Örnək almaq ayəsi

wikishia saytından
Örnək almaq ayəsi
Ayənin adıÖrnək almaq ayəsi
Yerləşdiyi surəƏhzab
Ayənin nömrəsi21
Cüz21
Nazil olma səbəbiƏhzab döyüşü
Nazil olma məkanıMədinə
MövzuƏxlaqi - Etiqadi
Başqa ayələr ilə bağlılığıPeyğəmbərdən (s) örnək almaq


Örnək almaq ayəsi (ərəbcə: آية التأسي) -Əhzab, 21- Peyğəmbəri (s) gözəl bir nümunə kimi təqdim edir və müsəlmanlardan ona tabe olmalarını və ona qarşı çıxmaqdan çəkinmələrini istəyir.

Bu ayə "Əhzab" döyüşü ilə bağlı ayələrin arasında nazil olmuşdur. Bəzi təfsirçilərin fikrincə, Peyğəmbərin (s) nümunə olması bu müharibəyə xas deyil. Peyğəmbərin (s) bütün zaman və məkanlarını və bütün hərəkətlərini, danışıq və sünnəsini əhatə edir. Bu, bütün müsəlmanlar üçün daimi və həmişəlik bir vəzifədir; Amma Allahın rəhmətinə və Qiyamət gününə inananlar və Allahı bir an belə unutmayanlar bu örnəkdən istifadə edə bilərlər.

Təfsirçilərdən bəziləri peyğəmbəri özünə örnək olmağı vacib, bəziləri isə müstəhəb hesab edirlər; Bəziləri isə başqa bir baxış açısı ilə o Həzrəti özünə örnək almağı dini işlərdə vacib, dünya işlərində isə müstəhəb hesab etmişlər.


Örnək almaq ayəsinin əhəmiyyəti

Əhzab surəsinin 21-ci ayəsi "Örnək almaq" ayəsi adlanır.[1] Çünki bu ayədə Peyğəmbərdən (s) "üsveye həsənə" (gözəl nümunə) təbiiri ilə ad aparılmışdır;

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.[2]



Əhzab surəsi, ayə 21


Əvvəlki ayələrdə münafiqləri məzəmmət etdikdən sonra[3] və həqiqi möminlərin bəzi xüsusiyyətlərini qeyd etməzdən əvvəl Allah bu ayədə Həzrəti Peyğəmbəri (s) möminlər üçün rəhbər və örnək kimi tanıtdı. Həmçinin müsəlmanlardan və ya mükəlləflərdən[4] və ya Peyğəmbərə (s) itaət etməyən və ona qarşı çıxanlardan[5] Peyğəmbərə (s) tabe olmalarını və ona qarşı çıxmaqdan çəkinmələrini istəyir.[6] Bu ayədə həqiqi müsəlman Peyğəmbərdən (s) nümunə götürən və onun heç bir əmrinə qarşı çıxmayan şəxs sayılır.[7] Qurani-kərim "Mümtəhənə" surəsinin 4-cü və 6-cı ayələrindəHəzrət İbrahimi (ə) şirk və müşriklərdən nifrət etməkdə örnək bir şəxs kimi tanıtmışdır.[8]

Üsvə kəlməsinin mənası

Örnək almaq ayəsi

"Üsvə" kəlməsi lüğətdə rəhbər[9] və insanın başqasına tabe olanda yaşadığı hal deməkdir;[10] Yəni həmin tabe olmaq və təqlid etmək halıdır.[11] Yaxud yaxşı işlərdə başqalarına itaət etmək və onları örnək almaqda istifadə olunur.[12] Həmçinin ayədə Allahın Peyğəmbərinə (s) iqtida etmək mənasında qeyd edilmişdir;[13] Bu baxımdan Peyğəmbər (s) insanlar üçün örnək almaq və itaət etmək məsələsində ən gözəl nümunədir. Habelə insan ona tabe olmaqla özünü islah edə və doğru yolda ola bilər.[14]

