Cizyə ayəsi

wikishia saytından
Cizyə ayəsi
Ayənin adıCizyə ayəsi
Yerləşdiyi surəTövbə
Ayənin nömrəsi29
Cüz10
Nazil olma məkanıMədinə
MövzuEtiqadi - Fiqhi - Siyasi
BarəsindəKitab əhli ilə cihad - Cizyə
SairCihad - İbtidai cihad - Təbuk döyüşü - Darul-İslam - Darul-hərb


Cizyə ayəsi (ərəbcə: آية الجزية) (Tövbə, 29) müsəlmanlara əmrdir ki, kitab əhli müsəlman olana və ya cizyə verənə qədər onlarla döyüşsünlər. Bu ayənin nazil olması ilə eyni vaxtda İslam Peyğəmbəri (s) Rumlularla müharibə əmri verdi və nəticədə Təbuk döyüşü baş verdi.

Bu ayəyə əsasən, müsəlman fəqihləri kitab əhli ilə ilkin cihadı cizyə verməyinə qədər vacib hesab edirlər. Əlbəttə ki, əksər şiə fəqihlərinin fətvasına əsasən, ilkin cihadın şərti məsum İmamın (ə) olmasıdır.

Əllamə TəbatəbaiMəkarim Şirazi kimi təfsirçilər "Cizyə"nin kitab əhli tərəfindən ödənilməsinin doğru olması barədə deyiblər ki, "Cizyə" verməyin faydaları kitab əhlinin özlərinə də çatır. Çünki İslam hökuməti cizyə müqabilində kitab əhlinin canını və malını qorumaq vəzifəsini öz üzərinə götürür.

Ayənin mətni və tərcüməsi

"Cizyə" ayəsi "Tövbə" surəsinin 29-cu ayəsidir ki, müsəlmanlara kitab əhli ilə müsəlman olana qədər və ya cizyə verənə qədər döyüşməyi tapşırır. Bu ayə Seyf (qılınc) ayəsi və ya Qital (müharibə) ayəsi kimi də tanınır.[1] Ayənin mətni belədir:

قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ
(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin (s) Quranda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökumətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.[2]



(Quran: Tövbə surəsi, ayə 29)


Ayənin nazil olma vaxtı

Fəzl ibn Həsən Təbərsi hicri birinci əsrin təfsirçisi Mücahid ibn Cəbr Məxzumidən nəql edir ki, o, Cizyə ayəsinin Peyğəmbərin (s) Rumlularla döyüş əmri verməsi ilə eyni vaxtda nazil olduğunu bildirmişdir.[3] Onun dediyinə görə, "Təbuk" döyüşü bu ayəyə əsasən baş verdi.[4]

Cihad etmək və kitab əhlindən cizyə almaq

Müsəlman təfsirçiləri və fəqihləri "Cizyə" ayəsinə əsasən, kitab əhlinə qarşı cihad etməyi, cizyə verənə qədər, vacib bilirlər.[5] Fəqihlərin dediyinə görə, bu hökm İslam torpaqlarında yaşayan kitab əhli haqqındadır.[6]

Cizyəni almağın səbəbi

Əllamə Təbatəbainin deyinə görə, kitab əhlindən cizyə almaq müsəlmanlara mal toplamaq üçün deyil; Daha doğrusu, cizyə kitab əhlinin öz xeyrinə olan işlərə xərclənir və buna görə də İslam hökuməti kitab əhlinin can və mallarını qorumağa borcludur.[7]

Rağib İsfəhani (hicri 530-cu ildə vəfat edib) də cizyə adını "ictiza" kökündən hesab etmişdir. Həmçinin bu məsələyə işarə etmişdir ki, bu şəxslərin cizyə verməsi onların mal və can təhlükəsizliyi üçündür.[8] "Nümunə" təfsirində də deyilir: "Kitab əhli cizyə verməklə can və mal təhlükəsizliyinə sahib olurlar. Amma digər tərəfdən, onların müharibələrdə iştirak etmək öhdəliyi yoxdur və hətta İslam ölkələrindən kənar düşmənlər onlara hücum etmək niyyətində olsalar belə, İslam hökuməti kitab əhlini müdafiə etməlidir.[9]

İbtidai cihadın Quran dəlili və müharibənin mehvər olması

Bəzi müsəlman fəqihlərin nəzərinə görə, "Cizyə" ayəsi ibtidai cihadın əsas Quran dəlillərindən biridir.[10] Bu ayə və digər Quran və rəvayət dəlillərinə əsasən, bəzi müsəlman mütəfəkkirləri İslam ölkələrinin (termində Darul-İslam) digər ölkələrlə (termində Darul-Küfr) hüquqi və siyasi əlaqələrinin sülh müqavilələri bağlanana qədər müharibə mehvərli olduğuna inanıblar.[11] Şiə fəqihlərinin çoxu məsum İmamın (ə) hüzurunu ibtidai cihadın şərti hesab edir və qeybət dövründə ibtidai cihadı qəbul etmirlər.[12]

Sağirun sözünün mənası

Müsəlman təfsirçilərinin əksəriyyəti "Cizyə" ayəsindəki "sağirun" kəlməsini xarlıq və zillət mənasında təfsir ediblər. Bu təfsirə əsasən, ayənin axır hissəsi kitab əhlinin öz əlləri ilə və zillətlə cizyə vermələri olduğunu bildirir.[13]

Əllamə Təbatəbai ayədə "sağirun" kəlməsinin onları alçaltmaq mənasında olduğunu bildirən bu fikri qəbul etmir. O, hesab edir ki, bu söz, müsəlmanların kitab əhlini təhqir edib aşağılaması mənasında deyil; Çünki bu iş İslam ləyaqətinə və sülhə ziddir. Onun fikrinə əsasən, "sağirun" dedikdə nəzərdə tutulan kitab əhlinin İslam ənənəsinə (Cizyə qanununu qəbul etmək kimi) təslim olması və ədalətli İslam hökumətinə tabe olmasıdır.[14]

İstinadlar

  1. Bərzənuni, İslam əsaləte cəng ya əsaləte sülh ?, s.95 və 100
  2. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  3. Mücahid ibn Cəbr, Təfsiru Mücahid, İslamabad, c.1, s.276
  4. Təbərsi, Məcməul-bəyan, h.q 1406, c.5, s.34
  5. Tusi, Ət-Tibyan, c.5, s.202; Təbərsi, Məcməul-bəyan, h.q 1406, c.5, s.34; Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.16, s.24; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.227
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.227
  7. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.240
  8. Rağib İsfahani, Əl-Müfrədat, h.q 1412, c.1, s.195
  9. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.357
  10. Hindi, Əhkamul-hərb, m. 1413, s.123-124; Bərzənuni, İslam əsaləte cəng ya əsaləte sülh ?, s. 100; Xoyi, Minhacus-sadiqin, h.q 1410, s.361; Təbatəbai Hairi, Riyazul-məsail, h.q 1418, c.8, s.35
  11. Züheyli, Asarul-hərb fil-fiqhil-İslami, h.q 1412, c.130; Hindi, Əhkamul-hərb, m. 1413, s.122-124
  12. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.227
  13. Tusi, Ət-Tibyan, c.5, s.202; Təbərsi, Məcməul-bəyan, h.q 1406, c.5, s.43; Şəhhatə, Təfsiru Qurani Kərim, h.q 1422, c.5, s.1845; Təyyib, Ətyəbul-bəyan, h.ş 1369, c.6, s.206; Kərəmi, Təfsirun li kitabillah, h.q 1402, c.4, s.77
  14. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.9, s.242

Ədəbiyyat

  • Bərzənuni, Məhəmməd Əli, İslam əsaləte cəng ya əsaləte sülh ?, h.ş 1384
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədat, Beyrut, Darul-qələm nəşri, h.q 1412
  • Züheyli, Asarul-hərb fil-fiqhil-İslami, Dəməşq, Darul-fikr, 4-cü çap, h.q 1412
  • Şəhhatə, Abdullah, Təfsiru Qurani Kərim, Qahirə, h.q 1422
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1406
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Təyyib, Əbdül-Hüseyn, Ətyəbul-bəyan, Tehran, 2-ci çap, h.ş 1369
  • Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
  • Kərəmi, Məhəmməd, Təfsirun li kitabillah, Qum, Elmiyyə, 1-ci çap, h.q 1402
  • Mücahid ibn Cəbr, Təfsiru Mücahid, İslamabad, Məcməul-buhusil-elmiyyə
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1380
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: Abbas Quçani, 7-ci çap, h.ş 1362
  • Hindi, Ehsan, Əhkamul-hərb, Dəməşq, 1-ci çap, m. 1413