Əsma Ümeys qızı

wikishia saytından
(Əsma binti Umeys səhifəsindən yönləndirilmişdir)
Əsma binti Umeys
Suriyanın Babus-səğir qəbiristanlığında Əsma Ümeys qızının məqamı
Suriyanın Babus-səğir qəbiristanlığında Əsma Ümeys qızının məqamı
Yaşadığı yerMəkkə - Mədinə
Mühacir / ƏnsarMuhacir
Nəsəb / QəbiləXəsəm
Qohum əqrəba arasında tanınmış şəxslərCəfər ibn Əbi Talib, Əbubəkr, İmam Əli (ə), Məhəmməd ibn Əbi Bəkr, Abdullah ibn Cəfər
Ölüm günü və məkanıHicrətin 38-ci ilindən sonra
İslam dininə gəlmə zamanıİlk müsəlmanlardan
Hicrət etdiyi yerHəbəşə, Mədinə
Önəmli işləriPeyğəmbərdən (s) hədis nəql edib.
Başqa fəaliyyətləriHəzrət Fatimənin (ə) qüslündə iştirak edib.


Əsma binti Umeys (Ərəbcə: اَسْماء بِنت عُمَیس) (vəfat: q.38-dən sonra) Peyğəmbərin (s) səhabəsi olub, Fatiməyə (s) qüsl verərkən, İmam Əliyə (ə) kömək etmişdir. Əsma Cəfər ibn Əbu Talibin həyat yoldaşı idi ki, Cəfərin şəhadətindən sonra, Əbu Bəkr ibn Quhafə ilə evlənir. Əbu Bəkrin vəfatından sonra isə, İmam Əlinin (ə) həyat yoldaşı olur. Əsma, Həzrəti Zeynəbin (s) həyat yoldaşı Əbdullah ibn Cəfərin və İmam Əlinin Misirdəki nümayəndəsi Məhəmməd ibn Əbi Bəkrin anasıdır.

Əsma, Həzrət Fatimənin (s) vəsiyyətinə əsasən, İmam Əi (ə) ilə birlikdə ona qüsl verir. Eləcə də islamda ilk tabutu Fatimə (s) üçün düzəldir ki, bədən bilinməsin. Bir rivayətə əsasən, Fatimənin ömrünün son anlarında onun yanında olub, Həsəneynin (ə) və Həzrət Əlinin (ə) Fatimənin cənazəsi ilə qarşılaşmasını və xanımın son anlarını rivayət etmişdir.

Əsma islamı ilk qəbul edənlərdən idi. O həyat yoldaşı Cəfər ilə birlikdə Həbəşə və Mədinəyə hicrət etmişdir. O Peyğəmbərdən (s) bir sıra hədislər nəql etmişdir.

Həyatı

Əsma, Umeys ibn Məədin qızıdır. Atası Bəni Xəsəm qəbiləsindən, anası isə Ounun qızı Hinddir.[1] Onun bacıları aşağıdakılardan ibarətdir:

Əsma, İmam Əlinin (ə) qardaşı Cəfər ibn Əbu Taliblə evlənir. O islamı ilk qəbul edənlərdən sayılır ki, Peyğəmbər (s) Ərqəmin evinə gəlməzdən öncə islamı qəbul etmişdir.[3] Əsma Besətin beşinci ilində[4] həyat yoldaşı Cəfərlə birgə Həbəşəyə hicrət etmiş[5]hicrətin yeddinci ilində isə Mədinəyə hicrət etmişdir.[6] Hicrətin 8-ci ilində Mutə döyüşündə Cəfər şəhid edildikdən sonra,[7] Əbu Bəkrlə evlənmiş və onun vəfatından sonra isə, Həzrət Əli (ə) ilə ailə qurmuşdur.[8]

İmam Sadiqdən (ə) nəql edilən bir rivayətə görə, Əsma behişt qadınlarından hesab edilir.[9]

Əsmanın Həzrət Fatimə (s) ilə əlaqəsi

Əsma, Fatimeyi-Zəhranın vəsiyətinə əsasən, Əlinin (ə) köməyi ilə Xanım Zəhraya qüsl vermişdir.[10] Şiə rivayət mənbələrində keçən bir sıra hədislərə əsasən, islamda ilk tabutu Xanım Zəhra üçün Əsma hazırlamışdır. Fatimə xəstə yatağında olarkən Əsmadan istəmişdir ki, onun üçün elə bir tabut düzəltsin ki, bədən tabuta qoyulduqda çöldən bilinməsin. Bu üzdən Əsma Həbəşədə gördüyü tabutu Xanım Zəhra üçün hazırlayır və Fatimeyi-Zəhra bu tabutu gördükdə sevinir.[11] Eləcə də, bir sıra nəqllərə əsasən, Həzrəti Fatimənin ömrünün son anlarında Əsma onun başı üzərində olmuş və Həsəneynin (ə) və İmam Əlinin (ə) Xanımla görüşünü və son anları nəql etmişdir.[12] Fatimeyi-Zəhra üçün keçirilən əza mərasimlərində, Əsma və onun bu nəqli vurğulanır.[13]

