Məzmuna keç

Xasifun-nəl (ləqəb)

wikishia saytından

Xasifun-nəl (yəni, ayaqqabı yamayan) (ərəbcə: خاصف النعل) şiələrin birinci imamı İmam Əlinin (ə) ləqəblərindən biridir.[1] Bu ləqəb "Xasifun-nəl" hədislərindən götürülmüşdür. Həmin hədislərdə İslam Peyğəmbəri (s), İmam Əlidən (ə) bu ləqəblə bəhs etmişdir. Çünki o, Peyğəmbərin (s) ayaqqabısını yamayırdı.[2]

"Xəsf" (خصف) sözü toplamaq və əşyaları bir-birinə birləşdirmək mənasını daşıyır.[3] Ayaqqabının cırılmış hissələrini toplayıb əvvəlki vəziyyətinə qaytaran şəxsə "xasifun-nəl" deyilir.[4] İmam Əlinin (ə) Peyğəmbərin (s) ayaqqabısını yamamasını onun təvazökarlığının[5] və sadə həyat tərzinin göstəricisi olduğunu bildiriblər.[6]

Peyğəmbərin (s) İmam Əlini (ə) "xasifun-nəl" ləqəbi ilə yad etdiyi hədislərin hər biri onun bir və ya neçə fəzilətini bəyan edir. Bunların sırasında İmam Əlinin (ə) imaməti və xilafəti, həmçinin onun müşriklərə və zalımlara qarşı mübarizəsi də var.[7] Bu hədislər şiənin ilkin hədis mənbələri, məsələn, "Kutubu-ərbəə"nin[8] bəzilərində, eləcə də sünnilərin "Sihah"[9], "Məsanid"[10] və "Sünən"[11] kitablarında mövcuddur. Həm şiə, həm də sünni hədis alimləri bu hədislərdən bəzilərini səhih və etibarlı hesab ediblər.[12] Şərəfüddin və Kaşifül-Qita kimi şiə alimləri bu hədislərin mütəvatir olduğunu bildiriblər.[13]

Şiə və sünni hədis mənbələrində yer alan və Peyğəmbərin (s) İmam Əlini (ə) "xasifun-nəl" ləqəbi ilə yad etdiyi hədislərdən biri belədir: Peyğəmbər (s) səhabələrinin arasında buyurdu:

«إِنَّ مِنْکمْ مَنْ یقَاتِلُ عَلَی تَأْوِیلِ هَذَا الْقُرْآنِ کمَا قَاتَلْتُ عَلَی تَنْزِیله»

"Sizdən elə biri var ki, mənim Quranın nazil olmasına (tənzilinə) görə mübarizə apardığım kimi, o da Quranın təvilinə görə mübarizə aparacaqdır". Orada olan bəzi şəxslər soruşdular: "O şəxs bizikmi?" Peyğəmbər (s) onlara mənfi cavab verdi və həmin şəxsin ayaqqabı yamayan şəxs olduğunu bildirdi. Həmin vaxt İmam Əli (ə) Peyğəmbərin (s) ayaqqabısını yamayırdı.[14]

İstinadlar

  1. Sibt ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418. s.16; Müqəddəs Ərdəbili, Hədiyqətuş-şiə, h.ş 1383, c.1, s.16; Şii Səbzivari, Rahətul-ərvah, h.ş 1378, s.86
  2. Bəhrani, Ğayətul-məram, h.q 1422, c.6, s.285; İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.335; Əllamə Hilli, Nəhcül-həqq, m.1928, s.220; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib (ə), h.q 1379, c.3, s.44
  3. İbn Mənzur, Lisanul-ərəb, Beyrut, c.9, s.71
  4. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.8, s.35
  5. Ətiyyə, Əli (ə) Xasifu nəlin-Nəbi (s), h.q 1436, s.13
  6. Məkarim Şirazi, Peyame imam Əmiril-möminin, h.ş 1385, c.2, s.303
  7. Bəhrani, Ğayətul-məram, h.q 1422, c.6, s.285; İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.335; Əllamə Hilli, Nəhcül-həqq, m.1928, s.220; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib (ə), h.q 1379, c.3, s.44
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.11-12; Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.4, s.116
  9. Tirmizi, Sunənu Tirmizi, h.q 1419, c.5, s.452
  10. İbn Hənbəl, Musnədul-imam Əhməd ibn Hənbəl, h.q 1416, c.17, s.391
  11. Nəsai, Sunənun-Nəsai, h.q 1411, c.5, s.127-128
  12. Nümunə üçün baxın: Tirmizi, Sunənu Tirmizi, h.q 1419, c.5, s.452; Müqəddəs Ərdəbili, Hədiyqətuş-şiə, h.ş 1383, c.1, s.232
  13. Şərufuddin, Əl-Müraciat, h.q 1426, s.319; Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.1, s.37
  14. İbn Hənbəl, Musnədul-imam Əhməd ibn Hənbəl, h.q 1416, c.17, s.391, c.18, s.296; Azca fərqliliklə; Şeyx Mufid, Əl-İfsahu fil-imamət, h.q 1413, s.135; Təbəri, Əl-Müstərşədu fi imaməti Əli ibn Əbi Talib (ə), h.q 1415, s.357; Seyid ibn Tavus, Ət-Təraifu, h.q 1400, c.1, s.70

Ədəbiyyat

  • İbn Hənbəl, Əhməd ibn Məhəmməd, Musnədul-imam Əhməd ibn Hənbəl, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1416
  • İbn Şəhraşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib (ə), Qum, Əllamə, h.q 1379
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru sadir, 3-cü çap
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Təbriz, Bəni Haşim, h.q 1381
  • Bəhrani, Seyyid Haşim, Ğayətul-məram, Beyrut, h.q 1422
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunənu Tirmizi, Qahirə, Darul-hədis, h.q 1419
  • Sibt ibn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətul-xəvass, Qum, h.q 1418
  • Seyid ibn Tavus Həsəni, Əli ibn İsa, Ət-Təraifu, Qum, Xəyyam, h.q 1400
  • Şərufuddin, Seyyid Əbdül-Hüseyn, Əl-Müraciat, Qum, 2-ci çap, h.q 1426
  • Şeyx Tusi, Məhəmməd ibn Əl-Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-İfsahu fil-imamət, Qum, h.q 1413
  • Şii Səbzivari, Əbu Səid, Rahətul-ərvah, Tehran, Mirase məktub, 2-ci çap, h.ş 1378
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Came müdərrisin, h.q 1417
  • Təbəri, Məhəmməd ibn Cərir ibn Rüstəm, Əl-Müstərşədu fi imaməti Əli ibn Əbi Talib (ə), Qum, Əl-vasif müəssisəsi, h.q 1415
  • Ətiyyə, Macid ibn Əhməd, Əli (ə) Xasifu nəlin-Nəbi (s), Kərbəla, Əl-Ətəbəbətul-Hüseyniyyətul-müqəddəsə, h.q 1436
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-həqq, Beyrut, Darul-kitabil-Lübnani, m.1928
  • Kaşiful-ğita, Şeyx Cəfər, Kəşful-ğita, Qum, h.q 1422
  • Kuleyni, Məhəmməd ibn Yaqub ibn İshaq, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Müqəddəs Ərdəbili, Əhməd ibn Məhəmməd, Hədiyqətuş-şiə, Qum, Ənsariyan nəşriyyatı, 3-cü çap, h.ş 1383
  • Məkarim Şirazi, Nasir, Peyame imam Əmiril-möminin, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1385
  • Nəsai, Əhməd ibn Əli, Sunənun-Nəsai, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1411