ayəsi xatircəm nəfsin kamil bəndəlik məqamına çatdığını göstərir. Bu elə bir məqamdır ki, Allahın istəyindən başqa heç bir şeyi istəmir.[12] Onun fikrincə, «وَادْخُلِي جَنَّتِي» (və mənim behiştimə daxil ol) ifadəsində xüsusi şərəf və hörmət işlənmişdir; Çünki o, Allahın Cənnəti Özünə nisbət verdiyi Quranın yeganə ayəsidir.[13]

Xatircəm nəfsin rəvayət əsasında təfsiri

Əsər: Huda Purnawadi Bin Kasidi, m. 2023

Rəvayət əsasında olan təfsir kitablarında və digər hədis kitablarında xatircəm nəfs ayəsinin nümunələri bəyan olunmuşdur. "Furati Kufi" təfsirində[14] və "Şəvahidut-Tənzil" kitabında[15] İmam Sadiqdən (ə) nəql olunan bir hədisə əsasən, İmam Əli (ə) bu ayənin nümunəsidir. "Təfsiri Qummi" kitabına əsasən, İmam Sadiq (ə) xatircəm nəfsdən məqsədin İmam Hüseyni (ə) olduğunu bildirmişdir.[16] Həmçinin "Biharul-ənvar"da "Fəcr" surəsinin "İmam Hüseyn" (ə) surəsi olduğu qeyd olunur; Çünki İmam Hüseyn (ə) xatircəm nəfsə sahib idi. Bu hədisdə İmam Hüseynin səhabələri də "raziyyə" və "mərziyyə" nümunələri kimi təqdim edilmişdir; Çünki Qiyamət günü onlar Allahdan, Allah da onlardan razıdır.[17]

Kuleyninin yazdığı "Kafi" kitabında rəvayət olunur ki, İmam Sadiq (ə) xatircən nəfs ayələrini belə təfsir etmişdir: "Ey Muhəmməd (s) və onun Əhli-beytinə (ə) xatircəm (yəqini) olan nəfs, Rəbbinə tərəf dön. Əhli-beytin (ə) vilayətinə razı olduğun halda ilahi mükafatla da razı qalacaqsan. Odur ki, bəndələrim yəni Muhəmməd (s) və onun Əhli-beytinə (ə) daxil ol və mənim cənnətimə daxil ol".[18]

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27
  3. Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.26-27; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595-596
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.742; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.26, s.475-477
  5. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.285
  6. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.742
  7. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.742
  8. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.285
  9. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.26, s.475-477
  10. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.742
  11. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.285
  12. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.285-286
  13. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.286
  14. Furat Kufi, Təfsiru furatil-kufi, h.q 1410, s.555
  15. Həskani, Şəvahidut-Tənzil, h.q 1411, c.2, s.429
  16. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.422
  17. Məclisi, Biharul-ənvar, h.q 1403, c.24, s.93
  18. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.127-128

Ədəbiyyat

  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-Tənzil, Düzəliş: Məhəmməd Baqir Mahmudi, 1-ci çap, h.q 1411
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
  • Təbərsi, Təfsiru Məcməil-bəyan, Darul-mərifə, h.ş 1372
  • Furat Kufi, Furat ibn İbrahim, Təfsiru furatil-kufi, Təhqiq və düzəliş: Məhəmməd Kazim, Tehran, 1-ci çap, h.q 1410
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, Əl-Kafi, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Ayine pərvaz, Qum, 9-cu çap, h.ş 1399
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşri, h.ş 1389