Məzmuna keç

İmam Əlinin (ə) İmam Həsənə (ə) yazdığı məktub

wikishia saytından

İmam Əlinin (ə) İmam Həsənə (ə) yazdığı məktub (ərəbcə: رسالة الإمام علي إلى الإمام الحسن) əxlaqi məsələlərdən bəhs edən bir məktubdur ki, İmam Əli (ə) onu Siffeyn döyüşündən sonra oğlu İmam Həsənə (ə) yazmışdır. Bu məktub tərbiyə məsələlərinin izahında əhatəli bir məktub kimi qiymətləndirilmişdir. Məktubda irəli sürülən mühüm məsələlərdən bəziləri bunlardır: Özünütərbiyə mərhələlərinin və əxlaqi dəyərlərin izahı, ictimai əxlaq, övlad tərbiyəsi və onun tərbiyə üsulu, mənəviyyata diqqətin zəruriliyi və ictimai münasibətlərin meyarlarının bəyanı.

Tədqiqatçıların fikrincə, bu məktubda İmam Əlinin (ə) nail olmaq istədiyi prinsiplər, məqsədlər və üsullara işarə edilir. Onlardan bəziləri bunlardır: ilahi əxlaqla bəzənmək, ilahi əmrlərə və qadağalara riayət etmək, insani ləyaqətə və fərdi fərqlərə diqqət yetirmək, mötədilliyə üstünlük vermək, düşüncə və ağıla önəm vermək, nəsihət vermək, nümunə təqdim etmək və ibrət almaq.

Məktubun bəzi hissələrinə əsasən, onun məzmununun imamların ismətinə zidd olduğu iddia edilmişdir. Lakin bu iddiaya cavab olaraq vurğulanmışdır ki, hərçənd bu məktub İmam Həsənə (ə) ünvanlanmışdır, amma əslində İmam Əli (ə) bütün insanlara xitab edir. Əgər İmam Əli (ə) məsum bir İmam olaraq başqa bir məsum İmama məktub yazmaq istəsəydi, çox dərin məsələlərdən bəhs edərdi ki, onları başqaları anlaya bilməzdi və bu, faydasız olardı.

Bu vəsiyyət məktubu İmamın ən məşhur məktublarından biridir və Nəhcül-Bəlağədən başqa, ondan əvvəlki mənbələrdə də nəql edilmişdir. Bu rəvayətin müxtəlif sənədlərinə və yüksək məzmununa əsaslanaraq sözügedən məktubun etibarlı olduğu qəbul edilir. Nəhcül-Bəlağənin tam tərcümə və şərhlərindən əlavə, bu məktubun müstəqil tərcümə və şərhləri də vardır ki, bunlardan biri Məhəmmədtəqi Misbah Yəzdi tərəfindən yazılmış "Əbədi Nəsihət" və Seyid Məhəmməd Möhsün Hüseyni Tehrani tərəfindən yazılmış "Əbədi Həyat" əsərləridir.

Tanıtımı və əhəmiyyəti

İmam Əli (ə) tərəfindən İmam Həsənə (ə) yazılmış məktub, "Nəhcül-Bəlağə"də əxlaq mövzusunda qeyd olunan məktublardan biridir.[1] Bəzi tədqiqatçılar bu məktubu nəfsin tərbiyəsi, özünü islah etmə və seyri-süluk[2] (mənəvi təkmilləşmə və bütün mənəvi dərəcələri tamamlayanadək keçilən səyahətə verilən ad) üzrə  tam bir kurs, hətta kamil tərbiyə ensiklopediyası hesab edirlər.[3] Məhəmməd Təqi Misbah Yəzdi bu məktubun şərhçilərindən biri olaraq inanır ki, məktubda yüksək mənəvi təlimlərlə yanaşı, İmam Əli (ə) məzmunun izahında psixoloji və tərbiyəvi məsələlərə də diqqət yetirmişdir.[4]

