Taslim:Mehdi Abbasi
| Adı | Məhəmməd ibn Abdullah |
|---|---|
| Ləqəbi | Mehdi |
| Atası | Mənsur Dəvaniqi |
| Övladları | Hadi Abbasi, Harun Ər-Rəşid |
| Məqamı | Üçüncü Abbasi xəlifəsi |
| Silsilə | Abbasilər |
| Hökümətinin başlanğıcı | H.q 158 və ya 159 |
| Hökümətinin sonu | H.q 169 |
| Eyni zamanda | İmam Kazim (ə) |
| Mühüm addımları | Hindistan və Ruma ordu çəkməsi |
| Qabaqkı hakim | Hadi Abbasi |
| Sonrakı hakim | Mənsur Dəvaniqi |
Mehdi Abbasi (ərəbcə: المهدي العباسي) kimi tanınan Məhəmməd ibn Abdullah Mənsur (126-169 h.q), Səffah və Mənsur Dəvaniqidən sonra üçüncü Abbasi xəlifəsi idi. O, İmam Kazimin (ə) müasiri olmuşdur. O, xilafəti hicri 158-ci ildən 169-cu ilə qədər idarə etmişdir. Bəziləri hesab edir ki, Məhdəviyyət məsələsi və atası Mənsurun vəd olunmuş xilaskarla bağlı məqsədləri ona Mehdi ləqəbinin verilməsində rol oynamışdır. Hicri 159-cu ildə Mehdi Abbasi İmam Kazimi (ə) Bağdada çağırdı və bir müddət həbs etdi.
Mehdi Abbasi xilafətinin əvvəlində şiələrin öldürülməsinin və təqib edilməsinin qarşısını aldı. Həbsdə olan şiələri azad etdi və onlara maaş verdi, lakin tədricən şiələrə qarşı siyasətini dəyişdi. Onun dövründə bir sıra üsyanlar baş verdi ki, hökumət tərəfindən yatırıldı. O, ordusu ilə bir neçə dəfə Roma və Hindistana hücum etdi.
Bioqrafiyası
Mehdi ləqəbli Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbasi[1], Səffah və Mənsur Dəvaniqidən sonra üçüncü Abbasi xəlifəsi idi.[2] O, hicri təqvimi ilə 126-cı ildə Məkkə yaxınlığındakı Hümeymədə anadan olub.[3] Atası Mənsur Dəvaniqi onun tərbiyəsinə xüsusi diqqət yetirmiş və gənc yaşlarından ona mühüm vəzifələr həvalə etmişdir.[4]
Hicri təqvimi ilə 147-ci ildə Mənsur onu vəliəhd təyin etmişdir.[5] O, zəkası, səxavəti və mülayimliyi ilə tanınırdı.[6] Atasının 17 Zilhiccədə, hicri təqvimi ilə 158-ci ildə[7] və ya 159-cu ildə[8] vəfat etməsindən sonra xilafətə yetişmişdir.
Mehdi Abbasi iki oğlu Hadi və Harunu ardıcıl olaraq vəliəhd təyin etmişdir.[9] Ömrünün sonlarında Hadinin vəliəhdliyə təyin olunmasına peşman olsa da, vəliəhdi dəyişdirə bilməmişdir.[10]
Mehdi ləqəbinin verilməsi
Müasir tədqiqatçıların fikrincə, Mənsurun oğlu Məhəmməd üçün “Məhdi” ləqəbinin seçilməsi, xalqın dəstəyini təmin etmək məqsədi daşıyırdı[11] və Nəfs Zəkiyyənin məhdəviyyət iddiasına qarşı bir addım kimi qiymətləndirilirdi.[12] Bu baxımdan deyilmişdir ki, Abbasilər Məhdi Abbasini Peyğəmbər hədislərində zikr olunan vəd olunmuş Məhdi kimi təqdim etməyə çalışmış, bununla da xalqın rəğbətini qazanıb Abbasi hakimiyyətini möhkəmləndirmək istəmişdilər.[13]
Ölümü
| Xəlifələr | |
|---|---|
| Başlıq | Hakimlik dövrü |
| Səfah Abbasi | 132-136 |
| Mənsur Abbasi | 136-158 |
| Mehdi Abbasi | 158-169 |
| Hadi Abbasi | 169-170 |
| Harun Abbasi | 170-193 |
| Əmin Abbasi | 193-198 |
| Məmun Abbasi | 198-218 |
| Mötəsim Abbasi | 218-227 |
| Vasiq Abbasi | 227-232 |
| Mütəvəkkil Abbasi | 232-247 |
| Mənsur Abbasi | 247-248 |
| Müstəin Abbasi | 248-252 |
| Mötəzi Abbasi | 252-255 |
| Möhtədi Abbasi | 255-256 |
| Mötəmid Abbasi | 256-278 |
| Mötəzid Abbasi | 278-289 |
| Muktəfi | 289-295 |
| Muqtədir | 295-320 |
