Möhsin ibn Əli

wikishia saytından
(Həzrət Möhsin (ə) səhifəsindən yönləndirilmişdir)
Möhsin ibn Əli (ə)
AdMöhsin ibn Əli (ə)
VəfatıHicrətin 11-ci ili
Dəfn edildiyi yerİmam Əlinin (ə) evi
Atasıİmam Əli (ə)
AnasıHəzrət Fatimə (ə)
Ömür müddətiDünyaya gəlməmiş ana rəhmində


Möhsin ibn Əli (ə) (ərəbcə: المحسن بن علي بن أبي طالب (ع)) həzrət Əlinin (ə) və həzrət Fatimənin (ə) övladıdır. O, Əbu Bəkrin xilafətinin tərəfdarları İmam Əlidən (ə) beyət almaq üçün həzrət Fatimənin (ə) evinə hücum edən zaman siqt olmuşdur (ana bətnindən düşmüşdür). Onun şəhadətinin dəqiq tarixi məlum deyildir. İslam tarixi tədqiqatçısı Muhəmməd Hadi Yusifi Qərəvi (təvəllüdü 1948) bir sıra faktlara əsaslanaq bildirir ki, Fatimənin (ə) evinə hücum və Möhsinin siqt olması Peyğəmbərin (s) vəfatından ən azı 50 gün sonra baş vermişdir. Bunula belə, bəziləri Rəbiəl-əvvəl ayının əvvəllərini əyyami-Möhsiniyyə adlandıraraq həmin günləri matəm saxlayırlar. Lakin Möhsin ibn Əliyə matəm saxlamaq şiə tarixində görünmədiyi üçün və digər tərəfdən, şiələrin əsas proqramlarının əhəmiyyətini azaltdığı üçün bəzi mərcəi-təqlidlər tərəfindən yaxşı qarşılanmamışdır.

Möhsin ibn Əli haqqında ərəb və fars dillərində bir sıra kitablar yazılmışdır. Muhəmməd Mehdi Musəvi Xorasanın yazdığı “Nəvə Möhsin doğulub, ya siqt olub?” (المحسن السبط مولودٌ أم سقطٌ) həmin kitablardandır.

İmam Əlinin (ə) və Fatimənin (ə) övladı

Möhsin İmam Əlinin (ə) və Fatimənin (ə) övladıdır. Müxtəlif şiə[1] və sünni[2] mənbələrində onun, İmam Əlinin (ə) və həzrət Fatimənin (ə) övladlarından olduğu qeyd edilmişdir. Hədislərə əsasən, bu adı ona Peyğəmbər (s) vermişdir[3]Harun peyğəmbərin oğlu Muşəbbirin adının ərəbcə ekvivalentidir.[4] Səhabələrin həyatını qələmə alan əhli-sünnə alimi İbn Həcər Əsqəlani (vəfatı 852 h.q.) birldirir ki, bu ad Muhəssin şəklində tələffüz edilir.[5]

Şəhadəti

Möhsinin necə dünyadan köçməsi haqda fikir ayrılığı vardır. Şiə mənbələrində onun siqt olaraq şəhid olduğu göstərilir.[6] Əhli-sünnə mənbələrində isə onun uşaq ikən öldüyünü bildirən [7]“مات صغیراً”, “مات و هو صغیر”[8] və buna oxşar[9] ifadələr vardır ki, bu ifadələr onun diri olaraq dünyaya gəldiyinə dəlalət edir. Əhli-sünnə alimi İbn Həzm Əndəlusi (vəf. 456 h.q.) qeyd edir ki, Möhsin doğulandan dərhal sonra dünyadan köçmüşdür.[10] Bunula belə, Muhəmməd ibn Əbdülkərim Şəhristani (vəf. 549 h.q.) “əl-Miləl vən-nihəl” kitabında böyük mötəzilə alimlərindən olan Nəzzam adı ilə tanınan İbrahim ibn Səyyardan (vəf. 221 h.q.) nəql edir ki, Ömərin həzrət Fatiməyə (ə) vurduğu zərbə Möhsinin siqt olmasına səbəb olmuşdur.[11] Həmçinin “Nəhcül-bəlağə” kitabını şərh edən mötəzilə alimi İbn Əbil-Hədid (vəf. 656 h.q.) öz ustadı Əbu Cəfər Nəqiblə debatda Möhsinin Əlidən (ə) beyət tələb olunan hadisədə siqt olduğuna işarə edir.[12] Əhli-sünnə mənbələrində nəql edilən bəzi hədislərə əsasən, Möhsin həzrət Peyğəmbərin (s) həyatı zamanı dünyaya gəlmişdir.[13]

Şəhadət tarixi

Möhsin Fatimənin (ə) evinə hücum edilən zaman siqt olmuşdur.[14] İslam tarixi tədqiqatçısı Muhəmməd Hadi Qərəvi (təvəllüdü 1948) bir sıra faktlara əsaslanaq bildirir ki, Fatimənin (ə) evinə hücum Səqifə hadisəsindən və camaatın Əbu Bəkrlə beyətindən dərhal sonra deyil, Peyğəmbərin (s) vəfatından ən azı 50 gün sonra baş vermişdir.[15] Bunula belə, bəziləri Rəbiəl-əvvəl ayının əvvəllərini əyyami-Möhsiniyyə adlandıraraq həmin günləri matəm saxlayırlar.[16]

