Məzmuna keç

Taslim:Ümumi naiblik

wikishia saytından
Şəri mənsəblər
Peyğəmbər
İmam
Qazi
Şəriət hakimi
İmam cümə
İmam camaat
Vəliyyi fəqih
Mərcə-təqlid
Əmirul-hac
Xüsusi naiblik
Ümumi naiblik

Ümumi naiblik (ərəbcə: النيابة العامة) – şiə fəqihlərinin İmam Mehdinin (ə.f) yerinə Qeybəti Kübra (böyük qeybət) dövründəki ümumi canişinliyidir. Şiələr bu dövrdə İmam Zamanla (ə.f) nə birbaşa, nə də dolayı yolla əlaqə qura bilmirlər. Rəvayətlərə əsasən, şiə imamlarının (ə) qeybət dövründə məsum İmamın (ə) vəzifələrinin fəqihlərə həvalə etdiklərini və dini rəhbərliyin onlara tapşırdıqlarını bildirmişlər. Ümumi naiblik “xüsusi naibliy”in əksinədir.

Tərifi

Ümumi naiblik – xüsusi naiblik dövründən sonra məsum İmamın (ə) yerinə bütün fəqihlərin canişinliyi mənasını verir.[1] Qeybəti Süğra (kiçik qeybət) dövründə İmam Mehdi (ə.f) şiələrlə dörd xüsusi naib vasitəsilə əlaqə saxlayırdı.[2] İmam Zamanın (ə.f) dördüncü xüsusi naibi Əli ibn Məhəmməd Səmərinin hicri 329-cu ilində vəfatından sonra başqa bir naib təyin edilmədi və İmam Mehdinin (ə.f) xalqla birbaşa əlaqəsi, həmçinin o Həzrətlə vəkillik dövrü sona çatdı.[3]

“Ümumi naiblik” ifadəsindəki “ümumi” sözü “xüsusi” kəlməsinin qarşısındadır; yəni dörd xüsusi naibdən sonra artıq heç bir şəxsin İmam Mehdi (ə.f) tərəfindən birbaşa xüsusi naibliyi yoxdur. Bunun əvəzində, kim bu naiblik üçün lazım olan şərtlərə (məsələn, fəqihlik, ədalət və s.) malik olsa, o, məsum İmamın (ə) canişini sayılır və müəyyən səlahiyyətlərə və vəzifələrə sahib olur.[4]

Kimlər ümumi naib sayılır?

Şiə rəvayətlərində naiblik vəzifəsini öhdəsinə alan şəxslər “hədis raviləri”, “halal-haramı tanıyanlar”, “fəqihlər” və “alimlər” adlandırılmışlar.[5] Bu rəvayətlərə əsasən, qeybət dövründə şiə fəqihləri və alimləri imamların canişinlik vəzifəsini öhdələrinə alırlar. Mühəddis Məhəmməd Sənəd, bu mövzuya dair rəvayətləri “Dəva əss-səfarət fil-Qeybətil-Kübra” (Qeybəti Kübra dövründə səfirlik iddiaları) adlı kitabında toplayıb.[6]

Vilayəti fəqih və naiblik

Əsas məqalə: Vilayəti-fəqih

Şiə inancına görə, imamların müxtəlif vəzifə və səlahiyyətləri vardır. Seyid Məhəmməd Mehdi Musəvi Xəlxali bu səlahiyyətləri on başlıqda toplamışdır.[7] Ümumi naiblik əsasında, imamların bir çox vəzifə və səlahiyyətləri fəqihlərə keçmişdir.[8] Şiə inancına görə, imamların xüsusiyyətlərindən biri də hakimiyyətlə bağlı vilayətləridir. Bəzi şiə alimlərinin fikrincə, fəqih imamın hakimiyyət sahəsində də naibidir.[9] Bu nəzəriyyə vilayəti fəqih adı ilə tanınır.[10]

Ümumi naibliklə bağlı rəvayətlər

Ümumi naibliyin rəvayət əsası, məsum imamlardan (ə) nəql olunan hədislərdir. Bunlardan biri də Ömər ibn Hənzələnin məqbulə hədisidir.[11] Bu rəvayətə əsasən, İmam Sadiq (ə) açıq şəkildə bildirmişdir ki, şiələr ixtilaflarını həll etmək üçün hədis ravilərinə və halal-haramı, şəriət hökmlərini bilənlərə müraciət etməlidirlər. Həmçinin fəqihin hökmünü rədd edən və inkar edən kəsin, əslində İmamların (ə) hökmünü rədd etdiyi qeyd olunur.[12] İmam Məhdidən (ə.f) nəql olunan başqa bir hədisdə isə möminlərin zamanın hadisələri ilə bağlı Əhli-Beyt (ə) hədislərini nəql edən ravilərə müraciət etmələri istənilir. Çünki İmam Məhdinin (ə.f) sözlərinə görə: “Onlar (ravilər) mənim sizə olan höccətimdirlər və mən də Allahın onlara olan höccətiyəm”.[13]

İstinadlar

  1. Musəvi Xəlxali, Əl-Hakimiyyətu fil-İslam, h.q 1425, s.29
  2. Şeyx Məhəmməd Sənəd, Dəvəs-səfarəti fil-ğeybətil-kübra, h.q 1431, c.1, s.74
  3. Səlimiyan, Dərsnameye Məhdəviyyət, h.ş 1388, c.2, s.237
  4. Səlimiyan, Dərsnameye Məhdəviyyət, h.ş 1388, c.2, s.238
  5. Baxın: Şeyx Məhəmməd Sənəd, Dəvəs-səfarəti fil-ğeybətil-kübra, h.q 1431, c.1, s.83-92
  6. Şeyx Məhəmməd Sənəd, Dəvəs-səfarəti fil-ğeybətil-kübra, h.q 1431, c.1, s.83-92
  7. Musəvi Xəlxali, Hakimiyyət dər İslam, h.ş 1380, s.89
  8. Musəvi Xəlxali, Hakimiyyət dər İslam, h.ş 1380, s.14
  9. Baxın: İmam Xomeyni, Kitabul-bey, h.q 1421, c.2, s.635; İmam Xomeyni, Vilayəti fəqih, h.ş 1374, s.78-82; Cəfəriyan, Din və siyasət dər Doreye Səfəvi, h.ş 1370, c.32, Kədivər, Nəzəriyyehaye dovlət dər fiqhe şie, h.ş 1387, s.21-24
  10. Feyrəhi, Nizame siyasi və dovlət dər İslam, h.ş 1386, s.242-243
  11. Müntəziri, Nizamul-hukm fil-İslam, h.ş 1385, s.143, 143, s.166; Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.150; Kədivər, Hokuməte vilayi, h.ş 1378, s.389-392
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.67
  13. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.27, s.140

Ədəbiyyat

  • İmam Xomeyni, Seyid Ruhullah, Kitabul-bey, Qum, İsmailiyyan Nəşriyyatı, h.ş 1363
  • İmam Xomeyni, Seyid Ruhullah, Vilayəti fəqih, Tehran, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, h.ş 1373
  • Cəfəriyan, Rəsul, Din və siyasət dər Doreye Səfəvi, Qum, Ənsariyan nəşriyatı, h.ş 1370
  • Cavadi Amuli, Abdullah, Vilayəti-fəqih və ədalət, Qum, Mərkəze nəşre İsra, h.ş 1378
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə, Qum, Muəssisətu Alul-beyt li ihyait-turas, h.q 1416
  • Səlimiyan, Xodamurad, Dərsnameye Məhdəviyyət, qum, Mərkəze təxəssusiye Məhdəviyyət, h.ş 1388
  • Şeyx Məhəmməd Sənəd, Dəvəs-səfarəti fil-ğeybətil-kübra, Beyrut, Darul-murixil-ərəbi, h.q 1431
  • Feyrəhi, Davud, Nizame siyasi və dovlət dər İslam, Tehran, Səmt nəşriyyatı, h.ş 1386
  • Kədivər, Möhsin, Hokuməte vilayi,, Tehran, Ney nəşri, h.ş 1378
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslmaiyyə, h.q 1407
  • Müntəziri, Hüseynəli, Nizamul-hukm fil-İslam, Tehran, Sərayi nəşri, h.ş 1385
  • Musəvi Xəlxali, Seyid Məhəmməd Mehdi, Əl-Hakimiyyətu fil-İslam, Seyid Mürtəza Hökminin müqəddiməs ilə, Qum, Məcməul-fikril-İslami, h.q 1425
  • Musəvi Xəlxali, Seyid Məhəmməd Mehdi, Hakimiyyət dər İslam ya Vilayəti fəqih, Qum, Dəftəre Enteşarate İslami, h.ş 1380