Həzrət Fatimənin (ə) ləqəb və künyələrinin siyahısı
- Bu məqalə Həzrət Fatimənin (ə) ləqəb və künyələri haqdadır. Şəxsiyyəti barədə məlumat almaq üçün Həzrət Fatimə (ə) məqaləsinə daxil olun.
Həzrət Fatimənin (ə) ləqəb və künyələrinin siyahısı məqaləsi ziyarətnamə və rəvayətlərdə Həzrət Fatiməyə (ə) müraciət etmək üçün istifadə edilən ləqəb və künyələrinin toplusudur. Zəhra, Bətul, Seyyidətu Nisail-Aləmin və Kəvsər ləqəblər arasında ən məşhuru, Ümmü Əbiha isə onun ən məşhur künyələsidir.
Adları
Fatimə (Fətəmə kökündən) bir şeyi başqa bir şeydən ayırıb kəsmək mənasındadır və hədislərdə Həzrət Fatiməni (s) bu adla çağırmağ üçün bir neçə vəch zikr olunmuşdur. İmam Sadiqdən (ə) nəql olunur: “Fatimənin (s) Allah yanında 9 adı vardır: Fatimə Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Muhəddəsə və Zəhra.[1] Görünür, bu rəvayətdə adın mənası həm ad, həm də ləqəbdir.
Künyələri
İbn Şəhraşubun Mənaqib kitabında Həzrət Fatimə (ə) üçün bir neçə künyə qeyd edilmişdir:[2]
Ümmül-Həsən - ام الحسن | Ümmül-Hüseyn - ام الحسین | Ümmül-Möhsin - ام المحسن | Ümmül-Əimmə - ام الائمه | Ümmi Əbiha - ام ابیها |
Ləqəbləri
Hədis və ziyarət mənbələrində Həzrət Fatimə (ə) üçün bir neçə ləqəb qeyd edilmişdir:[3]
Say | Ləqəb | Məna |
---|---|---|
1. | Zəhra - زَهراء | Parıldayan və nurani |
2. | Əzra - عَذراء | İffətli, Həyalı |
3. | Məsumə - معصومَه | Günahdan məsum |
4. | Həvrau İnsiyyə - حَوراء إنسیّه | İnsan cildindiə huri |
5. | Hürrə - حُرَّه | Azad |
6. | Mübarəkə - مُبارَکه | Bərəkətli |
7. | Bətül - بَتُول | Bir sıra hədislərə əsasən, həzrət Fatimə (ə) heyz olmadığı üçün ona “Bətul” deyilmişdir.[4] |
8. | Tahirə - طاهِرَه | Pak |
9. | Həsan - حَصَان | İffətli xanım |
10. | Zəkiyyə - زََکیَّه | Pakizə |
11. | Məryəm Kübra - مَریم کُبری | Böyük Məryəm |
12. | Raziyə - راضیَه | Razı (İlahi təqdirə) |
13. | Siddiqə - صِدّیقَه | Çox düz danışan |
14 | Mərziyyə - مَرضیَّه | Allahın razı olduğu kəs |
15. | Nuriyyə - نوریَّه | Nurani |
16. | Rəziyyə - رَضیَّه | |
17. | Səmaviyyə - سَماویَّه | Asimani xanım |
18. | Seyyidətu Nisail-Aləmin - سَیدة نِساء العالَمین | Dünya xanımlar xanımı |
19. | Haniyə - حانیَه | Çox mehriban |
20. | Mənsurə - مَنصورَه | Kömək olunmuş |
21. | Mühəddəsə - مُحَدَّثَه | Mələklərin danışdığı kəs |
22. | Zahidə - زاهِدَه | Zahid |
23. | Təyyibə - طَیّبَه | Pak, zülal |
24. | Ümmi-Əbiha - اُمّ اَبیها | Atasının anası |
25. | Təqiyyə - تَقیَّه | Pərhizkar |
26. | Bərrə - بَرَّه | Xeyirxah |
