İla ayəsi

wikishia saytından
(Bəqərə surəsinin 226-cı ayəsi səhifəsindən yönləndirilmişdir)
İla ayəsi
Ayənin adıİla ayəsi
Yerləşdiyi surəBəqərə
Ayənin nömrəsi226
Cüz2
Nazil olma səbəbiİla
Nazil olma məkanıMədinə
Mövzuİla
BarəsindəAilə hökümləri
SairKişi və qadının ayrılmasının hökümləri


Bu məqalə İla ayəsi kimi məşhur olan Bəqərə surəsinin 226-cı ayəsi barəsindədir. İla məfhumu haqda məlumat almaq üçün adı keçən məqaləyə daxil olun.

İla ayəsi (ərəbcə: آية الإيلاء) (Bəqərə, 226) İla və onun hökmlərindən bəhs edir. İla kişinin daimi həyat yoldaşı ilə evlilik münasibətini tərk etmək andıdır. Bu, cahiliyyət dövründə qadına təzyiq göstərmək və onun yenidən evlənməsinin qarşısını almaq üçün edilirdi. Allah bu ayədə İlanın hökmlərini və onun həll yollarını bildirmişdir.

Bu ayəyə əsasən, kişi İla üçün addım atarsa, qadın şəriət hakiminə və ya məhkəməyə şikayət edə bilər. Hakim kişiyə qadına dönməsi üçün dörd ay vaxt verir, əks halda, onu qadından boşamağa məcbur edir.

Ayənin nazil olma səbəbi və tanıtımı

"Bəqərə" surəsinin 226-cı ayəsi "İla" ayəsi kimi tanınır.[1] Allah, bu ayədə "İla" ənənəsini qəbul etmir, onun həll yollarını bəyan edir[2] və qadınların hüquqlarının bərpa edilməsinə[3] hökm edir. "İla" cahiliyyət dövründə məşhur adətlərdən biri idi;[4] Belə ki, kişi həyat yoldaşına nifrət edəndə onunla cinsi əlaqədə olmamaq üçün and içirdi.[5] Həmçinin bir və ya bir neçə il[6] və ya ömrünün sonuna qədər qadınla ailə həyatı yaşamır və habelə onu boşamırdı.[7] Bu hərəkətin məqsədi qadını incitmək[8] və onun yenidən evlənməsinə mane olmaq idi.[9]

لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox cinsi yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə, əgər qayıtsalar (və kəffarə versələr və yaxınlıq etsələr) həqiqətən, Allah çox bağışlayan və mehribandır. (Həm bu andın haram iş üçün olmasına və həm də and içilən şeyin özünün haram olmasına baxmayaraq o, şəriət baxımından and kimi gerçəkləşir və onu pozmaq və kəffarə vermək vacibdir).[10]



(Quran: Bəqərə, ayə 226)


Fiqhi istifadələr

Əsas məqalə: İla
  • İlanın haram olması: "İla" fiqhdə haramdır və buna səbəb dörd aydan çox həyat yoldaşı ilə cinsi əlaqədə olmağı tərk etməyin haram olmasıdır.[11] Bəziləri "Bəqərə" surəsinin 226-cı ayəsindən "İla"nın haram olamsını istifadə ediblər.[12] Əlbəttə, Ayətullah Məkarim Şirazinin dediyinə görə, Quran ümumilikdə "İla"nın hökmünü batil etməmişdir, lakin onun pis təsirlərini aradan qaldırmışdır; Çünki qadının əri tərəfindən əziyyət olunmasına və sərgərdan qalmasına icazə vermir.[13]
  • "İla" ayəsinə əsasən, fəqihlər hesab edirlər ki, əgər kişi "ila"nı icra etsə, qadın şəriət hakiminə şikayət edə bilər. Şəriət hakimi əvvəlcə kişiyə qadının yanına dönməsi üçün 4 ay vaxt verir və onunla cinsi əlaqədə olduqdan sonra andı pozduğuna görə kəffarə verməsini istəyir.[14] Əgər kişi bu müddət ərzində heç bir iş görməzsə, hakim onu iki seçim arasında qoyur. Yəni ya həyat yoldaşına dönməli və ya onu boşamalıdır. Əgər hər iki işi görməkdən imtina etsə, Onu zindana salmaqla və ya yeməyi çətinləşdirməklə onu bu iki yoldan birini seçməyə məcbur edir.[15] Bəzi fəqihlər belə hesab edirlər ki, bu halda hakim qadını boşaya bilər.[16]
  • "İla"nın şərtləri: "İla"nın reallaşması üçün bəzi şərtlər bəyan edilmişdir;[17] O cümlədən: Allahın adlarından birinə and içilməlidir.[18] Öncədən kişi və qadın arasında ailə münasibəti yaşanmış olmalıdır.[19] Həmçinin kişinin məqsədi həyat yoldaşını incitmək olmalıdır.[20]
  • Fəqihlər bu ayədəki "fey" (qayıdış) sözündən məqsədin cinsi yaxınlıq etmək və ya şəri maneə və ya xəstəlik zamanı onun bunu həyata keçirmək niyyətini bildirmək hesab edirlər.[21]

İstinadlar

  1. Sübhani, Nizamun-Nikahi fiş-şəriə, İmam Sadiq (ə) müəssisəsi, c.1, s.102
  2. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.149
  3. Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.1, s.398; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.6, s.429; Cəfəri, Təfsiru Kövsər, h.ş 1376, c.1, s.532
  4. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.6, s.429; Əbul-Futuh Razi. Rəvzul-cinan, h.q 1408, c.3, s.254
  5. Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.1, s.255; Cəfəri, Təfsiru Kövsər, h.ş 1376, c.1, s.531; Muğniyə, Ət-Təfsirul-kaşif, h.q 1424, c.1, s.339
  6. İbn Ərəbi, Əhkamul-Quran, h.q 1408, c.1, s.177
  7. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.269
  8. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.269
  9. Əbu Həyyan, Əl-Bəhrul-muhit, h.q 1420, c.2, s.445; Tusi, əT-Tibyan, Beyrut, s.108; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.149
  10. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  11. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.10, s.138; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.115
  12. Əlipur, "İla", s.184
  13. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.150
  14. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.2, s.292
  15. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.2, s.292; İmam Xomeyni, Təhrirul-vəsilə, darul-ilm, c.2, s.357
  16. Tusi, Əl-Xilaf, h.q 1407, c.4, s.515
  17. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.1, s.748-749
  18. İbn Ərəbi, Əhkamul-Quran, h.q 1408, c.1, s.177
  19. Muğniyə, Ət-Təfsirul-kaşif, h.q 1424, c.1, s.339
  20. Cəfəri, Təfsiru Kövsər, h.ş 1376, c.1, s.531
  21. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.2, s.292

Ədəbiyyat

  • Əbul-Futuh Razi, Rəvzul-cinan, Məşhəd, Astane qodse Rəzəvi, h.q 1408
  • Əbu Həyyan, Məhəmməd ibn Yusif, Əl-Bəhrul-muhit, Beyrut, Darul-fikr, h.q 1420
  • İbn Ərəbi, Məhəmməd ibn Abdullah, Əhkamul-Quran, Beyrut, h.q 1408
  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, darul-ilm, 1-ci çap
  • Cəfəri, Yaqub, Təfsiru Kövsər, Qum, Hicrət nəşriyyatı müəssisəsi, h.ş 1376
  • Zəməxşəri, Məhəmməd ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • Sübhani, Cəfər, Nizamun-Nikahi fiş-şəriə, Qum, İmam Sadiq (ə) müəssisəsi
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1413
  • Təbərani, Süleyman ibn Əhməd, Ət-Təfsirul-kəbir, İordaniya, m. 2008
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Düzəliş: Əli Xorasani, Seyyid Cavad Şəhristani və s., Qum, 1-ci çap, h.q 1407
  • Tusi, Məhəmməd ibn Həsən, əT-Tibyan, Beyrut
  • Əlipur, Hüseyn, "İla", Qum, Bustane kitab, 3-cü çap, h.ş 1383
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, Mürtəzəvi nəşriyyatı, 1-ci çap, h.q 1425
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-sədr, 2-ci çap, h.q 1415
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe farsi, Qum, h.ş 1387
  • Muğniyə, Məhəmməd Cavad, Ət-Təfsirul-kaşif, Qum, Darul-kitabil-İslami, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404