Seyid Rəziyə əsasən, İmam Əli (ə) bu məktubu Siffeyn döyüşündən (Hicrətin 37-ci ili[5]) qayıdarkən (Suriyadakı bir bölgə) "Hazirin" ya "Hazirəyn" adlı yerdə yazmışdır.[6] Hərçənd ki, "Nəhcül-Bəlağə"də və digər mənbələrdə[7] bu vəsiyyətin İmam Həsənə (ə) yazıldığı qeyd olunur,[8] lakin bəzi rəvayətlərdə məktubun Məhəmməd Hənəfiyyəyə ünvanlandığı bildirilmişdir.[9] Həmçinin başqa mənbələrə görə, "Nəhcül-Bəlağə"nin 31-ci məktubunun bir hissəsi İmam Həsənə (ə), digər hissəsi isə Məhəmməd Hənəfiyyəyə ünvanlanmışdır.[10]

Bəzi tədqiqatçıların fikrincə, İmam Əlinin (ə) bu məktubu yazmaqda məqsədləri olub və onlara bir sıra prinsip və üsullarla nail olmaq istəyirdi.[11] Bu hədəflər, prinsiplər və metodlar aşağıdakı kimi qeyd edilmişdir:

  • Hədəflər: İlahi əxlaqa yiyələnmək, Allahı tanımaq, özünü inkişaf etdirmək, zahidlik, səbir etmək, ilahi əmrə əməl etmək və Allahı daim xatırlamaq.
  • Prinsiplər: İnsani ləyaqət, fərdi fərqliliklər, mötədillik, ağıl, düşüncə və təfəkkür.
  • Metodlar: Xatırlatma, nəsihət, nümunə təqdim etmə, sevgi göstərmə, ibrət alma, tövbə etmək, müraqibə (özünə nəzarət etmək) və mühasibə (özünütəftiş).[12]

"Nəhcül-Bəlağə"nin bir çox nüsxələrində bu məktub 31-ci sırada yerləşdirilmişdir.[13]

Məktubun nömrəsi[14] Nüsxənin adı
31 Əl-Mucəmul-müfəhrəs, Saleh Sübhi, Feyzul-İslam, Xoi, Molla Saleh, İbn Əbil-Hədid, İbn Meysəm, Əbdəh
34 Molla Fəthullah
30 Fi Zilal

Məktubun məzmunu imamların məsumluğu ilə uyğun gəlmirmi?

Nəhcül-Bəlağənin 31-ci məktubundakı bəzi ifadələrin imamların ismət məqamına uyğun olmadığı iddia edilmişdir.[15] Nəhcül-Bəlağənin sünni məzhəbindən olan şərhçisi İbn Əbil-Hədidə görə, məktubda işlənən "əv ən ənqəsə fi rəyi" (yəni, fikrimdə bir nöqsan yaranmazdan əvvəl) ifadəsi məktubun müəllifi olan İmam Əlinin (ə) məsumluğu ilə və "yəsbiqəni iləykə bəzu ğələbatil-həva və fitənid-dünya" (yəni, nəfsin meyilləri və dünya fitnələri sənə hücum etməzdən əvvəl) ifadəsi isə məktubun ünvanlandığı şəxs olan İmam Həsənin (ə) məsumluğu ilə uyğun gəlmir. Çünki bu ifadələrə görə İmam Əlinin (ə) düşüncəsi dəyişə bilər və İmam Həsən (ə) nəfs və dünya fitnələrinin təsiri altına düşə bilər.[16]

Bu uyğunsuzluğu izah etmək üçün deyilib ki, hərçənd bu məktub zahirən İmam Həsənə (ə) xitabən yazılmışdır, amma əslində, məktub bütün insanlara ünvanlanmışdır.[17] İmam Əli (ə) bu məktubu adi insanlarla ata-oğul münasibətini nəzərə alaraq yazmışdır. Çünki əgər İmam Əli (ə) məsum bir imam olaraq başqa bir məsum imama məktub yazsaydı, çox dərin məsələlərə toxunardı ki, bunu digərləri anlaya bilməzdi və onlar üçün faydasız olardı.[18]

