Peyğəmbərin (s) ləqəb və künyələrinin siyahısı

wikishia saytından
(Həzrət Məhəmmədin (s) ləqəbləri səhifəsindən yönləndirilmişdir)
Peyğəmbərin (s) bəzi ad və ləqəblərini ehtiva edən xəttatlıq: Mahmud, Əhməd, Həmid, Mahi və Hamid. Sirvan Bərzəncinin əsəri[1] Peyğəmbərin (s) və bəzən də İmam Əlinin (ə) sifətlərinin xəttatlıqla yazıldığı yazı növü.[2]

Həzrət Peyğəmbərin (s) künyə və ləqəblərinin siyahısı (ərəbcə: قائمة ألقاب وكنى رسول الله (ص)) məqaləsi Qurani-Kərimdə, şiəsünni rəvayət mənbələrində İslam Peyğəmbərinə (s) istinad etmək üçün istifadə edilən künyə və ləqəblərinin siyahısıdır. Əhməd, Məhəmməd, Mahmud, Mustafa[3] kimi adlar İslam peyğəmbərinin adlarından və Əbül-Qasim məşhur künyələrindəndir.

İbn Şəhraşubun Mənaqib kitabına əsasən, Əllamə Məclisi öz Biharul-ənvar kitabında İslam Peyğəmbərinin(s) Qurani-Kərimdə zikir olunan 400 ad və ləqəblərini qeyd etmişdir.[4] Bu mövzuda yazılmış monoqrafiyaların bəzilərində Həzrət Muhəmmədin(s) mindən çox ləqəb və sifətləri qeyd edilmişdir.

Künyələr

Şiəsünni kitablarından nəqlə əsasən, Peyğəmbərin (s) künyələri bunlardan ibarətdir:
Künyə Mənası
Əbül-Qasim - [5]ابوالقاسم
Qasimin Atası. Peyğəmbərin (s) ilk övladı Qasim dünyaya gələndən sonra bu künyə ilə tanınıb. Həmçinin deyilir ki, Peyğəmbər (s) cənnəti qisimlərə ayıran (bölən) olduğuna görə, Əbül-Qasim adlanmışdır.[6] Bundan əlavə, Peyğəmbər (s) hamının atasıdır həmçinin “قسیم الجنة والنار” (Qəsimul-cənnət vən-nar) cənnət və cəhənnəmi ayıran(bölən) İmam Əlinində (ə), bu cəhətdən də Əbul-Qasim adlanır.[7]
Əbu İbrahim - [8]اَبُو اِبراهیم
İbrahimin atası.
Əbul-Əramil - [9]اَبُو الْاَرامِل
Dul xanımların atası. Peyğəmbər Tövratda bu künyə ilə adlanmışdır.[10] Mehriban bir ata kimi dul xanımları himayə etdiyinə görə bu ləqəb O, Həzrətə verilmişdir.[11]
Əbul-Ümmət - [12]اَبُو الْاُمَّة
Ümmətin atası
Əbud-Durrəteyn - [13]اَبُو الدُّرَّتَیْن
İki mirvarinin atası. Mirvari deyildikdə, Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulmuşdur.[14]
Əbur-Reyhaneteyn - [15]اَبُو الرَّیْحانَتَیْن
İki reyhan atası. Reyhan deyildikdə, Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulmuşdur.[16] Reyhan, hər cür ətirli bitki deməkdir.
Əbus-Sibteyn - [17]اَبُو السِّبْطَیْن
Əbus-Sibteyn iki nəvənin atası anlamındadır. Hədisə əsasən[18] iki nəvə (Sibteyn) deyildikdə, Həsən və Hüseyn (ə) nəzərdə tutulur “Sibt” sözünü tayfa, ümmət mənasına da təfsir ediblər. Burada məqsəd Peyğəmbərin (s) nəslinin Həsən və Hüseyndən (ə) budaqlanması, yayılmasıdır.[19]
Əbut-Tahir - [20]اَبُو الطّاهر
Tahirin atası. Tahir deyildikdə, Təyyib və Tahir ləqəbli olduğu deyilən Peyğəmbərin oğlu Abdullah sayılır.[21]
Əbul-Məsakin - [22]اَبُو الْمَساکین
Miskinlər atası.
Əbun-Nur vəl-İşraq - [23]اَبُو النّورِ وَ الْاِشْراق
Nurun və işıq saçanın atası. "Nur" və "İşraq" (işıq saçan) kəlmələri ya qızı Fatimə (ə) ya elm, iman anlamına gəlir.[24]

Ləqəblər

Şiəsünni kitablarından nəqlə əsasən, Peyğəmbərin (s) Quran və hədislərə əsaslanan ləqəb və sifətlərindən bəziləri aşağıdakılardır:
Ləqəb Mənası
Axirun fil-bisə - [25]آخِرٌ فِی الْبِعْثَة
Son göndərilən peyğəmbər.
Əl-Amir - [26]الآمِر
O kəs ki, İlahi göstərişlə əmr edir.[27]
Əfsəhul-ərəb - [28]أَفْصَحُ الْعَرَب
Ən fəsih ərəb dilli.
İbnu Bəthə və Məkkə - [29]اِبْنُ بَطْحَا وَ مَکَّة
Bəthə və Məkkə övladı.
İbnuz-Zəbiheyn - [30]ابْنُ الذَّبِیحَیْن
İki övladını (İsmailAbdullahı) Allah yolunda qurban verməyə hazır olması deməkdir.
İbnul-Əvatik - [31]ابْنُ الْعَوَاتِک
Atikələrin övladı. (Peyğəmbərin (s) nənələri arasında Süleym qəbiləsindən olan Atikə adlı üç qadın var idi. Rəvayətə görə, Peyğəmbər müharibələrin birində[32] qılınc vurarkən özünü bu adla çağırmışdır. Bunun səbəbi Süleym qəbiləsinin şücaətidir.)[33]
İbnul-Fəvatim - [34]ابْنُ الْفَوَاطِم
Fatimələrin övladı. Tarixu Yaqubi kitabına görə dörd Fatimə Peyğəmbərin cəddidir.[35]
Uzunu xəyr - [36]اُذُنُ خَیْر
Ən yaxşı dinləyici. "Uzun" ayəsinə işarə.
Ər-Rəuf - [37]اَلرَّؤوف
Rauf və mehriban.
Ər-Rəsul - [38]اَلرَّسُول
Allahın elçisi (peyğəmbər).
Ər-Rəsulul-Musəddəd - [39]اَلرَّسُولُ الْمُسَدَّد
Allahın təsdiqlənmiş elçisi.
Əl-Muddəssir - [40]اَلْمُدَّثِّر
Gecə libasına bükülmüş və çarpayıda uzanmış. Müdəssir surəsinin birinci ayəsinə işarə edərək.
Əl-Muzzəmmil - [41]اَلْمُزَّمِّل
Paltarı özünə bükmüş. Muzzəmmil surəsinin birinci ayəsinə işarə edərək.
Əl-İmam - [42]اَلإِمَام
İmam və camaatın rəhbəri.
İmamul-Muttəqin - [43]اِمَامُ الْمُتَّقِین
Təqvalı insanların imamı və rəhbəri.
Ummi - [44]اُمِّیّ
Dərs oxumamış.
Əmin - [45]اَمین
Əmin və əmanətdar
Əminul-Muntəxəb - [46]اَلْأَمِینُ الْمُنْتَخَب
Seçilmiş əmanətdar.
Əl-Ula - [47]اَلْاَوُلیٰ
Möminlərə özlərindən daha layiq.[48]
Əl-Bəşər - [49]اَلْبَشَر
Bəşər yəni, insan. Onun bəşər adlandırılmasının səbəbi Muhəmmədin (s) ən böyük insan olmasıdır.[50]
Buşra İsa - [51]بُشْرَی عِیسَی
İsanın (ə) zühuru ilə müjdələdiyi[52]
Əl-Bəşir - [53]اَلْبَشِیر
Xoş vəbər verən.
Ət-Təqiyyu - [54]اَلتَّقِیّ
Təqvalı.
Sanis-nəyn - [55]ثَانِی اثْنَیْن
Bu ləqəb “La Təhzən” ayəsindən götürülmüşdür və hicrətdə Tor mağarasında gizlənən iki nəfərdən ikincisi deməkdir.[56]
Əl-Haşir - [57]اَلْحاشِر
O şəxs ki, camaat onun arxasınca məhşur olacaq.[58]
Əl-Hamid - [59]اَلْحامِد
Allaha həmd edən.
Hamilul-hiravə - [60]حَامِلُ الْهِراوَة
Əsa gəzdirən. Peyğəmbərdən (s) bir rəvayətə əsasən, əsadan istifadə peyğəmbərlərin sünnətidir.[61]
Həbibullah - حَبِیبُ اللَّ[62]ه
Həbib və Allah dostu.
Əl-Həbibul-muntəcəb - [63]اَلْحَبِیبُ الْمُنْتَجَب
Seçilmiş dost.
Əl-Həkim - [64]اَلْحَکِیم
Həkim (hikmətli şəxs).
Həqqun Mubin - [65]حَقٌّ مُبین
Haqqı aşkar edən.
Hirzul-Umiyyəyn - [66]حِرْزُ الاُمِّیَّین
Dərs oxumamışların pənahı. Deyirlər ki, Tövratda onun (peyğəmbərin (s) adı belə çəkilir.[67]
Əl-Hənif - [68]اَلْحَنیف
Batildən üz döndərmək və İslamda səbit qədəm olmaq.
Əl-Xatəm - [69]اَلْخاتَم
Xətm edən. Axırıncı peyğəmbər.
Xatəmul-ənbiya - [70]خَاتَمُ الْأَنْبِیَاء
Axırıncı peyğəmbər.
Xatəmun-nübuvvət - [71]خَاتَمُ النُّبُوَّة
Nübuvvəti sonlandıran.
Xatəmun-Nəbiyyin - [72]خَاتَمُ النَّبِیِّین
Peyğəmbərlərin sonuncusu.
Xəlqullah - [73]خَلْقُ اللَّه
Allahın yaratdığı.
Xəlifətullah fil-ərz - [74]خَلِیفَةُ اللَّهِ فِی الْأَرْض
Allahın yer üzündə xəlifə və canişini.
Xəlilullah - [75]خَلیلُ الله
Allahı sevən.[76]
Xəyrul-bəriyyə - [77]خَیْرُ الْبَرِیَّة
Allahın ən yaxşı yaratdığı.
Xəyrul-bəşər - [78]خَیْرُ الْبَشَر
Ən yaxşı insan.
Xiyərətullah - [79]خِیَرَةُ اللَّه
Allahın seçilmişi.
Əd-Dai - [80]الدَّاعِی
Camaatı Allah tərəf dəvət edən.
Dafiu cəyşatil-əbatil - [81]دافِعُ جَیْشاتِ الاَباطیل
Batil çaxnaşmaların dəfçisi.[82]
Dəvətun İbrahim - [83]دَعْوَةٌ إِبْرَاهِیمَ
Həzrət İbrahimin (ə) qəbul olmuş duası. İbrahimin ibtəla ayəsindəki duasına işarə.
Əz-Zikr - [84]اَلذِّکْر
İnsanlara Allahı xatırladan.
Ər-Rafi - [85]اَلرَّافِع
Ucalıq bəxş edən.
Rakibul-Cəməl - [86]رَاکِبُ الْجَمَل
O kəs ki, dəvəyə minir. Tövratda Musadan sonra gələn iki peyğəmbər “ulağa minən” və “dəvəyə minən” tərifləri ilə təqdim edilir ki, bu da birinci peyğəmbər İsa (ə) və ikinci peyğəmbər Məhəmməd (s) anlamında anlaşılır. Deyilənə görə, bu vəsflə son peyğəmbərin zühuru (Hicaz) bölgəsi yəhudilərə tanıtdırılmışdır, çünki o bölgənin əhalisi adətən daşınma üçün dəvələrdən istifadə edirdi.[87]
Ər-Rəhmət - [88]الرَّحْمَة
Mehribanlıq və rəhmət.
Rəhmətul-aləmin - [89]رَحْمَةُ الْعالَمِین
Aləmlərə rəhmət.
Rəhmətun lil-Aləmin - [90]رَحْمَةٌ لِلْعالَمین
Aləmlər üçün rəhmət.
Ər-Rəhim - [91]اَلرَّحِیم
Mehriban
Rəsulu rəbbil-aləmin - [92]رَسولُ رَبِّ الْعالَمین
Aləmlərin Rəbbinin elçisi
Rəsulur-rəhmət - [93]رَسولُ الرَّحْمَة
Rəhmət elçisi. Ona bu ləqəbin verilməsinin səbəbi Peyğəmbərin (s) risalətinin əslində mehribanlıq və rəhmət olmasıdır.[94]
Rəsulul-həmmadin - [95]رَسُولُ الْحَمَّادِین
O elçi ki, ümməti Allaha çox həmd edir və həmişə Allaha ibadət edirlər.
Rəsulullah - [96]رَسولُ الله
Allahın rəsulu.
Ruhul-həqq - [97]روحُ الْحَق
Deyilənə görə, “Əlğaru Qalita”nın ərəbcə mənası İncildə Peyğəmbərin adıdır. Onun üçün haqqı batildən ayıran mənası da qeyd edilmişdir.
Zəynul-qiyamə və nuruha və tacuha - [98]زَیْنُ الْقِیَامَةِ وَ نُورُهَا وَ تَاجُهَا
Qiyamətin ziynəti, nuru və tacı.
Əs-Saih - [99]اَلسّائِح
Oruc tutan.[100]
Əs-Sabiq - [101]اَلسّابِق
Bu o mənadadır ki, hamıdan qabaqda gedir, başqaları onun arxasınca gəlir və ona tabedir.[102] Qiyamət surəsinin 10-cu ayəsindəki “Əs-Sabiqun”a işarə edilmişdir.[103]
Əs-Sirac - [104]اَلسِّرَاج
Çıraq, hidayət çırağı.
Siracun Munir - [105]سِراجٌ مُنیر
İşıq saçan çıraq.
Seyyidul-mürsəlin - [106]سَیِّدُ الْمُرْسَلِین
Allahın bütün mələklərinin sərvəri və ağası.
Əs-Səyyid - [107]اَلسَّیِّد
Ağa və sərvər.
Seyyidu vuldi Adəm - [108]سَیِّدُ وُلْدِ آدَم
Həzrət Adəmin (ə) bütün övladlarının ağası.
Əş-Şafi - [109]اَلشّافِع
Şəfaət edən.
Əş-Şahid - [110]اَلشّاهِد
Şahid və Qiyamət günündə şahidlik edən.
Əş-Şəfi - [111]اَلشَّفیع
Şəfaətçi.
Şəfiul-muznibin - [112]شَفیعُ المُذْنِبین
Günahkarlara şəfaət edən.
Şəfiu mən fid-darəyn - [113]شَفِیعُ مَنْ فِی الدَّارَیْن
Bütün axirət və dünya əhlinə şəfaət edən.
Əş-Şəms - [114]اَلشَّمْس
Günəş.
Şəmsun beynəl-qəməreyn - [115]شَمْسٌ بَیْنَ الْقَمَرَیْن
İki ay arasında bir günəş.
Əş-Şəhid - [116]اَلشَّهِید
Şəhid və şahid.
Əs-Sahib - [117]اَلصَّاحِب
Yar və yavər
Sahibul-cəbinil-əzhər - [118]صاحِبُ الْجَبِینِ الْأَزْهَر
Ən parlaq alına sahib.
Sahibut-taci vəl-miğfər - [119]صاحِبُ التَّاجِ وَ الْمِغْفَر
Öz tacı və dəbilqəsi ilə cəsur və dilavər, düşmənlərlə mübarizə meydanının adamı.
Sahibul-həsəbil-əthər - [120]صاحِبُ الْحَسَبِ الْأَطْهَر
Ən pak mənşəyə və nəsilə malik şəxs.
Sahibul-xəddil-əqmər - [121]صاحِبُ الْخَدِّ الْأَقْمَر
Üzü parıltılı.
Sahibul-xütbəti vəl-minbər - [122]صاحِبُ الْخُطْبَةِ وَ الْمِنْبَر
Xütbə və minbər sahibi.
Sahibud-dini vəl-əzhər - [123]صاحِبُ الدِّینِ الْأَظْهَر
Daha üstün və daha aşkar bir dinin sahibi. Allahdan insanlara ən gözəl dini gətirən.
Sahibul-livai və yəvməl-qiyamə - [124]صاحِبُ اللِّوَاءِ یَوْمَ الْقِیَامَة
Qiyamət gününün ələmdarı.
Sahibul-məlhəmə - [125]صاحِبُ الْمَلْحَمَة
Şücaət yaradan.
Sahibun-nəsəbil-əşhər - [126]صاحِبُ النَّسَبِ الْأَشْهَر
Ən məşhur nəsəbə sahib.
Sahibul-vəchil-ənvər - [127]صاحِبُ الْوَجْهِ الْأَنْوَر
Daha nurani üzə sahib.
Sahibul-vəqari vəs-səkinə - [128]صاحِبُ الوَقارِ وَ السَّکینه
Aram və vüqarlı.
Sahibul-məqamil-məhmud - [129]صاحِبُ المَقامِ الْمَحمود
Bəyənilmiş bir mövqeyə sahib. Allah yanında mahmud məqamına malik olan kimsə.
Əs-Sadiq - [130]اَلصّادق
Sadiq və düz danışan.
Əs-Sidq - [131]اَلصِّدْق
Düz danışan.
Əs-Siratul-mustəqim - [132]اَلصِّراطُ الْمُسْتَقیم
Düz yol.
Səfiyyullah - [133]صَفِیُّ اللَّه
Allahın seçilmişi.
Əs-Səfiyyul-muqərrəb - [134]الصَّفِیُّ الْمُقََرَّب
İlahi dərgaha yaxın seçilmiş.
Əz-Zəhuk - [135]اَلضَّحوک
Çox gülümsəyən.
Ət-Tahir - [136]اَلطّاهر
Pak.
Taha - [137]طٰهٰ
Quranın muqəttəə hərflərindən biri, rəvayətə görə, Peyğəmbərin (s) adlarından biridir.[138]
Ət-təyyib - [139]اَلطَّیِّب
Pak və pakizə.
Əz-Zahir - [140]اَلظّاهر
Aşkar.
Əl-Abid - [141]اَلْعابد
İbadət edən.
Əl-Aqib - [142]اَلْعاقب
Ondan sonra peyğəmbər olmayan.[143]
Əl-Amil - [144]اَلْعَامِل
Əməl əhli.
Əl-Əbd - [145]اَلْعَبْد
Bəndə.
Abdullah - [146]عَبْدُ اللَّه
Allahın bəndəsi.
Əl-Əbdul-Muəyyəd - [147]اَلْعَبْدُ الْمُؤَیَّد
Təsdiqlənmiş bəndə. Allahın təsdiqlədiyi və qəbul etdiyi bəndə.
Əl-Ürvətul-vüsqa - [148]اَلْعُرْوَةْ الْوُثْقیٰ
Ən möhkəm tutacaq.
Əl-Ətuf - [149]اَلْعَطوف
Mehriban və bağışlayan.
Əl-Əliyyu - [150]اَلْعَلِیّ
Ən üstün.
Əl-Ğəvs - [151]اَلْغَوْث
Kömək edən.
Əl-Ğəys - [152]اَلْغَیْث
Yağış; Səxavətli və bağışlayan olduğu üçün onu yağış adlandırmışlar.[153]
Faruq - [154]فاروق
Haqqı batildən ayıran.
Əl-Fəttah - [155]اَلْفَتّاح
Çox fəth edən və qalib.
Əl-Fatih - [156]اَلْفاتح
Fəth edən.
Qaidul-ğurril-muhəccəlin - [157]قائِدُ الْغُرِّ الْمُحَجَّلِین
Misilsiz insanların rəhbəri.
Qabilul-hədiyyə - [158]قابِلُ الْهَدِیَّة
Hədiyyə qəbul edən.
Qasim - [159]قاسِم
Qismlərə bölən.
Əl-Qəttal - [160]اَلْقتّال
Təcavüzkar düşmənləri məhv edən.
Əl-Qusəm - [161]اَلْقُثَم
Onun üçün “ətraflı və tam” və “çox bağışlayan” iki məna qeyd edilmişdir.[162]
Qədəmu sidq - [163]قَدَمُ صِدْق
Xoş ad.
Əl-Qəmər - [164]اَلْقَمَر
Ay.
Əl-Qəsm - [165]اَلْقَسْم
İnsanlar arasında hədiyyə və bu kimi şeyləri bölür.[166]
Əl-Kafi - [167]اَلْکافی
Bir insana kifayət edən və onu başqalarından ehtiyacsız edən kimsə.
Əl-Kərim - [168]اَلْکَرِیم
Şərif.
Əl-Mahi - [169]اَلْماحی
O kəs ki, Allah onun vasitəsi ilə küfrü məhv etdi.[170]
Məmun - [171]مَأْمُون
Saleh və etibarlı şəxs. İnsanların onun zülmündən əmin-amanlıqda bildiyi kimsə.
Əl-Mumin - [172]اَلْمُؤْمِن
Mömin; Allaha həqiqətən iman gətirən şəxs.
Əl-Mubarək - [173]اَلْمُبَارَک
Mübarək; Bərəkətli
Mubarəkul-əmr - [174]مُبارَکُ الْاَمر
Yaxşılığa əmr edən.[175]
Əl-Mubəşşir - [176]اَلْمُبَشِّر
Müjdə verən.
Əl-Mubəyyin - [177]اَلْمُبَیِّن
Bəyan edən.
Əl-Mutəbəssəm - [178]اَلْمُتَبَسّم
Gülən, gülərüzlü və tutqun olmayan bir üzü olan kəs.
Əl-Mutəvəkkil - [179]اَلْمُتَوَکِّل
Allaha təvəkkül edən.
Əl-Müctəba - [180]اَلْمُجْتَبیٰ
Seçilmiş.
Əl-Mucir - [181]اَلْمُجِیر
Pənah verən.
Əl-Muhərrim - [182]اَلْمُحَرِّم
Allahın haram buyurduqlarını haram edən.
Muhərrimul-məytə - [183]مُحَرِّمُ الْمَیْتَة
Murdar və çirkinlikləri qadağan edən.
Muhərrimul-xəbais - [184]مُحَرِّمُ الْخَبَائِث
Pisliyi və napaklığı qadağan edən.
Əl-Muhəllil - [185]اَلْمُحَلِّل
Halal edən.
Muhəllilut-təyyibat - [186]مُحَلِّلُ الطَّیِّبَات
Pak və paklığı halal edən.
Muhyis-sunnəti - [187]مُحْیِ السُّنَّة
Sünnəti dirildən, canlandıran.
Əl-Muxtar - [188]اَلْمُخْتار
Seçilmiş; Allahın seçdiyi kəs.
Əl-Muzəkkir - [189]اَلْمُذَکِّر
Xatırladıcı; İnsanlara Allahı və axirətini xatırladan kimsə.
Əl-Mursəl - [190]اَلْمُرْسَلُ
Göndərilmiş; Allahın göndərdiyi.
Əl-Muzəkki - [191]اَلْمُزَکّی
Öz ümmətini şirk və bütpərəstlikdən paklayan (təmizləyən).[192]
Əl-Muşəffə - [193]اَلْمُشَفَّع
O kəs ki, şəfaəti Allah tərəfindən qəbul olunar.
Əl-Musəddiq - [194]اَلْمُصَدِّق
Təsdiq edən. Əvvəlki səmavi peyğəmbərləri etiraf edən peyğəmbər.
Əl-Muslih - [195]اَلْمُصْلِح
İslah edən.
Əl-Muta - [196]اَلْمُطاع
İtaət olunmuş; O kəs ki, insanlar onun əmrini qəbul edir.
Əl-Muəllim - [197]اَلْمُعَلِّم
İnsanları öyrədən.
Əl-Muəlla - [198]اَلْمُعَلَّی
Başqalarından üstün olan kimsə.[199]
Miftahul-cənnət - [200]مِفْتَاحُ الْجَنَّة
Cənnətin açarı.
Əl-Muqtərib - [201]اَلمُقْتَرِب
Allaha yaxınlaşmış. Bu hədisə istinad: "Sonra Peyğəmbər (s) getdikcə yaxınlaşdı (merac gecəsi), beləliklə, iki kaman (ox) və ya daha az böyüklüyündə uca Allahın məqamına yaxınlaşdı.[202]
Əl-Muqəffi - [203]اَلْمُقَفِّی
Axırıncı peyğəmbər. Bütün peyğəmbərlərdən sonra gələn peyğəmbər, ondan sonra heç bir peyğəmbər gəlməyəcək.
Əl-Məkin - [204]اَلْمَکین
Allah yanında yüksək məqama malik olan kimsə.[205]
Əl-Munzir - [206]اَلْمُنْذِر
Qorxudan; İnsanları axirət əzabından xəbərdar edən və qorxudan.
Əl-Mənsur - [207]اَلْمَنْصُور
Qalib.
Əl-Munir - [208]اَلْمُنِیر
Aydınlaşdıran.
Əl-Muvəccəh - [209]اَلْمُوَجَّه
Mənzilət (məqam) sahibi.
Əl-Muqif - [210]اَلْموقِف
Rəvayətə görə, qiyamət günü insanları Allahın hüzurunda saxlayan və qoruyan.[211]
Əl-Muhacir - [212]اَلْمُهَاجِر
Muhacir; Allaha tərəf hicrət edən.
Əl-Muhda - [213]اَلْمُهْداة
Hədiyyə olunmuş.[214]
Əl-Muhəymin - [215]اَلْمُهَیْمِن
Qalib və qüdrətli.
Ən-Naşir - [216]اَلنّاشِر
İslamı yayan.[217]
Ən-Nasih - [218]اَلنّاصِح
Yaxşılıq edən və düz iş görən.
Ən-Nahi - [219]اَلنَّاهِی
Çəkindirən.
Ən-Nəbi - [220]اَلنَّبی
Peyğəmbər.
Ən-Nəbiyyul-Umiyy - [221]اَلنَّبِیُّ الْأُمِّیّ
Dərs oxumamış peyğəmbər.
Nəbiyyut-təvbə - [222]نَبِیُّ التَّوْبَة
Tövbə peyğəmbəri və Allaha tərəf qayıdış.
Nəbiyyur-rəhmət - [223]نَبِیُّ الرَّحْمَة
Xeyirxahlıq və şəfqət elçisi.
Nəbiyyul-məlhəmə - [224]نَبِیُّ الْمَلْحَمَة
Dostluq peyğəmbəri.
Ən-Nəbiyyul-muhəzzəb - [225]النَّبِیُّ الْمُهَذَّب
Təmiz və yaraşıqlı peyğəmbər.
Ən-Nəcm - [226]اَلنَّجْم
Ulduz.
Ən-Nəcmus-saqib - [227]اَلنَّجْمُ الثّاقِب
Qaranlığı aydınlatan parlaq ulduz.
Nəciyyullah - [228]نَجِیُّ الله
Allahla pıçıldayan.
Əz-Nəzir - [229]اَلنَّذِیر
Qorxudan; Xəbərdarlıq edən.
Ən-Nimət - [230]اَلنِّعْمَة
Nemət.
Nemətulah - [231]نِعْمَةُ اللَّه
Allahın neməti.
Ən-Nəqib - [232]اَلنَّقیب
Başçı.
Ən-Nur - [233]اَلنُّور
Nur.
Nun - [234]نون
Quranın müqəttəə hərflərindəndir və bəzi rəvayətlərə görə Peyğəmbərin (s) adlarından biridir.[235] Bəziləri onu "Naqilul-elm; Tərcümə: Elm ötürücü" bilmişlər.[236]
Əl-Vazi - [237]اَلْواضِعُ
Cahilliyi və lazımsız şeyləri aradan qaldıran.
Vaziul-isri vəl-əğlal - [238]واضِعُ الْاِصْرِ وَ الْاَغْلَال
Azadlıq bəxş edən. Zəncirləri qıran və çətinlikləri asanlaşdıran.
Əl-Vafiyy - [239]اَلْوَفیّ
Vədinə əməl edən kamil insan.[240]
Əl-Hadi - [241]اَلْهَادی
Hidayətçi.
Hədiyyətullah - [242]هَدِیَّةُ الله
Allahın hədiyyəsi.
Yasin - [243]یٰس
Yasin. Quranın müqəttəə hərflərindəndir və rəvayətə görə, Peyğəmbərin adlarından biridir və “Ya Əyyuhəs-Samiu lil-Vəhyi” deməkdir; Tərcüməsi: Ey vəhy dinləyən.[244]

Biblioqrafiya

Peyğəmbərin (s) ləqəbləri mövzusunda yazılmış kitablardan bəziləri aşağıdakılardır:

* Əlqabur-rəsuli və itrətih: Hicri 1422-ci ildə “Kitabu məcmuətin nəfsiyyə fi tarixil-əimmə” çap olunmuş kitab şiə mühəddisi Qütb Rəvəndiyə aiddir.[245]

* Əsmair-rəsulil-Mustafa və əlqabuhu və kunahu və sifatuhu: Abbas Təbriziyan tərəfindən yazılmış bu kitabda Peyğəmbərin (s) min ad, künyə, ləqəb və sifətləri əlifba sırası ilə düzülmüş və izah edilmiş üç cilddən ibarətdir. Bu əsər Beyrutda Darul-Əsər tərəfindən hicri 1423-cü ildə nəşr edilmişdir.[246]

* Əsmaun-Nəbi luğətən və istilahən: Məhəmməd Arif Nəimi tərəfindən yazılmış, izahlarla birlikdə[247] Peyğəmbərin (s) mindən çox adını [247] özündə cəm etmişdir. Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti Atif Qasim Əmin Məlici tərəfindən yazılmış bu kitab isə Peyğəmbərin (s) 29 məşhur adı (izahı ilə bahəm)[248] və bu mövzuda digər kitablar da tanıtdırılıb.

Əlaqəli məqalələr

İstinadlar

  1. لوحة حلية بخط الأستاذ سيروان البرزنجي
  2. Məhəmməd Parsa, Bərresiye cayeqahe tarixi və irfani İmam Əli (ə) dər hunəre xoşnevisiye İslami, s.91-92
  3. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.147
  4. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.16, s.101-107
  5. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  6. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  7. Şeyx Səduq, Məaniul-əxbar, c.1, s.52
  8. Bəli, Əl-Mutliu əla əlfazil-muqni, h.q 1423, s.510
  9. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  10. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  11. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.131
  12. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.131
  13. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  14. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.150
  15. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  16. Təbriziyan, Əsamur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.151
  17. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  18. İbn Şazan, Əl-Fəzail, h.ş 1363, s.83
  19. Tureyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.4, s.251
  20. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  21. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.152
  22. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.154
  23. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.157
  24. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.157
  25. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.50
  26. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  27. Nəimi, Əsmaun-Nəbi luğətən və istilahən, m. 2006, c.1, s.80
  28. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  29. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  30. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  31. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  32. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.131
  33. Təbriziyan, Əsamur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.131
  34. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  35. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.122
  36. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  37. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  38. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  39. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  40. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  41. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  42. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  43. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  44. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  45. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  46. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  47. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.437
  48. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.437
  49. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.440
  50. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.445
  51. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  52. .
  53. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  54. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  55. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  56. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.442
  57. Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.185
  58. Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.185
  59. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.440
  60. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.50
  61. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.1, s.422
  62. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  63. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  64. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  65. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  66. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  67. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  68. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.452
  69. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  70. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  71. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.50
  72. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  73. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  74. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  75. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.455
  76. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.23
  77. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  78. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  79. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  80. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  81. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.69
  82. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.69
  83. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  84. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  85. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  86. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.50
  87. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.115-116
  88. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  89. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  90. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  91. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  92. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  93. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.50
  94. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.143
  95. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  96. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.446
  97. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  98. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  99. Şeyx Hürr Amili, İsbatul-hüda, h.q 1425, c.1, s.210
  100. Tureyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.2, s.376
  101. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.177
  102. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.177
  103. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.2, s.177
  104. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  105. Zirəndi, Nəzmu durəris-simpteyn, h.q 1425, s.27
  106. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  107. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.447
  108. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  109. Zirəndi, Nəzmu durəris-simpteyn, h.q 1425, s.27
  110. Zirəndi, Nəzmu durəris-simpteyn, h.q 1425, s.27
  111. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  112. İbn Əbis-Sulc, Məcmuətun nəfsiyyə fi tarixil-əimmə (ə), h.q 1422, s.155
  113. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  114. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.447
  115. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  116. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  117. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  118. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  119. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  120. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  121. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  122. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  123. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  124. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  125. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  126. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  127. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  128. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.718
  129. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.62
  130. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  131. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  132. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  133. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  134. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  135. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  136. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.447
  137. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  138. Şeyx Səduq, Məaniul-əxbar, h.q 1403, s.22
  139. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  140. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  141. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.447
  142. Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.185
  143. Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.185
  144. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  145. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  146. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  147. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  148. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  149. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.447
  150. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  151. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  152. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  153. Salihi Şami, Subulul-huda, h.q 1414, c.1, s.493
  154. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  155. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  156. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  157. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  158. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.50
  159. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  160. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  161. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  162. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.3, s.94-95
  163. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  164. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  165. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.67
  166. Nəimi, Əsmaun-Nəbi luğətən və istilahən, m. 2006, c.3, s.452
  167. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.67
  168. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  169. Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.185
  170. Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.185
  171. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  172. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  173. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  174. Nəimi, Əsmaun-Nəbi luğətən və istilahən, m. 2006, c.1, s.451
  175. Nəimi, Əsmaun-Nəbi luğətən və istilahən, m. 2006, c.1, s.451
  176. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  177. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  178. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  179. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  180. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  181. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  182. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  183. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.50
  184. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  185. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  186. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  187. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  188. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  189. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  190. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  191. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.70
  192. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.70
  193. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  194. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  195. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  196. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  197. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  198. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  199. Nəimi, Əsmaun-Nəbi luğətən və istilahən, m. 2006, c.3, s.608
  200. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  201. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.151
  202. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.3, s.298
  203. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.1, s.84
  204. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.72
  205. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.72
  206. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  207. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  208. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  209. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.3, s.350
  210. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.3, s.355
  211. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.3, s.3556
  212. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  213. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  214. Fəyyumi, Əl-Misbahul-munir, Huda sözünün mənasında, h.q 1414, c.2, s.636
  215. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  216. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  217. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.73
  218. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  219. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  220. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  221. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  222. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  223. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  224. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  225. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  226. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  227. Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  228. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  229. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  230. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.448
  231. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.152
  232. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  233. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  234. Bəhrani, Əl-Burhan, h.ş 1374, c.5, s.454
  235. Bəhrani, Əl-Burhan, h.ş 1374, c.5, s.454
  236. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423, c.3, s.446
  237. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382
  238. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.1, s.153
  239. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.449
  240. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419, s.74
  241. İbn Seyyidun-nas, Uyunul-əsər, h.q 1414, c.2, s.382; Zirəndi, Nəzmu durəris-simteyn, h.q 1425, s.27
  242. Qəstəllani, Əl-Məvahibud-dunyə, c.1, s.449
  243. Şeyx Səduq, Məaniul-əxbar, h.q 1403, s.22
  244. Şeyx Səduq, Məaniul-əxbar, h.q 1403, s.22
  245. İbn Əbis-Sulc, Məcmuətun nəfsiyyə fi tarixil-əimmə (ə), h.q 1422, s.151
  246. Təbriziyan, Əsmaur-rəsulil-Mustafa, h.q 1423
  247. Nəimi, Əsmaun-Nəbi luğətən və istilahən, m. 2006
  248. Məlici, Əsmaun-Nəbi fil-Qurani vəs-sunnəti, h.q 1419

Ədəbiyyat

  • İbn Əbis-Sulc, Məhəmməd ibn Əhməd və başqaları, Məcmuətun nəfsiyyə fi tarixil-əimmə (ə), Beyrut, h.q 1422
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Əbdül-Qadir Ətanın səyi ilə, Beyrut, h.q 1410 \ m. 1990
  • İbn Seyyidun-Nas, Uyunul-əsər, Beyrut, Darul-qələm, h.q 1414
  • İbn Şazan, Şazan ibn Cəbrail, Qum, Rza, h.ş 1363
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Təhqiq və düzəliş: Cavad Qəyyumi, Qum, h.q 1419
  • Bəhrani, Seyyid Haşim ibn Süleyman, Əl-Burhan, Qum, Besət müəssisəsi, h.ş 1374
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Beyrut, h.q 1422
  • Bəli, Məhəmməd ibn Əbil-Fəth, Əl-Mutliu əla əlfazil-muqni, h.q 1423
  • Təbriziyan, Abbas, Əsmaur-rəsulil-Mustafa, Beyrut, Darul-əsər, h.q 1423
  • لوحة حلية بخط الأستاذ سيروان البرزنجي
  • Zirəndi, Məhəmməd ibn Yusif, Nəzmu durəris-sipteyn, Beyrut, h.q 1425
  • Şeyx Hürr Amili, Məhəmməd ibn Həsən, İsbatul-hüda, Beyrut, h.q 1425
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Məaniul-əxbar, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, h.q 1403
  • Salihi Şami, Məhəmməd ibn Yusif, Subulul-huda, Təhqiq: Adil Əhməd, Beyrut, h.q 1414 \ m. 1993
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Təhqiq: Alul-beyt (ə) müəssisəsi, Qum, Alul-beyt (ə), h.q 1417
  • Türeyhi, Fəxruddin ibn Məhəmməd, Məcməul-bəhreyn, Təhqiq və düzəliş: Əhməd Hüseyni, Tehran, Mürtəzəvi, h.ş 1375
  • Qəyyumi, Əhməd ibn Məhəmməd, Əl-Misbahul-munir, Qum, Darul-hücrə müəssisəsi, h.q 1414
  • Qəstəllani, Əhməd ibn Məhəmməd, Əl-Məvahibud-dunyə, Əl-Məktəbətut-tuvfiqiyyə
  • Kəfəmi, İbrahim ibn Əli, Əl-Misbahul-Kəfəmi, Qum, Darur-Rza, h.q 1405
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Tehran, İslamiyyə, h.ş 1363
  • Məhəmməd Parsa, Abdullah, بررسی جایگاه تاریخی و عرفانی امام علی(ع) در هنر خوشنویسی اسلامی
  • Məlici, Atif Qasim Əmin, Əsmaun-Nəbi fil-Quran vəs-sunnə, Qahirə, Amul-fikr, h.q 1419
  • Nəimi, Məhəmməd Arif, Əsmaun-Nəbi luğətən və istilahən, m. 2006
  • Yaqubi, Əhməd ibn İshaq, Tarixul-Yaqubi, Beyrut, Daru Sadir