Bəzi rivayətlərə əsasən, İmam Əli və hz. Zəhranın (s) izdivacında da Əsma iştirak etmişdir.[14] Eləcə də, bir rivayətə əsasən, Peyğəmbərin (s) göstərişi ilə Həzrət Zəhra (s) övlad dünyaya gətirərkən, Əsma qabilə (mama) kimi Xanımın kənarında olmuşdur.[15] Qəməri tarixi ilə 7-ci əsrin sxolostiki Əli ibn İsa İrbili, bu rivayətləri qeydə alarkən, Əsma binti Yəzid Ənsari ilə Əsma binti Umeysi səhv salmışlar; çünki Fatimənin izdivacı qəməri ilə 2 və ya 3-cü ildə baş vermiş, Əsma binti Umeys isə xeybərin fəthinə kimi (hicrəti 7-ci ili) Həbəşədə olmuşdur.[16] Habelə İrbili ehtimal verir ki, Əsmanı Həmzənin həyat yoldaşı Səlma binti Umeyslə də səhv salmışlar; çünki Əsma, Səlmadan daha tanınmış bir şəxsdir və bu cəhətdən ondan rivayət etmişlər və yaxud sözün ötürülməsində bir ravi yalnışlığa yol verə bilə və digərləri də onu təkrar edə bilərlər.[17]

Eləcə də Peyğəmbərin (s) vəfatı ilə sonlanan xəstəliyi zamanı, onun başı üzərində olmuşdur.[18]

Hədis nəqli

Əsma, Peyğəmbərdən (s) bir sıra hədislər nəql etmişdir.[19] Həmçinin övladı Əbdullah, Səid ibn Musəyyib, Ürvə ibn Zübeyr və başqaları ondan hədis nəql etmişlər.[20] Həzrət Əlinin qızı Fatimə (ə), mənzilət hədisi [21]rədduş-şəms hədislərini [22]Əsmadan nəql etmişdir.

Üçüncü əsrin tarixyazarı Əhməd ibn Əbi Yəqub, Əsmada Peyğəmbərin (s) kəlamlarını əhatə edən bir kitabın olduğunu qeyd etmişdir.[23]

Övladları

Əbdullah, Muhəmməd və Oun, Əsmanın Cəfər ibn Əbutalib üçün dünyaya gətirdiyi övladlarıdır.[24] Eləcə də Muhəmməd ibn Əbu Bəkri, Əbubəkr üçün dünyaya gətirmişdir[25] ki, Misirdə İmam Əlinin təyin etdiyi şəxs idi.[26] Onun İmam Əli (ə) üçün dünyaya gətirdiyi[27] Yəhya adlı övladı uşaqkən dünyasını dəyişmişdir.[28]

Vəfatı

Qəməri tarixi ilə 8-ci əsrin tarixçisi İbn Kəsir Dəməşqi, Əsmanın ölümünü qəməri tarixi ilə 38-ci ilin hadisələri ilə əlaqələndirir.[29] Bəzi qaynaqlara əsasən isə, Əsmanın vəfatını İmam Əlinin (ə) şəhadətindən (h.q. 40) sonra qeyd etmişlər.[30] Dəməşq şəhərinin Babus-səğir qəbiristanlığında ona aid bir qəbr mövcuddur.[31]