Vəsiyyətnamənin etibarlılığı

Şiə təqlid mərcələrindən olan Nasir Məkarim Şiraziyə görə, Nəhcül-Bəlağənin 31-ci məktubunun İmam Əliyə (ə) aid olması ilə bağlı heç bir şübhə yoxdur. Çünki bu vəsiyyətnamə həm müxtəlif sənədlərə malikdir, həm də məzmunu o qədər yüksəkdir ki, yalnız məsumlar onu bəyan edə bilərlər.[19] Bu vəsiyyət, şiələrin birinci imamının ən məşhur vəsiyyətlərindən biridir və Seyid Rəzidən əvvəlki alimlər də onu nəql etmişdir.[20] Bunlara aşağıdakılar daxildir:

  1. Məhəmməd ibn Yaqub Küleyni (vəfatı: 328 h.q.) "Ər-Rəsail"[21] və "Kafi"[22] kitablarında;
  2.  Şeyx Səduqun müəllimlərindən biri olan Həsən ibn Abdullah Əskəri, "Əz-Zəvacir vəl-Məvaiz"[23] kitabında;
  3.  Əhli-sünnə alimlərindən olan İbn Əbdü Rəbbih (vəfatı: 328 h.q.) "Əl-İqdul-Fərid"[24] kitabında;
  4. Şeyx Səduq (vəfatı: 381 h.q.) "Mən la yəhzuruhul-fəqih"[25] kitabında;
  5. İbn Şubə Hərrani (4-cü əsr alimlərindən) "Tuhəful-Uqul"[26] kitabında.

Məzmunu

İmam Əlinin (ə) İmam Həsənə (ə) yazdığı məktub əxlaq mövzusunda yazılmışdır.[27] Bu məktubda qeyd edilən bəzi mövzular bunlardır:

  • Özünü tərbiyə etmənin mərhələləri;
  • Sosial əxlaq;
  • Övlad tərbiyəsi və onun metodları;
  • Mənəviyyata diqqət yetirməyin zəruriliyi;
  • Axirətə yönəlmənin vacibliyi;
  • Sosial münasibətlərin meyarları;
  • Axirət üçün azuqə toplamaq səyləri;
  • Allahın mərhəmətinin əlamətləri;
  • Duaların qəbul olma şərtləri;
  • Ölümü xatırlamağın vacibliyi;
  • Dünyapərəstləri tanımaq;
  • Həyatda həqiqi baxışın zəruriliyi;
  • Dostların haqları;
  • Əxlaqi dəyərlər;
  • Qadının mövqeyi.[28]

Tərcümələr və şərhlər

Nəhcül-Bəlağə barədə yazılan tərcümə və şərhlərdən əlavə, Nəhcül-Bəlağənin 31-ci məktubu üçün fars və ərəb dillərində xüsusi tərcümə və şərhlər də yazılmışdır. Onlardan bəziləri aşağıdakılardır:

