Salavat ayəsi

wikishia saytından
(İnnəllahə ayəsi səhifəsindən yönləndirilmişdir)
Salavat ayəsi
Ayənin adıSalavat
Yerləşdiyi surəƏhzab
Ayənin nömrəsi56
Cüz22
BarəsindəPeyğəmbərə (s) salavat


Bu məqalə Əhzab surəsinin 56-cı ayəsi barəsindədir. Salavat sözü barəsində məlumat almaq üçün Salavat məqaləsinə daxil olun.

Salavat ayəsi (Əhzab, 56) (ərəbcə: آية الصلوات) Allahın və mələklərin İslam Peyğəmbərinə (s) salavat göndərməsinə işarə edir və möminlərdən Peyğəmbərə (s) salavat göndərmələrini istəyir. Bir çox şiələr bu ayəni eşidən kimi salavat göndərirlər. Qeyd olunan ayənin Məğrib namazından sonra oxunması tövsiyə olunmuşdur.

Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində salam göndərməyi Allaha və mələklərə tabeçilik hesab etmişdir. Məkarim Şirazi "Pəyam Quran" kitabında sünnilərin hədis və təfsir kitablarında nəql olunan rəvayətlərə əsaslanaraq, Peyğəmbərin (s) ailəsinə salam göndərməyi "Əhzab" surəsinin 56-cı ayəsində qeyd olunmuş salavatın bir hissəsi kimi tanıtdırmışdır.

Ayənin mətni və tərcüməsi

«إِنَّ اللهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يا أَيُّهَا الَّذينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْليماً»
Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun.[1]



(Quran: 22:56)


Həzrət Zəhranın (s) təsbihindən sonra məğrib (şam) namazının təqibatı (namazlardan sonra oxunan dualar) olaraq bu ayənin oxunması Şeyx Tusinin "Misbahul-Mütəhəccid" kitabında[2] tövsiyə edilmişdir. Həmçinin Şeyx Abbas Qumi tərəfindən yazılmış "Məfatihul-Cinan"da da "Misbahul-Mütəhəccid" kitabına istinad edilərək qeyd olunmuşdur.[3] Buna görə də şiələr arasında bu ayə camaat namazından sonra bir şəxs tərəfindən ucadan oxunur və ibadət edənlər üç dəfə salavat göndərirlər.

Təfsir

Salavat ayəsi

Hicri qəməri təqvimi ilə 15-ci əsrin şiə təfsirçisi Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində şiə və sünnilərin nəql etdiyi bəzi rəvayətlərə əsaslanaraq deyir ki, salam verməyin forması budur ki, möminlər Allahdan Peyğəmbərə (s) və onun ailəsinə salavat göndərməsini istəmələridir.[4] O, həmçinin hesab edir ki, möminlərin salavat göndərməsi Allahın və mələklərin Peyğəmbərə (s) salavat göndərməsindən tabeçilik etmələridir. Habelə növbəti ayədəki[5] mövcud qadağaya[Qeyd 2] təkid edilməsinə dəlalət edir. Ayədə deyilir ki, Allaha və Rəsuluna zülm edənlər dünyada və axirətdə lənətlənmişlər.[6] İmam Kazim (ə) bir rəvayətdə Allahın, mələklərin və möminlərin Peyğəmbərə (s) salavat göndərməsinin mənası ilə bağlı suala belə cavab verib: "Allahın salavatı Onun rəhməti, mələklərinin salavatı onların Peyğəmbərə (s) mədh və tərif etməsidir. Möminlərin salavatı isə onun üçün bir duadır".[7]Mərcəi-təqlid Məkarim Şirazi "Pəyam Quran" kitabında şiə və sünni rəvayətlərinə əsaslanaraq Peyğəmbərin (s) övladlarına və yaxınlarına salavat göndərməyi salavatın bir hissəsi hesab etmişdir. Bu kontekstdə o, sünnilərin hədis və təfsir kitablarında nəql olunan rəvayətləri qeyd etmişdir;[8] O cümlədən Səhih Buxari,[9] Səhih Müslim [10], Dürrül-Mənsur təfsiri[11] və Təbəri təfsiri[12]

Fəzl ibn Həsən Təbərsi "Məcməul-Bəyan" təfsirində İmam Sadiqdən (ə) nəql etdiyi rəvayətdə buyurulur:"Hər kəs Peyğəmbərə (s) salavat göndərərsə, mələklər ona on dəfə salavat göndərər, on günahını silər və onun üçün on yaxşılıq yazarlar".[13]

Salavat göndərməyin vacib olması

Mərcəi-təqlid və şiə təfsirçilərindən biri olan Məkarim Şirazinin dediyinə görə, "Əhzab" surəsinin 56-cı ayəsi Peyğəmbərə (s) ömründə bir dəfə salavat göndərməyin vacib olduğuna dəlalət edir.[14] Həmçinin əhli-sünnə alimlərindən və "Ət-Tacul-Cami Lil-Usul" kitabının müəllifi Şeyx Mənsur Əli Nasifdən nəql olunmuşdur ki, alimlərin icmasına əsasən, ayənin zahiri Peyğəmbərə (s) salavat və salamın göndərilməsinin vacib olmasına dəlalət edir.[15]

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Şeyx Tusi, Misbahul-Mütəhəccid, h.q 1418, s.85
  3. Şeyx Abbas Qumi, Kulliyatu Məfatihil-cinan, usvə nəşriyyatı, s.17
  4. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1393, c.16, s.338
  5. Əhzab surəsi, ayə 57
  6. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1393, c.16, s.338
  7. Şeyx Səduq, Səvabul-Əmal və İqabul-əmal, h.q 1406, c.1, s.156
  8. Məkarim Şirazi, Pəyam-Quran, h.ş 1381 c.9, s.399-403
  9. Buxari, Səhih Buxari, h.q 1419, s.937, hədis 4737
  10. Muslim Nişaburi, Səhih Muslim, h.q 1412, c.1, s.305, b.17, hədis 65
  11. Syuti, Dürrül-mənsur, h.q 1420, c.6, s.346-347
  12. Təbəri, Cameul-bəyan təfsiri, h.q 1422, c.19, s.176
  13. Təbərsi, Məcməul-bəyan, h.q 1406, c.8, s.579
  14. Məkarim Şirazi, Peyame imam Əmirəl-mömininin, h.ş 1386, c.3, s.200
  15. Məkarim Şirazi, Peyame imam Əmirəl-mömininin, h.ş 1386, c.3, s.200-201

Ədəbiyyat

  • Qurani-Kərim
  • Buxari, Muhəmməd ibn İsmail, Səhih-Buxari, Səudi-Ərəbistan, Beytul-Əfkarid-duliyyəti lin-nəşri vət-tuzi, h.q 1419, M. 1998
  • Siyuti, Əbdur-Rəhman ibn Əbi Bəkr, Təfsirud-durril-mənsur fi təfsiril-məsur, c.9, Beyrut, Darul-fikr, h.q 1420, m. 2000
  • Şeyx Tusi, Muhəmməd ibn Həsən, Misbahul-Mutəhəccid, Beyrut, Muəssisisətu-ələmi lil-mətbuat, h.q 1418, m. 1998
  • Şeyx Abbas Qumi, Kulliyatu Məfatihil-cinan, İnteşarate usvə, Vabeste be sazman həcc və əvqaf və umure xeyriyyə
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-Mərifə, h.q 1406, m. 1986
  • Təbəri, Muhəmməd ibn Cərir, Təfsiru cameul-bəyan ən təvilil-Quran, Təqiqu Əbdillah ibn Əbdul-Möhsin Turki, Darul-hicr, h.q 1422, m. 2001
  • Əllamə Təbatəbai, Əl-Mizan Fi Təfsiril-Quran, Beyrut, Muəssisətul-ələmi Lil-mətbuat, Beyrut, h.q 1393, m. 1973
  • Muslim Nişaburi, Səhih Muslim, Təhqiqu Muhəmməd Fuad Əbdul-Baqi, Beyrut, Daru ihyail-kutubil-ərəbiyyə, h.q 1412, m. 1991
  • Məkarim Şirazi, Nasir, Peyame Əmirəl-Möminin (ə), Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1386
  • Məkarim Şirazi, Nasir və Həmkaran, Peyame Quran, Rəvəşe tazeyi dər təfsire movzui Quran, Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1381