27. | Mütəhhərə - مُطَهَّرَه | Pak |
28. | Şəhidə - شَهیدَه | Şəhid xanım |
29. | Sadiqə - صادِقَه | Düz danışan |
30. | Rəşidə - رَشیدَه | Dərrakəli, müdrik |
31. | Fazilə - فاضِلَه | Fəzilətli |
32. | Nəqiyyə - نَقیَّه | Xalis, nadir |
33. | Əlimə - عَلیمَه | Bilikli, alim |
34. | Məhdiyyə - مَهدیَّه | Hidayət olmuş |
35. | Səfiyyə - صَفیَّه | Xalis |
36. | Abidə - عابدَه | Abid (ibadət edən) |
37. | Mütəhəccidə - | Gecə oyaq qalan |
38. | Qanitə - قانِتَه | Daim Allaha itaət edən |
Bəzi qədimi mənbələrdə Həzrət Fatimə (ə) üçün başqa ləqəblər də qeyd edilmişdir, məsələn: Seyyidə, Qaimə, Şahidə, Saimə, Vəliyyə, Zakiyə, Səlimə, Həlimə, Həbibə, Cəmilə, Həfifə, Salihə, Nəsibə, Şərifə, Mukərrəmə, Alimə, Fatihə, Munimə, Daiyə, Muəllimə, Şafiə, Cahidə, Nasihə, Müctəhidə, Raqiyə, Nasiyə, Hazirə, Vafiyə.[5] Kövsər Həzrət Zəhranın (ə) başqa bir ləqəbidir ki, Kövsər surəsindən götürülmüşdür.[6] Əhməd Rəhmani Həmədani özünün "Fatimətuz-Zəhra behcətu qəlbil-Mustafa (s)" kitabında Nəqdinin "Zeynəbul-kübra", Cəzairinin "Xəsasisuz-Zeynəbiyyə", Məhəmməd Hüseyn Ğərəvinin "Əl-Ənvarul-qudsiyyə" divanı və Seyyid Əbdül-Hüseyn Şərufiddinin "Əqiylətul-vəhy" kitabından Həzrət Fatimə (ə) üçün 49 ləqəb nəql etmişdir.[7]
Əlaqəli məqalə
İstinadlar
- ↑ Məclisi, Biharul-ənvar, h.ş 1363, c.43, s.10
- ↑ İbn Şəhraşub, Mənaqib, h.ş 1379, c.3, s.357
- ↑ İbn Şəhraşub, Mənaqib, h.ş 1379, c.3, s.357; Seyyid ibn Tavus, İqbalul-Əmal, fi ziyarətis-seyyidətiz-Zəhra (ə), h.q 1417, s.112
- ↑ Şeyx Səduq, Məamil-əxbar, h.q 1403, s.64; Təbəri Amili, Dəlailul-İmamə, h.q 1413, s.54
- ↑ Ənsari Zəncani, Əl-Musuətul-kübra, h.q 1428, c.18, s.346
- ↑ Ənsari Zəncani, Əl-Musuətul-kübra, h.q 1428, c.22, s.25
- ↑ Əhməd Rəhmani Həmədani, Fatimətuz-Zəhra behcətu qəlbil-Mustafa (s), h.ş 1378, s.636-637
Ədəbiyyat
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib, Qum, Əllamə nəşri, h.q 1379
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Qum, h.q 1421
- Ənsari Zəncani, İsmail, Əl-Musuətul-kübra, Qum, h.q 1428
- Rəhmani Həmədani, Əhməd, Fatimətuz-Zəhra (ə) behcətu qəlbil-Mustafa (s), Tehran, h.ş 1378
- Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, h.q 1417
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Tehran, İslamiyyə, 2-ci çap, h.ş 1363
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Məanil-əxbar, Qum, Camiə Mudərrisin, h.q 1403
- Təbəri Amili Səğir, Muhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum