Təşbih hədisi

wikishia saytından
(Əşbah hədisi səhifəsindən yönləndirilmişdir)
Təşbih hədisi
Başqa adlarıƏşbah hədisi
Mövzuİmam Əlinin (ə) fəzilətləri
Nəql olunubİslam peyğəmbərindən (s)
RavilərAbdullah ibn Abbas - Hilal ibn Haris - Ənis ibn Malik
Sənədin mötəbərliyiŞiə məzhəbinin yanında mötəbər
Şiə mənbələriKəmaluddin - Əl-Müstərşədu fil-İmamət - Əl-Əmali (Şeyx Mufid) - Əl-Əmali (Şeyx Tusi)
Sünni mənbələriƏl-Əsəlul-Müsəffa - Mənaqibu ibn Məğazəli - Mənaqibu ibn Mərdvəyh - Mənaqibu Xarəzmi


Təşbih hədisi (ərəbcə: حديث التشبيه) İmam Əlinin (ə) bəzi fəzilətlərdə digər peyğəmbərlərlə müqayisə edildiyi və İslam Peyğəmbərindən (s) nəql olunan hədisdir. Bu hədisə əsasən, Adəmin (ə) elmi, Nuhun (ə) təqvası və sülhsevərliyi, İbrahimin (ə) helmi, Musanın (ə) heybəti və fərasəti, Davudun (ə) zahidliyi və İsanın (ə) ibadəti və s bu kimi fəzilətlər İmam Əli (ə) üçün də qeyd edilmişdir. Bu hədis şiəsünni mənbələrində Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əbul Həmra və Ənəs bin Malik kimi Peyğəmbərin səhabələrindən nəql edilmişdir.

Şiə alimlərinin nəzərindən Təşbih hədisi qeyd olunan xüsusiyyətlərdə İmam Əlinin (ə) peyğəmbərlərlə bərabərliyinə və onun üstünlüyünə dəlalət edir. Ona görə də bunu İmam Əlinin (ə) imamət və xilafətinə dəlil hesab edirdilər. Bir qrup da bunu İmam Əlinin (ə) İslam Peyğəmbərindən (s) başqa digər peyğəmbərlərdən üstünlüyünə dəlil hesab edirlər.

Bu hədis şiə alimlərinə görə etibarlıdır; Amma bəzi sünnilər bunu qəbul etmirlər. Ubəqatul-ənvarın 16-cı cildi bu hədisin sənəd və dəlillərinin tədqiqinə həsr olunub və “Ubəqatul-ənvarın xülasəsi; Təşbih Hədisi” adlı kitab olaraq nəşr olunmuşdur.

Təşbih (bənzərlik) hədisinin mətni

عَنْ عَبْدِاللَّهِ بْنِ عَبَّاسٍ قَالَ: کُنَّا جُلُوساً عِنْدَ رَسُولِ اللَّهِ ص فَقَالَ: مَنْ‏ أَرَادَ أَنْ‏ یَنْظُرَ إِلَى‏ آدَمَ‏ فِی‏ عِلْمِهِ‏ وَ إِلَى نُوحٍ فِی سِلْمِهِ وَ إِلَى إِبْرَاهِیمَ فِی حِلْمِهِ وَ إِلَى مُوسَى فِی فِطَانَتِهِ وَ إِلَی دَاوُدَ فِی زُهْدِهِ فَلْیَنْظُرْ إِلَی هَذَا قَالَ فَنَظَرْنَا فَإِذَا عَلِیُّ بْنُ أَبِی طَالِبٍ قَدْ أَقْبَلَ
“Abdullah ibn Abbasdan rəvayət olunur ki, biz Peyğəmbərin (s) yanında oturmuşduq, o dedi: “Hər kim Adəmə elmində, Nuha sülhpərəstliyində, İbrahimə dözümlülüyündə, Musaya fərasətində və Davuda (ə) zahidliyində baxmaq istəsə, bu gələn adama baxsın. Hamımız təəccüblü qaldıq, birdən Əli ibn Əbi Talib (ə) gəldi”.[1]


Bu hədis Hz Rəsulullahdan (s) nəql olunan, İmam Əlinin (ə) bəzi fəzilətlərinin digər peyğəmbərlərin fəzilətləri ilə müqayisə edilən bir hədisdir. Bu hədis müxtəlif məzmunlarla şiə[2]sünni[3] mənbələrində gəlmişdir.