| Qahir | 320-322 |
| Razi | 322-329 |
| Müttəqi | 329-333 |
| Müstəkfi | 333-334 |
| Muti | 334-363 |
| Tai | 363-381 |
| Qadir | 381-422 |
| Abdullah Qaim | 422-467 |
| Muqtədi | 467-487 |
| Müztəzhir | 487-512 |
| Müstərşid | 512-529 |
| Mənsur Raşid | 529-530 |
| Müqtəfi | 530-555 |
| Müstəncid | 555-566 |
| Mustəzi | 566-575 |
| Ən-Nasiru li-dinillah | 575-622 |
| Zahir | 622-623 |
| Müstənsir | 623-640 |
| Mustəsim | 640-656 |
| Tanınmış vəzirlər və əmirlər | |
| Əbu Muslim Xorasani | |
| Əbu Sələmə Xəllal | |
| Yəhya ibn Xalid Bərməki | |
| Fəzl ibn Yəhya Bərməki | |
| Cəfər ibn Yəhya Bərməki | |
| Hümeyd ibn Qəhtəbə Tai | |
| Əli ibn İsa ibn Mahan | |
| Fəzl ibn Rəbi | |
| Fəzl ibn Səhl | |
| Tahir ibn Hüseyn | |
| Əzudud-Dulə Deyləmi | |
| İsa ibn Yezid Cəlvədi | |
| ... | |
| Eyni əsrdə yaşamış İmamlar | |
| İmam Sadiq (ə) | |
| İmam Kazim (ə) | |
| İmam Rza (ə) | |
| İmam Cavad (ə) | |
| İmam Hadi (ə) | |
| İmam Həsən Əskəri (ə) | |
| İmam Mehdi (ə.f) | |
| Baş vermiş mühüm hadisələr | |
| Məhəmməd Nəfsi Zəkiyyənin qiyamı | |
| Fəx vaqiəsi | |
Mehdi Abbasi 166‑cı[14] və ya 169‑cu[15] hicri ilində, təxminən 10 illik xilafətdən sonra, indiki İlam bölgəsinə aid olan Masəbzan ərazisində,[16] Ruz adlı kənddə vəfat etmişdir.[17] Onun zəhərlənərək öldürüldüyü, yaxud ceyran ovuna hazırlaşarkən dünyasını dəyişdiyi barədə müxtəlif rəylər mövcuddur.[18]
İmam Kazimlə (ə) münasibəti
Mehdi Abbasi 159‑cu hicri ilində imam Musa Kazimi (ə) Mədinədən Bağdada çağırıb həbs etdirmişdi.[19] Bir müddət sonra imam, hakimiyyətə qarşı qiyam etməyəcəyinə dair and içdikdən sonra azad edildi və Mehdi Abbasinin hakimiyyəti dövrünün sonuna qədər nəzarət altında saxlanıldı.[20] Bundan sonra imam Kazim (ə) öz tərəfdarlarına təqiyyə etməyi tövsiyə etdi.[21]
Bəzi müasir tədqiqatçılar hesab edirlər ki, imam Sadiqin (ə) şəhadəti və bundan sonra şiə cərəyanları arasında yaranan parçalanma, imam Kazimin (ə) mövqeyini zəiflətmiş və onu təqiyyə yolunu seçməyə məcbur etmişdir.[22] Bu səbəbdən, Abbasi hakimiyyəti həmin dövrdə imam Kazimə (ə) və onun tərəfdarlarına qarşı ciddi tədbir görməmişdi.[23] Lakin zaman keçdikcə digər şiə firqələrinin tərəfdarları imam Kazimin (ə) ardıcıllarına qoşuldu və imamiyyə məzhəbi digər firqələrdən daha güclü mövqeyə sahib oldu. Məhz buna görə Mehdi Abbasi şiələri məhdudlaşdırmağa başladı və imam Kazimi (ə) yenidən həbs etdirdi.[24]
Şiələrlə münasibət
Mehdi Abbasi əvvəlcə xalqın razılığını qazanmağa çalışırdı.[25] O, atasının hakimiyyəti dövründə sərtlik və xüsusilə şiələrin mallarının müsadirəsi ilə toplanmış əmlakın böyük bir qismini sahiblərinə geri qaytardı və bununla onların məmnuniyyətini təmin etdi.[26] Hakimiyyətinin ilk illərində o, şiələrin öldürülməsinin və təqib olunmasının qarşısını aldı, onları zindandan azad etdi[27] və onlar üçün müavinət (məaş) təyin etdi.[28] Lakin sonra Abbasilərin üçüncü xəlifəsi tədricən şiələri məhdudlaşdırmağa başladı və onları qorxutmaq, sıxışdırmaq siyasətini davam etdirdi.[29]