  • Əbədi nəsihət, fars dilində yazılmış şərh, müəllif Məhəmmədtəqi Misbah Yəzdi;[29]
  • Əbədi həyat, fars dilində yazılmış şərh, Seyid Məhəmməd Möhsün Hüseyni Tehrani;[30]
  • Övladım, belə olmaq lazımdır, Əsğər Tahirzadənin əsəri;[31]
  • Hikmət və yaşayış, Əbdülkərim Suruşun əsəri;[32]
  • Əli və insanın davamlılığı, Seyid Əbdülməcidd Fəlsəfianın əsəri;[33]
  • Nəhcül-Bəlağədə təlim və tərbiyə, Əbdülməcidd Zəhadətin yazısı;[34]
  • Mədineyi Fazilə, farsca yazılmış şərh, Əli Kərimi Cəhrumi tərəfindən yazılmışdır;[35]
  • İmam Əlinin (ə) İmam Həsənə (ə) məktubundakı tərbiyəvi təlimlər, Məhəmməd Yunis Arifinin əsəri;[36]
  • Ən şəfqətli məktub, Seyid Əlaəddin Musəvi İsfahaninin əsəri;[37]
  • Həyat qaydaları, Seyid Mehdi Şücainin əsəri;[38]
  • Ata nəsihətləri, tərcüməçi Məhəmməd Dəşti;[39]
  • Bir dəryadan bir damla, tərcüməçilər: Kərəmxuda Əminian və Əli Əfrasyabi;[40]
  • Oğluma, tərcüməçi Fatimə Şəhidi;[41]
  • Hikmətli məktub, tərcüməçi Əlirza Əlidust.[42]

Mətn və tərcüməsi

Nəhcül-bəlağənin 31-ci məktubunun mətni və Məkarim Şirazinin etdiyi tərcümə əsasında onun tərcüməsi belədir:

İstinadlar

  1. Məkarim Şirazi, Peyame Əmirəl-möminin (ə), h.ş 1386, c.9, s.458
  2. Məkarim Şirazi, Peyame Əmirəl-möminin (ə), h.ş 1386, c.9, s.458
  3. Tahirzadə, Fərzəndəm in çenin bayəd bud, h.ş 1393, c.1, s.20
  4. Misbah Yəzdi, Pənde cavid, h.ş 1391, c.1, s.23
  5. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.305
  6. Nəhcül-bəlağə, Saleh Sübhi, h.q 1414, məktub 31, s.391
  7. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.510; İbn Şube Hərrani, Tuhəful-uqul, h.q 1404, s.68
  8. Məkarim Şirazi, Peyame Əmirəl-möminin (ə), h.ş 1386, c.9, s.459
  9. Nümunə üçün baxın :Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.384
  10. İbn Əbd Rəbbəh, Əl-Əqdul-fərid, h.q 1407, c.3, s.100-102
  11. Behişti, başqaları, Nizame tərbiyəti əxlaqi dər nameye 31 Nəhcül-bəlağə, s.20
  12. Behişti, başqaları, Nizame tərbiyəti əxlaqi dər nameye 31 Nəhcül-bəlağə, s.20
  13. Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs li-əlfazi Nəhcül-bəlağə, h.ş 1375, s.515
  14. Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs li-əlfazi Nəhcül-bəlağə, h.ş 1375, s.515
  15. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.16, s.66-67
  16. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.16, s.66-67
  17. Misbah Yəzdi, Pənde cavid, h.ş 1391, c.1, s.24-25; Məkarim Şirazi, Peyame Əmirəl-möminin (ə), h.ş 1386, c.9, s.460
  18. Misbah Yəzdi, Pənde cavid, h.ş 1391, c.1, s.25
  19. Məkarim Şirazi, Peyame Əmirəl-möminin (ə), h.ş 1386, c.9, s.457
  20. Əl-Hüseyni Əl-Xətib, Məsadiru nəhcil-bəlağə, h.q 1409, c.3, s.296
  21. Nəql olunub: Seyyid ibn Tavus, Kəşful-muhəccə, h.ş 1375, s.220-234
  22. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.510
  23. Nəql olunub: Seyyid ibn Tavus, Kəşful-muhəccə, h.ş 1375, s.218
  24. İbn Əbd Rəbbəh, Əl-Əqdul-fərid, h.q 1407, c.3, s.100-102
  25. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.384-392
  26. İbn Şube Hərrani, Tuhəful-uqul, h.q 1404, s.68-88
  27. Məkarim Şirazi, Peyame Əmirəl-möminin (ə), h.ş 1386, c.9, s.458
  28. Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs li-əlfazi Nəhcül-bəlağə, h.ş 1375, s.518-538
  29. Misbah Yəzdi, Pənde cavid, h.ş 1391, c.1
  30. Hüseyni Tehrani, Həyate cavid, h.ş 1390
  31. Tahirzadə, Fərzəndəm in çenin bayəd bud, h.ş 1393, c.1
  32. Sruş, hikmət və məişət, h.ş 1387
  33. Fəlsəfiyan, Əli və istimrare insan, h.ş 1398
  34. Zəhadət, Təlim və tərbiyət dər Nəhcül-bəlağə, h.ş 1390
  35. Əli Kərimi Cəhrumi, Be suye Mədine Fazile, hş 1376
  36. Arifi, Amuzehaye tərbiyəti nameye İmam Əli (ə) ve İmam Həsən (ə), h.ş 1396
  37. Musəvi İsfahani, Mehribantərin name, h.ş 1382
  38. Şücai, Ayine zendegi, h.ş 1388
  39. Dəşti, Tosiyehaye pedərane, h.ş 1386
  40. Əminiyan və Əli Əfrasyabi, Nəmi əz yəmi, h.ş 1399
  41. Şəhidi, Pe pesərəm, h.ş 1398
  42. Əlidust, Nameye həkimanə, h.ş 1389

