İmam Əlinin (ə) qızı Fatimə

wikishia saytından
(Fatimə İmam Əlinin qızı (ə) səhifəsindən yönləndirilmişdir)
İmam Əlinin (ə) qızı Fatimə
AdFatimə binti Əli (ə)
RoluKərbəla hadisəsini nəql edən
VəfatıHicrətin 117-ci ili
Atasıİmam Əli (ə)
AnasıUmmu Vələd
Həyat yoldaşlarıMəhəmməd ibn Əbi Səid


İmam Əlinin (ə) qızı Fatimə (ərəbcə: فاطمة بنت علي بن أبي طالب) - (h.q.117-ci ildə vəfat edib) Kərbəla hadisəsinin əsirlərindən, nəql edənlərindən və hədis ravilərindəndir. Kərbəla hadisəsində Fatimənin əri Məhəmməd bin Əbu Səid ibn Əqil şəhid oldu. Fatimə Kərbəlada olmuş və İmam Hüseynin (ə) şəhadətindən sonra İmamın (ə) karvanında sağ qalanlarla birlikdə əsir düşmüşdür.

Fatimə atası, Əsma binti Umeys, İmamə binti Əbiul-As, Həzrət Əlinin (ə) qızı Ümmül-Həsən, İmam Həsən (ə) və başqalarından rəvayət etmişdir. Həmçinin, Haris ibn Kəb Kufi, Əbdülrəhman ibn Əbi Nəim Bicli, Ubeydullah ibn Bəşir Cafi, Musa Cahani, İsa ibn Osman, Əbu Bəsir və s. şəxslər də Fatimədən hədis nəql etmişdir. Onun nəql etdiyi rəvayətlər daha çox iman, fiqh və əxlaq mövzusu ilə bağlıdır.

"Mənzilət" və "Rəduş-Şəms" hədisini rəvayət etmişdir. Əbu Muhnəf Kərbəla hadisəsi ilə bağlı bəzi hadisələri bir vasitəçi vasitəsi ilə ondan xəbər veribdir.

Nəsil

Fatimə Əli ibn Əbi Talibin qızı, anası isə Ummu Vələd idi.[1] Məhəmməd ibn Əbi Səid ibn Əqillə evləndi və Həmidə adlı bir qız dünyaya gətirdi.[2]

Fatimənin əri Məhəmməd ibn Əbi Səid Kərbəla hadisəsində şəhid oldu[3] və Fatimə Səid ibn Əsvəd ibn Əbi əl-Bəhtəri ilə evləndi[4] və o, Bərzə və Xalidi dünyaya gətirdi.[5] Səiddən sonra Mənzər ibn Ubeydə ibn Zübeyrlə evləndi.[6] Osman və Kəbra da ondan dünyaya gəldi.[7] Fatimə Mənzərdən[8] sonra hicri qəməri 117-ci ildə vəfat etmişdir.[9]

Hədislər

Fatimə atasından[10] Əsma binti Umeysdən,[11] İmamə binti Əbi əl-Asdan,[12] Həzrət Əlinin qızı Ummul-Həsəndən,[13] İmam Həsəndən (ə)[14] və başqalarından rəvayət etmişdir. Haris ibn Kəb Kufi, Əbdül Rəhman ibn Əbi Nəim Bicli, Ubeydullah ibn Bəşir Cafi,[15] Musa Cahani,[16] İsa ibn Osman,[17] Əbu Bəsir[18] və s. Fatimədən rəvayət etmişlər. Onun nəql etdiyi rəvayətlər daha çox əqidə,[19] fiqh[20] və əxlaq [21] sahələrindədir.

O, Əsma binti Umeysdən Rəddul-Şəms[22]Mənzilət[23] hədisini nəql etmişdir. Nəsai və İbn Macənin ondan rəvayət etdiyi deyilir.[24]

Kərbəla hadisəsi

Fatimə Kərbəla hadisəsində iştirak etmiş, Həzrət Zeynəb (s.ə.) və digər əsirlərlə birlikdə Şama aparılmışdır.[25] Yezidin məclisində Suriya xalqından bir nəfər Yezid bin Müaviyədən onu cariyəyə çevirməyi xahiş edir və o, kəskin reaksiya verir.[26] Əbu Məxnəf bu hadisəni Haris ibn Kəb vasitəsilə ondan nəql etmişdir.[27]

Həmçinin Fatimə Şamdan Mədinəyə gedən yolda Numan ibn Bəşirin Kərbəla əsirləri ilə yaxşı rəftarından danışıb. Kərbəla əsirlərinin karvanı Mədinəyə çatanda Həzrət Əlinin (s) qızı Fatimə bacısı Zeynəbə dedi: Bu suriyalı kişi (Numan ibn Bəşir ) yolda bizimlə özünü yaxşı aparırdı, istəyirsən ki, ona bir şey verək? Zeynəb dedi: “Bizim zinətlərimizdən başqa Allaha verəcək bir şeyimiz yoxdur”. Sonra hər ikisi qolbaq və xalçalarını Numana göndərərək ondan üzr istədilər. Amma Numan onları qəbul etmədi və dedi:

“Əgər etdiyim iş dünya üçün olsaydı, bəzəkləriniz məni sevindirərdi. Lakin Allaha and olsun ki, mən bunu yalnız Allaha və Allahın Peyğəmbərinə yaxınlığınıza görə etdim”.[28]

İstinadlar

  1. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.5, s.344
  2. İbn Səd, Ət-Təbəqat, h.q 1410, c.8, s.340; Məclisi, Biharul-ənvar, h.q 1404, c.42, s.94
  3. İbn Səd, Ət-Təbəqat, h.q 1410, c.1, s.477
  4. İbn Həbib Bağdadi, Əl-Muhəbbər, Darul-afaq, s.56; İbn Həzm, Cumhurətu ənsabil-ərəb, h.q 1403, s.125
  5. İbn Səd, Ət-Təbəqat, h.q 1410, c.8, s.340
  6. İbn Həzm, Cumhurətu ənsabil-ərəb, h.q 1403, s.125; İbn Həbib Bağdadi, Əl-Muhəbbər, Darul-afaq, s.57
  7. İbn Səd, Ət-Təbəqat, h.q 1410, c.8, s.340
  8. İbn Səd, Ət-Təbəqat, h.q 1410, c.8, s.340
  9. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.7, s.107
  10. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.11, s.667; İbn Səd, Ət-Təbəqat, h.q 1410, c.8, s.340; Hürr Amuli, Vəsailuş-şiə, h.q 1409, c.23, s.11
  11. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1097-1098; Amili, İsbatul-hüda, h.q 1425, c.3, s.239; Məclisi, Biharul-ənvar, h.q 1404, c.37, s.263-268; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.29
  12. Kuleyni, Əl-Kafi, h.ş 1365, c.6, s.370; Hürr Amuli, Vəsailuş-şiə, h.q 1409, c.25, s.201; Məclisi, Biharul-ənvar, h.q 1404, c.41, s.159
  13. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.29
  14. Bərqi, Rical, h.q 1383, s.61
  15. Muhəddis Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.3, s.207; Kuleyni, Əl-Kafi, h.ş 1365, c.14, s.207-249
  16. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1097-1098; Amili, İsbatul-hüda, h.q 1425, c.3, s.239; Məclisi, Biharul-ənvar, h.q 1404, c.37, s.263
  17. İbn Səd, Ət-Təbəqat, h.q 1410, c.8, s.341
  18. Məclisi, Biharul-ənvar, h.q 1404, c.41, s.159; Hürr Amuli, Vəsailuş-şiə, h.q 1409, c.25, s.201
  19. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.29; Amili, İsbatul-hüda, h.q 1425, c.1, s.414; Məclisi, Biharul-ənvar, h.q 1404, c.41, s.177
  20. Muhəddis Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.14, s.249
  21. Məclisi, Biharul-ənvar, h.q 1404, c.41, s.159
  22. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.29; Amili, İsbatul-hüda, h.q 1425, c.1, s.414; Məclisi, Biharul-ənvar, h.q 1404, c.41, s.177
  23. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1097-1098; Məclisi, Biharul-ənvar, h.q 1404, c.37, s.263-268
  24. Salihi Şami, Subulul-hüda, h.q 1414, c.9, s.435
  25. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.88; İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.5, s.344; İbn Əsir, Əsədul-ğabə, c.6, s.133
  26. İbn Əsir, Əsədul-ğabə, c.6, s.133
  27. Əbu Məxnəf, Vəqətut-təff, h.q 1417, s.48, 271; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.461-462
  28. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, s.462-463; İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.88

Ədəbiyyat

  • İbn Səd Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, m.1990\h.q 1410
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409\m.1989
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, h.q 1385\m.1965
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412\m.1992
  • İbn Həbib Bağdadi, Əl-Muhəbbər, Beyrut
  • İbn Həzm, Cumhurətu ənsabil-ərəb, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1403\m.1983
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, Darul-cəbəl, h.q 1412\m.1992
  • Əbu Muxnəf Kufi, Vəqətut-təff, Cameə mudərrisin, 3-cü çap, Qum, h.q 1417
  • Bərqi, Əhməd ibn Məhəmməd, Ricalul-bərqi, Tehran, h.q 1383
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
  • Salihi Şami, Məhəmməd ibn Yusif, Subulul-hüda, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1414\m.1993
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darut-turas, h.q 1387\m.1967
  • Amili, Məhəmməd ibn Həsən İsbatul-hüda, Beyrut, ə-ləmi, h.q 1425
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1365
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, h.q 1404
  • Mühəddis Nuri, Mirza Hüseyn, Mustədrəkul-vəsail, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1408
  • Məhəllati, Zəbiyhullah, Rəyahinuş-şəriə, Tehran, Darul-kutubil-İslamiyyə
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420\m.1999