Mehdi Abbasi hakimiyyətə gəldikdən sonra daxili siyasət sahəsində elə tədbirlər gördü ki, onun dövründə cəmiyyətdə nisbətən sakitlik və təhlükəsizlik yarandı.[30] Buna görə də bəzi tədqiqatçılar hesab edirlər ki, onun hakimiyyəti Abbasilərin ilk xəlifələrinin zorakılıq və repressiya dövründən, sonrakı xəlifələrin mülayimlik və yumşaqlıq dövrünə keçid mərhələsi olmuşdur.[31]
Üsyanların yatırılması, Roma və Hindistana hücum etmək
Mehdi Abbasinin hakimiyyəti dövründə hökumətə qarşı müxtəlif hərəkatlar və üsyanlar baş qaldırdı. O, ilk olaraq genişlənməkdə olan zənadiqə hərəkatı ilə mübarizə apardı.[32] Onun dövründə baş verən üsyanlara “Müqənnə” üsyanı,[33] 160‑cı hicri ilində Xorasan bölgəsində baş vermiş Yusif Bərm üsyanı,[34] 161‑ci hicri ilində Şam torpaqlarında Abdullah ibn Mərvanın üsyanı,[35] həmçinin 162‑ci hicri ilində Əbdüssəlam Yaşkurinin rəhbərliyi ilə xəvaricin üsyanı[36] daxil idi. Bu üsyanların hamısı Mehdi Abbasinin hakimiyyəti dövründə yatırıldı.[37] Mehdi Abbasi bir neçə dəfə Rum torpaqlarına qoşun çəkdi. 159‑cu hicri ilində o, böyük bir ordu ilə Abbas ibn Məhəmmədi Rum ölkələrinə göndərdi və ordu Kiçik Asiyada Ankaraya qədər irəlilədi.[38] 165‑ci hicri ilində isə böyük bir orduyu oğlu Harunun komandanlığı ilə Rum üzərinə göndərdi və bu ordu Qəstəntiniyyəyə (indiki İstanbul şəhəri) qədər irəlilədi.[39] Bundan əlavə, 160‑cı hicri ilində Mehdi Abbasi dəniz yolu ilə Hindistana doğru bir ordu göndərdi və Barbəd şəhərini mühasirə etdikdən sonra ələ keçirdi.[40]
İstinadlar
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.110
- ↑ Məsudi, Murucuz-zəhəb, c.3, s.501-502
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.1, s.151
- ↑ Xizri, Tarixe xilafəte Abbasi, s.44
- ↑ Təqquş, Duləte Abbasiyan, s.73
- ↑ Məsudi, Tənbih vəl-əşraf, s.297; İbn Tiqtiqa, Əl-Fəxri, s.179
- ↑ Diynəvəri, Əxbarut-tival, s.386
- ↑ Müqəddəsi, Əl-bida vət-tarix, c.6, s.95
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.124
- ↑ Yaqubi, Tarixi-Yaqubi, c.2, s.401
- ↑ Ömər, Fərhənge Məhdəviyyət dər ləqəbhaye xüləfaye Abbasi, s.170
- ↑ Təbatəbai, Qunehaye çaleşafərini Əbbasiyane nəxostin dər məsələye İmamət, s.135
- ↑ Təbatəbai, Qunehaye çaleşafərini Əbbasiyane nəxostin dər məsələye İmamət, s.135
- ↑ Müqəddəsi, Əl-bida vət-tarix, c.6, s.99
- ↑ Yaqubi, Tarixi-Yaqubi, c.2, s.401
- ↑ Yaqubi, Tarixi-Yaqubi, c.2, s.401
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.168
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.168
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, s.313; Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom (ə.f), s.66
- ↑ İbn Əsir, Əl-Kamil, c.6, s.85
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom (ə.f), s.65
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom (ə.f), s.65
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom (ə.f), s.66
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom (ə.f), s.66
- ↑ Təqquş, Duləte Abbasiyan, s.73
- ↑ Yaqubi, Tarixi-Yaqubi, c.2, s.394
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.118
- ↑ Yaqubi, Tarixi-Yaqubi, c.2, s.394
- ↑ Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom (ə.f), s.65
- ↑ Xizri, Tarixe xilafəte Abbasi, s.45
- ↑ Təqquş, Duləte Abbasiyan, s.72