Hədisin məzmunu peyğəmbərlərin İmam Əlinin (ə) bənzədildiyi xüsusiyyətlərilə fərqlidir. Bəzi mənbələrdə İmam Əli (ə) Ulul-Əzm və Nuh (ə) peyğəmbərlərə bənzədilmişdir.[4] Şeyx Səduqun “Kəmaluddin” əsərində bu peyğəmbərlərlə yanaşı, Həzrət Davudun (ə) da adı vardır.[5] Bəzi rəvayətlərdə İmam Əli (ə) Adəm (ə), İbrahim (ə), Musa (ə), Yəhya (ə), İsa (ə), Şiysə (ə)İdrisə (ə) bənzədilmişdir.[6] Bəzi əhli-sünnə mənbələrində İmam Əlinin (ə) Adəm, Nuh, İbrahim, Yəhya və Musaya (ə) bənzəməsi qeyd olunur.[7] “Mənaqib ibn Məğazili” kitabında İmam Əli (ə) yalnız Adəm (ə) və Nuha (ə) bənzədilmişdir.[8]

Bəzi rəvayətlərdə İmam Əli (ə) İsrafilin heybəti, Cəbrailin əzəməti və Mikayılın məqamı ilə müqayisə edilmişdir.[9]

Bu hədisi Təşbih hədisi də adlandırmışlar.[10]

Qazi Nurullah Şüştəri[11] və Mirhəmid Hüseyn[12] Təşbih hədisinin müxtəlif ravilərini, sənədlərini və mətnlərini toplamışlar.

İmam Əlinin (ə) peyğəmbərlərə bənzədilən cəhətləri

Belə nəql edirlər ki, Təşbih hədisinə əsasən İmam Əlinin (ə) əxlaqı peyğəmbərlərin əxlaqıdır və pakların xüsusiyyətləri ilə də səciyyələnmişdir.[13]

Qəməri təqvimi ilə 7-ci əsrdə yaşamış Şafeyi alimi Məhəmməd bin Yusif Gənci Şafeyi İmam Əli (ə) ilə Adəm (ə) arasındakı oxşarlıqları izah edərkən bunu qeyd etmişdir ki, Bəqərə surəsinin 31-ci ayəsinə əsasən Allah təala hər bir şeyi Adəmə (ə) öyrətdi, İmam Əli (ə) də hər hadisədən xəbərdar idi və hər şey haqqında elmi var idi.[14] Həmçinin hikmət və ya hökmdə Əlinin (ə) Nuha (ə) bənzətməsi budur ki, İmam Əli (ə) də Nuh (ə) kimi[15] kafirlərə qarşı sərt,möminlərə qarşı isə mehriban idi.[16] İbrahim (ə) Quranda səbrli, dözümlü bir şəxs olaraq vəsf olunubdur,[17] İmam Əli (ə) də dözümlülük baxımından ona bənzədilmişdir.[18]

Qəməri təqvimi ilə 6-7-ci əsrin Şafeyi alimlərindən Məhəmməd bin Təlhə Şafeyinin sözlərinə görə, Peyğəmbər (s) bu hədisdə İmam Əlinin (ə) elmini Adəmin (ə) elminə bənzətmiş, Nuhun (ə) təqvası kimi təqvalı, İbrahim (ə) kimi dözümlü, Musanın (ə) heybəti kimi əzəmətli və İsanın (ə) ibadəti kimi bir ibadətinin olduğunu qeyd etmişdir.[19] Onun nəzərində İmam Əlinin (ə) qeyd olunan sifətlərdə digər peyğəmbərlərə bənzəməsi, bu sifətlərin ən üstün dərəcədə İmam Əlidə (ə) olmasına dəlalət edir.[20]

Qəməri təqvimi ilə dördüncü və beşinci əsrlərin sünni alimlərindən Əhməd bin Məhəmməd Asimi “Zeynul-Fəta” kitabında Təşbih hədisini nəql etdikdən sonra İmam Əlinin (ə) Adəm, Nuh, İbrahim, Yusif, Musa, Davud, Süleyman, Əyyub, Yəhya, İsa və İslam Peyğəmbəri (s) ilə müxtəlif oxşar sifərlərini qeyd etmiş və onları izah etmişdir.[21]

Əllamə Məclisi də “Biharul-ənvar” kitabında İmam Əlinin (ə) peyğəmbərlərin fəzilətləri ilə oxşar cəhətlərini və bu mövzuda hədisləri eyni başlıq altında nəql etmiş və izah etmişdir.[22]

