Nəfy səbil ayəsi

wikishia saytından
(Nisa surəsinin 141-ci ayəsi səhifəsindən yönləndirilmişdir)
Nəfy səbil ayəsi
Ayənin adıNəfy səbil ayəsi
Yerləşdiyi surəNisa
Ayənin nömrəsi141
Cüz5
Nazil olma səbəbiBu ayə Abdullah bin Übəyy və onun dostlarının məzəmmətində nazil olmuşdur. (onlar İslam ordusundan xaric olmuşdular.)
Nazil olma məkanıMədinə
MövzuEtiqadi
BarəsindəKafirlərin müsəlmanlar üzərində hər hansı bir hakimiyyətini inkar edir
Başqa ayələr ilə bağlılığıHizr ayəsi


Nəfy səbil ayəsi (ərəbcə: آية نفي السبيل) “Nisa” surəsinin 141-ci ayəsinin bir hissəsidir ki, kafirlərin müsəlmanlar üzərində hər hansı bir hakimiyyətini inkar edir. Bu ayə müxtəlif fiqh fəsillərində istifadə olunan “nəfy səbil qaydası”nı sübut etməyin dəlillərindəndir.

Bəzi təfsirçilər ayənin ümumiliyinə istinad edərək, bu qaydanın kafirlərin bütün hərbi, siyasi, mədəni və iqtisadi sahələrdə, eləcə də dünya və axirətdə hökmranlığını inkar etdiyini bildirirlər.

Bu ayə bəzi şiə alimlərinin fətvalarının fiqhi əsaslarından biri olmuşdur. Məsələn, İmam Xomeyni (r.ə) kapitulyasiya qanun layihəsinə qarşı çıxmaqda bu ayəyə və ondan çıxarılan hökmə istinad etmişdir.

Ayənin adlandırılması və nazil olma səbəbi

“Nisa” surəsinin 141-ci ayəsinin “və lən yəcələllahu lil kafirinə ələl-mömininə səbilən” ibarətinin mənası belədir: “Allah kafirlərin müsəlmanlar üzərində hökmranlığını qadağan edir”.[1] Bu ibarətə “nəfy səbil ayəsi” deyilir.[2] Qomminin təfsirində nəql olunan rəvayətə əsasən, bu ayə Abdullah bin . s.407Übəyy və onun dostlarının məzəmmətində nazil olmuşdur. Ühud döyüşündə kafirlər müsəlmanlara qalib gəlsələr, biz müsəlmanların yanında deyildik, müsəlmanlar qalib gəlsə, biz sizinlə idik desinlər deyə müsəlman ordusundan geri çəkildilər.[3]

وَلَنْ يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا...
“Allah heç zaman kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır”.[4]



(Nisa, 141)


Kafirin müsəlman üzərində hökmranlığının inkarının ölçüsü

Əllamə Təbatəbainin dediyinə görə, bu hökm bütün kafirləri və münafiqləri əhatə edir;[5] Əlbəttə, bəziləri bu ayədəki kafirlər dairəsini yəhudilərlə məhdudlaşdığını hesab etmişlər.[6]

Həmçinin bəzi təfsirçilərin fikrincə, ayənin ümumiliyi istər dəlil və höccət baxımından,[7] istər dünya və axirətdə[8] və istərsə də fiqh və hüquq cəhətindən möminlərin kafirlərdən hər cür üstünlüyünə şamil olur.[9] Əlbəttə bəziləri bu hökmü Qiyamət gününə xas hesab edirdilər.[10] Yaqub Cəfəri “Kövsər” təfsirində bu hökmü bir məsələyə məxsus etməyi ayənin zahirinə zidd və dəlilsiz hesab edir.[11]

Ayənin təfsirinə əsasən, hökmranlığın inkar edilməsi bütün hərbi, siyasi, mədəni və iqtisadi cəhətləri ehtiva edir.[12] Buna görə də kafirlərin müsəlmanlara nüfuz etməsinə yol açan hər hansı bir razılaşma və anlaşmanın haram olduğunu və möminlərin ona qarşı çıxmalarının lazım olduğunu bildirmişlər.[13]

Ayəyə əsasən, bəziləri “nəfy səbil ayəsi”nin iki müsbət və mənfi cəhəti ifadə etdiyini hesab edirlər: Onun müsbət cəhəti islam cəmiyyətinin və onun hökmdarlarının istiqlaliyyəti qoruyub saxlamaq və asılılıq əsaslarını aradan qaldırmaq vəzifəsini ifadə edir, mənfi cəhəti isə müsəlmanların ictimai-siyasi taleyi üzərində yad şəxslərin hökmranlığının inkar edilməsinə aiddir.[14]

Kafirlərin üstünlüyün inkarı haqqında hökmün qanuniliyi

Ayədə verilən hökm təkvini (yaradılış əsasında) deyil; Bu o demək deyil ki, Allah heç bir kafirin heç bir mömin üzərində hökmranlıq etməsini iradə etmişdir, daha doğrusu, ayədən məqsəd təşrii hökmdür. Yəni Allah kafirin mömin üzərində hökmranlığına səbəb olan hökmü qanuniləşdirməmişdir. Buna görə də, ümumiliyi baxımından kafirin mömin üzərində hökmranlığını tələb edən hər bir hökm bu ayə ilə təyin edilir və qəbul olunmur.[15]

Tarixdə bildirilən kafirlərin müsəlmanlar üzərində zahiri hökmranlığına dair misallar müvəqqəti, möminlərin səhlənkarlığı səbəbi ilə[16] və ya ilahi imtahan[17] üzündən olduğunu hesab edirlər. Onlar həmçinin deyiblər ki, möminlərin üstünlüyü o zaman olur ki, onlar imanın əsaslarına sadiq olsunlar,[18] xain əcnəbilərlə dostluq və ünsiyyətdən[19] və təfriqədən çəkinsinlər.[20]

Nəfy səbil qaydasının dəlili

Nəfy səbil ayəsi, Nəfy səbil qaydasının sənədi və dəlilidir. Bu qayda, kafiri müsəlmandan üstün edən hər bir hökmdən əvvəl sayılır.[21] Nəfy səbil qaydası fiqhin müxtəlif fəsillərində işlədilir.[22] Bu qaydaya əsasən kafir müsəlmandan miras almır. Müsəlman qulunu kafirə satmaq olmaz. Kafir babanın müsəlman övladına qəyyumluğu yoxdur və müsəlman qadının kafir kişi ilə nikahı batildir.[23]

Siyasi fiqhdə ayə və qaydanın əksi

Nəfy səbil ayəsi və ondan alınan qayda siyasi fiqhdə öz əksini tapmışdır. Nəfy səbil qaydasını Mirzə Şirazinin tənbakunu (tütün) haram edən fətvasının, şiə ruhanilərinin Müzəffərəddin şahın dövründə Rusiyaya qarşı cihad hökmünün və İmam Xomeyninin (r.ə) kapitulyasiyaya qarşı çıxmasının fiqhi əsaslarından hesab olunur.[24] İmam Xomeyni (r.ə) kapitulyasiyaya qarşı çıxdığı zaman bu ayəni də qeyd etmişdir.[25]

Oxşar ayələr və rəvayətlər

Digər ayələrdə, məsələn, “Maidə” surəsinin 51 və 52-ci ayələrində kafirlərin rəhbərlik və hökmranlığını qəbul etməməkdən bəhs edilir. Həmçinin şiənin dörd hədis kitabından biri olan “mən la yəhzurhul-fəqih” kitabında nəql olunmuş “itila” hədisi[26] İslamın üstünlüyünə və başqalarının üstünlüyünün inkar edilməsinə işarə edir.[27]

Bəziləri Nəfy səbil ayəsini təsdiq etmək üçün əqli dəlildən istifadə ediblər; belə ki, kafirlərin müsəlmanlar üzərində hökmranlığı pis bir işdir və Allah pis işlər görməz; Buna görə də Allah kafirlərin müsəlmanlara qalib gəlməsinə imkan verməz.[28]

Qülüvv edənlərin İmam Hüseynin (ə) şəhadətini inkar etməsi

Bəzi qülüvv edənlər[29] bu ayəyə istinad edərək, İmam Hüseynin (ə) şəhadətini inkar etdilər və İmamın (ə) Həzrət İsa (ə) kimi uruc etdiyinə (yüksəldiyinə) inandılar. Onlar dedilər ki, Hənzələ ibn Əsəd Şibami İmama bənzədi və Ömər ibn Sədin ordusu onu öldürdü və imamı şəhid etdiklərini zənn etdi. İmam Rza (ə) bu məsələni rədd edərkən bu kəlamın sahiblərini lənətləmiş və kafirlərin peyğəmbərlər üzərində hakimiyyətini inkar etməkdən məqsədi dəlil hesab etmişdir.[30]

İstinadlar

  1. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.5, s.116; Cəzairi, Əysərut-təfasir, h.q 1416, c.1, s.559; Şəhhate, Təfsirul-Quranil-Kərim, h.q 1421, c.3, s.952
  2. Mərkəze fərhəng və məarife Quran, Dairətul-maərife Qurani-Kərim, h.ş 1382, c.1, s.407
  3. Qumi, Təfsirul-Qumi, h.ş 1363, c.1, s.156-157
  4. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  5. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.5, s.116
  6. Dəxil, Əl-Vəciz, h.q 1422, s.132
  7. Musəvi Səbzivari, h.q 1409, c.10, s.42
  8. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.5, s.116
  9. Cəfəri, Kövsər təfsiri, h.ş 1376, c.2, s.597
  10. Qərəşi, Təfsiru əhsənil-hədis, h.ş 1375, c.2, s.472
  11. Cəfəri, Kövsər təfsiri, h.ş 1376, c.2, s.597
  12. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.175
  13. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.2, s.191; Rizai İsfahani, Təfsire Qurane Mehr, h.ş 1387, c.4, s.342
  14. Mərkəze fərhəng və məarife Quran, Dairətul-maərife Qurani-Kərim, h.ş 1382, c.3, s.155
  15. Cəfəri, Təfsire kövsər, h.ş 1376, c.2, s.597
  16. Musəvi Səbzivari, Məvahibur-rəhman, h.q 1409, c.10, s.41 və 43
  17. Təntavi, Ət-Təfsirul-vəsit, m. 1997, c.3, s.355
  18. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.5, s.116; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.175
  19. Hüseyni Həmədani, Ənvae derəxşan, h.q 1404, c.4, s.252
  20. Təntavi, Ət-Təfsirul-vəsit, m. 1997, c.3, s.355
  21. Cəfəri, Kövsər təfsiri, h.ş 1376, c.2, s.595
  22. Bucnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.q 1419, c.1, s.187
  23. Cəfəri, Kövsər təfsiri, h.ş 1376, c.2, s.598-599
  24. Kamran və Əmirifərd, Qaideye nəfye səbil və tətbiqate an, s.110
  25. Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.1, s.409
  26. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.334
  27. Bucnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.q 1419, c.1, s.349-358
  28. Əbu Muslim İsfahani, Musuətu təfasiril-motəzile, m. 2009, c.3, s.176
  29. Səduq, Uyunu əxbarir-Rza, c.1, s.219-220
  30. Huveyzi, Təfsiru nuris-səqəleyn, h.q 1415, c.1, s.565

Ədəbiyyat

  • Əbu Muslim İsfahani, Məhəmməd ibn Bəhr, Musuətu təfasiril-motəzile, Beyrut, Darul-kutubil-elmiyyə, m. 2009
  • Bucnurdi, Seyyid Həsən ibn Ağabozorq, Əl-Qəvaidul-fiqhiyyə, Qum, Əl-Hadi nəşri, h.q 1419
  • Cəzairi, Əbu bəkr Cabir, Əysərut-təfasir, Mədinə, h.q 1416
  • Cəfəri, Yaqub, Kövsər təfsiri, Qum, Hicrət nəşriyyatı, h.ş 1376
  • Hüseyni Həmədani, Məhəmməd, Ənvae derəxşan, Tehran, Lütfi nəşriyyatı, h.q 1404
  • Huveyzi, Əbdu Əli ibn Cümə, Təfsiru nuris-səqəleyn, Qum, İsmailiyyan, 4-cü çap, h.q 1415
  • Xomeyni, Seyyid Ruhullah, Səhifeye İmam, Tehran, 5-ci çap, h.ş 1389
  • Dəxil, Əli Məhəmməd Əli, Əl-Vəciz, Beyrut, 2-ci çap, h.q 1422
  • Rizai İsfahani, Məhəmməd Əli, Təfsire Qurane Mehr, Qum, h.ş 1387
  • Şəhhate, Abdullah Mahmud, Təfsirul-Quranil-Kərim, Qahirə, h.q 1421
  • Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Beyrut
  • Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Təntavi, Məhəmməd Seyyid, Ət-Təfsirul-vəsit, Qahirə, m. 1997
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, h.ş 1388
  • Qərəşi, Əli Əkbər, Təfsiru əhsənil-hədis, Tehran, 2-ci çap, h.ş 1375
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Təhqiq: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitabŞ 3-cü çap, h.ş 1363
  • Kamran və Əmirifərd, Qaideye nəfye səbil və tətbiqate an, h.ş 1394
  • Mərkəze fərhəng və məarife Quran, Dairətul-maərife Qurani-Kərim, Qum, 3-cü çap, h.ş 1382
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Musəvi Səbzivari, Əbdül-Əli, Məvahibur-rəhman, 2-ci çap, h.q 1409