Xarici keçidlər

İstinadlar

  1. İbn Kəlbi, Nəsəbu məəd vəl yəmənil kəbir, h.q 1408,c.1, s.356-358
  2. İbn Kəlbi, Nəsəbu məəd vəl yəmənil kəbir, h.q 1408,c.1, s.358-359
  3. İbn Səd, Ət-təbəqatul-kubra, h.q 1410, c.8, s.219
  4. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.9, s.116
  5. İbn Hişam, Əs-siyrətun-nəbəviyyə, darul-mərifə, c.1, s.323
  6. İbn Əbdül-Bərr, Əl-istiab, h.q 1412, c.1, s.242
  7. İbn Səd, Ət-təbəqatul-kubra, h.q 1410, c.8, s.219
  8. İbn Əbdül-Bərr, Əl-istiab, h.q 1412, c.3, s.1784-1785
  9. Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.363
  10. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.405
  11. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.503
  12. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.500-501
  13. Nümunə üçün baxın «روضه و توسل بسیار جانسوز_ویژه فاطمیه» Payqahe Xeymeqah
  14. Gənci Şafei, Kifayətud-talib, s.306; İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.365-366
  15. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.551
  16. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.373
  17. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.366-367
  18. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.545
  19. Həmidi, Əl-Musnəd, m. 1996, c.1, s.328; Vaqidi, Əl-Məğazi, h.q 1409, c.2, s.766
  20. Zəhəbi, Seyru elamun-nubəla, h.q 1427, c.3, s.519
  21. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1097
  22. Hürr Amili, İsbatul-hüda, h.q 1425, c.1, s.414
  23. Yəqubi, Taarixu Yəqubi, Daru Sadir, c.2, s.101
  24. İbn Səd, Ət-təbəqatul-kubra, h.q 1410, c.8, s.219
  25. İbn Əbdül-Bərr, Əl-istiab, h.q 1412, s.1784-1785
  26. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.555-556
  27. İbn Əbdül-Bərr, Əl-istiab, h.q 1412, s.1784-1785
  28. Əbül-Fərəc İsfəhani, Məqatilut-talibin, Darul-mərifə, s.37
  29. İbn Kəsir, l-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.318
  30. İbn Həcər Əsqəlani, Təqribut-təhzib, h.q 1406, s.743
  31. Qaidan, əmakine ziyarəti səyahəti Suriye, h.ş 1387, s.105

Ədəbiyyat

  • Əbül-Fərəc İsfahani, Əli ibn Hüseyn, Məqatilut-talibin, Təhqiq: Seyyid Əhməd Səqər, Darul-mərifə
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Təqribut-təhzib, Təhqiq: Muhəmməd Əvvamə, Darur-rəşid, Suriya, h.q 1406-m.1986
  • İbn Səd, Muhəmməd, Ət-təbəqatul-kubra, Təhqiq: Muhəmməd Əbdül Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410-m.1990
  • İbn Əbdül Bərr, Yusuf ibn Abdullah, Əl-İstiab fi mərifətil-əshab, Təhqiq: Əli Muhəmməd, Beyrut, Darul-cəbəl, h.q 1412-m.1992
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-bidayətu vən-nəhayətu, Beyrut, Darul-fikr, h.q 1407-m.1986
  • İbn Kəlbi, Hişam ibn Muhəmməd, Nəsəbu məəd vəl-yəmənul-kəbir, Təhqiq: Naci Həsən, Aləmul-kutub, h.q 1407-m.1986
  • İbn Hişam, Əbdül-məlik ibn Hişam, Əs-siyrətun-nəbəviyyə, Təhqiq: Mustafa Səqa və başqaları, Qahirə, Beyrut, Darul-mərifə
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, fi mərifətil-əimmə, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Bəni Haşim, Təbriz, h.q 1381
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Muhəmməd Həmidullah, Misir, Darul-məarif, m. 1959
  • Hürr Amili, Muhəmməd ibn Həsən, İsbatul-huda bin-nusus vəl-mucizat, Beyrut, h.q 1425
  • Həmidi, Abdullah ibn Zübeyr, Əl-musnəd, Təhqiq: Həsən Səlim Əd-darani, Dəməşq, Darus-səqa, m.1996
  • Zəhəbi, Muhəmməd ibn Əhməd, Siyəru əlamin-nübəlai, Qahirə, Darul-hədis, h.q 1427-m.2006
  • روضه و توسل بسیار جانسوز_ویژه فاطمیهPayeqahe xeyməqah
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Əl-xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Cameə Mudərrisin, h.ş 1362
  • Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Muhəmməd Əbul-fəzl İbrahim, Beyrut, Darut-teras, h.q 1387-m. 1967
  • Qaidan, Əsğər, Əmakinu ziyarəti Səyahəti Suriye, Tehran, Məşər, h.ş 1387
  • Gənci Şafei, Muhəmməd ibn Yusuf, Kifayətut-talib fi mənaqibə Əli ibn Əbi Talib, Daru ehyait-terasi Əhlul-Beyt (ə)
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Təhqiq: Muhəmməd Əbdül-Həmid, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420-m.1999
  • Vaqidi, Muhəmməd ibn Ömər, əl-məğazi, Təhqiq: Marsden Cons, Beyrut, h.q 1409-m.1989
  • Yəqubi, Əhməd ibn Yaqub, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir