Cümə namazı ayəsi

wikishia saytından
Cümə namazı ayəsi
Ayənin adıCümə namazı
Yerləşdiyi surəCümə
Ayənin nömrəsi9
Cüz28
Nazil olma səbəbiƏsəd ibn Zurarənin rəhbərliyi ilə müsəlmanların ilk cümə namazını qılması
Nazil olma məkanıMədinə
MövzuFiqhi
BarəsindəCümə namazı
SairCümə, İmam cümə, Cümə surəsi


Cümə namazı ayəsi (ərəbcə:آية صلاة الجمعة) Cümə surəsinin doqquzuncu ayəsidir ki, cümə namazında iştirak etməyi və bu namaz vaxtı alış-verişi tərk etməyi əmr edir. Bəzi fəqihlərin bu ayəyə əsaslanaraq verdiyi fətvaya əsasən, müsəlmanların cümə namazında iştirak etməsi vacib, o vaxt ticarət etmək isə haramdır. Əllamə Təbatəbainin fikrincə, ayənin məzmunu göstərir ki, cümə namazı zamanı insanın onu yerinə yetirməsinə mane olan hər bir əməl haramdır. Bəzi fəqihlər cümə namazında iştirak etməyin vacibliyini və qılınan vaxt, alış-verişin haram olmasını məsumların zamanına məxsus olduğunu hesab ediblər. Ayənin nazil olma səbəbi müsəlmanların Əsəd ibn Zurarənin imamlığı ilə qılınan ilk cümə namazı olduğu bildirilmişdir.

Ayənin mətni

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
“Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.”[1]



Cümə, 9


Ayənin nazil olma səbəbi

Məcməül-bəyan” kitabının müəllifi Təbərsi cümə namazı ayəsinin nazil olma səbəbini İslam Peyğəmbərinin (s) Mədinəyə hicrət etməsindən əvvəl müsəlmanların bu şəhərdə qıldıqları ilk cümə namazının bərqərar olması hekayəsi ilə əlaqədar hesab etmişdir.[2] Onun verdiyi xəbərə görə, müsəlmanlar yəhudi və xristianların həftədə bir gün toplaşıb ibadət etdiklərini gördükləri zaman bu işi etmək üçün xüsusi bir gün müəyyən etməyə qərar verdilər. Cümə günü onlar Əsəd ibn Zürarənin yanında toplaşıb, onun imamlığı ilə namaz qıldılar və həmin günü cümə adlandırdılar. Bu namazda müsəlmanların kiçik bir qrupu iştirak etdiyi üçün cümə namazının ayəsi nazil olmuş və bu namazda iştirak etmək əmri vermişdir.[3]

Təfsir

“Nümunə” təfsirinin mətninə görə, ayədə namaza çağırılmaqdan məqsəd azandır. Çünki İslamda azandan başqa namaza çağırmaq yoxdur. Buna görə də Quranın başqa bir yerində buyurulur: «وَ إِذا نادَیتُمْ إِلَی الصَّلاة» “İnsanları namaza çağırdığınız zaman”. Buna əsasən, ayənin mənası belə olur ki, cümə günü günorta azan səsi gələndə müsəlmanların işlərini tərk edərək cümə namazını qılmağa tələsmək kimi vəzifələri var.[4] “Əl-Mizan” təfsirinə əsasən də, ayədə cümə namazının vacibliyinə və o yerinə yetirildiyi zaman ticarətin qadağan olmasına da təkid edilir.[5] Bu kitaba əsasən, “və zərul-bəy” (ticarətdən əl çəkin) ifadəsi yalnız ticarəti qadağan etmir, daha doğrusu, insanın cümə namazını qılmasına mane olan hər şeyi qadağan edir. Bu məsələnin dəlili, cümə namazı zamanı ondan başqa heç bir işin caiz olmadığına işarə edən ayənin məzmunudur;[6] Əlbəttə ki, onlar bu hökmü məsumların hüzur vaxtı ilə bağlı hesab etmişlər. hansı ki, o zaman cümə namazına gəlmək vacibi-eynidir.[7]

Cümə namazı

Cümə namazı iki rükət namazdır ki, cümə günü zöhr namazı əvəzinə və camaatla qılınır.[8] Cümə namazının iki xütbəsi vardır ki, cümə imamının onları namazdan əvvəl bəyan etməsi lazımdır.[9] Bu namazda həmçinin iki qunut da var ki, birinci qunut birinci rükətdə rükudan əvvəl, ikinci qunut isə ikinci rükətdə rükudan sonra tutulur.[10] Şiə fəqihləri cümə namazını məsumların hüzuru dövründə qılmağı vacibi-eyni bilirlər.[11] Lakin onlar qeyb dövrü haqqında ixtilafdadırlar.[12]

İmam Xomeyni (r.ə), Ayətullah Xoi, Ayətullah Əraki, Ayətullah Təbrizi, Ayətullah SistaniAyətullah Məkarim Şirazi də daxil olmaqla, əksər müasir mərcəyi təqlidlərin fətvalarına əsasən, cümə namazı vacibi-təxyiridir; Yəni insan cümə günü günorta cümə və ya zöhr namazından birini qıla bilər.[13]

Fiqh kitablarında ayəyə istinad olunması

Fiqh kitablarında cümə namazının vacibliyini sübut etmək, azandan sonra xütbələri bəyan etmək və cümə namazı bərpa edilərkən ticarətin haram olması kimi hallarda cümə namazı ayəsinə istinad edilir.[14]

Məsələn, Əllamə Hilli belə yazmışdır: “Ayədə “fəsəv” səy etmək və tələsməyin vacib olması azanın verilməsinə dəlalət edən “nudiyə lissəlati” kəlməsindən sonra işlədilir. Bu, cümə namazının xütbələrinin azandan sonra oxunmasının vacib olduğunu göstərir.[15]

Cümə günü ayə oxumaq ənənəsi

Mən la yəhzuruhul-Fəqih” kitabında nəl olunan bir rəvayətə əsasən, Mədinədə belə bir adət olub ki, cümə namazı üçün azan oxunarkən alış-verişin haram olduğunu bildirmək üçün səslənir və sonra cümə namazı ayəsini tilavət edirdilər.[16]

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.431, 432
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.431, 432
  4. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.24, s.26
  5. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.19, s.273
  6. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.19, s.273
  7. Suruş, İqameye cüme dər duləte İslami, s.101
  8. Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.1062, 1063, 1067
  9. Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.1068
  10. Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.1068
  11. Suruş, İqameye cüme dər duləte İslami, s.101
  12. Suruş, İqameye cüme dər duləte İslami, s.101
  13. Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.1062, 1064, 1079, 1083
  14. Mühəqqiq Hilli, Əl-Mutəbər, h.q 1407, c.2, s.274; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.10, s.172; Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.598
  15. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.2, s.213
  16. Şeyx Səduq, Mən la yəhzuruhul-Fəqih, h.q 1413. c.1, s.299

Ədəbiyyat

  • Qurani-Kərim
  • Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1405
  • Tozihul-məsaile mərace, Təhqiq: Seyyid Məhəmməd Hüseyn Bəni-Haşim Xomeyni, Qum, 8-ci çap, h.ş 1392
  • Suruş, Məhəmməd, İqameye cüme dər duləte İslami, h.ş 1383
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la yəhzuruhul-Fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
  • Şeyx Tusi, Əbu Cəfər Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1407
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Enteşarate İslami, 5-ci çap, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Enteşarate Nasir Xosrov, 3-cü çap, h.ş 1372,
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, Dəftəre enteşarate İslami, 2-cü çap, h.q 1413
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374