Qədir-Xum bayramı
Keçirilmə zamanı | 18 Zil-hiccə |
---|---|
Tarixinin mənşəyi | Həccətul-vida |
Dualar | Əlhəmdulillahil-ləzi cəələna minəl-mütəməssikinə biviladəti Əmiril-muminin vəl-əimmətil-məsuminə əleyhimus-səlam |
Şerlər | Həssan ibn Sabitin Qədiriyyəsi |
Qədir-Xum bayramı (ərəbcə: عيد الغدير) Zil-hiccə ayının 18-i şiələrin ən böyük bayramlarından biri hesab edilir. Bu gündə İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) canişini seçilmişdir.
Adı ötən günün fəziləti haqqında Peyğəmbərdən (s) və imamlardan bir sıra rəvayətlər nəql edilmişdir. Həmçinin, bu gündə oruc tutmaq, "Qədiriyyə" ziyarətini oxumaq, "Qədir" namazını qılmaq, möminlər üçün yemək süfrəsi açmaq və s. əməllər tövsiyə edilmişdir. Şiələr bu günü bayram edirlər. İranda bu gün rəsmi şəkildə qeyri-iş günüdür. İrandakı adətə görə, şiələr bugünkü gündə seyyidlərin ziyarətinə gedirlər və seyidlər də gələnlərə bayramlıq verirlər.
Qədir-Xum hadisəsi
- Əsas məqalələr: Qədir-Xum hadisəsi və Qədir-Xum xütbəsi
Həzrət Peyğəmbər (s) hicri-qəməri təqviminin 10-cu ili, Zilqədə ayında Həcc mərasimini icra etmək üçün minlərlə adamla birgə Mədinədən Məkəyyə doğru yola düşür.[1] Bu, Peyğəmbərin sonuncu həcci olduğuna görə, "Həccətul-vida" (Vida həcci) kimi tanınmaqdadır.[2] Peyğəmbər (s) həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə doğru qayıdır. O, zil-hiccə ayının 18-də Qədir-Xuma çatır.[3] Cəbrail (ə) Peyğəmbərə nazil olub, Allah tərəfindən ona əmr edir ki, Əli ibn Əbitalibi öz canişini kimi camaata təqdim etsin.[4] Allahın rəsulu (s) da xalaqı bir yerə toplayaraq Əlini (ə) öz canişini elan edir.[5]
Qədir-Xum gününün fəziləti
Qədir-Xumun fəziləti haqqında məsumlardan bir sıra hədislər nəql edilmişdir ki, aşağıda bir neçə nümunə qeyd edilir:
- Allahın rəsulu (s) buyurur: "Qədir-Xüm günü mənim ümmətimin ən böyük bayramlarından biridir. Allah bu gündə dinini kamilləşdirdi, Öz nemətini mənim ümmətimə tamamladı və İslamı din olaraq onlar üçün seçdi".[6]
- İmam Sadiq (ə): "Qədir-Xum müsəlmanların ən əzəmətli və ən əziz bayramıdır. Həmin günün hər saatında Allaha şükr etmək təqdirə layiqdir. O gündə insanlar şükür orucu tutsunlar, çünki bu günün orucu altımış il ibadətə bərabərdir.[7]
- İmam Sadiq (ə): "Qədir-Xum günü Allahın böyük bayramıdır. Allahın göndərdiyi bütün peyğəmbərlər bu günü bayram etmiş və onu əzəmətli sanmışlar. Bu gün səmada "Əhd-peyman günü", yerdə isə "Möhkəm əhd günü", "Hamılıqla iştiraketmə" adlanır.[8]
- İmam Rza (ə): " Qədir-Xum gününü səma əhli yer əhalisindən daha yaxşı tanıyır. Əgər insanlar bu günün həqiqi dəyərini bilsəydilər, şübhəsiz ki, mələklər gündə on dəfə onlara əl verib görüşərdilər".[9]
- Sünni alimlərindən biri olan Nəsibi Şafei "Mətalibu əs-Səul" kitabında zilhiccə ayının on səkkizininci gününün bayram olmasını açıq şəkildə qeyd etmişdir.[10] Onun bildirdiyinə görə, bu gün bayrama, əlamətdar günə və insanların bir araya gəldiyi günə çevrilmişdir. Çünki, Allahın rəsulu (s) Əlini (ə) bu yüksək məqama təyin edəndə, bu baxımdan heç kəsi ona bərabər və tay tutmadı.[11] İbn Xəllikanın "Vəfəyatul-ə'yan" kitabında yazdığına görə, Misir rəhbərlərindən biri olan Mustəli ibn Mustənsirə hicri-qəməri təqvimi ilə 487 -ci il, zilhiccə ayının 18-də, yəni Qədir-Xum günündə beyət edildi.[12]
Qədir-Xum bayramı
"Xəsaisul-əimmə" kitabında nəql edilən məlumata görə, Həssan ibn Sabit Qədir-Xum bayramında, Həzrət Peyğəmbərin qarşısında, Qədir-Xumda toplanmış müsəlmanların arasında uca səslə şeirlər oxudu.[13]
Həssan ibn Sabitin Qədir-Xum hadisəsini vəsf edən Qədiriyyəsi: "Allahın rəsulu (s) Qədir-Xum günü onları səslədi: "Sizin mövlanız və başçınız kimdir?" Onlar dərhal cavab verdilər: "Sənin Allahın bizim mövlamızdır və sən isə bizim başçımız və rəhbərimizsən. Biz heç vaxt sənin əmrinə qarşı çıxmarıq". Bu vaxt Peyğəmbər (ə) Əliyə (ə) buyurdu: "Qalx, səni özümdən sonra imam və rəhbər seçdim". Sonra buyurdu: "Mən kimin mövlası və rəhbəriyəmsə, bu kişi də onun mövlası və rəhbəri olacaq. Belə isə hamılıqla ürəkdən onun ardıcılı olun. İlahi, onun dostunu dost, düşmənini isə düşmən tut". Seyid Rəzi, "Xəsaisul-əimmə", 1406 q, səh. 42.
Həmçinin, "Biharul-ənvar"-da nəql edilən rəvayətə görə, İmam Rza (ə) Qədir-Xum günündə məclis qurardı. O, öz xüsusi səhabələrinin bir qismni iftara saxlayır və onların ailələri üçün də yemək və hədiyyələr gönərirdi.[14] Qəməri təqvimi ilə dördüncü əsr tarixçisi Əli ibn Hüseyn Məsudi "Ət-Tənbih vəl-işraf" kitabında yazır ki, İmam Əlinin (ə) övladları və şiələri bu günü əziz tuturlar".[15] Habelə, dördüncü əsrdə yaşamış görkəmli mühəddis Kuleyni də bir rəvayətə istinadla şiələrin bu günü bayram etmələrini qeyd etmişdir.[16]
Qəməri təqvimi ilə səkkizinci əsrdə yaşamış sünnü tarixçi İbn Kəsirin verdiyi məlumata görə, şiə dininə mənsub olan Büveyhilər höküməti də Qədir-Xum bayramını qeyri-iş günü və ümümxalq bayramı elan etmiş, hökümət orqanlarını və xalqı şənliklər keçrməyə və şəhəri bəzəməyə təşviq edirmiş.[17] Onlar bu bayram şənliklərində çadırlar qurur, parçalar (bayraqlar) asır və dəvə qurban kəsirmişlər. Axşam tərəfi isə tonqal qalayıb şadyanalıq edirmişlər.[18] Həmçinin, hicri-qəməri təqvimi ilə beşinci əsrdə yaşamış tarixçi Gərdizi də bu günü əlamətdar İslami günlərdən və şiələrin bayramlarından biri hesab etmişdir.[19] Misirdə Fatimilər xəlifələri də Qədir-Xum bayramını qeyd edirdilər.[20] İranda Səfəvilər dövründə Qədir-Xum rəsmi bayram idi.[21]
Hazırda İranda Qədir-Xum bayramı rəsmi qeyri-iş günüdür.[22] İraqın Kərbəla, Nəcəf, Ziqar və s. şəhərlərində Qədir-Xum bayramı rəsmi qeyri-iş günüdür.[23] Şiələr Qədir-Xum bayramı gecəsini də əziz tutub əhya saxlayırlar[24]
Qədir-Xum gününün əməlləri
- Əsas məqalə: Qədir-Xumda təam vermək (mərasim)
- Oruc tutmaq: Əhli-sünnə kitablarında Peyğəmbərdən (s) nəql edilən bəzi rəvayətlərə görə, Allah-Taala zilhiccə ayının on səkkizində oruc tutan şəxsə altı ayın orucunun savabını bəxş edər[25];
- Möminlərlə görüşəndə bu sözləri demək: اَلحمدُ لِلهِ الّذی جَعَلَنا مِنَ المُتَمَسّکینَ بِولایةِ اَمیرِالمؤمنینَ و الائمةِ المَعصومینَ علیهم السلام؛
- Tərcüməsi: "Həmd olsun Allaha ki, bizi Əmirəlmöminin Əli (ə) və digər məsum imamların vilayətinə sarılanlardan edib"[26];
- İmam Əlinin (ə) ziyarətgahına getmək;
- Qüsl almaq;
- "Əminullah" ziyarətini oxumaq;
- "Nüdbə" duasını oxumaq;
- "Qədiriyyə" ziyarətini oxumaq[27];
- Gözəl paltarlar geyinmək;
- Ətirlənmək;
- Bəzənmək;
- Xoşhal olmaq və təbəssüm etmək;
- Möminlər üçün yemək süfrəsi açmaq[28];
- Oruc tutanlara iftar vermək;
- Hədiyyə vermək;
- Qədir-Xum bayramı namazı qılmaq: İmam Sadiqdən (ə) nəql edilən rəvayətə əsasən, bu namaz iki rükətdir. Hər rükətdə Həmd surəsindən sonra 10 dəfə "İxlas" surəsi, 10 dəfə "Ayətül-kürsi" və 10 dəfə "Qədr" surəsi oxunur. Bu namazın savabı 100 həccə, 100 ümrəyə və bütün dünya və axirət hacətlərinin həyata keçməsinə bərabərdir.[29] Bu namaz zöhr vaxtı qılınır. Bu namazı camaatla qılmağın doğru olub olmaması haqqında müctəhidlər arsında fikir ayrılığı var[30];
Qədir-xum bayramı adətləri
İranda və digər İslam ölkələrində yaşayan şiələr Qədir-Xum bayramı günü seyyidlərin ziyatətinə gedirlər. Seyidlər də bu günün münasibəti ilə gələnlərə pul və ya digər hədiyyələr bayramlıq verirlər.[31] Həmçinin, şiələr məscidlərdə və yaxud digər yerlərdə yümək süfrəsi açırlar.[32]
Qardaşlıq əqdi
Şeyx Abbas Quminin nəqlinə əsasən, Qədir-Xum gününün adətlərindən biri də qardaşlıq əqdi bağlamaqdır. Bu əqdin mətnində qardaşlığa, dünyada bir-birinə qarşı qayğıkeş olmağa, axirətdə isə əl tutmağa təkid edilir.[33] Buna görə də, Qədir-Xum bayramı günü qardaşlıq əqdi bağlamaq bəzi şiələr arasında adətə çevrilib. "Əndişə" Mədəniyyət Mərkəzi Qədir-Xum bayramı günü "Bəradərane" virtual layihəsi ilə şiələr və Əhli-beyt (ə) sevərlər arasında qardaşlıq əqdini dirçəltməklə dünya müsəlmanları arasında birlik və vəhdəti möhkəmləndirməyə çalışır.[34]
Monoqrafiya
Qədir-Xum bayramı haqda müxtəlif kitablar yazılmış, o cümlədən;
- Əllamə Əmininin əsəri; Eydul-Ğədir beynəs-subuti vəl-isbat
- Əllamə Əmininin digər əsəri (ərəbcə); Eydul-ğədir fil-İslam
- Bu əsər Qədir-xum bayramı və Fatimilər haqda yazılıb: Məhəmməd Hadi Əminiyə məxsus - Eydul-ğədir fi əhdil-Fatimiyyin[35]
- Seyyid Adil Ələvinin əsəri; Eydul-Ğədir beynəs-subuti vəl-isbat
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Tusi, Təhzibul-əhkam, h.q 1407, c.5, s.474; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.148
- ↑ Zərqani, Şərhuz-Zərqani, h.q 1417, c.4, s.141
- ↑ Yəqubi, Tarixul-Yəqbi, c.2, s.112
- ↑ Əyyazi, Təfsiru Quranil-Məcid, h.q 1422, s.184; Əyyaşi, Təfsiru Əyyaşi, c.1, s.332
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.3, s.605; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.295; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.2, s.110-111; İbn Kəsir, Əl-bidayə vən-nəhayə, h.q 1407, c.7, s.349
- ↑ Şeyx Səduq, Əl-Əmali, s.188
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.10, s.443
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.8, s.89
- ↑ Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.6, s.24
- ↑ Nəsibi, Mətalibu əs-Səul, h.q 1419, s.64
- ↑ Nəsibi, Mətalibu əs-Səul, h.q 1419, s.79
- ↑ İbn Xəllikan, Vəfiyyatul-Əyan, c.17, s.180
- ↑ Seyyid Rəzi, Xəsaisul-əimmə, h.q 1406, s.42
- ↑ Məclisi, Biharul-ənvar, c.95, s.322
- ↑ Əli ibn Hüseyn Məsudi, Ət-Tənbih vəl-işraf, h.q 1357, s.221
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.149
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1408, c.11, s.276
- ↑ İbn Cəvzi, Əl-Muntəzəmu fi tarixil-uməmi vəl-muluk, h.q 1412, c.15, s.14
- ↑ Gərdizi, Zeynul-əxbar, h.ş 1363, s.466
- ↑ Əmini, Eydul-ğədir fi əhdil-Fatimiyyin, h.ş 1363, s.64-65
- ↑ Nikzad Tehrani və Həmzə, Təşəyyö və tarixe ictimai İyraniyan dər əsre Səfəvi, s.131
- ↑ لایحه قانونی تعیین تعطیلات رسمی کشور, majlis.ir saytı
- ↑ «حال و هوای نجف اشرف در عید غدیر و تعطیلی ۱۰ استان عراق», tasnimnews.com saytı
- ↑ Salibi, Simarul-qulub, h.q 1424, s.511
- ↑ Xətib Bağdadi, Tarixi Bağdad c.8, s.284
- ↑ Qumi, Məfatihul-Cinan, 18 Zilhiccə ayının əməlləri
- ↑ Şəhid Əvvəl, Əl-Məzar, h.q 1410, s.64
- ↑ Qumi, Məfatihul-Cinan, 18 Zilhiccə ayının əməlləri
- ↑ Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.3, s.143
- ↑ Bəhrani, Əl-Hədaiqun-Nazirə, c.11, s.87
- ↑ «عید سادات و سیادت در فرهنگ ایرانی», javanonline.ir saytı
- ↑ «برپایی سفرههای اطعام غدیر در مساجد استان زنجان», shabestan.ir saytı
- ↑ Əl-Burucerdi, Əs-Seyyid Hüseyn, Cameu əhadisiş-şiə, c.7, s.414; Şeyx Abbas Qumi, Məfatihul-cinan, Qədir-Xum bayramının əməlləri
- ↑ «احیای سنت غدیریِ عقد اخوت در پویش برادرانه», shabestan.ir saytı
- ↑ Əmini, Eydul-ğədir fi əhdil-Fatimiyyin, h.ş 1376, s.41
Ədəbiyyat
- İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə fi mərifətis-səhabə, Beyrut, h.q 1409
- İbn Cəvzi, Əbül-Fərəc, Əl-Muntəzəmu fi tarixil-uməmu vəl-muluk, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta. Beyrut, h.q 1412
- İbn Xəllikan, Əhməd ibn Məhəmməd, Vəfiyyatul-Əyan, Təhqiq: Ehsan Abbas, Qum, h.ş 1364
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, h.q 1407
- «احیای سنت غدیریِ عقد اخوت در پویش برادرانه», shabestan.ir saytı
- «برپایی سفرههای اطعام غدیر در مساجد استان زنجان», shabestan.ir saytı
- «حال و هوای نجف اشرف در عید غدیر و تعطیلی ۱۰ استان عراق», tasnimnews.com saytı
- لایحه قانونی تعیین تعطیلات رسمی کشور, majlis.ir saytı
- Əmini, Əbdül-Hüseyn, Əl-Ğədiru fil-kitabi vəs-sünnə, Qum, h.q 1416
- Əmini, Məhəmməd Hadi, Eydul-ğədir fi əhdil-Fatimiyyin, Tehran, h.ş 1376
- Əyyazi, Əs-Seyyid Məhəmməd Əli, Təfsirul-Quran, Qum, Mərkəze enteşarate dəftəre təbliğate İslami, h.q 1422
- Bəhrani, Yusuf ibn Əhməd, Əl-Həsaiqun-Nzairə, Təhqiq: Məhəmməd Təqi İrəvani, Qum
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Suheyl Zəkkar və Riyaz, Beyrut, h.q 1417
- Saləbi, Əbdül-məlik ibn Məhəmməd, Simarul-qulub fil-muzafi vəl-mənsub, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1424
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1416
- Xətib Bağdadi, Tarixi Bağdad, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut
- Rəzqani, Məhəmməd ibn Əbdül-Baqi, Beyrut, h.q 1417
- Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Qum, h.ş 1377
- Seyyid Rəzi, Məhəmməd ibn Hüseyn, Xəsaisul-əimmə, Məşhəd, Astane muqəddəse Rəzəvi, h.q 1406
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Məzar, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1410
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Besət müəssisəsi
- Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Seyyid Həsən Xorasan, Darul-kutubil-İslamiyyə, Tehran
- Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsiru Əyyaşi, Təhqiq: Rəsuli Məhəllati, Tehran
- Qumi, Məfatihul-cinan
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Darul-kutubil-İslamiyyə, Tehran, h.q 1407
- Gərdizi, Əbu Səid, Zeynul-əxbar, Tehran, h.ş 1363
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut
- Məsudi, Əli ibn Hüseyn, Qahirə, h.q 1357
- Nəsibi, Məhəmməd ibn Təlhə, Mətalibu əs-Səul, Təhqiq: Əbdül-Əziz Təbatəbai, Beyrut, h.q 1419\m.1999
- Nikzad, Tehrani, Əli Əkbər və Hüseyn Həmzə, Təşəyyö və tarixe ictimai İyraniyan dər əsre Səfəvi, Şiə pejuhi, h.ş 1395
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir
Xarici keçid