Mərcəi-təqlid Məkarim Şirazinin (təvəllüdü 1925) fikrincə, Möhsiniyyə günlərinin keçirilməməsi daha uyğundur, çünki şiələrin əsas proqramlarının əhəmiyyətini azaldır.[17]Mötəzilə alimi Qazi Əbdülcabbarın (vəf. 415 h.q.) yazdığına əsasən, şiələrin bir qrupu Misir, Dəməşq, Bağdad, Ramla, Əkka, Sur, Əsqəlan, Cəbəlus-summaq kimi bir sıra məntəqələrdə həzrət Fatimə (ə) və onun övladı Möhsin (ə) üçün matəm saxlayırmışlar.[18]

Dəfn olunduğu yer

Tarix kitablarında Möhsinin (ə) dəfn olunduğu yerə işarə edilməmişdir. Amma “Camiun-nureyn” kitabında gələn bir hədisə görə, həzrət əli (ə) xanım Zəhranın (ə) qulluqçusu Fizzəyə deyib ki, Möhsini evin girişində dəfn etsin.[19]

Möhsinin qatilinin əzabı

“Kamiluz-ziyarat” kitabında nəql edilən bir hədisə əsasən, Qiyamət günündə Peyğəmbərin (s) nəslindən əməl dəftərinə baxılacaq ilk şəxs Möhsin olacaq, sonra onun qatili cəzalandırılacaq.[20]

Monoqrafiyalar

  • “Nəvə Möhsin doğulub, ya siqt olub?” (المحسن السبط مولودٌ أم سقطٌ). Müəllifi Muhəmməd Mehdi Musəvi Xorasan. 2009-cu ildə 626 səhifədə nəşr edilmişdir.[21] Müəllif tarix kitablarını müqayisəli şəkildə araşdıraraq, nəticə alır ki, Möhsin həzrət Əlinin (ə) evinə hücum edilən zaman Fatiməyə (ə) vurulan zərbə nəticəsində siqt olmuşdur.[22]
  • “Yasəmən qönçəsi Möhsin ibn Əli”. Müəllifi Mehdi Fatimidir. 2007-ci ildə ərəb və fars dillərində nəşr edilmişdir.[23]
  • “Möhsin ibn Əli”. Müəllifi: Əli Əsğər Rizvani[24] Əl-Möhsin ibn Fatimuz-Zəhra (ə), Müəllif: Əbdül-Möhsin Əbdüz-Zəhra Əl-Qətifi[25]
  • “Dəniz müsafiri”. Müəllifi Sadiq Davəri[26] və s.

Əlaqəli məqalələr

İstinadlar

  1. Yəqubi, Tarixu Yəqubi, Daru Sadir, c.2, s.213; Qazi Numan, Şərhul-əxbar, h.q 1414, c.3, s.88; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.355; İbn Sufi, Əl-Məcdi, h.q 1422, s.193
  2. İbn Hənbəl, Musnəd, h.q 1421, c.2, s.159, 246; Buxari, Əl-ədəbul-mufrəd, h.q 1409, s.286; İbn Quteybə, Əl-Məarif, m.1992, s.211; Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.189; Təbəri, Tarixul-uməmu vəl-muluk, h.q 1387, c.5, s.153; Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn, h.q 1411, c.3, s.180; İbn Həzm, Cümhurətu ənsabil-ərəb, h.q 1403, s.16; İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.299-300; Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.57; İbn Kəsir, Əl-bidayətu vən-nəhayə, h.q 1408, c.7, a.367; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.6, s.191
  3. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.355
  4. İbn Hənbəl, Musnəd, h.q 1421, c.2, s.246; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.355
  5. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.6, s.191
  6. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.355
  7. İbn Qüteybə, Əl-Məarif, m.1992, s.211
  8. İbn Əsir, Əsədul-Ğabə, h.q 1409, c.4, s.300
  9. Müqəddəsi, Əl-Bidau vət-Tarix, c.5, s.75
  10. İbn Həzm, Cumhurətu ənsabil-ərəb, h.q 1403, s.38
  11. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.71
  12. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.14, s.192-193
  13. İbn Əsir, Əsədul-Ğabə, h.q 1409, c.4, s.299; İbn Hənbəl, Musnəd, h.q 1421, c.2, s.159, 246; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.384
  14. Şeyx Müfid, Əl-İxtisas, h.q 1413, s.185; Xəsibi, Əl-Hidayətul-Kubra, h.q 1419, s.408; İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.14, s.192-193; Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.71
  15. Yusifi Ğərəvi, Tarixe hücum be Xaneye Həzrət Zəhra (ə), s.9-14
  16. «اتفاقات هفته اول بعد از ماه صفر، ریشه و اصل همه مصائب جهان اسلام است», rohani.ir saytı
  17. https://makarem.ir/main.aspx?typeinfo=21&lid=0&catid=46972&mid=262723 «نظر حضرت‌عالی در مورد برگزاری مراسم ایّام محسنیه به‌صورت عمومی در سطح شهر چیست؟»], makarem.ir saytı
  18. Qazi Əbdül-Cabbar, Təsbitu dəlailin-nübuvvə, h.q 1427, c.2, s.595
  19. Səbzəvari, Camiun-Nureyn, s.206
  20. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.334
  21. Musəvi Xorasan, Nəvə Möhsin doğulub, ya siqt olub?, h.q 1430, Şenasname Ketab
  22. Musəvi Xorasan, Nəvə Möhsin doğulub, ya siqt olub?, h.q 1430, s.207
  23. غنچه یاس, gisoom.com
  24. محسن بن علی(ع), ketab.ir
  25. المحسن‌ بن‌ فاطمه الزهراء, ketab.ir saytı
  26. مسافر دریا: حضرت محسن بن علی, gisoom.com