İmam Əlinin (ə) üstünlüyünə dəlalət

Bir qrup şiə alimləri Təşbih hədisini İmam Əlinin (ə) digər insanlardan üstünlüyünə dəlil hesab etmiş və buna görə də bu hədisi İmam Əlinin (ə) imamətvilayətinin dəlili hesab etmişlər.[23] Həmçinin bəziləri Təşbih hədisinin İmam Əli (ə) İslam Peyğəmbərindən (s) başqa digər peyğəmbərlərdən üstün olmasına dəlalət etmişlər.Çünki, hər birinin fəzilətli xüsusiyyətlərindən İmam Əlidə (ə) var idi və bütün fəzilətlərə malik olan şəxs bu fəzilətlərin bəzilərinə malik olandan daha üstündür.[24]

Mirhəmid Hüseyn hesab edir ki, Təşbih hədisi qeyd olunan xüsusiyyətlərdə İmam Əlinin (ə) peyğəmbərlərlə bərabərliyinə dəlalət edir və o, bərabərliyi sübut etmək üçün iyirmi yol qeyd etmişdir.[25] Onun nəzərində bu cür bərabərlik İmam Əlinin (ə) başqa insanlardan üstün olmasına dəlalət edir.[26]

Hədisin raviləri və mötəbərliyi

Ravilər

Bu hədis Abdullah ibn Abbas,[27] Abdullah ibn Məsud,[28] Əbu Hureyrə,[29] Peyğəmbərin (s) xidmətçisi Əbul Həmra[30] və Ənəs bin Malik[31] kimi Peyğəmbərin (s) səhabələrindən nəql edilmişdir.

Mötəbərlik

Şiə alimləri Təşbih hədisini səhih hesab etmiş və ona istinad etmişlər. “Pişəvər gecələri” kitabının müəllifi Sultan Əl-Vaizin Şirazi Təşbih hədisini şiə və sünni toplumunun mövzusu hesab etmişdir.[32] Mirhəmid Hüseyn də “Əbəqatul-ənvar” kitabında bu hədisi qırx sünni ravisindən nəql etmiş və səhihliyini sübut etmişdir.[33] Bəzilərinə görə, bu hədisin dəlili zəif olsa da, bir yollarla nəql olunduğu üçün səhihdir.[34]

Bəzi sünni alimləri hədisin etibarlılığına xələl gətirmişlər. Hicri-qəməri 8-ci əsrin sələfi tarixçisi və hədisşünası Şəmsəddin Zəhəbi,[35] 8-ci və 9-cu əsrin Şafeyi tarixçisi və hədisşünası İbn Hacər Əsqəlani[36] və 8-ci əsrin sünni alimi İbn Kəsir[37] Təşbih hədisini inkar edir və onu sənədi zəif rəvayətlərdən hesab edirlər. Hicri-qəməri 6-cı əsrin sünni alimlərindən olan İbn Cövzi Təşbih hədisini saxta hesab etmişdir.[38]

Zəhəbi[39]İbn Teymiyyə[40] Beyhəqidən dəlilsiz olaraq bu hədisi nəql etdikdən sonra onu sənədsiz hesab etmiş və hədis alimlərinin nəzərində bu hədisin saxtadüzəltmə olduğunu söyləmişlər. Buna görə də hədis alimləri onu nəql etməmişlər; Lakin hicri-qəməri tarixi ilə 6-cı əsrin əhli-sünnə alimlərindən olan Müvəffəq bin Əhməd Xarəzmi özünün “Mənaqib” kitabında bu hədisi sənədləri ilə birlikdə Beyhəqidən nəql etmişdir.[41] Bu hədis əhli-sünnədə başqa sənədlərlə də nəql edilmişdir.[42]

Biblioqrafiya

Təşbih hədisinin "Əbəqatul-ənvar" kitabında xülasəsi. Müəllif: Mir Hamid Hüseyn

Təşbih hədisi bir neçə əsərdə müzakirə edilmişdir.[43] Mirhəmid Hüseyn “Əbəqatul-ənvar fi imaməti əl-əimmətil-əthar” kitabının on altıncı cildini bu hədisin sənədli formada tədqiqinə həsr etmişdir. Bu cild, müstəqil formada “Əbəqatul-Ənvarın xülasəsi; Təşbih hədisi” adlı kitab olaraq, Seyid Əli Hüseyni Milani tərəfindən xülasə və düzəlişlər edilərək və Mürtəza Nadiri tərəfindən tərcümə edilərək Nəbə müəssisəsi tərəfindən nəşr edilmişdir.

