İstiazə ayəsi

wikishia saytından
İstiazə ayəsi
Ayənin adıİstiazə ayəsi
Yerləşdiyi surəNəhl surəsi
Ayənin nömrəsi98
Cüz14
Nazil olma məkanıMəkkə
MövzuFiqhi
Başqa ayələr ilə bağlılığıƏraf surəsi, ayə 204


İstiazə ayəsi (ərəbcə: آية الاستعاذة) (Nəhl surəsi, ayə 98) bunu qeyd edir ki, Quran oxuyarkən şeytanın vəsvəsəsindən Allaha sığınmaq lazımdır ki, xəta və səhvlərdən qorunasan. "İstiazə" sığınacaq istəmək deməkdir və bu sığınacaq ürəyin sığınacağı hesab edilmişdir; Yəni insan qəlbində Allaha sığındığını hiss etməlidir. Qovulmaq mənasını verən "rəcim" kəlməsi şeytanın təəssübkeşliyi və qüruruna görə Allahın dərgahından qovulduğunu xatırladır.

Fəqihlər bu ayəyə istinad edərək, Quran oxuyandanamazın qiraətinə başlayarkən "əuzu billahi minəş-şəytanir-rəcim" (qovulmuş şeytandan Allaha pənah aparıram) deməyi müstəhəb bilirlər. Bəzi hədislərdə "istiazə" üçün "əuzu billahissəmi-il-əlim minəş-şəytanir-rəcim" kimi digər ifadələr də qeyd edilmişdir.

Ayənin mətni və tərcüməsi

"İstaizə” ayəsi kimi tanınan "Nəhl" surəsinin 98-ci ayəsində[1] qeyd olunur ki, Quran oxuyarkən şeytandan Allaha pənah aparmaq lazımdır. Müsəlmanlar bu ayəyə istinad edərək, Quran tilavət etməyi və bəzi başqa işlərini "istiazə" ilə başlayırlar.

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
Quran oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar.[2]



(Nəhl surəsi, ayə 98)


Ayənin təfsiri

Şeyx Təbərsinin (vəfatı: 548-ci hicri ili) dediyinə görə, "İstiazə" aşağı məqamda olan bir şəxsin yuxarı məqamda olan birindən müti halında sığınacaq istəməkdir. Bu ayədə "İstiazə"nin mənası budur ki, Quran tilavəti zamanı səhv və xətalardan amanda olmaq üçün şeytanın vəsvəsəsindən Allaha sığınmaq lazımdır.[3] Əllamə Təbatəbai (şəmsi təqvimi ilə 1281-1360) bu pənah aparmağı qəlbin sığınması hesab edir;[4] Yəni insan Allaha sığındığını qəlbində hiss edib, düzgün başa düşməyə və dərk etməyə mane olan nəfsani istəklərdən uzaqlaşır, belə deyil ki, sadəcə olaraq bunu dillə demiş olsun.[5] Əlbəttə ki, dildə istiazə etməyi o qəlbi halı yaratmaq üçün müqəddimə hesab eeib.[6]

Bəzi təfsirçilər şeytan üçün "rəcim" sifətinin qeyd olunmasının səbəbini onun təkəbbür etdiyini və Allahın əmrinə qarşı gəldiyini xatırlamaq üçün olduğunu bildiriblər; Yəni Quran oxuyarkən təkəbbür, məğrurluqtəəssübkeşliyi özünüzdən uzaqlaşdırın ki, şeytan kimi aqibətlə qarşılaşmayasınız.[7]

İstiazə vacibdir, yoxsa müstəhəb?

İslam alimləri bu ayədə "istəiz" (sığın) əmrini bu işin müstəhəbbi olmasını çatdırdığını bildiriblər və buna görə də Quran tilavəti üçün "əuzu billahi minəş-şəytanir-rəcim" deməyi müstəhəb hesab ediblər.[8]

Onuncu əsrin fəqihlərindən olan Müqəddəs Ərdəbili (h.q 993-cü ildə vəfat edib) əksər alimlərin "istiazə"nin vacib olmaması barədə nəzərlərini və rəvayətlərdə də "istiazə"nin vacib olması barədə hökm edilməməsini bu ayədən onun müstəhəb olmasını başa düşməyə dəlil hesab etmişdir.[9]

Lakin bəziləri əmr felinin (istəiz) zahirinə istinad edərək Quran oxuyan zaman "istiazə" etməyin vacib olduğuna inanırlar.[10]

Şeyx Tusi[11] (hicri 385-460) və Əllamə Hillinin[12] (hicri 648-726) dediklərinə görə, şiə və sünni fəqihləri bu ayəyə istinad edərək namazın birinci rükətində “əuzu billahi minəş-şəytanir-rəcim” deməyi (Təkbirətül-ehramdan sonra və namazın qiraətindən əvvəl) müstəhəb sayırlar. İmamiyyə fəqihlərindən yalnız Şeyx Tusinin oğlu Əbu Əlinin “istiazə”nin vacibliyinə inandığı[13] və Malikilərin rəhbərinin bunu yalnız nafilə namazında caiz saydığı bildirilir.[14]Namazın “istiazə”sini dedikdə ixfata (aşağı səslə demək) riayət etmək müstəhəb sayılmışdır.[15]