Ayənin məna və təfsiri ilə bağlı bəzi təfsir kitablarında bir çox rəvayətlər qeyd edilmişdir;[15] "Üsveye həsənə"nin mənası ilə bağlı İbn Abbasdan nəql olunan bir rəvayətə əsasən, deyilib ki, məqsəd Peyğəmbərin (s) sünnəsidir.[16] Bəzi təfsirçilər, əslində, ayənin mənası haqqında iki fikir irəli sürmüşlər, birincisi budur ki, Peyğəmbərin (s) özü yaxşı örnəkdir. Yaxud o Həzrətin özü örnək deyil, daha doğrusu, onda tabe olunmağa layiq bir xüsusiyyət vardır.[17]

Örnək almağın şərtləri

Allah bu ayədə Peyğəmbəri (s) Allahın rəhmətinə və qiyamət gününə iman gətirən,[18] saleh əməllərin bəhrəsi olan dünya və axirət savablarına[19] ümid bəsləyənlər üçün ən gözəl nümunə kimi təqdim edir.[20] O kəslər ki, Allahı yad etməyi bir an belə tərk etmir, daima Allahı dili ilə yad edir[21] və heç bir vəziyyətdə, istər çətinlikdə, istərsə də asanlıqda[22] Allahı yad etməkdən qəflət etmir və çoxlu itaətlə birlikdə ümid bəsləyirlər.[23] Baxmayaraq ki, bəzi insanlar çoxlu zikrin mənasının beş vaxt namaz qılmaq olduğunu hesab ediblər.[24] Buna görə də ayənin davamına əsasən demək olar ki, mənşə və məada iman və Allahı daima yad etmək Peyğəmbəri (s) örnək almaq üçün motivasiyaya səbəb olur.[25]

Peyğəmbəri (s) örnək almağın məhdudəsi

Ayənin ümumi olmasına əsasən, bütün döyüş sahələrində və digər sahələrdə Peyğəmbəri (s) örnək almaq şamil olur.[26] Peyğəmbəri (s) həm danışığında, həm də davranışında,[27] başqa sözlə desək, bütün hərəkətlərində, şəraitində və əxlaqında örnək almaq lazımdır.[28] Məkarim Şirazinin "Nümunə" təfsiri kitabında inandığı kimi, Həzrət Peyğəmbər (s) gözəl ruhu, əzmkarlığı və səbri, sayıqlığı, nəzakəti, ixlası, Allaha diqqəti, çətinliklər və problemlər qarşısında diz çökməməsi ilə bütün müsəlmanlar üçün ən yaxşı örnək və nümunədir.[29]Bəziləri isə Peyğəmbəri (s) örnək almağın dairəsini səbirlə[30] və ya Peyğəmbərin (s) müharibələrdəki hərəkətləri və çoxlu yaralar və çətinliklərə dözmək ilə məhdudlaşdığını hesab ediblər.[31] Peyğəmbərin (s) digər əməllərini örnək almağı layiqli iş bilsələr də,[32] lakin bunu vacib saymırlar.[33]

"Örnək almaq" ayəsi "Əhzab" döyüşü ilə bağlı ayələrin arasında nazil olmuşdur. Bəzi şəxslər "ləkum" ifadəsinə əsasən, ayənin müxatəblərinin "Əhzab" müharibəsində iştirak edən şəxslərin olduğunu hesab ediblər ki, çətin bir zamanda Peyğəmbəri (s) tək qoydular.[34] Amma bəzi başqa təfsirçilər ayənin müxatəblərini "Əhzab" müharibəsində iştirak edənlərə xas hesab etmir və Peyğəmbərin (s) bütün sahələrdə bütün möminlər üçün ən gözəl nümunə olduğuna inanırlar.[35] Onu örnək almaq bütün müsəlmanlar üçün daimi və həmişəlik bir vəzifədir.[36]