İstinadlar

  1. Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.25
  2. Nümunə üçün baxın: İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, h.q 1409, s.497 və 498; Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.25; Təbəri Amuli Kəbir, Əl-Müstərşəd fil-imamət, h.q 1415, s.287; Mufid, Əl-Əmali, h.q 1413, s.14; Tusi, Əl-Əmali, h.q 1414, s.417; Təbəri Amuli, Bəşarətul-Mustafa, h.q 1383, s.83
  3. Nümunə üçün baxın: Asimi, Əl-Əsəlul-musəffa, h.q 1418, c.1, s.124-126; İbn Əsakir, Tərcümətul-İmam Əli ibn Əbi Talib, h.q 1400, c.2, s.280; İbn Məğazəli, Mənaqibu Əmiril-muminin Əli ibn Əbi Talib, h.q 1424, s.281; Xarəzmi, Əl-Mənaqib, h.q 1411, s.84 və 312; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.103; Təbəri, Zəxairul-üqba, h.q 1354, s.93 və 94; Həməvi, Fəraidus-simteyn, h.q 1398, c.1, s.170
  4. Təbəri Amuli Kəbir, Əl-Müstərşəd fil-imamət, h.q 1415, s.287
  5. Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.25
  6. İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, h.q 1409, s.497 və 498
  7. Asimi, Əl-Əsəlul-musəffa, h.q 1418, c.1, s.125; İbn Mərdəvəyh, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1424, s.147; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.103; Təbəri, Zəxairul-üqba, h.q 1354, s.93 və 94
  8. İbn Məğazəli, Mənaqibu Əmiril-muminin Əli ibn Əbi Talib, h.q 1424, s.281
  9. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.5, s.396 və 397, c.15, s.619, c.22, s.329
  10. Əmini, Əl-Ğədir, h.q 1416, c.3, s.486
  11. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.4, s.392-405, c.5, s.4-6, c.15, s.610-622, c.22, s.296-300 və c.31, s.317 və 318
  12. Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.16, 1-ci bölmə, s.15-454
  13. Gənci Şafei, Kifayətut-talib, h.ş 1362, c.122
  14. Gənci Şafei, Kifayətut-talib, h.ş 1362, s.122
  15. Nuh surəsi, ayə 26
  16. Gənci Şafei, Kifayətut-talib, h.ş 1362, s.122
  17. Tövbə surəsi, ayə 114
  18. Gənci Şafei, Kifayətut-talib, h.ş 1362, s.122
  19. Nəsibi Şafei, Mətalibus-səul, s.98
  20. Nəsibi Şafei, Mətalibus-səul, s.98
  21. Baxın: Asimi, Əl-Əsəlul-musəffa, h.q 1418, 5-ci fəsl, c.1, s.124-503 və c.2, s.5-286
  22. Məclisi, Biharul-ənvar, h.q 1403, c.39, s.35-82
  23. Bu ünvanlara nümunə üçün baxın: Təbəri, Tuhfətul-əbrar, h.ş 1376, s.140 və 263; Fazil Miqdad, İrşadut-talibin, h.q 1405, s.354; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.6, s.329
  24. Baxın: Təbəri, Tuhfətul-əbrar, h.ş 1376, s.140 və 263; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.6, s.330; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.5, s.279; Sultanul-vaizin, Pişavər gecələri, h.ş 1379, s.478, 479
  25. Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.16, 2-ci bölmə, s.77-118
  26. Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.16, 2-ci bölmə, s.154-157
  27. Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.25; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.137; Təbəri, Zəxairul-üqba, h.q 1354, s.94, Gənci Şafei, Kifayətut-talib, h.ş 1362, s.121-122
  28. Tusi, Əl-Əmali, h.q 1414, s.417
  29. Təbəri Amuli Kəbir, Əl-Müstərşəd fil-imamət, h.q 1415, s.287
  30. Asimi, Əl-Əsəlul-musəffa, h.q 1418, c.1, s.124-126; İbn Əsakir, Tərcümətul-İmam Əli ibn Əbi Talib, h.q 1400, c.2, s.280; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.100-103; Xarəzmi, Əl-Mənaqib, h.q 1411, s.84-312; Təbəri, Zəxairul-üqba, h.q 1354, s.93
  31. İbn Məğazəli, Mənaqibu Əmiril-muminin Əli ibn Əbi Talib, h.q 1424, s.281; Təbəri Amuli, Bəşarətul-Mustafa, h.q 1383, s.83
  32. Sultanul-vaizin, Pişavər gecələri, h.ş 1379, s.478
  33. Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.16, 1-ci bölmə, s.15-454
  34. Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.6, s.329
  35. Zəhəbi, Əl-Müntəqa min minhacil-itidal, s.344
  36. İbn Həcər Əsqəlani, Lisanul-mizan, h.q 1390, c.6, s.24
  37. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1418, c.11, s.89
  38. İbn Cəvzi, Əl-Movzuat, h.q 1386, c.1, s.370
  39. Zəhəbi, Əl-Müntəqa min minhacil-itidal, s.344
  40. İbn Teymiyyə, Minhacus-sünnət, H.q 1406, c.5, s.510 və 511
  41. Xarəzmi, Əl-Mənaqib, h.q 1411, s.83-84
  42. Nümunə üçün baxın: Asimi, Əl-Əsəlul-musəffa, h.q 1418, c.1, s.124-126; Təbəri Amuli Kəbir, Əl-Müstərşəd fil-imamət, h.q 1415, s.287; İbn Əsakir, Tərcümətul-İmam Əli ibn Əbi Talib, h.q 1400, c.2, s.280; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.103; Həməvi, Fəraidus-simteyn, h.q 1398, c.1, s.170
  43. Bu ünvanlara nümunə üçün baxın: Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.4, s.392-405, c.5, s.4-6, c.15, s.610-622, c.22, s.296-300 və c.31, s.317-318; Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.16 (Bu cildin hamısı təşbih hədisi haqqındadır.); Əmini, Əl-Ğədir, h.q 1416, c.3, s.486-493