İstiazənin sözləri

“İstiazə” üçün müxtəlif ifadələr qeyd edilmişdir;[16] Əllamə Məclisi (hicri 1037-1110) onların ən məşhurunu "əuzu billahi minəş-şəytanir-rəcim" və "əuzu billahis-səmi-il-əlim minəş-şəytanir-rəcim" hesab edir.[17] Bəzi rəvayətlərdə “istiazə” üçün başqa ibarətlər də qeyd olunmuşdur; O cümlədən: "əstəizu billahi minəş-şəytanir-rəcim",[18] "əuzu billahis-səmi-il-əlim minəş-şəytanir-rəcim və əuzu billahi ən yəhzurun"[19] və "əuzu billahi minəş-şəytanir-rəcim innəllahə huvəl-fəttahul-əlim".[20]

Baxmayaraq ki, “istiazə” ayəsində “iza qərətəl-Quranə fəstəiz billah...” (Quran oxuduğun zaman, Allaha pənah apar...) gəlib, amma ondan məqsədin bu olduğunu  deyiblər: Quran oxumağı iradə etdiyin an, de: “əuzu billah...”.[21] Bu ayə kimi ki, buyurur: “iza qumtum iləs-salati fəğsilu vucuhəkum” (Namaz qıldığınız zaman, üzünüzü [dəstəmaz almaq üçün] yuyun). Yəni namaz qılmağı iradə etdiyiniz zaman dəstəmaz alın.[22]

İstinadlar

  1. İbn Aşur, Ət-Təhriru vət-tənvir, c.13, s.222
  2. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.593
  4. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.12, s.343-344
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.11, s.397
  6. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.12, s.343-344
  7. Nəcəfi Xomeyni, Təfsire asan, h.q 1398, c.9, s.292
  8. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.593; Siyuti, h.q 1394, Əl-İtqan, c.1, s.364; Əbd, Əl-Mizan fi əhkami təcvidil-Quran, m. 2005, s.37
  9. Ərdəbili, Zubdətul-bəyan, Əl-Məktəbətul-cəfəriyyə, s.92-93
  10. Siyuti, h.q 1394, Əl-İtqan, c.1, s.364; Əbd, Əl-Mizan fi əhkami təcvidil-Quran, m. 2005, s.37
  11. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.324
  12. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.3, s.307
  13. Şəhid Əvvəl, Əd-Durusuş-şəriyyə, h.q 1417, c.1, s.174
  14. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.324; Hüseyni Amili, Miftahul-kəramət, c.2, s.399
  15. Hüseyni Amili, Miftahul-kəramət, c.7, s.235
  16. Məclisi, Biharul-ənvar, h.q 1410, c.82, s.5
  17. Məclisi, Biharul-ənvar, h.q 1410, c.82, s.5
  18. Kuleyni, Əl-Kafi, c.8, s.175
  19. Himyəri, Qurbul-isnad, h.q 1413, s.124
  20. Feyz Kaşani, Əl-Vafi, h.q 1406, c.8, s.1156
  21. Cəfəri, Kövsər, h.ş 1376, c.6, s.213
  22. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.593

Ədəbiyyat

  • İbn Aşur, Məhəmməd ibn Tahir, Ət-Təhriru vət-tənvir, Beyrut, Ət-Tarix müəssisəsi, 1-ci çap
  • Ərdəbili, Əhməd ibn Məhəmməd, Zubdətul-bəyan, Düzəliş: Məhəmməd Baqir Behbudi, Tehran, Əl-Məktəbətul-cəfəriyyə, 1-ci çap
  • Cəfəri, Yaqub, Kövsər, Qum, Hicrət, 1-ci çap, h.ş 1376
  • Hüseyni Amili, Seyyid Cavad, Miftahul-kəramət, Beyrut, 1-ci çap
  • Himyəri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Alul-beyt (ə) müəssisəsi, Qum, 1-ci çap, h.q 1413
  • Siyuti, Cəlaləddin, Əl-İtqan, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Qahirə, h.q 1394
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-şəriyyə, Dəftəre enteşarate İslami, Qum, 2-ci çap, h.q 1417
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Düzəliş: Əli Xorasani, Əli, Seyyid Cavad Şəhristani, Dəftəre enteşarate İslami, Qum, 1-ci çap, h.q 1407
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Cavad Bəlaği, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Əbd, Zəkəriyya, Əl-Mizan fi əhkami təcvidil-Quran, Qahirə, Darul-iyman, m. 2005
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Alul-beyt (ə) müəssisəsi, Qum, 1-ci çap, h.q 1414
  • Feyz Kaşani, Məhəmməd Möhsin, Əl-Vafi, İsfahan, Ketabxaneye İmam Əmirəl-möminin Əli (ə), 1-ci çap, h.q 1406
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Darul-kutubil-İslamiyyə, 4-cü çap,
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 1-ci çap, h.q 1410
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Nəcəfi Xomeyni, Məhəmməd Cavad, Təfsire asan, İslamiyyə nəşriyyatı, Tehran, 1-ci çap, h.q 1398