Örnək almağın hökmü

Peyğəmbəri (s) örnək almağın vacib və ya müstəhəb olması məsələsində alimlər arasında ixtilaf vardır. Bəziləri Peyğəmbəri (s) örnək almağı vacib, digərləri isə onun vacib olmasına dəlil olmadığı surətdə bunu müstəhəb hesab edirlər. Bəziləri isə başqa bir baxış açısı ilə o Həzrəti özünə örnək almağı dini işlərdə vacib, dünya işlərində isə müstəhəb hesab ediblər.[37]

Ayənin mesajları

Möhsün Qəraəti "Nur" təfsiri kitabında bu ayədən mesajlar çıxarmışdır; Onlardan biri bundan ibarətdir ki, örnək olacaq şəxsi tanıtdırmaq tərbiyə üsullarından biridir. Həmçinin yaxşı nümunəni tanıtdırmaq insanları doğru yola yönəldə bilər. Habelə onları saxta nümunələrə uymaqdan çəkindirə bilər.[38] Həmçinin "Qurani Mehr təfsiri" kitabının müəllifi bu ayənin təfsirində bütün insanlar üçün örnək almağın zəruriliyi ilə yanaşı, İslamın rəhbərini hamı üçün ən yaxşı nümunə hesab etmişdir.[39]

İstinadlar

  1. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.q 1426, c.1, s.168
  2. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  3. Nizam Əl-Ərəc, Ğəraibul-Quran, h.q 1416, c.5, s.455
  4. Tusi, Ət-Tibyan, Beyrut, c.8, s.328; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.548; Səbzəvari, İrşadul-əzhan, h.q 1419, s.425
  5. Qurtubi, Əl-Came li əhkamil-Quran, h.ş 1364, c.14, s.155; Təbəri, Cameul-bəyan, h.q 1412, c.21, s.91
  6. Sələbi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.8, s.22; Təbəri, Cameul-bəyan, h.q 1412, c.21, s.91
  7. Muğniyə, Ət-Təfsirul-kəşşaf, h.q 1424, c.6, s.205
  8. Mumtəhənə surəsi, ayə 4, 6
  9. İbn Mənzur, Lisanul-ərəb, Beyrut, c.14, s.35
  10. Rağib İsfahani, Mufrədatu əlfazil-Quran, Beyrut, s.76
  11. İbn Ətiyyə, Əl-Muhərrərul-vəciz, h.q 1422, c.4, s.377; Rizayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.16, s.330
  12. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.7, s.344
  13. Səmərqəndi, Bəhrul-ulum, h.q 1416, c.3, s.53; Corcani, Durəcud-durər, h.q 1430, c.2, s.456
  14. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.243
  15. Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.5, s.189; Qumi Məşhədi, Kənzud-dəqaiq, h.ş 1368, c.10, s.349
  16. Maturidi, Təvilate əhli-sünnət, h.q 1426, c.8, s.368
  17. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.3, s.531; Seyyid Əli Əkbər Qureyşi, Təfsiru əhsənil-hədis, h.ş 1375, c.8, s.335
  18. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.241
  19. Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.5, s.179
  20. İbn Ətiyyə, Əl-Muhərrərul-vəciz, h.q 1422, c.4, s.377
  21. Səmərqəndi, Bəhrul-ulum, h.q 1416, c.3, s.53
  22. Sələbi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.8, s.22; Təbəri, Cameul-bəyan, h.q 1412, c.21, s.91
  23. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.308
  24. Muğniyə, Ət-Təfsirul-kəşşaf, h.q 1424, c.6, s.205
  25. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.243
  26. Rizayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.16, s.331
  27. Tusi, Ət-Tibyan, Beyrut, c.8, s.328; Təbatəbai, Əl-Mizan, h.ş 1390, c.14, s.155; Feyz Kaşani, Təfsirus-safi, h.q 1416, c.4, s.180; Şəkuri, Təfsiru Şərifi Lahici, h.ş 1373, c.3, s.622
  28. Qurtubi, Əl-Came li əhkamil-Quran, h.ş 1364, c.14, s.155;
  29. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.242
  30. İbn Cəvzi, Zadul-məsir, h.q 1422, c.3, s.455; Səalibi, Təfsirus-səalibi, h.q 1418, c.4, s.340
  31. İbn Süleyman, Təfsiru məqatili ibn Süleyman, h.q 1423, c.3, s.483; Təbəri, Cameul-bəyan, h.q 1412, c.5, s.179; Əbul-Futuh Razi, Rəvzul-cinan, h.q 1408, c.15, s.379
  32. Təbərsi, Cameul-came, h.q 1412, c.3, s.308; Tusi, Ət-Tibyan, Beyrut, c.8, s.328
  33. Tusi, Ət-Tibyan, Beyrut, c.8, s.328
  34. Muğniyə, Ət-Təfsirul-kəşşaf, h.q 1424, c.6, s.205; Diynəvəri, Əl-Vazih, h.q 1424, c.2, s.174
  35. Rizayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.16, s.331; Qiraəti, Nur təfsiri, h.ş 1388, c.7, s.344
  36. Təbatəbai, Əl-Mizan, h.ş 1390, c.16, s.288
  37. Qurtubi, Əl-Came li əhkamil-Quran, h.ş 1364, c.14, s.156
  38. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.7, s.345
  39. Rizayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, c.16, s.332-333

