Məzmuna keç

Taslim:İnzar ayəsi

wikishia saytından
İnzar ayəsi
Yerləşdiyi surəBəqərə
Ayənin nömrəsi280
Cüz3
Nazil olma səbəbiSəqif qəbiləsindən olan bəzi şəxslərin Bəni-Muğeyrədən riba alması və yaxud Vəlid ibn Muğeyrənin Səqif qəbiləsindən riba alması
Nazil olma məkanıMədinə
MövzuFiqhi-iqtisadi
BarəsindəBorclu olan şəxsə möhlət vermənin vacibliyi
Başqa ayələr ilə bağlılığıBəqərə surəsinin 278 və 279 cu ayələri


İnzar ayəsi (farsca: آیه انظار), Bəqərə surəsinin iki yüz səksəninci ayəsi olub, Qurani-Kərimin əhkam ayələrindəndir.[1] Bu ayə, ödəniş qabiliyyəti olmayan borcluların hüquqlarına işarə edir.[2] Fəqihlər, bu ayəyə istinad edərək, ödəniş edə bilməyən borcluya müddət verilməsi lazım olduğunu hökm etmişlər.[3] Həmçinin bu ayədən borcun tələb edilməsinin haram olması,[4] borclunun həbs edilməməsi[5] və ona borcunu ödəməsi üçün zorla iş görməsinin caiz olmaması[6] nəticəsi çıxarılır.[7] “Və sədəqə verməyiniz sizin üçün daha xeyirlidir” ifadəsi isə borclu ödəniş edə bilmədikdə borcun bağışlanmasının daha yaxşı olduğunu göstərən bir əsasdır.[8] Bundan əlavə, borcun ödənilməsi, borclu ödəniş edə biləcək vəziyyətdə olduqda vacibdir və bu da ayədən istifadə olunur.[9]

«وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ»
“Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində olsa, onda imkanı olana kimi ona möhlət vermək (sizin öhdənizədir). Və sədəqə verməyiniz (borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!” (Bəqərə, ayə 280).

Təfsir mənbələrində İnzar ayəsinin nazil olma səbəbi, əvvəlki ayələrlə əlaqələndirilir.[10]Məcməul-Bəyan” təfsirində İmam Baqir (ə) tərəfindən nəql edilənə görə, Vəlid ibn Müğeyrə, cahiliyyət dövründə Səqif qəbiləsinə borc vermiş və riba (faiz) götürürdü. Oğlu Xalid isə İslamı qəbul etdikdən sonra, mallarını tələb etmək istəyirdi. Lakin “Bəqərə” surəsinin 278 və 279-cu ayələri nazil olduqdan sonra, ona riba almağın haram olduğu bildirildi.[11] Bəzi təfsirçilər isə, Səqif qəbiləsindən olan bir sıra şəxslərin borc verən olduqlarını bildiriblər ki, İslamı qəbul etdikdən sonra əvvəlki riba haqqını Bəni-Müğeyrədən tələb etdilər və Peyğəmbər (s) onların riba almasını qadağan etdi.[12] Çünki Bəni-Müğeyrə borcun əsas məbləğini ödəməyə qadir deyildilər və möhlət istədilər, buna görə də “İnzar” ayəsi nazil oldu və borc verənlərdən borclulara möhlət verməsini istədi.[13]

İmam Sadiq (ə) tərəfindən nəql olunan bir hədisə görə, mösir o kəsdir ki, özünün və ailəsinin əsas ehtiyaclarını təmin etməkdən artıq heç bir şeyə qadir deyil.[14] Bəzi təfsirçilər, mösirin aktivlərinin olmaması və ya bazarın durğunluğu kimi amillərə görə borcunu ödəyə bilmədiyini düşünürlər.[15] Şiə alimi Məhəmməd Təqi Məclisi (vəfatı: h.q. 1070-ci il) hesab edir ki, əgər borclu yalnız gündəlik əsas ehtiyaclarını təmin etməyə qadir olarsa, ona möhlət vermək vacibdir.[16] Lakin əgər borcun ödənməsi mümkündür, amma çətinliklə olarsa, möhlət vermək müstəhəbdir.[17]

Təfsirlərdə bu ayənin təfsirində, borcluya möhlət verməyin fəziləti ilə bağlı rəvayətlər də nəql olunub.[18] Bunlardan biri də odur ki, Peyğəmbər (s) çətinlik içində olan borcluya işləri asanlaşdırmağın duaların qəbul olunmasına və problemlərin həll olunmasına səbəb olduğunu bildirmişdir.[19] Həmçinin bir rəvayətdə deyilir ki, kimsə çətin vəziyyətdə olan borcluya möhlət versə və ya onun borcunu bağışlasa, Qiyamət günü Allahın Ərşinin kölgəsində olacaqdır.[20]

İstinadlar

  1. Nümunə üçün baxın: Ərdəbili, Məcməul-faidə vəl-Burhan, h.q 1403, c.9, s.56; Fazil Hindi, Kəşful-Lisəm, h.q 141, c.10, s.95; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.40, s.166
  2. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.377
  3. Nümunə üçün baxın: Qütbi Ravəndi, Fiqhul-Quran, h.q 1405, c.1, s.381; Ərdəbili, Məcməul-faidə vəl-Burhan, h.q 1403, c.9, s.274; Kazimi, Məsalikul-əfham, h.ş 1365, c.3, s.66
  4. Ərdəbili, Məcməul-faidə vəl-Burhan, h.q 1403, c.9, s.274; Təbatəbai Hairi, Əl-Mənahil, Alul-beyt (ə) müəssisəsi, s.19; NəcimAbadi, Əl-Qəza, h.ş 1393, c.2, s.70
  5. İbn Həyyun, Dəaimul-İslam, h.ş 1385, c.2, s.71; Mirzaye Qumi, Rəsailul-Mirza Əl-Qumi, h.q 1427, c.2, s.636; Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.q 1419, c.7, s.316
  6. İraqi, Kitabul-Qəza, h.q 1421, s.189; Mühəqqiq Səvzivari, Kifayətul-əhkam, h.q 1423, c.1, s.575; Təbəsi, Hüquqe zindani və məvaride zindan dər İslam, Bustane kitab, s.418
  7. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.1, s.167
  8. Nümunə üçün baxın: Ali Usfuur Bəhrani, Əl-Ənvarul-ləvami, Məcməul-buhusil-elmiyyə, c.12, s.305 və 457; Muəssiseye dairətul-məarif fiqhe İslami, Muəssisətul-fiqhil-İslami Əl-Muqarin, h.q 1432, c.1, s.139
  9. Qütbi Ravəndi, Fiqhul-Quran, h.q 1405, c.1, s.381
  10. Nümunə açan baxın: Sələbi Nişaburi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.2, s.284-286; İbn Cəvzi, Zadul-məsir, h.q 1422, c.1, s.248-249; Əbu Həyyan, Əl-Bəhrul-Muhit, h.q 1420, c.2, s.711-716; Xeyr Xah Ələvi, Səqif, h.ş 1382, s.305
  11. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.673
  12. Sələbi Nişaburi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.2, s.284; Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.674; İbn Cəvzi, Zadul-məsir, h.q 1422, c.1, s.248; Əbu Həyyan, Əl-Bəhrul-Muhit, h.q 1420, c.2, s.711; Razi, Məfatihul-ğəyb, h.q 1420, c.7, s.86
  13. Sələbi Nişaburi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.2, s.286; İbn Cəvzi, Zadul-məsir, h.q 1422, c.1, s.249; Əbu Həyyan, Əl-Bəhrul-Muhit, h.q 1420, c.2, s.716; Xeyr Xah Ələvi, Səqif, h.ş 1382, s.305
  14. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.675; Tuysirkani, Ləalil-əxbar, h.q 1413, c.3, s.193
  15. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.675; Razi, Məfatihul-ğəyb, h.q 1420, c.7, s.86
  16. Birinci Məclisi, Ləvami Sahibqərani, h.q 1414, c.6, s.57
  17. Birinci Məclisi, Ləvami Sahibqərani, h.q 1414, c.6, s.57
  18. Nümunə üçün baxın: Əbu Həmzə Sumali, Təfsirul-Quranil-Kərim, h.q 1420, s.121; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.155; Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.676; Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.1, s.304
  19. Təbərani, ət-Təfsirul-kəbir, m.2008; c.1, s.498; Sələbi Nişaburi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.2, s.288; Məybudi, Kəşful-əsrar, h.ş 1371, c.1, s.757
  20. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.2, s.676

Ədəbiyyat

  • Ali Usfuur Bəhrani, Hüseyn, Əl-Ənvarul-ləvami fi şərhi şəfatihiş-şəraye, Təhqiq və düzəliş: Ali Usfuur, Möhsin, Qum, Məcməul-buhusil-elmiyyə, 1-ci çap, Tarixsiz.
  • Birinci Məclisi, Məhəmməd Təqi, Ləvami Sahibqərani, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1414.
  • Əbu Həmzə Sumali, Sabit ibn Dinar, Təfsirul-Quranil-Kərim, Təhqiq: Hirzuddin, Əbdür-Rəzzaq Məhəmməd Hüseyn; Mərifət, Məhəmməd Hadi, Beyrut, Darul-Mufid, 1-ci çap, h.q 1420.
  • Əbu Həyyan, Məhəmməd ibn Yusif, Əl-Bəhrul-Muhit fit-təfsir, Təhqiq: Məhəmməd Cəmil Siddiqi, Beyrut, Darul-fikr, h.q 1420.
  • Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə vəl-Burhan fi şərhi irşadil-əzhan, Təhqiq və düzəliş: İraqi, Ağa Müctəba; İştihardi, Əli Pənah; Yəzdi İsfahani, Ağa Hüseyn, Qum, Dəftəre enteşarate İslami vabeste be camie Müdərrisin hozeye elmiyyeye Qum, 1-ci çap, h.q 1403.
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Mühəqqiq və düzəliş: Rəsuli Məhəllati, Haşim, Tehran, Əl-Mətbəətul-elmiyyə, 1-ci çap, h.q 1380.
  • Fazil Hindi, Məhəmməd ibn Həsən, Kəşful-Lisəm vəl-ibham ən qəvaidil-Əhkam, Qum, Dəftəre enteşarate İslami vapeste be camie müdərrisin hozeye elmiyyeye Qum, 1-ci çap, h.q 1416.
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğəyb, Təhqiq: Daru ihyait-turasil-ərəbi, 3-cü çap, h.q 1420.
  • Feyz Kaşani, Molla Möhsin, Təfsirus-Safi, Təhqiq: Ələmi, Hüseyn, Tehran, Əs-Sədr nəşriyyatı, 2-ci çap, h.q 1415.
  • İbn Cəvzi, Əbul-Fərəc Əbdür-Rəhman ibn Əli, Zadul-məsir fi elmit-təfsir, Təhqiq: Əl-Mehdi, Əbdür-Rəzzaq, Beyrut, Darul-kutubil-ərəbi, 1-ci çap, h.q 1422.
  • İbn Həyyun, Numan ibn Məhəmməd, Dəaimul-İslam və zikrul-həlali vəl-hərami vəl-qəzaya vəl-əhkam, Təhqiq və düzəliş: Feyzi Asif, Qum, Alul-beyt müəssisəsi, 2-ci çap, h.ş 1385.
  • İraqi, Ağa Ziyauddin, Kitabul-Qəza, Müqərrər: Nəcmabadi, Mirza Əbəlfəzl, Qum, Enteşarate müəssiseye məarife islami İmam Rza (ə), 1-ci çap, h.q 1421.
  • Kazimi, Cavad ibn Səid, Məsalikul-əfham ila ayatil-əhkam, Tehran, Mürtəzəvi kitab mağazası, 2-ci çap, h.ş 1365.
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374.
  • Məybudi, Əhməd ibn Məhəmməd, Kəşful-əsrar və uddətul-əbrar, Düzəliş: Hikmət, Əli Əsğər, Tehran, Əmir Kəbir, 5-ci çap, h.ş 1371.
  • Mirzaye Qumi, Əbul-Qasim ibn Məhəmməd Həsən, Rəsailul-Mirza Əl-Qumi, Təhqiq: Təbriziyan, Abbas, Qum, Dəftəre təbliğate İslami, 1-ci çap, h.q 1427.
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Muəssisətul-fiqhil-İslami Əl-Muqarin, Haşimi Şahrudinin nəzarəti altında, Qum, Muəssiseye dairətul-məarif-e İslami, h.q 1432.
  • Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh mütabiq ba məzhəbe Əhli-beyt (ə), Qum, Muəssiseye dairətul-məarife İslami, h.ş 1387.
  • Musəvi Bocnurdi, Seyid Həsən, Əl-Qəvaidul-fiqhiyyə, Təhqiq və düzəliş: Məhrizi, Mehdi; Dirayəti, Məhəmməd Hüseyn, Qum, Əl-Hadi nəşriyyatı, 1-ci çap, h.q 1419.
  • Mühəqqiq Səvzivari, Məhəmməd Baqir ibn Məhəmməd Mömin, Kifayətul-əhkam, Qum, Dəftəre enteşarate İslami vapeste be camie müdərrisin hozeye elmiyyeye Qum, 1-ci çap, h.q 1423.
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-İslam, Təhqiq və düzəliş: Quçani, Abbas; Axundi, Əli, Beyrut, Daru ihyait-turasil-ərəbi, 7-ci çap, h.q 1404.
  • NəcimAbadi, Məhəmməd ibn İbrahim, Əl-Qəza, Qum, Rövzətul-Abbas (ə) nəşri, 1-ci çap, h.ş 1393.
  • Qütbi Ravəndi, Səid, Fiqhul-Quran, Qum, Mərəşi Nəcəfi adına ümumi kitabxana, h.q 1405.
  • Sələbi Nişaburi, Əbu İshaq Əhməd ibn İbrahim, Əl-Kəşfu vəl-bəyan ən təfsiril-Quran, Beyrut, Daru ihyait-turasil-ərəbi, 1-ci çap, h.q 1422.
  • Təbatəbai Hairi, Seyid Məhəmməd, Kiyabul-Mənahil, Qum, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, Tarixsiz.
  • Təbərani, Süleyman ibn Əhməd, ət-Təfsirul-kəbir, İordaniya, Darul-kitabis-səqafi, 1-ci çap, m.2008.
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Müqəddimə: Bəlaği, Məhəmməd Cavad; Düzəliş: Yəzdi Təbatəbai, Fəzlullah və Rəsuli, Haşim, Beyrut, Darul-mərifət, 2-ci çap, h.q 1408.
  • Təbəsi, Nəcmuddin, Hüquqe zindani və məvaride zindan dər İslam, Tərcüməçilər: Əhməd Seyyid Məhəmməd Əli; Ramazani, Seyid Hadi, Qum, Bustane kitab, 1-ci çap, Tarixsiz.