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
  • Əl-Hüseyni Əl-Xətib, Seyyid Əbdüz-Zəhra, Məsadiru nəhcil-bəlağə, Beyrut, Daruz-Zəhra, h.q 1409
  • İbn Əbd Rəbbəh, Əhməd ibn Məhəmməd, Əl-Əqdul-fərid, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1407
  • Əminiyan və Əli Əfrasyabi, Nəmi əz yəmi, Qum, Nəhavəndi, h.ş 1399
  • İbn Şube Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Qum, Dəftəre enteşarate islami, h.q 1404
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, h.q 1394
  • Hüseyni Tehrani, Seyyid Məhəmməd Möhsin, Həyate cavid, Tehran, Məktəbe vəhy, h.ş 1390
  • Dəşti, Məhəmməd, Tosiyehaye pedərane, Qum, h.ş 1386
  • Dəşti Məhəmməd, Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs li-əlfazi Nəhcül-bəlağə, Qum, h.ş 1375
  • Zəhadət, Seyyid Əbdül-Məcid, Təlim və tərbiyət dər Nəhcül-bəlağə, Qum, Bustane kitab, h.ş 1390
  • Sruş, Əbdül-Kərim, Hikmət və məişət, Tehran, Sirat, h.ş 1387
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Kəşful-muhəccə, Qum, Bustane kitab, h.ş 1375
  • Şücai, Seyyid Mehdi, Ayine zendegi, Tehran, Neyistan, h.ş 1388
  • Şəhidi, Fatimə, Pe pesərəm, Qum, Dəftəre nəşre məarif, h.ş 1398
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate islami, h.q 1413
  • Tahirzadə, Əsğər, Fərzəndəm in çenin bayəd bud, İsfahan, Ləbul-mizan, h.ş 1393
  • Arifi, Məhəmməd Yunus, Amuzehaye tərbiyəti nameye İmam Əli (ə) ve İmam Həsən (ə), Qum, Əl-Mustafa nəşri, h.ş 1396
  • Əlidust, Əlirza, Nameye həkimanə, Tehran, h.ş 1389
  • Fəlsəfiyan, Seyyid Əbdül-Məcid, Əli və istimrare insan, Qum, Leylətul-qədr nəşri, h.ş 1398
  • Əli Kərimi Cəhrumi, Be suye Mədine Fazile, Qum, Rasixun, hş 1376
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Pənde cavid, Qum, İmam Ximeyni müəssisəsi, h.ş 1391
  • Məkarim Şirazi, Nasir, Peyame Əmirəl-möminin (ə), Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1386
  • Musəvi İsfahani, Seyyid Əlauddin, Mehribantərin name, Qum, h.ş 1382