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Əbdül-Həmid ibn Hibətullah, Nəhcül-Bəlağənin şərhi, Təhqiq: Muhəmməd Əbül-fəzl İbrahim, Qahirə, Qum, h.q 1404
  • İbn Əsir, Əli ibn Muhəmməd, Əsədul-ğabə fi mərifətis-səhabə, Beyrut, Darul-fikr, h.q 1409\m.1989
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabətu fi təmizis-səhabə, Təhqiq: Adil Əhməd Əbdül-movcud və Əli Muhəmməd, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1403\m.1983
  • İbn Həzm, Əli ibn Əhməd, Cümhurətu ənsabil-ərəb, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1403\m.1983
  • İbn Hənbəl, Əhməd ibn Muhəmməd, Musnədul-İmami Əhməd ibn Hənbəl, Muəssisətur-risalə, h.q 1421\m.2001
  • İbn Sufi, Əli ibn Muhəmməd, Əl-Məcdi fi ənsabit-talibin, Təhqiq: Əhməd Məhdəvi Damğani, Qum, h.q 1422
  • İbn Əbdül-Birr, Yusuf ibn Abdullah, Əl-İstiabu fi mərifətil-əshab, Beyrut, h.q 1412\m.1992
  • İbn Qüteybə, Abdullah ibn Muslim, Əl-Məarif, Qahirə, m.1992
  • İbn Qulaveyh, Cəfər ibn Muhəmməd, Kamiluz-ziyarat, Düzəliş: Əbdül-Hüseyn Əmini, Nəcəf, Darul-Murtəzəviyyə, h.ş 1356
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Təhqiq: Əli Şiri, Beyrut, 1-ci çap, h.q 1408
  • Buxari, Muhəmməd ibn İsmail, Əl-Ədəbul-mufrəd, Təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi, Darul-bəşairil-İslamiyyə, h.q 1409\m.1989
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Muhəmməd Baqir Məhmudi, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1394\m.1974
  • Xəsibi, Hüseyn ibn Həmdan, Əl-Hidayətul-Kübra, Beyrut, h.q 1419
  • Hakim Nişaburi, Muhəmməd ibn Abdullah, Əl-Mustədrək, Təhqiq: Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411\m.1990
  • Səbzəvari, Molla İsmail, Camiun-nureyn, Tehran
  • Sibti ibn Cəvzi, Təzkirətul-Xəvass, Qum, h.q 1418
  • Şəhristani, Muhəmməd ibn Əbdül-Kərim Əl-Miləlu vən-Nihəl, Qum, 3-cü çap, h.ş 1364
  • Şeyx Müfid, Muhəmməd ibn Muhəmməd, Əl-İxtisas, Düzəliş: Əli Əkbər Ğəffari və digərləri, Qum, h.q 1413
  • Şeyx Müfid, Muhəmməd ibn Muhəmməd, Əl-İrşad, Qum, Darul-Müfid, 1-ci çap, h.q 1413
  • Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Muhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387\m1967
  • Qazi Əbdül-Cabbar, Əbdül-Cabbar ibn Əhməd, Dəlailun-Nübuvvə, Misir, Darul-Mustafa, h.q 1427
  • Qazi Numan Məğribi, Numan ibn Muhəmməd, Şərhul-əxbari fi fəzailil-əimmətil-əthar, Təhqiq: Seyyid Muhəmməd Hüseyn Cəlali, Qum, Muəssisətun-nəşril-İslami, h.q 1414
  • Müqəddəsi, Mutəhhər ibn Tahir, Əl-Bidau vət-tarix
  • Yəqubi, Əhməd ibn Yəhya, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir
  • المحسن‌ بن‌ فاطمه الزهراء, ketab.ir saytı (farsca)
  • «اتفاقات هفته اول بعد از ماه صفر، ریشه و اصل همه مصائب جهان اسلام است», rohani.ir saytı (farsca)
  • محسن بن علی(ع), ketab.ir saytı (farsca)
  • «نظر حضرت‌عالی در مورد برگزاری مراسم ایّام محسنیه به‌صورت عمومی در سطح شهر چیست؟», makarem.ir saytı (farsca)

Xarici keçid