- ↑ Təqquş, Duləte Abbasiyan, s.76
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.135; İbn Miskəveyh, Təcaribul-uməm, c.3, s.466; Müqəddəsi, Əl-bida vət-tarix, c.6, s.97; İbn Əsir, Əl-Kamil, c.6, s.38; Zəhəbi, Tarixul-İslam, c.10, s.5; Gerdizi, Zeynul-əxbar, s.155; İbnul-İbri, Tarixu muxtəsərid-duvəl, s.126
- ↑ Yaqubi, Tarixi-Yaqubi, c.2, s.397; Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.124; İbn Əsir, Əl-Kamil, c.6, s.43
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.135
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.142
- ↑ Təqquş, Duləte Abbasiyan, s.78
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.144
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.152
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.8, s.116; İbn Əsir, Əl-Kamil, c.6, s.46
Ədəbiyyat
- Diynəvəri, Əhməd ibn Davud, Əxbarut-tival, Təhqiq: Əbdül-Munim Amir, Qum, Ər-Rəzi nəşriyyatı, h.ş 1368 (1989)
- Gerdizi, Əbdül-Həyy ibn Zəhhak ibn Mahmud, Zeynul-əxbar, Təhqiq: Əbdül-Həyy Həbibi, Tehran, Kitab dünyası, 1-ci çap, h.ş 1363 (1984)
- Hüseyn, Casim, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom (ə.f), Farsca tərcümə: Seyid Məhəmməd Təqi Ayətullahi, Tehran, Əmir Kəbir, h.ş 1376 (1997)
- İbn Cəvzi, Sibt, Təzkirətul-xəvass, Qum, Şərifur-Rəzi nəşriyyatı, h.q 1418
- İbn Əsir, İzzəddin, Əl-Kamil, Beyrut, Daru sadir, m.1965
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Darul-fikr, Beyrut, Tarixsiz
- İbn Miskəveyh, Əbu Əli Miskəveyh Ər-Razi, Təcaribul-uməm, Təhqiq: Əbul-Qasim İmami, Tehran, Suruş, h.ş 1379 (2000)
- İbn Tiqtiqa, Məhəmməd ibn Əli, Əl-Fəxri, Təhqiq: Əbdül-Qadir Məhəmməd Mayu, Beyrut, Darul-qələmil-ərəbi, 1-ci çap, h.q 1418
- İbnul-İbri, Tarixu muxtəsərid-duvəl, Təhqiq: Əndul Salihani, Beyrut, Daruş-şərq, 3-cü çap, m.1992
- Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbihu vəl-əşraf, Düzəliş: Abdullah İsmail Əs-Savi, Qahirə, Darus-Savi, Tarixsiz
- Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb və məadinul-cuhər, Təhqiq: Əsəd Dağər, Qum, Darul-hücrə, h.q 1409
- Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-bida vət-tarix, Beyrut, Məktəbətus-səqafətud-diyniyyə, Tarixsiz
- Ömər, Faruq, Fərhənge Məhdəviyyət dər ləqəbhaye xüləfaye Abbasi, Farsca tərcümə: Ğulam Həsən Muhərrəmi, İslam tarixi araşdırma aynasında məcəlləsi, nömrə 1, h.ş 1383 Bahar (2004)
- Təbatəbai, Seyid Məhəmməd Kazim, Qunehaye çaleşafərini Əbbasiyane nəxostin dər məsələye İmamət, Kəlami-etiqadi araşdırmalar, il 3, nömrə 9, h.ş 1392 (2013)
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbul-fəzl İbrahim, Beyrut, Darut-turas, h.q 1387
- Təqquş, Məhəmməd Suheyl, Duləte Abbasiyan, farsca tərcümə: Höccətullah Cudəki, Qum, Universitet və hövzə araşdırmalar mərkəzi, h.ş 1383 (2004)
- Xizri, Seyid Əhməd Rza, Tarixe xilafəte Abbasi, Tehran, Səmt, h.ş 1383 (2004)
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixi-Yaqubi, Beyrut, Daru sadir, Tarixsiz
- Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam və vəfiyyatul-məaşhir vəl-əlam, Təhqiq: Ömər Əbdüs-Səlam, Beyrut, Darul-kitabil-ərəbi, 2-ci çap, h.q 1413