Ədəbiyyat

  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnət, H.q 1406
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Movzuat, Təhqiq: Əbdür-Rəhman Məhəmməd Osman, Mədinə, 1-ci cild, h.q 1386
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Lisanul-mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • İbn Əsakir, Əli ibn Həsən, Tərcümətul-İmam Əli ibn Əbi Talib, Beyrut, Mahmudi müəssisəsi, 2-ci çap, h.q 1400
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Daru Həcər, 1-ci çap, h.q 1418
  • İbn Mərdəvəyh, Əhməd ibn Musa, Mənaqibu Əli ibn Əbi Talib, Qum, Darul-hədis, 2-ci çap, h.q 1424
  • İbn Məğazəli, Əli ibn Məhəmməd, Mənaqibu Əmiril-muminin Əli ibn Əbi Talib, Səna, Darul-asar, 1-ci çap, h.q 1424
  • Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Qum, Mərkəzul-ğədir, 1-ci çap, h.q 1416
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, 1-ci çap, h.q 1411
  • İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, 1-ci çap, h.q 1409
  • Həməvi, İbrahim, Fəraidus-simteyn, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, Mahmudi müəssisəsi, 1-ci çap, h.q 1398
  • Xarəzmi, Müvəffəq ibn Əhməd, Əl-Mənaqib, Təhqiq: Şeyx Malik Mahmudi, Qum, İslami nəşr müəssisəsi, h.q 1411
  • Zəhəbi, Şəmsuddin, Əl-Müntəqa min minhacil-itidal
  • Sultanul-vaizin Şirazi, Seyyid Məhəmməd, Pişavər gecələri, Tehran, Darul-kutubil-İslamiyyə, 39-cu çap, h.ş 1379
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, 1-ci çap, h.q 1409
  • Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
  • Təbəri Amuli Kəbir, Məhəmməd ibn Cərir, Əl-Müstərşəd fil-imamət, Təhqiq: Əhməd Mahmudi, Qum, 1-ci çap, h.q 1415
  • Təbəri Amuli, İmaduddin Məhəmməd ibn Əbil-Qasim, Bəşarətul-Mustafa, Nəcəf, Əl-Məktəbətul-Heydəriyyə, 2-ci çap, h.q 1383
  • Təbəri, İmaduddin Məhəmməd ibn Əbil-Qasim, Tuhfətul-əbrar, Tehran, 1-ci çap, h.ş 1376
  • Təbəri, Muhibuddin, Zəxairul-üqba, Qahirə, Məktəbətul-Qüds, h.q 1354
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1414
  • Asimi, Əhməd ibn Məhəmməd, Əl-Əsəlul-musəffa, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Qum, h.q 1418
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, İrşadut-talibin, Təhqiq: Seyyid Mehdi Rəcai, Qum, h.q 1405
  • Gənci Şafei, Məhəmməd ibn Yusif, Kifayətut-talib, Tehran, 3-cü çap, h.ş 1362
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Müzəffər, Məhəmməd Hüseyn, Dəlailus-sidq, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1422
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1413
  • Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, İsfahan, 2-ci çap, h.ş 1366
  • Nəsibi Şafei, Məhəmməd ibn Təlhə, Mətalibus-səul, Beyrut