Ədəbiyyat

  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut, Daru ehyait-turasil-ərəbi
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Təfsirus-safi, Tehran, Məktəbətus-sədr, 2-ci çap, h.q 1415
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, Mərkəze fərhəngi dərshayi əz Quran, h.ş 1388
  • Seyyid Əli Əkbər Qureyşi, Təfsiru əhsənil-hədis, Tehran, Bunyade besət, 2-ci çap, h.ş 1375
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
  • Qumi Məşhədi, Məhəmməd ibn Məhəmməd Rza, Kənzud-dəqaiq, Tehran, h.ş 1368
  • Maturidi Məhəmməd ibn Məhəmməd, Təvilate əhli-sünnət, Beyrut, h.q 1426
  • Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, Qum, Muəssiseye dairətul-məarife fiqhe İslami, h.q 1426
  • Muğniyə, Məhəmməd Cavad, Ət-Təfsirul-kəşşaf, Qum, Darul-kutubil-İslami, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunı təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Nizam Əl-Ərəc, Həsən ibn Məhəmməd, Ğəraibul-Quran, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1416
  • İbn Süleyman, Məqatil, Təfsiru məqatil ibn Süleyman, Beyrut, h.q 1423
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru Sadir, 3-cü çap
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Zadul-məsir, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1422
  • İbn Ətiyyə, Əbdül-Həqq ibn Ğalib, Əl-Muhərrərul-vəciz, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1422
  • Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Astane qodse Rəzəvi, h.q 1408
  • Səalibi, Əbdür-Rəhman ibn Məhəmməd, Təfsirus-səalibi, Beyrut, h.q 1418
  • Sələbi, Əhməd ibn Məhəmməd, Əl-Kəşfu vəl-bəyan, Beyrut, h.q 1422
  • Corcani, Əbdül-Qadir ibn Əbdür-Rəhman, Durəcud-durər, Oman,Darul-fikr, h.q 1430
  • Diynəvəri, Abdullah ibn Məhəmməd, Əl-Vazih, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Mufrədatu əlfazil-Quran, Beyrut, Darul-qələm
  • Rizayi İsfahani, Məhəmməd Əli, Təfsire Qurane mehr, Qum, pejuheşhaye təfsir və ulume Quran, h.ş 1387
  • Səbzəvari, Məhəmməd, İrşadul-əzhan, Beyrut, h.q 1419
  • Səmərqəndi, Məhəmməd, Bəhrul-ulum, Beyrut, Darul-fikr, h.q 1416
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Əd-Durrul-mənsur, Qum, h.q 1404
  • Şəkuri, Məhəmməd ibn Əli, Təfsiru Şərifi Lahici, Tehran, Dəftəre nəşre dad, h.ş 1373
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, 2-ci çap, h.ş 1390
  • Təbərani, Süleyman ibn Əhməd, Ət-Təfsirul-kəbir, m. 2008
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1412